Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10860/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Fərmasn oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında aparılmış qeydin ləğv olunması, mülkiyyət hüququnun tanınması, payların müəyyən edilməsi və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınan ”HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə bağlı X3 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması, X1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Cavabdeh1 ilə rəsmi qaydada 30 iyul 1996-cı il tarixdə Bakı şəhəri Səadət sarayında nikaha daxil olmuşlar. Birgə nikahdan 26.04.1997-ci il tarixdə oğlu X7, 16.07.2001-ci il tarixdə oğlu X4 və 01.08.2009-cu il tarixdə oğlu X5 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(004)-700/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə 20.08.2018-ci il tarixdə “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Avtomobil cavabdeh Hüseynova (Fətəliyeva) Jalə Ağarza qızının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin maşını onun razılığı olmadan 16.04.2019-cu il tarixində qeydiyyatdan çıxararaq alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Özgəninkiləşdirmə formal olaraq aparılmış, lakin avtomobil hal-hazırda da cavabdehin öz istifadəsindədir. O, 24 yanvar 2020-ci il tarixdə Cavabdeh1 birgə nigah dövründə aldıqları “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobilə dair onun razılığı alınmadan bağlanmış 16 aprel 2019cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin və həmin avtomobilin 1/2 hissəsinin onun adına sənədləşdirilməsinin razılaşma yolu ilə 15 gün müddətində həll edilməsini təklif edərək sifarişli-xəbəmaməli məktubla pretenziya göndərmişdir. Poçt tərəfindən təqdim edilmiş xəbərnamədən görünür ki, Cavabdeh1 məktubu 31 yanvar 2020-ci il tarixdə almışdır. Lakin, cavabdeh bu günə kimi göndərilən məktuba cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, X3 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə yəni, “X3 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payların müəyyən edilməsi” hissəsində ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh1 Ağaraza qızı və Cavabdeh2 Fərmasn oğluna qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yəni, “X3 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Ağaraza qızı və Cavabdeh2 qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2021ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş edərək qeyd etmişdir ki, mübahisəli avtomaşın Cavabdeh2 artıq çoxdan satılmış və başqa şəxsin mülkiyyətindədir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, eyni zamanda bildirmişlər ki, mübahisəli avtomobil Cavabdeh2 tərəfindən başqa şəxsə satılıb onun mülkiyyətinə keçsə də bu aiqı-satqı da formal xarakter daşıyır. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “Əvvəla, kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, apelyasiya kollegiyası alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcud olmadığı qənaətinə gələrkən düzgün hüquqi mövqedə olmamışdır. Belə ki, Ailə Məcəlləsinin 33.3-cü maddəsində göstərilir ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqdin bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Hazırki iddia tələbi üzrə iddiaçı avtomobilin alqı-satqısının onun xəbər olmadan həyata keçirilməsini iddia etmiş, Cavabdeh2 isə vermiş olduğu apelyasiya şikayətində iddiaçını uzun müddətdir tanıdığını, münasib qiymətə düşən əmlakları alıb sonradan satdığını, iddiaçının 2019-cu ilin aprel ayında ona arvadı ilə razılıq əsasında ayrılmasını, bu məqsədlə evlərini mübahisəli avtomobili satmaq qərarına gəlmələrini deməsini, əmlakları münasib qiymətə ona təklif etdiyini, 14.04.2019-cu ildə qeyd edilən nəqliyyat vasitəsini iddiaçının iştirakı ilə və dəyərini ona verməklə onun arvadı ilə alqı-satqı müqaviləsini bağlamasını, iddiaçının xahişi əsasında xəstə uşağına görə onun arvadı olan digər cavabdehə etibarnamə verməsini göstərmişdir. Apelyasiya kollegiyası cavabdehi vicdanlı alıcı hesab edərək, müqavilənin etibarsızlığının dispozitiv şərtlərinin mövcud olmadığı qənaətinə gələrkən işin hallarına taməhəmiyyət verməmiş və tam araşdırmamış, yalnız cavabdehin göstərdikləri əsasında onun vicdanlı alıcı olması qənaətinə gəlmiş, Cavabdeh2 vicdanlı alıcı olmasının nədə ifadə olunmasını, hansı sübutla təsdiq olunmasını əsaslandıra bilməmişdir. Halbuki, kasasiya yoxlaması zamanı iş materiallarından görünür ki, iddiaçı cavabdehi əvvəllərdən tanımasını inkar etmiş, Cavabdeh2 mənzilin alqı-satqısı zamanı arvadının təklifi əsasında tanımasını göstərmiş, Cavabdeh2 nümayəndəsi isə avtomobilin dəyərinin iddiaçıya ödənilməsi barədə yalnız məntiqi sübutları olmasını məhkəmə iclasında bildirmiş, məhkəməyə iddiaçının avtomobilin alqı-satqısından məlumatlı olması, pulun iddiaçıya ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, apelyasiya kollegiyasının daşınar əmlak olan avtomobilin alqı-satqısı zamanı ər-arvaddan digərinin razılığının tələb olunmasının qanunvericilikdə öz əksini tapmaması mövqeyi ilə də kasasiya kollegiyası razılaşmır və kasasiya şikayətində göstərilənlərin təsdiqi olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın 1.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu məsələdə mövcud qanunvericilik Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə riayət olunmasını tələb edir ki, həmin normada da gösrsətilmişdir ki, rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, avtomobil də rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya hesab olunduğundan Mülki Məcəlləsinin 650-ci maddəsi də müvafiq surətdə müabhisəyə tətbiq edilməli idi ki, apelyasiya kollegiyası həmin normanı qəbul etdiyi qətnamədə göstərmiş olsa da, həmin normanın tələblərinə riayət etməmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 qeyd etmişdir ki, mübahisəli “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomaşın artıq başqa çəxsə satılmaqla başqasının mülkiyyətindədir. İddiaçı və onun vəkili Vəkil1 mübahisəli avtomaşının Cavabdeh2 tərəfindən satılması və onun başqasının mülkiyyətində olmasını təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, avtomaşının mülkiyyətçisi dəyişdiyinə və yeni mülkiyyətçiyə qarşı iddia tələbi irəli sürülmədiyinə görə İddiaçı iddia tələbi təmin oluna, yəni “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsi etibarsız hesab olunmaqla avtomaşın üzərində ½ hissədə İddiaçı, 1\2 hissədə Cavabdeh1 Ağaraza qızının mülkiyyət hüququ tanına bilməz. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən “X3 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi” hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Ağaraza qızı və Cavabdeh2 Fərmasn oğluna qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu onları ödəyən tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10860/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10860/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver