Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1083/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı "xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx” QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1633/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx” QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 441.48 manat məbləğində kredit borcu, 204.04 manat məbləğində faiz borcu və 126.89 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 772 (yeddi yüz yetmiş iki) manat 41 (qırx bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə sübut kimi: "xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli X6 (səh.24); "xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit razılaşması (səh.25); "xxxx” QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış müvafiq olaraq xx xxxxxx 2013-cü il tarixli və xx xxxx 2014-cü il tarixli zaminlik müqavilələri (səh.22, 23); xx xxxx 2020-ci il tarixli qəbz (səh.21); xx.xx.2018, xx.xx.2018-ci il tarixli sazişlər (səh.12, 14); "xxxx” QSC-nin xx xxxx 2020-ci il tarixli maliyyə arayışı (səh.20) təqdim edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1633/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxx 2017-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 441.48 manat əsas borc, 204.04 manat faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 695.52 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutularaq “xxxx” QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 467, 477, 739, 741; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli X6nə əsasən, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. "xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh2 aylıq 2.3333 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. "xxxx” QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış müvafiq olaraq xx xxxxxx 2013-cü il tarixli və xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zaminlər həmin tarixli X6ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Borclu Cavabdeh2 iddiaçı "xxxx” QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli X6 üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx” QSC ASC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi xx xxxxxx 2013-cü il tarixdə, Cavabdeh1 ilə zaminlik müqaviləsi isə xx xxxx 2014-cü il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni "xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi xx xxxxxx 2013-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Öhdəliyin icrası müddəti xx xxxxxx 2015-ci il tarixdə başa çatmışdır. "xxxx” QSC- nin iddia ərizəsi isə xx xxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. İddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh2 tutulmalıdır. İddiaçı "xxxx” QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-l633/2020 saylı qətnaməsini qismən iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə; Azərbaycan Respublikası MPM-in 357, 360, 385, 386, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, zaminlərin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən düzgün nəzərə alınmamış və MM-in 477.0.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Zamin Cavabdeh3 20000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cü ilin dekabr ayına kimi, zamin Cavabdeh1 20000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2024-cü ilin iyun ayına kimi öhdəlik götürmüşlər. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə müddət xx.xx.2024-cii il və xx.xx.2023-cii il tarixinə kimi müəyyən edilmişdir. Belə ki, zaminlik müqavilələrinin giriş hissəsində birbaşa qeyd edilmişdir ki, "... xx.xx.2013-cii il tarixdə Bakı şəhərirıdə aşağıdakı şərtlərlə bağlanmış 01L000U05452 saylı X6 (bundan sonra "X6) və bu X6nin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlamışlar: kredit Xətti məbləği: 20000 ABŞ dollar; kredit Xətti Müddəti: 120 ay." İddiaçı tərəfindən zaminlərə qarşı tələb həmin müddət çərçivəsində olmuşdur, yəni artıq xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Məzmununa görə, "zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir". Zaminlik müqavilələrində həmin müqavilələrin qüvvədə olma müddəti dəqiq göstərilmişdir. Belə ki, zamin Cavabdeh3 20000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cü ilin dekabr ayına kimi, zamin Cavabdeh1 20000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2024-cü ilin iyun ayına kimi öhdəlik götürmüşlər. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə 5200 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli 001R**********S saylı, xx.xx.2018-ci il tarixli 001R**********SA saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu xx.xx.2018-ci il tarixli sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. "xxxx" QSC isə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsi sözügedən qətnamədə qeyd etmişdir ki, zaminlərə münasibətdə "xxxx" QSC 1 illik müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx” QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, cavabdehə 2013-cü il tarixdə kredit xəttinin açıldığını, xx.xx.2017-ci il tarixdə kredit verildiyini, tərəflər arasında son razılaşmanın 2018-ci il tarixdə olduğunu, kredit öhdəliyinin icra edilməsinin son müddətinin xx.xx.2019cu il tarix olduğunu, 1 il müddətin də xx.xx.2019-cu il tarixdən hesablanmalı olduğunu, iddiaçının xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, zaminlərə münasibətdə əsassız qətnamə qəbul edildiyini,Konstitusiya Məhkəməsinin zaminlərlə bağlı qərarının qüvvəsinin sonrakı münasibətlərə şamil edildiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462.1, 467, 470-477, 739, 741, 743, 744; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, cavabdeh iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan təkzibedici mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, şikayətdə qeyd edilən qanunvericiliyin tələbləri uyğun şəkildə təsvir edilmişdir. Baxmayaraq ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş və bu dəyişdirilmə onun üçün əlverişsiz nəticələrə səbəb olmuş olsa da, müddətin bitməsi bu dəyişikliyə qədər baş vermiş və X6 zaminlərə münasibətdə (təfərrüatlı olmadığından və faiz göstərilmədiyindən) cavabdehliyi müəyyən etmir. Mülki hüquq normalarının zamana görə qüvvəsi qanunla tənzimləndiyindən və bu normalar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən şikayətin bu əsasla təmin edilməsinin də qanuni əsasları müəyyən edilmir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Qeyd edilməlidir ki, iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1633/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1083/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1083/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver