Məhkəmə qərarları › İş №2(103)-1077/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1077/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1077/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu, 2840,89 (iki min səkkiz yüz qırx ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 770.40 (yeddi yüz yetmiş ABŞ dolları 40 sent) ABŞ dolları, cəmi 16689.08 (on altı min altı yüz səksən doqquz ABŞ dolları 08 sent) ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, Cavabdeh1 xx.xx.2015ci il tarixli, 140 saylı 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz, 1626.17 (bir min altı yüz iyirmi altı ABŞ dolları 17 sent) dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 442.98 (dörd yüz qırx iki ABŞ dolları 98 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 9352.28 (doqquz min üç yüz əlli iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Volkswagen Passat” markalı, qara rəngli, buraxılış ili 2012-ci il olan, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 140 saylı, xx.xx.2015-ci il tarixli 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsinə əsasən 4937,11 ABŞ dolları əsas borc, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 441,11 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 7663,15 (yeddi min altı yüz altmış üç dollar, 15 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutulacaq məbləğ Cavabdeh1 məxsus “Volkswagen Passat” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 141 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 8624,87 ABŞ dolları əsas borc, 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 770,40 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13.874,67 (on üç min səkkiz yüz yetmiş dörd dollar 67 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla müştərək qaydada alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəməyə daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmişdir. Həmin şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar