Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10749/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 733/2011 saylı işi üzrə 19 may 2011-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-733/2011 saylı işi üzrə 19 may 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (iş səh.117). cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2011 saylı işi üzrə 01.11.2011-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-733/2011 saylı işi üzrə 19 may 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş və Cavabdeh3 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 2(102)-1035/2012 saylı işi üzrə 03.04.2012-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4301/2011 saylı işi üzrə 01.11.2011-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 733/2011 saylı işi üzrə 19 may 2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.15.09.2021-ci il tarixində Cavabdeh2 tərəfindən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-733/2011 saylı işi üzrə 19 may 2011-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verilmişdir. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 04/2020№-li 14 oktyabr 2020-ci il tarixli Qərardada əsasən apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Hazırki iş üzrə yoxlanılmış hissələrdən şikayət vermiş digər tərəfin deyil, elə eyni tərəfin şikayəti üzrə təkrarən apelyasiya qaydasında yoxlanılması nəinki yolverilməz hesab edilməli, belə hallar ümumiyyətlə hüquqlardan sui-istifadəyə şərait yaradır və məcburi hüquqi qüvvəyə malik, dövlətin adından qəbul edilən. məhkəmə aktının icra edilməsinə süni maneə kimi qiymətləndirilməlidir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128 -133, 357, 360-366, 372 və 402-406-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-733/2011 saylı işi üzrə 19 may 2011-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10749/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10749/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver