Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1088/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1976/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Cavabdeh, məhkəmənin qərarının icra edilməməsi və hərəkətsizliyi nəticəsində 10.000 (on min) ABŞ məbləğində və 6.000 (altı min) AZN manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən tutulmasının, onun verilməsinin, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs AR-sı Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətsizliyi və məhkəmə qərarının icra edilməməsi ilə bağlı, dəymiş ziyana görə kompensasiya ödənilməsi haqqında Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklərinə baxmayaraq, məhkəmə qəbul etdiyi qərardadında AR-sı Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarına istinad edərək təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də iddiaçılar iddia ərizəsini uzun-uzadı yazmadan ərizəyə əlavə edilmiş sənədlər əsasında hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduqlarını bildirmişdilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1976/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1976/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin təmamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırır ki, prosessual hüquq normalarının pozulması yəni üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cəlb edilməməsi ilə nəticələnən, habelə, işin mahiyyəti üzrə tam və hərtərəfli araşdırılmaması ilə nəticələnən sözügedən qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə Bakı şəhəri Cavabdeh məhkəməyə cavabdeh qismində cəlb etsə də, Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxs qismində nəinki məhkəməyə cəlb etməmiş və ona məhkəmə bildirişi göndərməmişdir. İddiaçılara qarşı qərəzli olan birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin “Müəyyən etdi” hissəsinin 4-cü abzasında yalnız Nərimanov RPİ-nin məhkəməyə göndərdiyi vəsatətinə istinad edərək, məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz edilməməsini əsas götürməklə işə baxmışdır. Halbuki, məhkəmə üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə iclasına hər hansı bir üzrlü səbəblər olmadan gəlməməsinin səbəblərini göstərməkdə borclu idi. Birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası MM-nin 21.1-ci, 21.2-ci, AR-sı Konstitusiyasının 28-ci və xx.xx.1999-cu ildə qüvvəyə minmiş tarixi göstərməmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, həmin qanunun 4-cü, 5-ci, 7-ci və 12-ci maddələrinə istinad edərək, iddianın rədd edilməsi qənaətinə gəlməkdə israrlı olmuşdur. Habelə birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenimunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilənlərə səhfən istinad edərək qeyd etmişdir ki,-Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq hüquqa malik olub-olmamasını araşdırmalıdır. Polis idarəsindən çəkinən və onlar kimi fiziki şəxsləri başından etməyə çalışan hakim qəbul etdiyi qətnaməsində sonradan qeyd edirdi ki, - İddiaçılar Bakı şəhəri Nərimanov RPİ-nin hərəkətsizlik etməsinin, həmin hərəkətsizlik nəticəsində onlara 10.000 ABŞ dolları və 6.000 AZN məbləğində ziyan dəyməsini göstərən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırlar ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Nərmin Məmmədovanın bu işlərlə bağlı hərəkətsizliyindən Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna verdikləri və prokurorluğa rəsmi qaydada daxil olmuş şikayətlərinə də bu günədək korrupsioner Bakı şəhəri Nərimanov rayon Məhkəməsi kimi, Bakı şəhəri Nərimanov rayon Prokurorluğu tərəfindən də hüquqi qiymət və müvafiq qərar qəbul edilmədiyindən Azərbaycan Respublikasının hüquq mühakimə orqanlarının nə dərəcədə özbaşına və korrupsioner olmalarına bu bir işarədir. Hesab edirlər ki, bu mövqeni Bakı Apellyasiya Məhkəməsi də dəstəkləməkdə və qanunsuz qətnamə çıxarmaqda israrlı olsa da, apellyasiya şikayəti vermək hüququndan istifadə etməkdə haqlıdırlar. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2519/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının surətinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməsi tələbi üzrə iddia ərizəsi mümkünsüz sayılmışdır; İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 114/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətinə əsasən İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Cavabdeh İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Cəlalov tərəfindən qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi barədə” 29 may 2019-cu il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilmiş, Bakı şəhəri Cavabdeh İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Cəlalov tərəfindən qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi barədə” xx xxx 2019-cu il tarixli qərar qanunsuz hesab edilmiş və ləğv edilmiş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır; İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 X1 qarşı pul tələbi ilə iddiaları olmuş, bununla bağlı Bakı şəhəri Cavabdeh İstintaq Şöbəsinin “cinayət işi başlanılmasının rədd edilməsi barədə” xx xxx 2019-cu il tarixli qərar qəbul edilmiş və bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, məhkəmənin müvafiq qərarı qəbul edilmişdir. Hazırda iddiaçılar X1 qarşı iddia etdikləri pul tələbini cavabdeh olaraq Bakı şəhəri Cavabdehndən tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. xx.xx.1999-cu ildə qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması;2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi;4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi;5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması;6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi;8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda;2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə cavabdeh olaraq Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıların hər hansı hüququ pozulmamışdır. Buna görə də, iddiaçının hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ yaranmadığından hazırki iddia tələbi rədd edilməlidir. Digər tərəfdən iddiaçılar Bakı şəhəri Cavabdeh hərəkətsizlik etməsi, həmin hərəkətsizlik nəticəsində onlara 10.000 ABŞ dolları və 6.000 manat məbləğində ziyan dəyməsini göstərən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “maddi ziyanın ödənilməsi” tələbinə iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1976/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1088/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1088/2021
18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver