Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10721/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 qarşı “müştərək qaydada pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4639/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər X3, Cavabdeh2 qarşı – ünvan 1 ünvanında yaşayan və pasport qeydiyyatında olan ikinci cavabdeh X1 və Sumqayıt şəhəri, Nizami küçəsi19C, mənzil-6 ünvanında yaşayan və pasport qeydiyyatında olan birinci Cavabdeh2 müştərək qaydada ona olan 3300 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 3330 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaxın qohumu X8 vasitəsilə tanış olduğu və özünü bütün sahələrdə iş görmək, iş düzəltmək qabiliyyətində, bacarığında olduğunu bildirən Mehman adlı şəxsə iddiaçının qohumu və dostu olan X4 ipoteka yolu ilə ev almaq istədiyini bildirəndə tərəddüd etmədən birinci Cavabdeh2 mobil telefon nömrəsini verərək “narahat olma, Sizə kömək edəcək!” deyə bildirmişdir. Ertəsi gün iddiaçının qohumu və dostu X7 ilə birlikdə birinci Cavabdeh2 ilə telefonla əlaqə saxlayandan sonra görüşə bilmişlər və birinci Cavabdeh2 iddiaçını əmin edərək kömək edəcəyinə söz vermişdir. Sonradan lazımı olan sənədlərin şəkillərini iddiaçı birinci Cavabdeh2 istifadəsində olan mobil telefonunun yaddaşına göndərəndən sonra birinci cavabdeh işə başlamaq üçün “beh” kimi 300 manat pul göndərməklərini tələb etmişdir. Birinci Cavabdeh2 inanıb etibar etdikləri üçün tələb etdiyi məbləği, yəni 300 manat pulu iddiaçı 11.08.2020-ci il tarixdə poçt vasitəsilə birinci cavabdehə göndərmişdir (Qəbz də vardır). Bundan sonra birinci Cavabdeh2 həm iddiaçının, həm də Nemət Yadigarovun telefon zənglərinə cavab verməməyə, onlarla görüşməkdən yayınmağa başladığı üçün onları birinci cavabdehlə tanış edən Mehmanla əlaqə saxlamağa başlayanda, Mehman yenə də onlara narahat olmamağı və bu dəfə onlara başqa bir şəxsin ikinci cavabdeh X2 mobil telefon nömrəsini verərək bu mobil telefon nömrəsi ilə əlaqə saxlamaqlarını məsləhət görmüşdür. Bu dəfə də Mehmana inanıb ikinci cavabdeh X5 ilə əlaqə saxlamağa, onlara kömək etməsini xahiş etməyə başlamışlar. Və nəticədə onlarla, heç vaxt rast gəlmədikləri, analoqu olmayan şirin dillə, mehribançılıqla telefon vasitəsilə danışan ikinci cavabdeh X5 dəfələrlə görüşəndən, sənədlərin surətini təqdim edəndən sonra ikinci cavabdeh iddiaçıya bildirib ki, məsələnin həlli üçün 3000 manat pul “beh” lazımdı. Əlacsızlıqdan iddiaçı ikinci cavabdeh Vüqar Ağamalıyevlə razılaşası olmuş və “beh”in bir hissəsini, yəni 1200 manat pulu 11.11.2020-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” Bazarının yaxınlığında ikinci cavabdeh Vüqar Ağamalıyevə vermişdir və pulu alması ilə bağlı qəbz yazıb, imza etmişdir. Bu haqda dərhal iddiaçının dostu və qohumu Nemət Yadigarova məlumat da vermişdir, hələ üstəlik narahat olmamağı üçün ikinci cavabdeh Vüqar Ağamalıyevin müsbət xüsusiyyətlərindən də danışmışdır. Məsələnin həlli istiqamətində irəlləyişlərlə bağlı onları tez-tez məlumatlandıran ikinci cavabdeh Vüqar Ağamalıyev bəzən hazır olan sənədlərin surətlərini həm iddiaçıya, həm də iddiaçının dostu və qohumu Nemət Yadigarovun mobil telefonunun yaddaşına göndərməyi ona olan etibarlarını artırır və onları arxayın salırdı. Artıq ikinci cavabdeh Vüqar Ağamalıyev ipoteka kreditinin hazır olduğunu, hansı bank tərəfindən kreditin veriləcəyini də onlara bildirəndən sonra şərtləşdikləri “beh”in qalan hissəsini istəməyə başladığı üçün ikinci cavabdeh Vüqar Ağamalıyevlə Bakı şəhəri, Yasamal rayonu ərazisində (“20 Yanvar” metrostansiyasına yaxın) yerləşən “Expressbank”ın qarşısında üçü görüşmüş və ikinci cavabdeh Vüqar Ağamalıyevə iddiaçının dostu və qohumu Nemət Yadigarovun iştirakı və şahidliyi ilə 1800 manat pul vermiş və bu məbləği iddiaçıdan almasına dair qəbz yazıb imzası ilə təsdiq də etmişdir. Lakin sonradan ikinci cavabdeh Vüqar Ağamalıyev söz verib öhdəlik götürdüyü, “beh” adı ilə 3000 manat pulu iddiaçıdan almağına baxmayaraq verdiyi sözə əməl etməmiş, götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıdan aldığı pulunu qaytarmamışdır. Hər dəfə iddiaçının halal pulunu ikinci cavabdeh Vüqar Ağamalıyevdən tələb edəndə gah pulun 950 manatının Xətai adlı dostundan, gah 400 manatının Fuad adlı tanışından, gah da 1000 manatının isə Mehmandan ala bilmədiyini bildirmiş və ya başqa bəhanələr söyləməklə iddiaçını aldadır, günü-günə satırdı. Hətta guya özünə məxsus, adına başqa bir şəxsə məxsus avtomobilin də sənədlərini iddiaçıya girov kimi təqdim edib aldatmış, sonda iddiaçıdan aldığı pulu qaytarmasa da həmin avtomobilin sənədlərini əsl sahibinə qaytarmalı olmuşdur. İddiaçının telefon zənglərinə cavab vermədiyindən, pulunu qaytarmadığından və onunla görüşməkdən yayınan iikinci cavabdeh Vüqar Ağamalıyevdən və birinci Cavabdeh2 halal pulunu almaqdan ötrü iddiaçının bütün sivil vasitələrdən istifadə etməyinə baxmayaraq bu mümkün olmadığından iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olmuşdur və 13.04.2021-ci il tarixdə iddiaçı X6, Çoxhörmətli birinci Vitse- Prezidentimizə, X11 və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ərizə ilə müraciət etmişdir. İddiaçı mütəşəkkil cinayətkarlar dəstəsinə tuş gəlmiş və onların toruna düşərək 3300 manat pulunu ələ keçirib mənimsəmişdirlər. Eyni zamanda hər iki cavabdeh müxtəlif vaxtlarda başqa-başqa şəxslərin etibarlarından sui-istifadə edib pullarını ələ keçirib mənimsədikləri üçün barələrində bir neçə dəfə cinayət işi başlanılmış, istintaqı aparılmışdır. Cavabdehlərin belə qanunsuz əməlləri və dələduzluq hərəkətləri ilə məşğul olduğu və iddiaçınında etibarından sui-istifadə edib pulunu ələ keçirib mənimsədikləri üçün məhkəmə baxışı zamanı iddiaçı kimi həm iddiaçı, həm də müdafiəçisi məhkəməyə vəsatət verəcəklər ki, hər iki cavabdehlər barəsində xüsusi qərardad qəbul edilib Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. Sonradan toplanmış material aidiyyatı üzrə Bakı Şəhər Yasamal Rayon Polis idarəsinin İstintaq Şöbəsinə göndərilmiş və baş tədqiqatçı, polis mayoru Orxan Süleymanzadənin icraatına verilmişdir. Baş təhqiqatçı Orxan Süleymanzadənin tərəfindən aparılan araşdırma zamanı iddiaçıya bildirilmişdir ki, “müraciətinizdə göstərdiyiniz xüsusatlar mülki xarakterlidir və bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır.” Cavabdehlər Cavabdeh2 və X5 yuxarıda qeyd olunanlara baxmayaraq bu günə kimi iddiaçıdan iş düzəltmək üçün aldıqları 3300 manat pulunu qaytarmamışlar və qaytarmaq fikrində də deyildirlər. Göründüyü kimi Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq Məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsas vardır. Cavabdehlər tərəfindən Qanunun Tələbləri bu gün də kobud surətdə pozulur və həmin şəxslərin (cavabdehlərin) bu qanunsuz hərəkətləri zərərin miqdarını artırır. Daha sonra İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, ünvan 3 ünvanında pasport qeydiyyatında olan cavabdeh X1 2000 manat pulun və ünvan 4 ünvanında pasport qeydiyyatında olan Cavabdeh2 isə 300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4639/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X1 2000 (iki min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Lalə Rəhimli). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4639/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə Cavabdeh2 300 manat məbləğində pulun köçürülməsi ilə bağlı qəbzi əlavə etsə də, məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh2 başqa şəxslərə qarşı dələduzluq əməlləri törətməsinə görə həbs edildiyi üçün Bakı İstintaq Təcridxanasında saxlanılırdı. İddiaçı bunu məhkəmənin nəzərinə çatdırsa da, onun məhkəmədə iştirakı təmin olunmamışdır. Onun məhkəmədə iştirakı təmin olunsaydı hansı məqsədlə pul aldığını etiraf edərdi. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apeıllyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçıdan poçt vasitəsilə 300 manat məbləğində borc aldığını, daha sonra onu geri qaytarmadığını bildirmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının Cavabdeh2 verdiyi 300 manat məbləğində borc hissəsində yoxlayır. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh2 kollegiya iclasında iştirakının təmin edilməsi üçün onun cəzasını çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən gətirilməsinin təşkilinə dair verdiyi vəsatət təmin edilmişdir. Cavabdeh2 kollegiya iclasında verdiyi izahatında iddiaçının poçt vasitəsi ilə ona 300 manat pul göndərdiyini, həmin pulu ondan borc aldığını, lakin həbs olunması ilə əlaqədar olaraq borcunu ödəmədiyini bildirmişdir. Bundan başqa, iddiaçının Cavabdeh2 300 manat borc verməsi faktı eyni zamanda iş materiallarında olan poçt qəbzi (i.v. 11) ilə də öz təsdiqini tapır. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən 300 manat pul vəsaitinin Cavabdeh2 verilməsi sonuncu tərəfindən etiraf edildiyindən, eyni zamanda, iş materialları ilə təsdiq olunduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin Cavabdeh2 300 manat məbləğində pul tutulması hissəsində ləğv edilməli, iddia təmin edilərək, Cavabdeh2 300 manat pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4639/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4639/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh2 300 manat məbləğində pul vəsaiti tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10721/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10721/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver