Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10844/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə yaradılacaq maneələrin qadağan olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(006)-6398/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə yaradılacaq maneələrin qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(006)- 6398/2021 saylı qərardadına əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, hal-hazırda ərizədə göstərilən tələblə bağlı mübahisə mövcud deyildir. Gələcəkdə mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə maneələr yaradılarsa, bu halda iddiaçılar həmin məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edə bilərlər. İddiaçılar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə tam sübutları əlavə etmək kimi bir öhdəlik nəzərdə tutulmadığına görə həmin sübutlar məhkəmə hazırlıq iclasında təqdim oluna bilərdi. Bundan əlavə, iddia ərizəsinə fərqli tarixlərdə olan polis qərarları əlavə olunmuşdur ki, bu da tərəflər arasında mübahisənin dayanmadığını təsdiq edir. Məhkəmə işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı qənaətinə gəlsə də, iddiaçının hansı orqana müraciət etməli olmasını qərardadda göstərməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(006)- 6398/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(006)-6398/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə yaradılacaq maneələrin qadağan olunması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, məhkəmələr pozulacaq hüquq və azadlıqları deyil, pozulmuş hüquq və azadlıqları müdafiə və təmin edir. Buna görə də tərəflər arasında məhkəmə araşdırmasının predmeti ola biləcək məhkəmə mübahisəsi olmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərardadda iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasının göstərilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, gələcəkdə mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə maneələr yaradılarsa, bu halda iddiaçıların həmin məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ qərardadda izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(006)- 6398/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10844/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10844/2021
27.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver