Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1087/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 49 nömrəli evə (bundan sonra – ev) istifadə hüququ tanınsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, evin 1/3 hissəsinə iddiaçının istifadə hüququ tanınsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsasslı olduğunu, İddiaçı və onun vəkili Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər 20.10.2012-ci ildə nikah bağlayıblar, iki uşaqları var. İddia ərizəsində qeyd olunub ki, cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət edib, iş məhkəmənin icraatındadır. İddiaçı bildirir ki, nikaha daxil olduğu vaxt evə gəlin köçüb, evdə yaşadığı müddətdə iki uşağı doğulub, hal-hazıra kimi evdə yaşayır. Reyestr çıxarışından (iş v. 29) görünür ki, ev hazırda 3 nəfərin ümumi paylı mülkiyyətindədir: Şahmurad Əminov (cavabdehin atasının əmisi), Zahid Əminov (cavabdehin atasının əmisi oğlu), İddiaçı (cavabdehin bacısı). Onların hər birinin payı 1/3 hissə təşkil edir. Reyestr xidmətinin məktubundan (iş v. 22) görünür ki, İddiaçı məxsus 1/3 payın əvvəlki mülkiyyətçisi onun atası (həm də cavabdehin atası) Velmurad Aminov olub. Velmurad Aminov 2009-cu ildə vəfat edib və onun payı vərəsəlik üzrə qızı İddiaçı keçib. İddiaçı həmin 1/3 hissdə yaşayıb. Belə ki, mülkiyyətçilər evi faktiki olaraq öz aralarında bölüşdürüblər. Cavabdeh heç vaxt evin mülkiyyətçisi olmayıb. Ona görə də Məniil Məcəlləsinin 30-cu maddəsinin və Mülki Məcllənin 228-ci maddəsinin tələbləri baxımdan cavabdehə münasibətdə iddiaçının evə istfadə hüququ yarana bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh atasına məxsus olmuş 1/3 hissəni atasının ölümündən (2009cu ildən) sonra miras kimi faktiki olaraq qəbul etməklə evdə yaşayır, iddiaçı isə cavabdehin (mirası qəbul etmiş şəxsin) ailə üzvü kimi 2012-ci ildən etibarən evdə yaşayır. Lakin cavabdehin mirası qəbul etdiyi təsdiq edən sənəd yoxdur, cavabdehin atasına məxsus olmuş 1/3 hissə dövlət reyestrində cavabdehin bacısının mülkiyyəti kimi qeydə alınıb. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1087/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1087/2022
21.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver