Məhkəmə qərarları › İş №2(103)-1074/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1074/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1074/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh «Cavabdeh” ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh” ASC-nə qarşı “müqavilənin ləğvi və artıq ödənilmiş məbləğin geri qaytarılması” tələblərinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-641/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Cavabdeh” ASC-ə qarşı “müqavilənin ləğvi və artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 13- xx-xx-090670 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1486.56 (min dörd yüz səksən altı manat 56 qəpik) manat məbləğin və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə onunla Cavabdeh ASCnin Gəncə filialı arasında 13-xx-xx-034740 saylı kredit müqaviləsi bağlayaraq illik 27 faiz olmaqla 36 ay müddətinə ödəmək şərti ilə 2150 ABŞ dolları kredit götürmüş, krediti götürdükdən sonra 4 ay hər ay 88 ABŞ dolları olmaqla cəmi 352 ABŞ dolları ödəmişdir. Sonradan devalvasiya olduğu üçün 2016-cı ilin yanvar ayından 2018-ci ilin oktyabr ayına kimi ödənişi manatla olmaqla hər ay 93 manat ödəmiş və həmin müddətdə cəmi 2790 manat pul ödəmişdir. Aylıq ödənişi az olduğu üçün 2018-ci İldə «Cavabdeh” ASC onu məhkəməyə vermiş və Göygöl Rayon Məhkəməsinin qətnaməsi əsasında ondan 567 manat (pensiyasından) tutularaq cavabdehə ödənilmşdir. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 13-xx-xx-034740 saylı kredit müqaviləsi üzrə ona verilmiş 2150 ABŞ dolları kreditə görə cavabdehə cəmi 3631.56 (üç min altı yüz otuz bir manat 56 qəpik) manat pul ödəmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə hesablanmış faiz və cərimələrin silinməsi tapşırılmışdır. Göründüyü kimi xx.xx.2015- ci il tarixli, 13-xx-xx-034740 saylı kredit müqaviləsi üzrə ona 2150 (iki min yüz əlli) ABŞ dolları kredit verilmiş və həmin dövrə olan (0.78 qəpik) məzənnə ilə bu cəmi 1677 (min altı yüz yetmiş yeddi) manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, o, ümumilikdə cavabdehə 3631.56 (üç min altı yüz otuz bir manat 56 qəpik) manat pul ödəmişdir. Azərbaycan Respublikası Maliyyə X1 rəsmi internet səhifəsindən çıxarılmış İddiaçı aid problemli kreditlərin kompensasiyasına aid cədvəldən görünür ki, ona 1432.09 manat kompensasiya hesablanmışdır. Həmin çıxarışda qeyd olunur ki, xx.xx.2019-cu il tarixə guya onun Cavabdeh ASC-yə 2457.64 (iki mi dörd yüz əlli yeddi manat 64 qəpik) manat kredit borcu var, ona görə də ona hesablanmış 1432.09 (min dörd yüz otuz iki manat 09 qəpik) manat kompensasiyanın 1192.22 (min yüz doxsan iki manat 22 qəpik) manatı cavabdehə olan borcuna silinmişdir. 2150 (iki min yüz əlli) ABŞ dolları xx.xx.2015- ci il tarixə olan məzənnə ilə 1677 (min altı yüz yetmiş yeddi) manat təşkil edirdisə, o, banka 3631.56 (üç min altı yüz otuz bir manat 56 qəpik) manat ödədiyi halda onun xx.xx.2019-cu il tarixinə 2457.64 (iki mi dörd yüz əlli yeddi manat 64 qəpik) manat kredit borcu necə yaranmışdır və ödədiyi 3631.56 (üç min altı yüz otuz bir manat 56 qəpik) manat hansı borcdan silinmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-641/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı oğlu ilə Cavabdeh ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx-xx-090670 saylı kredit müqaviləsinin ləğv edilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı oğluna ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh ASC-dən tutularaq, 150 (yüz əlli) manat məbləğində pulun Az.MEM, VÖEN **********,AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddianın əsas mahiyyəti həmin kredit müqaviləsinin ləğvidir. Sözügedən müqavilə də Cavabdeh ASC tərəfindən məlum Fərmandan irəli gələn tələblər əsasında tərtib edilmişdir. Məlum Fərmana görə isə vətəndaşların sərəncamına veriləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi, vətəndaşlarla yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X2 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Bunu sübut edən xüsusat Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilən “Problemli kreditlərin kompensasiyasına” dair çıxarışdır. Göründüyü kimi kreditor olaraq Cavabdeh ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək miqdarını müəyyən etməsi, yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən etməsi səlahiyyətləri yoxdur. İddiaçı Cavabdeh ASC-nə qarşı “müqavilənin ləğvi və artıq ödənilmiş məbləğin geri qaytarılması” iddia tələbi inzibati səciyyəli olduğundan əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi inzibati orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) məcburetmə - öhdəliyinin icrası, öhdəliyin ləğvi haqqında birləşdirilmiş tələb olduğundan iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh qismində, Cavabdeh ASC-ni isə üçüncü şəxs qismində qoymaqla inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, bununla belə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası” başlıqlı 423-cü maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. İş materiallarında olan İddiaçı oğlu ilə «Cavabdeh” ASC-nin Gəncə filialı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 13-xx-xx-034740 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Bank tərəfindən İddiaçı illik 27 faiz olmaqla 36 ay müddətinə ödəmək şərti ilə 2150 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası haqqında əsas məlumatlardan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya məbləği 1432,09 (min dörd yüz otuz iki manat 09 qəpik) manatdır, restrukturizasiya olunması təklif olunan qalıq borcu 1182,83 (min yüz səksən iki manat 83 qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1137/2018 №-li, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, İddiaçı 1903.64 (min doqquz yüz üç dollar 64 sent) ABŞ dolları borc və 20 manat dövlət rüsumu Cavabdeh ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/410 nömrəli rəyi ilə İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixli, 13-xx-xx-034740 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borcalanın Cavabdeh ASC-yə olan borcu ümumilikdə 1576,16 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin borclu tərəfindən xx.xx.2015-ci il tarixli, 13xx-xx-034740 saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC-nə ümumilikdə xx xxxx 2018-ci il tarixdən (Göygöl Rayon Məhkəməsinin 2(066)-1137/2018 №-li, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin verildiyi vaxtdan) xx.xx.2019-cu il tarixədək (yeni xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlandığı tarixədək) 939,50 manat məbləğində ödənişlər etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilədən irəli gələn hər bir mübahisə tərəflərin özləri arasında qarşılıqlı razılaşma yolu ilə həll ediləcəkdir. Nəticəsi hüquqi əhəmiyyət kəsb edən hər bir mübahisənin həlli yazılı qaydada olacaq və tərəflər arasında imzalanacaq. Bağlanmış hər bir razılıq bu müqavilənin ayrılmaz tərkib hissəsidir və bu müqavilənin qüvvədə olma müddəti ərzində öz qüvvəsini saxlayır və tərəflər istədikləri vaxt həmin razılaşmalara istinad edə bilərlər. Tərəflər arasında mübahisələrin həll edilməsi zamanı qarşılıqlı razılaşma əldə edilmədikdə yaranmış mübahisələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında həll ediləcəkdir. Notariusun icra qeydi elektron vasitə və ya sms vasitəsilə Borc alan tərəfindən qəbul edildikdən sonra Borc alan 10 (on) gün ərzində şikayət və etirazını bildirmədikdə qanuni qüvvəyə minir. Bununla belə, iş materiallarına iddiaçı tərəfindən cavabdehə ünvanlamış müvafiq təklif məktubu (pretenziya qaydasında) göndərildiyini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 150-ci maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə görə isə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, “ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir...Bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Mülki Prosessual Məcəllənin 391-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-641/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh «Cavabdeh” ASC-nə qarşı “müqavilənin ləğvi və artıq ödənilmiş məbləğin geri qaytarılması” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar