Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1079/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(008)-4568/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2018ci il tarixli T/17448 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər.
3. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqaviləüzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir.
4. Müqavilədə PQ-4 və kombi kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir.
5. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********11 nömrəli qaz sayğacı quraşdırılmışdır.
6. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş aktlar üzrə 4341 manat dəymiş ziyanın, 67,90 manat ödənilmiş dövlət rüsumunun, 400 manat vəkil xərcinin tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli T/17448 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********11 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii X2nın pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat , 2021-ci ilin noyabr ayında tərtib olunmuş akt əsasında 1440 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən edilmiş ödənişlərlərdən sonra itirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq, cəmi 3261 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdehin əvvəlki illərdən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ 1080 manat təşkil edir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 4568/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş aktlar üzrə 1187,7 manat dəymiş ziyan, 67,90 manat ödənilmiş dövlət rüsumu, 65 manat vəkil xərci tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddia xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2020ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış ziyanın məbləğinin tutulması hissəsində qismən təmin edilməlidir. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli hesabatında akt üzrə itirilmiş qazın miqdarı 4317 m3 hesablansa da, hazırda iddiaçı itirilmiş qazın miqdarını 1m3 üçün 20 qəpikdən hesablayaraq ******* saylı akt üzrə 863,40 manat dəymiş ziyanın tutulmasını istəsə də, məhkəmə hesab etmişdir ki, itirilmiş qazın miqdarı hər 1m3 üçün 10 qəpikdən hesablanmaqla xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə iddia 431,7 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, itirilmiş qazın miqdarını hər 1m3 üçün 20 qəpikdən hesablanmasına dair hər-hansı bir normativ akta istinad edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2021-ci ilin noyabr ayında tərtib edilmiş akt məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia rədd olunmalıdır.
11. Məhkəmə iddianın digər aktlara dair hissəsinə münasibətdə hesab etmişdir ki, iddia xx.xx.2020-ci il tarixli ******* saylı hissəsində təmin, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə iddia rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xəttə qoşulmaq üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyətini aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin əvvəlki illərdən ödənilməmiş 1080 manat borcun tutulmasını istəyir, lakin, həmin borcun açıqlamasını vermədiyindən, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir.
12. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442-ci maddələrinə, , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq edilmiş «X2»-na istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da, iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktlarla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən bu günə qədər 1 qəpik belə ödəniş həyata keçirilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin məhkəmənin iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığı barədə nəticəyə gəlinərək iddia tələbini qismən təmin etmiş, lakin həmin hərəkətsizliyin və ya borcun artmasına şəraitin yaradılması kimi hərəkətlərin nədən ibarət olması və nədə ifadə olunması göstərilməmiş, ümumiyyətlə belə halların olub-olmaması məhkəmədə araşdırılmamışdır. Halbuki, iddiaçı tərəfin iddia tələbinin əsaslılığı ilə bağlı arqumentləri məhkəməyə təqdim edilmişdi və məhkəmə qətnamədə həmin arqumentləri əsaslı hesab etmişdir. Qətnamədə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X2”nın pozulması faktı müəyyən edilsə də, qətnamədə gəlinən nəticə işin hallarına uyğun deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
28. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.
29. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
30. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:
31. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
32. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
33. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
34. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
35. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
36. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
42. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
44. Belə ki, iş materiallarında olan müqavilədən və iddiaçı tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçıya məxsus ünvana xx.xx.2016-cı ildə qaz sayğacı quraşdırılmış, həmin sayğac xx.xx.2018-ci ildə yenisi ilə əvəz edilmişdir. həmin ünvanda iddiaçının istifadəsində 1 ədəd PQ-4 tipli qaz cihazı mövcud olmuşdur.
45. Həmçinin müəyyən edilir ki, abonentlə sonuncu dəfə qazın verilməsinə dair xx.xx.2018-ci ildə müqavilə bağlanan zaman onun istifadəsində bir ədəd PQ4 markalı qaz cihazı və bir ədəd kombi, həmin tarixdən əvvəlki müddətdə isə bir ədəd PQr markalı qaz cihazı, bir ədəd qeyri standart su qızdırıcısı və bir ədəd dəmir soba (yay-qış) olmuşdur.
46. Cavabdehin bildirdiyinə görə, abonentin qaz xəttinə qanunsuz qoşulması ilə əlaqədar onun barəsində 4 akt tərtib edilmişdir və həmin aktlar əsasında iddiaçıya hesablanmış borcun məbləği, habelə abonentin əvvəlki illərdən ödənilməmiş borcu ümumilikdə 4341,00 manat təşkil edir.
47. Qeyd edilən aktlardan xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə hesabıanmış borc məbləği birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, yaranmış borcun məbləği hər 1m3 qaza görə 0,20 qəpikdən deyil, 0,10 qəpikdən hesablanmışdır.
48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hesabatın bu üsulla aparılması düzgün olmuşdur.
49. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, 2016-cı il tarixdə tərtib edilmiş aktlar üzrə dəymiş ziyanın məbləği 1m3 qaza görə 0,20 qəpikdən hesablansa da, sonrakı illərdə tərtib edilmiş aktlar üzrə bu hesabat 1m3 qaza görə 0,10 qəpik hesabı ilə aparılmışdır. İddiaçı ziyanın bu cür fərqli qaydada hesablanmasını ağlabatan əsaslarla izah etməmişdir. Ona görə də kollegiya hesab edir ki, ziyanın hesablanmasındakı bu anlaşılmazlıq cavabdehin xeyrinə həll edilməli və həmin akt üzrə ziyanın məbləği sonrakı aktlarda olduğu kimi, 1m3 qaza görə 0,10 qəpik hesabı ilə hesablanmalıdır.
50. Bundan başqa, kollegiya birinci instansiya məhkəməsinin noyabr 2021-ci il tarixli akta əsasən hesablanmış 1440 manat ziyanın, habelə əvvəlki illər üzrə ödənilməmiş borcun məbləğinin cavabdehdən tutulması hissəsində iddianı təmin etməməsini də əsaslı hesab edir.
51. Belə ki, iddiaçı həmin akta istinad etsə də, onu məhkəməyə sübut qismində təqdim etməmiş, bu aktın hansı pozuntuya görə tərtib edilməsini, hansı müddəti əhatə etməsini və hesabatın hansı qaydada aparılmasını izah edə bilməmişdir.
52. Ona görə də, qeyd edilən akta istinad etməklə X2nın cavabdeh tərəfindən pozulmasına görə ondan dəymiş ziyanın tələb edilməsi əsassız olmuşdur.
53. Göstərilənlərlə yanaşı, kollegiya iddia tələbinin xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış ziyan məbləğinin tutulmasının rədd edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır.
54. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən ona istinad etmişdir ki, iddiaçının üzərinə düşən vəzifələri icra etməməsi, abonentin kənar xəttə qoşulmasının qarşısının alınmaması faktiki olaraq abonentin kənar qaz xəttinə qoşulması üçün şərait yaradır. Məhkəmə həmçinin qeyd etmişdir ki, bu abonentin məsuliyyətini aradan qaldırmır. Məhkəmə həmçinin abonentin kənar xəttdən istifadə etdiyi qənaətinə gəlmişdir.
55. Göründüyü kimi, məhkəmənin gəldiyi bu qənaətin özü daxilən ziddiyyətli olmuşdur. Belə ki, məhkəmə bir tərəfdən abonentin qaz xəttinə qanunsuz qoşulması qənaətinə gəlmiş, digər tərəfdən isə buna görə hesablanmış ziyanın məbləğinin tutulmalı olmadığını qeyd etmişdir.
56. Kollegiya qeyd edir ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulması hüquqazidd hərəkət olduğundan və bunun nəticəsində iddiaçı Azəriqaz QSC-nin maddi zərər çəkməsi mübahisəsiz olduğundan, iddia tələbi bu hissədə əsaslı olmuşdur. Qaz paylayıcısının əməkdaşlarının abonentin qaz xəttinə qanunsuz qoşulmasına mane olmaması sonuncunun qazı talamasına haqq qazandıran hərəkət kimi qiymətləndirilə bilməz.
57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qeyd edilən akt üzrə hesablanmış borc məbləğinin cavabdehdən tutulması hissəsində iddia əsaslı olmuşdur.
58. Bununla yanaşı kollegiya qeyd edir ki, həmin aktla müəyyən edilmiş qaz itkisi işin hallarına uyğun olsa da (hesabat cavabdehin istifadəsində olan və müqavilədə qeyd edilmiş qaz cihazlarına əsasən aparılmışdır), iddiaçı tərəfindən ziyanın məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı 1m3 qaza görə 0,20 qəpikdən hesabat aparmışdır. Halbuki, yuxarıda qeyd edilən əsaslara görə ziyanın məbləği 1m3 qaza görə 0,10 qəpikdən hesablanmaqla müəyyən edilməlidir. Bu qaydada hesabat aparılmaqla, həmin akta görə fəymiş ziyanın məbləği 100,80 manat müəyyən edilir.
59. Yuxarıda göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, həmin hissədə iddianı tam rədd etməklə səhv nəticəyə gəlmişdir.
60. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, cavabdehin qazdan qanunsuz istifadə etməsi ilə bağlı dəymiş ziyana görə ondan iddiaçının xeyrinə 100,80 manat pul tutulmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdir.
61. Kollegiya qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı İB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-4568/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin və həmin hissədə iddia tələbi qismən edilsin. Cavabdeh İddiaçı İB QSC-nin xeyrinə 100,80 manat (yüz manat səksən qəpik) məbləğində pul tutulsun. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.