Məhkəmə qərarları › İş №2(103)-10838/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10838/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10838/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3 Edilməsi Agentliyinin” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka prdmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 04.05.2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 884.31 manat olmaqla, cəmi 4431,61 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-ER-*** dövlət qeydiyyat nömrəli, “VAZ21901” minik markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan, “VAZ 21901” markalı, 99- ER-239 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1700/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh məxsus olan “VAZ 21901” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, həmin avtomobildən istifadə edilməsi cavabdehə və üçüncü şəxslərə qadağan olunmuşdur. Cavabdeh 23 aprel 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1700/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edərək, “VAZ 21901” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1700/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, VAZ 21901” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adından "xxxx" MMCnin icraçı direktoru Süleyman Bəkirov 26 may 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmşdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 30.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Budaqova şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən qeyd olunan iş üzrə Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəsini almamış, iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddianın təmin edilməsi üçün görülmüş tədbirlər qətnamənin icrasının məqsədi ilə tətbiq edildiyi üçün məhkəmə aktının icrasına qədər qüvvəsini saxlayır. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi tədbiri məhkəmənin təşəbbüsü və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, əmlakın üzərinə həbs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1700/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə qoyulduğundan, hazırda baxılan həbsin götürülməsi ilə bağlı qərardadın ləğv edilməsi 08 oktyabr 2020-ci il tarixli qərardadın öz qüvvəsində qalmasına səbəb olur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş şikayət təmin edilsin. Cavabdeh tərəfindən həbsin götürülməsi barədə verilmiş ərizə təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar