Məhkəmə qərarları › İş №2(103)-10887/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10887/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10887/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X10 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 Mənzil –Tikinti Kooperativinin nümayəndəsi vəkil X21, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil –Tikinti Kooperativi, Cavabdeh3, X11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Mülki Prosesual Məcəllənin 53cü maddəsinə uyğun olaraq, Badu-Kubə” Mənzil — Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında: X12 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, X36 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 Hüııınıət oğlu ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması: Bakı şəhəri, Suraxanı rayonu, Veııi Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.ııı sahəsi olan 277 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil -Tikinti Kooperativinin üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir (iş səh.121). Cavabdeh2 nümayəndəsi vəkil X26 iddia ərizəsinə etirazını təqdim edərək, İddiaçı Cavabdeh1 Mənzil –Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması haqqında” iddianı təmin etməyərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia müddətinin ötürüldüyün bildirmişdir (iş səh.107). Birinci instansiya məhkəməsinin icraatına aşağıdakı sübütlar təqdim edilmişdir: - "Badu-Kubə” MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli 56 saylı "yaşayış binasından mənzil alışı haqqında” müqaviləyə əsasən, "Badu-Kubə” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68.6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmışdır;-"Badu- Kubə” MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) İddiaçı arasında bağlanmış 09.07.2013-cü il tarixli 29 saylı "yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, "Badu-Kubə” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmişdir; -"Badu-Kubə” MTK tərəfindən verilmiş 09.07.2013-cü il tarixli 35 saylı "mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə”arayışa əsasən, Kooperativin Suraxanı rayonu, X41, V yaşayış sahəsi, evin 4 giriş, 8 mərtəbəsi 277 saylı 1 otaqlı (68,6 kv.m) Cavabdeh3 adına olan mənzil İddiaçı adına keçirilmiş və sonuncunu MKT-nə borcu yoxdur; -"Badu-Kubə” MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) X11 arasında bağlanmış 07.10.2013-cü il tarixli 53 saylı "yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, "Badu-Kubə” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 211 saylı mənzil X5 adına keçirilmişdir; -"Badu-Kubə” MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh4 arasında bağlanmış 19.02.2014-cü il tarixli 20 saylı "yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, "Badu-Kubə” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında X5 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh4 adına keçirilmişdir; -"Badu-Kubə” MTK-nin sonradan (icraçı) adlanacaq sədri X27 ilə (payçı) Cavabdeh5 arasında bağlanmış 28.12.2018-ci il tarixli 22 saylı "yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, "Badu- Kubə” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh4 adına olan, 1 otaqlı 68.6 kv.m 11 saylı mənzil Cavabdeh5 adına keçirilmişdir; -"Badu-Kubə” MTK üzvlərinin və "Payçı”larının ümumi yığıncağının 14 avqust 2013- cü il tarixli Protokolu ilə qərara alınmışdır ki, fiziki şəxs X31 ilə bağlanmış podrat müqaviləsinə əsasən podrat işləri tam görülmədiyi üçün, müqaviləyə əlavə edilmiş razılıq protokolunda göstərilən 277 saylı mənzilin podrat müqaviləsinə əsasən işlər üçün verilmiş 277 saylı mənzil barədə X9 adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyə arayışı ləğv və etibarsız hesab edilmişdir; - "Badu-Kubə” MTK-nin sonradan (Sifarişçi) adlanacaq sədri Cavabdeh3 ilə (podratçı) X31 arasında bağlanmış 01.03.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, "Sifarişçi” Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26.03.2005-ci il tarixli, 126 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, X41 "V” yaşayış massivində 4 girişli çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində beton-mozaika işlərinin (hər kv. M üçün 10 AZN), 1- 2-3-4 girişlərdə blok və pilləkən qəfəsində malyar işləri (hər kv. Metr üçün 5 5 AZN), qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv. M 5 AZN), qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv. Metr 10 manat), 1-2 girişlərdə 13-14-15 mərtəbələrdə və 3-4 girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xəttlərinin çəkilməsi işlərinin görülməsini "Podratçı”ya tapşırır. Həmin Müqavilınin 2.2-ci bəndinə və Akta əsasən "Sifarişçi” təşkilat yuxarıdaadları çəkilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqlənməsindən sonra razılaşmış mənzillər qüvvədə olur.; Müqaviləyə Əlavə №1 olan razılaşma protokulana görə müqavilədə qeyd olunan mənzillərdən biri - giriş 1, 13-cü mərtəbəsində yerləşən sahəsi 71,2 kv. metr təşkil edən 58 saylı və giriş 4, mərtəbəsində yerləşən sahəsi 68.6 kv.metr təşkil edən 277 saylı mənzillərdir. X20 görə yuxarıda göstərilən mənzilin satış müqaviləsi "Podratçı” tərəfindən işlər tam başa çatdırıldıqdan, təqdim olunan AKT (forma 2) əsasında təhviul verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada "Badu-Kübə” MTK tərəfindən ləğv ediləcəkdir; -"Badu-Kubə” MTK-nin sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri ilə X31 ilə bağlanmış 01.03.2013-cü il tarixli Podrat müqaviləsinə və bu müqaviləyə əlavə olunan razılaşma protokoluna əsasən X17 adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı Müqavilə (giriş 4, mərtəbə 8, 1 otaqlı, 68,6 kv.m, 277 saylı mənzil) ləğv edilmişdi; 09.12.2020-ci il tarixli akta əsasən, 277 saylı mənzilə **********0 saylı qaz sayğacı qoyulmuş və payçı Cavabdeh2 təhvil verilmişdir; Badu-Kubə” MTK ilə X22 arasında 07.10.2019-cu il tarixində kommunal xidmətlər göstərilməsinə dair müqavilə imzalanmışdır.(iş səh.9, 12, 30, 32, 35,49, 52, 55, 59,72,73). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "Badu-Kubə” Mənzil - Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X12 ilə bağlanmış 53 nömrəli müqavilə; "Badu-Kubə” Mənzil - Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə bağlanmış 20 nömrəli müqavilə; "Badu-Kubə” Mənzil - Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə bağlanmış 22 nömrəli müqavilə;"Badu- Kubə” Mənzil - Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh2 ilə 07 oktyabr 20İ9-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X41, "V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "Badu-Kubə” Mənzil - Tikinti Kooperativinin üzərinə qoyulması, İddiaçı həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 223.1; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1 ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 152, 157.2, 178.8, 324.1, 324.4, 337.1, 384.0.4, 390.1, 421.1, 423-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 09.07.2013-cü il tarixli 29 saylı "yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, "Badu-Kubə” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmiş və iddiaçı tərəfindən mənzilin dəyəri MTK-ya tam olaraq ödənilmişdir. Həmin hallar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə (09 iyul 2013-ğü il tarixli müqavilə və maliyyə arayışı ) ilə tam sübuta yetirilir. "Badu Kübə” MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzilil alınması haqqında müqaviləyə əsasən kooperativ tərəfindən sözügedən mənzilin payçıya verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri - 27440 manatın vaxtında ödənilməsini öhdəsinə götürərək, 09.07.2013-cü il tarixli 35 saylı arayışa əsasən isə iddiaçının "Badu Kübə” MTK-nə borcu qalmaması ona dəlalət edir iddiaçı sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir. "Badu-Kubə” Mənzil - Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi bu mənada əsassızdır ki, hüquqi şəxs hesab olunan "Badu Kübə” MTK Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan mülki-hüquq münasibətlərinin iştirakçısı və Mülki Məcəllənin 390.1.-ci maddəsinin müddəalarına uyğun olaraq azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirmək və bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlamaq səlahiyyəti olmuşdur. Belə olan halda "Badu- Kubə” Mənzil - Tikinti Kooperativi ilə fiziki şəxs Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcüd olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsi hissədə iddia tələbi əsassızdır. iddiaçı iddia tələbində cavabdehlərlə yanaşı, digər şəxslərin iddiaçıya mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsini tələb etmiş, lakin həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan iş üzrə tərəf olmayan çıxslırin üzərinə hər hansı vəzifə qoyula, iddiaçı tərəfindən cavabdeh qismində cəlb olunmamış və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbi təmin oluna bilməz. Bu baxımdan cavabdeh "Badu Kübə” MTK-nin nümayəndəsinin iddianın əsassız olması barədə dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus olan mənzillə əlaqədar bağlanmış müqavilə ləğv edilmədən "Badu Kübə” MTK-nin cavabdeh X12 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr bağlana bilməzdi. Mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda, qeyd edilən mənzillə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakları olmadan, həmin müqavilənin tərəfi olmayan şəxslər, yəni cavabdehlər X12 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq, iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Yuxarıda sadalanan qanunvericilik aktı normalarının müəyyən etdiyi qaydalara əsaslanaraq isə məhkəmə cavabdehin dəlilləri ilə əlaqədar onu da qeyd edir ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzil alınması haqqında müqavilə rəsmləşdirildikdən sonra cavabdehin nümayəndəsi bildirdiyi qaydada (Cavabdeh1 MTK üzvlərinin və “Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli Protokolu ilə 277 saylı mənzil barədə X9 adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyə arayışı ləğv və etibarsız hesab edilməsi və "xxxx" MTK-nin sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri əsasında) müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanuna zidd və yolverilməzdir. Eyni əsaslarla məhkəmə Cavabdeh2 müqavilə bağladığı zaman vicdanlı alıcı olduğuna dair dəlilləri ilə razılaşmayaraq, iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan sonrakı, o cümlədən Cavabdeh2 ilə MTK arasında müqavilələr bağlanması ona dəlalət edir ki, mənzilə dair qeyd edilən (sonrakı) müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışlar. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının tələbi əşya hüququ ilə bağlıdır. Cavabdeh2 apellyasiya şikayəti verərək, Baki şəhəri Suraxanı rayon məhkəməsinin 15.07.2021-ci il tarixli 2(010)-1879/2021 saylı qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 182, 373, 375.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 25.1, 357.1,360, 372.1, 372.2, 372.5, 372.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə fiziki şəxs X31 arasında bağlanmış 01.03.2013-cü il tarixli podrat müqaviləsinə əsasən podratçı MTK-nın inşa etdiyi sözü gedən binanın 1, 2, 3 və 4-cü girişində beton-mozaika işlərinin (hər kv.m üçünlO AZN), 1.2.3.4-cü girişlərdə pilləkən qəfəsində malyar işləri, (hər kv.m üçün 5.5 AZN) qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv.m üçün 5 AZN), qarajların yerin beton pilitə ilə döşəmnəsi (hər kv.n üçün 10 AZN), 1-2-ci girişlərdə 13-14-15-ci mərtəbələrdə və 3-4-cü girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi işlərini görülməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən və akta əsasən Sifarişçi yuxarıda adları qeyd edilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqləməsindən sonra razılaşmış mənzillər qüvvədə olur. Həmin müqaviləyə əlavə №1-də olan razılaşma protokoluna görə müqavilədə qeyd olunan mənzillərdən biri 1, 13-cü mərtəbədə yerləşən sahəsi 71.2 kv.m olan 58 saylı mənzildir. X20 görə yuxarıda göstərilən mənzilin satış müqaviləsi podratçı Namiq Qaraşov tərəfindən işləri tam başa çatdırdıqdan, təqdim olunan AKT (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada Cavabdeh1 Mənzil- Tikinti Kooperativi tərəfindən ləğv ediləcəkdir. Lakin podratçı Namiq Qaraşov öhdəsinə götürdüyü işləri natamam gördüyündən MTK-nın ümumi yığıncağının 14.08.2013-cü il tarixli protokolu ilə qərara alınmışdır ki, fiziki şəxs X31 ilə bağlanmış müqaviləyə əsasən podrat işləri tam görülmədiyi üçün müqaviləyə əlavə edilmiş razılıq protokolunda göstərilən 277 saylı mənzilin podrat müqaviləsinə əsasən görüləcək işlərə görə verilmiş 277 saylı mənzil üzrə ilə heç bir iş görməyən və pul ödəməyən İddiaçı adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı müqavilə ləğv edilsin. Məhkəmə qətnaməsində 277 saylı mənzilin gah X9, gah da X17 adına rəsmiləşdirilməsini qeyd etmişdir. Həm işlərin natamam görülməsi səbəbindən və öhdəlik tam həyata keçirilmədiyindən faktiki olraq formal xarakter daşıyan X23 adına rəsmiləşdirilmiş mənzilə dair müqavilə Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin rəhbərliyi tərəfindən haqlı olaraq protokollaşdırılaraq müvafiq əmrlə qüvvədən düşmüş hesab edilmişdir.Bundan sonra MTK tərəfindən həmin mənzil 29.12.2009-cu il tarixdə 56 saylı müqavilə ilə payçı Cavabdeh3 32000 manata satılmış, 07.10.2013-cü ildə həmin mənzil MTK-nın razılığı ilə Ədalət aərov tərəfindən 53 saylı müqayilə əsasında payçı Cəfərov Gülbala bala oğluna 30590 manata, 19.02.2014-cü il tarixdə MTK-nın müvafiq razılığı ilə Gülbala Cəfərov tərəfindən 20 saylı müqavilə ilə Cavabdeh4 ar oğluna 30590 manata satılmış, 28.12.2018-ci il tarixdə MTKnın razılığı ilə Cavabdeh4 tərədfindən həmin mənzil 22 saylı müqavilə ilə Cavabdeh5 30590 manata satılmış, nəhayət 07.10.2019-cu il tarixdə MTK-nın razılığı ilə Cavabdeh5 tərəfindən həmin mənzil ona 30590 manata satılmışdır. O, mənzili alarkən MTK-nın sədri X14 və həmin vaxt MTK-da hüquqşünas olan Cavabdeh3 və mühasib X6 dəfələrlə mənzilin yüklü olub-olmadığını, həmin mənzil üzrə hər hansı bir mübahisənin olubolmamasını soruşulduqda ona mənzil üzrə heç bir mübahisənin olmadığını bildirərək mənizilin Elşən Səfərovdan almağına tam razı olduqlarını bildirdilər. Ona görə də Elşən Səfərovun ərizəsinə əsasən 30590 manatı Elşən Səfərova nağd ödəyərək həmin mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq verdi. Bundan sonra MTK mənzilin Cavabdeh5 adından adına keçirilməsinə dair 07.10.2019-cu il tarixli saylı arayış, mənzilin baza xəritəsindən çıxarış vermişdir. 07.10.2019-cu il tarixdən başlayaraq hər kv.m sahəyə görə 0.25 AZN kommunal xərcləri ödəyərək MTK-nın razılığı ilə mənzili təmir etdirməyə başladı.09.12.2020-ci il tarixdə isə MTK-nın hüquqşünası Cavabdeh3 mühasibi X8 və iştirakı ilə akt tərtib edilərək **********0 saylı qaz sayğacı qoyulmuşdur.O, bütün bunları məhkəmədə verdiyi izahatında tam olaraq göstərməyinə, həmin mənzilin təmirinə 20000 manat xərcləyərək artıq həmin mənzildə yaşamağına baxmayaraq Süraxanı rayon məhkəməsinin hakimi Anar Qasımov tərəfindən qətnamədə göstərilməmiş, izahatına belə toxunmayaraq mənzili hansı şəraitdə və necə almağını, təmir edərək həmin mənzilə köçməyini belə əks etdirməmişdir. O, mənzili alarkən mənzilin mübahisəli olmadığını həm mənzili alan Cavabdeh5, MTK-nın hüquqşünası Cavabdeh3 və mühasibi Nayibə Rzayeva dəfələrlə bildirmişlər. Ona görə də məhkəmə baxışı zamanı o və nümayəndəsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən vicdanlı alıcı olaraq faktiki 07.10.2019-cu iki tarixdən sahiblik etməyə başlayaraq həm kommunal xərclərin ödənilməsini və müvafiq olaraq təmir edilməsini həyata keçirmişdir. Məhkəmədə həm onun izahatında həm də nümayəndənin izahatında bütün bunlar göstərilməsinə baxmayaraq məhkəmə vicdanlı alıcı olmağını belə nəzərə almayaraq heç bir iş görməyən və mənzilə dair heç bir ödəniş aparmayan faktiki formal müqavilə ilə adına 09.07.2013-cü ildə rəsmiləşdirilmiş, müqavilədən 8 il ötməsinə baxmayaraq MM-nin 373.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti ötürməsinə baxmayaraq İddiaçı xeyrinə əsassız olaraq qətnamə qəbul etmişdir. O,mənzili alarkən haradan bilərdi ki, 2013-cü ildən mənzil üzrə mübahisə vardır. Bunu ona nə mənzili satan nə də razilıq verən MTK bildirməmişdir. 2019cu ildən demək olarki təmirlə əlaqədar hər gün, 2 gündən bir Cavabdeh3 və mühasib Nayibə Rzayevanı görməmiş və mənzilin mübahisəli olmadığını dəfələrlə bildirmişlər. Məhkəmə işə baxarkən mənzili satan İddiaçı MTK-nın işçiləri Firudin Əliyevin, Cavabdeh3, mühasib Nayuibə Rzayevanın digır cavabdehlər X7, Cavabdeh4 və digərlərinin izahatını belə almağı ehtiyac bilməmiş, və ondan əvəl həmin mənzili bir-birinə satmış şəxslərin mənzilin mübahisəli olub-olmamasını, onun və digərlərinin vicdanlı alıcı olmaqları araşıdırılmamışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək, Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386, 387,388-ci maddələrini əldə rəhbər tutub, Suraxanı rayon Məhkəməsinin 15.07.2021 ci il tarixli iş 2(010)-1879/2021 saylı qətnaməsininin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 09.07.2013 cü il tarixli "xxxx" MTK də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 29 saylı müqaviləni və ona əsasən verilmiş maliyyə arayışını etibarsiz hesab edilməsi,İddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməsi, Cavabdeh3 ilə X31 arasında 01. 03.2013 cü il tarixdə bağlanmış podrat müqaviləsi və ona əlavə olunmuş razılaşma Protokolu, 14.08.2013 cü il tarixdə MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarını, həmin qərara əsasən MTK-nın Sədri tərəfindən verilmiş əmri etibarlı hesab edilməsini,"xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X12 ilə bağlanmış 53 saylı müqavilə "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsi adına keçirilməsi haqqında Cavabdeh4 ilə 19.02.2014 cü ildə bağlanmış 20 nömrəli müqavilə;"xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28.12.2018 ci ildə bağlanmış 22 saylı müqavilə;"xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh2 ilə 07.10.2019 cu ildə imzalanmış 32 saylı müqavilələr qanuni və etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir .Şikayətdə Mülki Məcəllənin 337.1, 373.2, 384.0.4, 382, 423, 752.1, 759.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" MTK 2012 ci ilin axırı, 2013 cü ilin əvvəlində Suraxanı rayonu, X41, "xxxx" yaşayış massivində inşa etdiyi çoxmərtəbəli binanı tikib başa çatdirdı. Lakin binanın daxili işlərini inşa edilməmiş qalmışdır. Binanın daxili işləri inşa etdirmək lazım idi."xxxx" MTK yuxarıda qeyd etdiyi binanın daxilini inşa etdirmək üçün 01.03.2013 cü il tarixdə fiziki şəxs X32 ilə Podrat müqaviləsi bağlayır. Məhkəmə Qətnamə çıxararkən maddi hüquq normalarını pozmaqla bərabər 01.03.2013 cü il tarixdə bağlanmış Podrat müqaviləsinin 2.2. ci bəndində qeyd olunmuş hallara da əhəmiyyət verməmişdir. Həmin hallar tam qanuna uyğundur. Həmin hallardan biri də budur. “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən təmir işlərini aparılmasından ötəri razılaşma protokolu ilə mənzillər verir, sifarişçi” və "xxxx" arasında Akt(forma 2) əsasında hər iki tərəf tərəfinin təsdiqləndikdən sonra razılaşma protokolu ilə verimiş mənzillər qüvvədə olur. Məhkəmə tədqiqatında sözügedən Akt (forma 2) müəyyənləşdirilibmi? Suraxanı rayon X41, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının 4 giriş 8 ci mərtəbəsində yerləşən 68,6 kv.m. sahəsi olan 277 saylı mənzilin taleyinin həlli Akt (forma 2) qeyd olunubmu? Hər iki tərəf tərəfindən Akt (forma 2) təsdiqlənibmi? Yox. müqavilənin 2.2. bəndində qeyd olunur. Sifarişçi və Podratçı arasında Akt ( forma 2) əsasında hər iki tərəf tərəfindən təsdiqləndikdən sonra razılaşma protokolu ilə verilmiş mənzillər qüvvədə olur. Deməli tərəflər arasında Akt(forma 2) yazılıb, təsdiq olunmayıbsa, tərəflərin öhdəliklərini icra etmələrindən söhbət gedə bilərmi? 277 saylı mənzilin İddiaçı verilməsindən söhbət gedə bilərmi? Akt (forma 2) qeyd olunub yazıldıqdan sonra mənzilin verilməsi qüvvədə olur. Deməli müqavilən in 2.2. bəndində qeyd olunmuş Akt (forma 2) tərəflər arasında yazılıb təsdiqlənməmişdirsə, mənzilin İddiaçı verilməsindən söhbət gedə bilməz. Müqavilənin 3.3. bəndində Tərəflərin öhdəliklərindən bəhs olunur. 3.4. cü bənddə qeyd olunur: Yuxarıda göstərilən işlər "xxxx" tərəfdən tam başa çatdırıldıqdan sonra Akt(Forma 2) əsasında “Sifarişçi” yə təhvil verir. “Sifarişçi” təşkilat isə öz növbəsində bu işlərin qəbul olunmasını təmin edir. İş materiallarında müqavilənin 2.2. bəndində olmamasını Məhkəmənin 15.07. 2021 ci il tarixli qətnaməsi sübut edir. Ona görə ki, məhkəmə 15,07.2021 ci il tarixli qətnaməsində həmin aktı qeyd edib göstərməmişdir. Deməli tərəflərin öz öhdəliklərinin icrasının başa çatdırması barədə Akt (forma 2)tərtib edib öz imzaları və möhürlə təsdiq olunduqdan sonra 68,6 kv.m. 277 saylı mənzilin İddiaçı verilməsi qüvvəyə minir. Məhkəmə Qətnamə çıxaranda "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının 14.08.2013 cü il tarixli protokolun və MTK- nin Sədrinin həmin tarixli əmrini yaddan çıxarmışdır. 3.8. Təsdiq edilmiş normalar əsasında 5(beş) ay müddətinə yuxarıda göstərilən işləri tam başa çatdırıb, Sifarişçiyə təhvil verir.Deməli Sifarişçi "xxxx" MTK ilə X4 arasında bağlanmış 01.03.2013 cü il tarixli Podrat müqaviləsi Podratçı N.Y. Qaraşov tərəfindən birtərəfli qaydada pozulmuşdur. Öz öhdəliyini icra etməmişdir."xxxx" MTK nın Sədri Cavabdeh3la X4 arasında bağlanmış 01.03.2013 cü il tarixli Podrat müqaviləsini 10 cu bəndi Podrat müqaviləsinin müddətindən bəhs edir.10.1. bənddə qeyd olunur. Hazırki müqavilə imzalandığı andan qanuni qüvvəyə minir və 2.1. bəndinə uyğun olaraq nəzərdə tutulmuş tikinti işləri 5 (beş) ay müddətində tam başa çatdırılıb, Sifarişçiyə təhvil verilənədək qüvvədə qalir. Deməli "xxxx" MTK ilə İddiaçı arasinda 09.07.2013 cü ıl tarixdə bağlanmış müqavilə podrat müqaviləsinin 10.1. bəndinə uyğun halda bağlanmışdır. "xxxx" MTK-nın adından Cavabdeh3 ilə X31 arasinda bağlanmış müqavilənin müddəti 5 aydır. Podrat müqaviləsi 01.03.2013 cü il tarixində bağlanmışdır. İddiaçı ilə Cavabdeh3 Nəcəf-qulu oğlu arasında müqavilə 09.07.2013 cü ıl tarixdə bağlanmışdır. podrat müqaviləsi bağlandiği tarixdən İddiaçılə bağlanan müqavilənin tarixinə kimi 4 (dörd ay 9 gün) təşkil edir. Deməli Cavabdeh3lə İddiaçı arasinda bağlanmiş müqavilə podrat müqaviləsinin 10.1-ci bəndinə uyğun formada bağlanmışdır. Podrat müqaviləsinə əlavə olunmuş razilaşma protokolunun 2-ci qrafasinda İddiaçı müqavilə əsasinda gələcəkdə verilən mənzilin giriş № sı, necənçi mərtəbədə yerləşməsi, mənzilin neçə kv.m. olması, mənzilin № sı, mənzilin dəyəri və ümumi dəyəri qeyd olunub, göstərilmişdir. Podrat müqaviləsinin müddətində ötməmişdir. Yəni müqavilənin müddəti 5 aydır. Belə olan halda Cavabdeh3 podrat müqaviləsinə əlavə olunmuş razılaşma protokolun 2-cı bəndində qeyd olunmuş mənzil necə başqa şəxsə sata bilərdi? 14.08.2013 cü il tarixdə "xxxx" MTK- nın təsisçilərinin ümumi yığıncağını çağırıb, yuxarıda adı çəkilən "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 29 saylı müqaviləni ləğv ləğv edir. Bu da qanunauyğundur.Podratçı tərəf X31 "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının Qərarı əsasında "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 29 saylı müqavilənin ləğv olunması barədə heç bir narazılıq bildirmədən əmrin surətini alır. Digər surətə əmrin surətinin alması barədə yazır: “surətini aldım”, imza edib, "xxxx" MTK-nın Sədrinə verir. Bundan sonra da heç » bir yerə şikayət etmir. (Bax 14.08.2013 cü il tarixli əmrin arxasına) Deməli "xxxx" tərəf "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarından və onun əsasında verilmiş əmrdən narazı qalmamışdır. Əgər narazı qalmış olsaydı, öz fikrini bildirərdi. Yaxud ümumi yığıncağın qərarından və ona əsasən verilmiş Əmrdən şikayət verərdi. Belə hal olmayıb. Deməli "xxxx" tərəf özü də "xxxx" MTK-nın 14.08.2013 cü il tarixli ümumi yığıncağının qərarından və ona əsasən verilmiş əmrdən razı qalmışdır. Lakin məhkəmə qeyri-obyektiv, birtərəfli və qərəzli mövqe tutaraq, maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla qətnamə çıxarmışdır. 01.03.2013 cü il tarixli podrat müqaviləsində və ona əlavə edilmiş razılaşma protokolunda göstərilən öhdəliklərin bir hissəsini, yəni (1-ci giriş 13 mərtəbə, 71.2 kv.m, 58 saylı 28480 manat dəyərində) bir qismini X4 icra etmək üçün podratçı tərəf X3 Vüsal Əjdər oğlunu MTK-ya gətirib bildirib ki, Podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokolunda qeyd olunmuş 1 giriş 13-cü mərtəbə 71.2 kv.m 58 saylı 8480 manat dəyərində olan mənzili X13 adına keçirin. Başlayaq işi görməyə. O da sözügedən mənzili keçirdim İbrahimov Vüsalın adına. "xxxx" MTK da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilə, yəni Cavabdeh3 ilə X24 arasında 17 saylı müqavilə bağladıq. 71,2 kv. m. mənzilin dəyəri razılaşma protokolunda 28480=00 AZN qeyd olunmuşdur."xxxx" tərəf razılaşma protokolunda qeyd olunan 28480=00 (iyirmi sək¬kiz min dörd yüz səksən ) manat dəyərində iş görüb Akt(forma 2) tərtib edib, sifarişçi tərəfə təqdim etdi. “Sifarişçi” tərəf görülən işi yoxlayıb, Akt(forma 2) yə imza etdi. Podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokoluna asasən "xxxx" MTK-dan yaşayış binasından alınmış mənzilin başqa şəx¬sin adına keçirilməsi haqqında 17 saylı müqavilə qanuni qüvvəsini aldı. Bakı şəhəri, Suraxanı rayonu, X41, "xxxx" yaşayış massivində MTK -nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında 1 giriş, 12 mərtəbə, 71,2 kv.m. 58 saylı mənzil X16 məxsus oldu. Hal-hazırda X2 mənzildə yaşayır. "xxxx" tərəf 2 ci mənzilin yəni 4 giriş,8 mərtəbə, 68,6 kv.m.,277 saylı mənzilin dəyəri 27440=00 manat müqabilində iş görmək üçün 08.07.2013 cü il tarixdə İddiaçı gətirib, bildirir ki, 1 ci mənzili qabaqcadan alqı- satqı etdiyimiz kimi, 2- ci mənzii də qabaqcadan alqı-satqı edib, işə başlayaq, o da razılıq verdi. Elçin sabah gəlsin mənzili onun adına keçirdək. İddiaçı 09.07.2013 cü il tarixdə MTK- ya gəldi. "xxxx" MTK da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 29 saylı müqavilə bağladıq. Bu müqaviləni bağladıqdan sonra "xxxx" tərəf iş görmədi. Podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokolunda qeyd edib göstərdikləri kimi "xxxx" MTK-a İddiaçı ilə onun,yəni Cavabdeh3 arasında bağlanmışı 29 saylı müqaviləni birtərəfli qaydada ləğv etdi. Suraxanı rayon Məhkəməsinin birtərəfli, qərəzli və qeyri-obyektiv mövqe tutmasını Qətnamədən tam sübut olunur.Məhkəmə Qətnamədə qeyd edib, göstərir ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 09.07.2013 cü il tarixli 35 saylı mənzilin dəyərinin tam ödənilməsi "xxxx" yaşayış sahəsi 4 giriş, 8 mərtəbəsi 277 saylı 1 otaqlı (68.6 kv.m) Cavabdeh3 adına olan mənzil İddiaçı adına keçirilmiş və sonuncu MTKya borcu yoxdur. İddiaçı 09 iyul 2013 cü il tarixdə 68,6 kv.çm. 277 saylı mənzilin onun adına keçirilməsi barədə Cavabdeh3 ilə müqavilə bağlayır. Həmin vaxtdan İddiaçı məhkəməyə şikayət etdiyi vaxtdan səkkiz il keçmişdir. Əgər İddiaçı doğrudan da 27440 manat pul verib, mənzili almışdırsa, bəs hansı səbəbə görə bu səkkiz il ərzində bir dövlət təşkilatlarına hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Yaxud MTK-nın Sədrinin, təsisçilərinin yanına gəlib, deməyib ki, mənzili niyə vermirsiniz. "xxxx" MTK-nin təsisçilərinin 14.08.2013 cü il tarixdə ümumi yığıncaq çağırıb, 01.03.2013 cü il tarixdə bağlanmış podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokolunda qeyd olunmuş öhdəliklərin podratçı tərəf bir qismini icra edib, digər qismini icra etmədiyi üçün, həmin podrat müqaviləsinə və razılaşma protokoluna əsasən 09.07. 2013 cü il İddiaçı ilə onun, yəni Cavabdeh3 arasında bağlanmış müqaviləni ləğv etdi. Elə həmin günü "xxxx" X31 ilə İddiaçı da MTK-ya dəvət ediblər. Qaraşov Namiq MTK- ya gəldi. Onu MTK- in Əmri ilə tanış edib, əmrin bir nüsxəsini ona veriblər. O, əmrin MTK- də qalan nüsxəsinə, əmrin bir nüsxəsinin almasını öz xətti ilə yazdı, imza etdi.İddiaçı MTK-nə dəvət etdik, onu da MTK-nın 14.08.2013-cü li il tarixli Əmri ilə tanış etsinlər. Həm də onda olan 09.07.2013 cü il tarixli 68,6 kv. m. 277 saylı mənzilin onun adına keçirilməsi haqqında 29 saylı müqaviləni və maliyyə arayışını ondan alaq. İddiaçı gəlmədi.Təxminən 15-20 gün ona gündə 3-4 dəfə zəng ediblər. O telefonu açmirdı. X45 zəng ediblər ki, Elçin telefonu açmir. O, bildirdi ki, o da 4-5 dəfə zəng etmiş telefonu açmır. Sual olunur: İddiaçı mənzilin dəyərini köçürmüşdürsə, niyə MTK- ya çağrılanda gəlmirdi. Gəlib, ya mənzilini, ya da pulunu tələb etmirdi. Səkkiz ildən sonra Suraxanı rayon Məhkəməsində iddia qaldırır. Bu hal nə dərəcədə inandırıcıdır.Məhkəmə öz Qətnaməsinin əsaslandırıcı hissəsinin 1-ci abzasında qeyd edir: Məhkəmə tərəflərin izahatları dinləyib , iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir.İş materiallarından və Qətnamədən tam aydın olur ki, Məhkəmə hansı sübutu araşdırıb. Araşdırıb ki, İddiaçı pul verib, mənzil almışdırsa, niyə bu 8 il müddətində hər hansı dövlət təşkilatlarına və hüquq mühafizə orqanina şikayət etməyib. Bildirməyib ki, Cavabdeh3 mənzili vermir. Mənzili Cavabdeh3 alın verin. Məhkəmə bu halı araşdırıbmı? Yox .Deməli məhkəmə qanuna yox. İddiaçı yalan, uydurma sözlərinə əsaslanıb, uydurma da Qətnamə çıxarmışdır. Məhkəmə öz Qətnaməsində qeyd edir. İddiaçı 27440 manat dəyərində olan mənzilin pulunu real MTK-a ödəyib, borcu qalmamışdırsa, görəsən həmin pul "xxxx" MTKnın xəzinəsini olubmu? MTK hesabında oturubmu? Bu barədə MTK-dan arayışı? Pulun MTK-nın hesabında oturması barədə mühasibatlıq kitablarına keçiribmi? Şahid dindirilibmi? Yox. "xxxx" MTK-nın mühasibatlıq arayışına. Məhkəmə Qətnamədə Qənbərovu qətnamədə cavabdeh qeyd etsə də, lakin Cavabdeh3 məhkəməyə dəvət etməmişdir. Əgər Cavabdeh3 məhkəmə tədqiqatında cavabdeh qismində dindirilmiş olsaydı, haqq ədalət öz yerini tapardı. Ona görə Cavabdeh3 məhkəmədə cavabdeh qismində dindirilməmişdir.Məhkəmə Qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçı tələblərini əsaslandıraraq məhkəmə tədqiqatına təqdim etdiyi "xxxx" MTK- nın adlanacaq Sədri Cavabdeh3 ilə (payçı) İddiaçı arasında bağlanmış 09.07.2013 cü il tarixli 29 saylı, yaşayış binasından mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqaviləyə əsasən Badu-Kübə” MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, "xxxx" yaşayış massivində MTK- nın təsisçiləri və “Payçı” larinin vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına 1 otaqlı, 68,6 kv.m. 277 saylı mənzil İddiaçı adına keçilmişdir."xxxx" MTK nın sonradan (sifarişçi) adlanacaq Sədri Cavabdeh3 pcəfqulıı oğlu ilə "xxxx" X31 arasında bağlanmış 01. 13.2013 cü il tarixli 01 saylı podrat müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, Sifarişçi” Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının 26.03.2005 ci il tarixli 126 saylı saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, X41,"xxxx" yaşayış massivində 4 girişli, çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində beton mozaika işlərinin (hər k.m. üçün 10 AZN) 1-2-3-4 girişlərdə blok və pilləkən qəfəsində malyar işləri (hər kv.m. üçün 5 AZN), qarajların divar və tavan hissələrinin rənglənməsi(hər kv.m. üçün 5 AZN) qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv.m. 10 manat), 1-2 girişlərdə 13-14-15 mərtəbələrdə və 3-4 girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xəttlərinin çəkilməsi işlərinin görülməsini "xxxx"ya tapşırır.Həmin müqavilənin 22-ci bəndinə və Akta əsasən “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqlənməsindən sonra mənzillər qüvvədə olur. Qətnamənin həmin vərəqində məhkəmə qeyd edir: Həmin müqaviləyə əlavə 1 olan razılaşma protokoluna görə müqavilədə qeyd olunan mənzillərdən biri giriş 1,13 mərtəbəsində yerləşən, sahəsi 71,2 kv.m. təşkil edən 58 saylı mənzildir."xxxx" tərəfindən qey olunan 71,2 kv.m., 58 saylı mənzilin dəyəri müqabilində iş görüldüyü üçün akt tərtib olunub hər iki tərəf öz imzaları ilə təsdiqləyib mənzil X1 qalmışdır. Bu hal Məhkəmənin qeyri-obyektiv, qərəzli mövqe tutmasını sübut edir.Məhkəmə əsaslandırıçı hissədə qeyd edib göstərir: X20 görə yuxarıda göstərilən mənzilin satış müqaviləsi "xxxx" tərəfindən işlər tam başa çatdırıldıqdan təqdim olunan Akt(forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada "xxxx" MTK tərəfindən ləğv ediləcəkdir. "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarı və MTK Sədrinin Əmri tamamilə qanuna uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəsil Podrat bölməsinin 752 -ci və 759cu maddələrinə tam uyğun hərəkət etmişdir. Podratçı tərəf MM-nin 755 ci ,760-cı və 762.3. cü maddələrinin tələblərini kobud surətdə pozmuşdıır. Məhkəmə özünün qətnaməsində iddiaçının sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir qeyd etməsi onun maddi və prosessual hüquq normalarını kobud surətdə pozması deməkdir. İddiaçı əmlak hüquqlarını nə vaxt əldə etmişdir. Məhkəmə hansı qanuna, hansı bir normativ hüquqi akta əsaslanıb, iddiaçı tərəfin xeyrinə qətnamə çıxardır.Məhkəmə öz qətnaməsində Mülki Məcəlləsinin 337.1. maddəsinə, 421.1. ci maddəsinə,423-cü maddəsinə, 373.9 maddəsinə, 384.0.4 cü maddəsinə istinad etmişdir. Lakin məhkəmə qeyd etdiyi maddələrə istinad etməklə, iddiaçı tərəfin xeyrinə Qətnamə çıxarmaqdan ötəri həmin maddələrdən ancaq sui-istifadə etmişdir. Məhkəmə MM-tıin 337.1. maddəsini öz Qətnaməsində qeyd etməklə əqdlərin etibarsızlığından danışır.Məhkəmə qeyd edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda qeyd mənzillə bağlı hər hansı bir razılaşmalar(müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halıda onun iştirakçıları olmadan, həmin müqavilənin tərəli olmayan şəxslər, yəni cavabdehlər X12 ilə 07.10.2013 cü ildə imzalanmış 53 saylı, Cavabdeh4 ilə 19.02.2014 cü ildə imzalanmış 20 saylı, Cavabdeh5 ilə 28.12.2018 ci ildə imzalanmış 22 saylı , Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.Apellyasiyn Mübahisəli mənzil hansı Qanuna əsasən iddiaçıya məxsusdur ? Əgər mübahisəli mənzil iddiaçıya məxsusdursa, məhkəmə öz qətnaməsində niyə "xxxx" X30 Ədalətin arasında bağlanmış Podrat müqaviləsi və ona əlavə olunmuş razılaşma protokolunun 14.08.2013-cü il tarixli MTK-nın və təsisçilərinin ümumi yığıncağının qərarını ona əsasən verilmiş Əmri qanunsuz hesab etməmişdir. Məhkəmə bu kimi halları qanunsuz hesab edə bilməzdi, görə ki, qeyd etdiyi bu hallar tam qanuna uyğundur. Qeyd etdiyi hallar qanuni olduğu halda "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış müqavilənin hansı etibarsızlığından söhbət gedə bilər.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanir.Məhkəmə öz qətnaməsində qeyd edib, göstərir ki, müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər.Məhkəmə bilməlidir ki, müqavilədə ayrı qayda göstərilmirsə, müqavilənin məhkəmə qaydasında ləğv olunmasına yol verilir. Yox ayrı qayda qeyd olunursa bu hala ehtiyac yoxdur.İddiaçı ilə Cavabdeh3 arasında 09.07. 2013 cü il tarixdə bağlanan müqavilə, 01.03.2013 cü il tarixli müqavilənin əsasında bağlanıb. Ona görə də həmin müqavilədə digər hallar nəzərdə tutulduğu üçün məhkəməyə tərəflərin müraciət etməsinə ehtiyac qalmır. İddiaçı iddia müddətindən 8(səkkiz) il keçir. Məhkəmə kollegiyasının 22.11.2021-ci il tarixli iclasında işirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək,müqavilə imzalanan zaman qanuni təmsilçi olduğuna görə onun tərəfindən imzalandığını, mənzilin ona məxsus olduğunu, mənzildən imtina edilməsi barədə MTK-ya ərizə ilə müraciət etdiyini, müqavilənin hazırlanaraq ona verildiyini və onun müqaviləni birtərəfli qaydada imzaladığını, müqaviləni imzaladıqdan sonra Qaraşov Namiqə verdiyini, X35 Elçinin pasportunu təqdim edərək, onun tərəfindən görməli olduğu işlərin İddiaçı tərəfindən görüləcəyini bildirdiyini, onun İddiaçı tanımadığını, iş görülməsi üçün iki mənzil verildiyini, 30000 manat dəyərində işin görülməsini müəyyən etdiklərini, İddiaçı müqaviləni qaytarmadığını, 8 ildən sonra mənzilin digər şəxslərə satılmasının məlum olduğunu, binanın 2012-ci ildə hazır olduğunu və sakinlərin orada yaşadığını, İddiaçı tərəfindən ödəniş edilmədiyini, onun maliyyə arayışnın olmadığını, ümumi yığıncağın qərarı ilə müqavilənin ləğv edildiyini, müavilə ləğv edildikdən sonra yeni müqavilənin Cəfərov Gülbala ilə bağlanıldığını, daha sonra Cəfərov Gülbala mənzili Cavabdeh4, Cavabdeh4 Cavabdeh5, Cavabdeh5nin isə Cavabdeh2ə satdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında işirak edən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi vəkil X21 apellyasiya şikayətini müdafiə edərək, 58 saylı mənzillə bağlı heç bri mübahisə olmadığını, buna səbəbin isə həmin mənzilin görülən işin dəyəri olaraq verildiyini, digər mənzillə bağlı iş görülmədiyindən MTK-nın müqaviləni ləğv etdiyini, mənzillərin iddiaçının və Vüsal adlı şəxsin adına keçirilməsinin Qaraşov Namiqin göstərişi ilə olduğunu, mənzilin iyul ayında həmin şəxslərin adına keçirildiyini, mübahisənin isə avqust ayında baş verdiyini, iddiaçı ilə müqavilənin Cavabdeh3 ərziəsi əsasında bağlanıldığını, iddiaçının birbaşa MTK-dan mənzil almadığını, iddiaçının bu qədər müddət ərzində mənzillə bağlı hər hansı iddia vermədiyini, mənzil verilən zaman iddiaçının işi görəcəyi təxmin edildiyindən onun adına rəsmiləşdiyini, lakin avqust ayında iş görülmədiyindən mübahisə yaradığını və müqavilənin ləğv edildiyini, müqavilədə müqavilənin birtərəfli qaydada ləğv edilə bilməsinin qeyd edildiyini, iddiaçının mənzilin məbləğini MTK-nın kassasına ödəmədiyini, qətnamənin işin hallarına uyğun olaraq qəbul edilmədiyini bu səbəblə də qətnamənin ləğv edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında işirak edən Cavabdeh2 mənzilin 2019-cu ildə alındığını, mənzili aldıqdan sonra təmirə başladığını,2020-ci ilin avqust ayında təmirə başladığını, 2021-ci ilin avqust ayında təmirin bitdiyini, təmir davam etdiyi dövrdə mənzilə tez-tez baş çəkdiyini, bu zaman hər hansı problemlə rastlaşmadığını, mənzilin ona Cavabdeh5 tərəfindən satıldığını, mənzilin pulunu ödəyərək müqavilə bağladıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında işirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətlərini qəbul etməyərək, iş materiallarına maliyyə arayışının əlavə edildiyini, iddiaçının 09.07.2013-cü ildə müqavilə bağladığını, müqavilə bağlanan gün mənzilin dəyərini tam ödədiyini, iddiaçının məznilin dəyərini Cavabdeh3 ödədiyini, MTKnın sədri Cavabdeh3 olduğundan onun tərəfindən imzalandığını, müqavilədə məznilin dəyərinin qeyd edildiyini, maliyyə arayışında da məbləğin tam olaraq ödənildiyini və borcunun olmadığının qeyd edildiyini, müqavilə imzalanan tarixdə mənzilin təqdim edildiyinin lakin təhvil verilmədiyini və buna maneələr olduğunu, Mülki Məcəlləyə əsasən müqavilənin tərəflərin qarşılıqlı razılaşması ilə ləğv edilə biləcəyini, podrat müqaviləsinin 3 tərəfli qaydada tərtib edilmədiyini, bu səbəblə həmin podrat müqaviləsinə istinad ediləməsinin əsaasız olduğunu, Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında da əşya hüquqularına müddət tətbiq edilmədiyinin qeyd olunduğunu, iddiaçının……illərdə pretenziya qaydasında məktubla da müraciət etdiyini, lakin məktuba cavab verilmədiyindən məhkəməyə müraciət edildyini, iddiaçının hüququ mühafizə orqanlarına da müraciət etdiyini,təmin edilməyən Cavabdeh3 ilə 29 dekabr 2009-cu il tarixli 56 nömrəli müqavilə hissədə hazırki işdən əvvəl yaranmış münasibətlər olduğundan şikayət vermədiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X11, Cavabdeh4, Cavabdeh5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı iddiaçının nümayəndəsi Vəkil etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri əsassız və qanunsuzdur. Belə ki: 1. İş materiallarında olan onunla cavabdeh MTK arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 29 saylı Müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, X41, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmiş, mənzilin dəyərini - 27440 manatı cavabdehə tam şəkildə ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş 09 iyul 2013-cü il tarixli, 35 nömrəli Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə Arayış ilə cavabdehə heç bir borcunun olmaması təsdiq edilmişdir. 2. Cavabdehlər apelyasiya şikayətində hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna istinad edə bilməmiş, uydurma mülahizələrlə məhkəmə kollegiyasının diqqətini yayındırmağa çalışmış, Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin hansı səbəbdən ləğv edilməli olduğunu əsaslandıra bilməmişlər. Apelyantlar nəzərdən qaçırmışdır ki, iş üzrə Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzilin təhvil verilməsi vəzifəsi üzərinə qoyulmuş Cavabdeh1 MTK-nın həmin qətnamədən apelyasiya şikayəti verməməsi həmin qətnamə və iddia tələbi ilə razılaşması anlamına gəlir və onların irəli sürdüyü dəlillərin heç bir əhəmiyyət kəsb etmədiyini sübut edir. 3. Apelyasiya şikayətlərində mübahisəyə heç bir aidiyyatı olmayan və iş üzrə tərəf qismində çıxış etməyən X32 ilə Kooperativ arasında bağlanmış 01 mart 2013-cü il tarixli podrat müqaviləsinə ciddi cəhdlə istinad edilməsinin məqsədi müəmmalıdır. Cavabdeh3 Kooperativlə Qaraşov arasında bağlanan podrat müqaviləsinin 2.2-ci maddəsinə əsasən tərəflər arasında Akt imzalandıqdan sonra razılaşma protokolu ilə verilmiş mənzillərin qüvvədə olması və belə Akt olmadığından mübahisəli 277 saylı mənzilin İddiaçı verilməsindən söhbət gedə bilməyəcəyi kimi anlaşılmaz fikir irəli sürərkən məhkəmə kollegiyasının bu uydurmalara inanmasına ümid bəsləmiş və ya həqiqətən bu cür əsassız dəlillərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə inanmışdır. Halbuki, həmin müqavilə və müqavilə üzrə görülməli işlərlə bağlı onun hər hansı öhdəliyi olmamışdır və yoxdur. Kooperativlə Qaraşov arasında Aktın imzalanmamasının onunla bağlanan 09 iyul 2013-cü il tarixli müqavilə üzrə öhdəliklərə heç bir təsiri ola və həmin müqavilənin ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməz. 4. İstinad olunan podrat müqaviləsi 01 mart 2013-cü ildə bağlanmış və müddəti 5 ay müəyyən olunmuşdur. Onunla Kooperativ arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi isə 09 iyul 2013-cü il tarixdə bağlanmışdır. İki müqavilə arasında 5 aydan artıq müddət keçmişdir. Əgər həqiqətən cavabdehin istinad etdiyi kimi podratçı tərəfindən işlər görülməmiş və müqavilə şərtlərinə əməl olunmamışdısa, 5 aydan sonra, yəni artıq müqavilə üzrə görülməli işlərin başa çatdırılmalı və təhvil verilməli olduğu vaxtda, həmin evin ona satılması ilə əlaqədar alqısatqı müqaviləsinin bağlanmasının səbəbi maraq doğurur. Bu da onu təsdiq edir ki, apelyasiya şikayətlərinin bu dəlili uydurmadır, hər hansı hüquqi və faktiki əsasa malik deyil. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlər isə məsuliyyətdən yayınmaq üçün sonradan tərtib edilmişdir. 5. Habelə, Cavabdeh Qənbərov Kooperativin ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli Protokolu ilə 277 saylı mənzil 09 iyul 2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsinin və maliyyə arayışının birtərəfli qaydada ləğv edildiyini göstərsə də, bu ləğvetmənin qanunsuzluğunu ciddi cəhdlə ört-basdır etməyə çalışmışdır. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Kooperativin ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli Protokolu ilə 277 saylı mənzil 09 iyul 2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsinin və maliyyə arayışının birtərəfli qaydada ləğv edilməsi qanuna zidd və yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi və dəyişdirilməsi qaydası qanunla tənzimlənir və Kooperativin müqaviləni birtərəfli qaydada ləğv etməsi səlahiyyətdən sui-istifadə xarakterli və özbaşına davranış olmaqla mülki dövriyyənin iştirakçısı olan müqavilə tərəfinin hüquqlarının qanuni mənafeyinin heçə sayılması deməkdir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutilmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 7. Birinci instansiya məhkəməsinin “Cavabdeh1 MTK- nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, V yaşayış massivində yerləşən 1 otaqlı 68,6 kv.m sahəsi olan 277 saylı mənzil İddiaçı adına keçirilmiş və iddiaçı tərəfindən mənzilin dəyəri MTK-ya tam olaraq ödənilmişdir. Həmin hallar iddiaçının təqdim etdiyi sənədlərlə tam sübuta yetirilir. Bununla iddiaçı sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir” - mövqeyi tamamilə qanuni və əsaslıdır. 8. İddiaçının mənzilin ona təhvil verilmədiyi halda heç bir orqana şikayət etməməsi və keçən 8 il ərzində məhkəməyə müraciət etməməsi və iddia müddətinin keçməsi ilə bağlı cavabdehlərin apelyasiya şikayətinin dəlili də əsassızdır. 9. Birincisi, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və 14.11.2020-ci il tarixdə Baş Prokuror cənab Kamran Əliyevə ünvanlanmış müraciət cavabdehlər Qənbərovun və Rzayevanın subyektiv mülahizələrinin həqiqətə uyğun olmadığını təsdiq edir. Müraciətinə cavab olaraq, onun araşdırılmasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Kazım müəllimə həvalə olunduğu bildirilmişdir. Göründüyü kimi, mənzilin təhvil verilməsinin gecikdirilməsi ilə heç vaxt barışmamış, qanunla yol verilən hüquqlarından istifadə etmişdir. 10. İkincisi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi dəqiq göstərilərək, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil olunmadığı müəyyən olunmuşdur. Mübahisəli mənzilin dəyərinin tam ödənilməsi ilə ona dair əmlak hüquqları əldə etmiş və onun mülkiyyətçisi kimi pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək hüququna iddia müddəti tətbiq edilə bilməz. 11. Üçüncüsü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir - qaydası müəyyən olunmuşdur. İş üzrə cavabdehlər tərəfindən iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edilməmiş, bu hal ümumiyyətlə mübahisələndirilməmişdir. Deməli, birinci instansiya məhkəməsi tərəfindən pozuntuya yol verilməmişdir. 12. Cavabdeh3 ilə 29 dekabr 2009-cu il tarixli 56 nömrəli müqavilə saxta olmaqla, sadəcə görünüş üçün bağlandığından uydurma əqddir. Müqavilənin MTK-nın sədri Cavabdeh3 ilə özü arasında imzalanması faktı onun qanuna zidd olmasını göstərir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Lakin adı çəkilən “müqavilədə” iki tərəfin razılaşdırılmış iradə ifadəsi mövcud olmadığından, mülki qanunvericiliyin tələbinə görə, o, bağlanmış hesab edilə bilməz. Həmin Məcəllənin 340.1 ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 13. “X.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 dekabr 2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 337.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır - mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, aldatma və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri)1. 14. X11 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr qanunsuzdur. 15. Onunla cavabdeh arasında 09 iyul 2013-cü ildə müqavilə imzalanmış, mənzilin dəyəri tərəfindən tam ödənilmişdir. Qeyd olunan müqavilələr onunla bağlanmış 09 iyul 2013-cü il tarixli müqavilə imzalandıqdan və mənzilə sahiblik və istifadə etmək hüququ yarandıqdan - müvafiq olaraq 3 ay, 1 il, 5 il, 6 il keçdikdən sonra bağlanmışdır. Yəni cavabdeh artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından bu müqavilələr qanuna uyğun hesab edilə bilməz. 16. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin maddəyə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 17. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. 18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.1 -ci maddəsinə görə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 452.1 -ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. 21. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13,24,29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.9, 8.0.5, 109-118-ci maddəsinə; Mülki Məcəllənin 139-1.1.6., 109- 113, 146, 152-164, 337-354,372-388, 404, 420, 560, 646-654-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, iddia üzrə iddiaçının subyektiv tələbi müstəvisində sübutların təqdim edilməməsi, iddianın da təmin edilməsinə əsaslar müəyyən etmir. Halbuki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. Belə ki, iddiaçı Cavabdeh3 ilə 29 dekabr 2009-cu il tarixli 56 nömrəli müqavilənin saxta olmaqla, sadəcə görünüş üçün bağlandığından uydurma əqd olduğunu iddiasında göstərsədə həmin hissədə tələb təmin edilməmiş, lakin bu hissədən iddiaçı şikayət verməmiş və muqavilənin etibarsız əqd olmasını bəyan edərək şikayətlərə olan etirazında ərz etmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual məcəllənin tələbləri üzrə qeyd edilən müqavilə apellyasiya baxışının səlahiyyətləri çərçivəsində birbaşa müzakirə predmeti ola bilməz. İddiaçı ilə bağlanan müqavilə isə mənzil-tikinti kooperativi arasında birbaşa iddiaci ilə mənzil münasibətlərini tənzimləyən əqd olmasada Ədalət Qəmbərovdan hüquqların ötürülməsi və alqı-satqı səciyyəsi daşıyan tərəflərin bəyənməsi baxımından, tələbin təmin edilən hissəsi üzrə müzakirələr aparılacaq iddiaçının subyektiv hüquqlarının tanınması həddində, etibarlığı müəyyən edilməlidir. Qeyd edilməlidir ki, mənzil tikintisi üzrə kooperativdə mənzil (pay) sahibi olmaq üçün kooperativ üzvü olması və kooperativin səlahiyyətli orqanı tərəfindən şəxsin payçı hüquqları tanınmalıdır. Hazırki mübahisəli munasibətlərdə iddiaçının kooperativin üzvü olması barədə subutlar təqdim edilməmiş, (hətta onun üzv olduğu təqdirdə belə) əksinə kooperativin səlahiyyətli yığıncağı tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İddia predmeti olmadığından qeyd edilən qərarın və ona müvafiq əsaslanan əmrin müzakirə edilməsi prosessual cəhətdən yolverilməzdir. Lakin mübahisələndirilməyən (məhz bu yığıcağın qərarı ilə) iddiaçının müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və tələbin sahibiylə bağlı olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, iddiaçı ilə bağlanan müqavilədə birtərəfli qaydada münasibətlərə xitam verilməsi nəzərdə tutulmuş, qanunvericilik isə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsini Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, tərəflərin razılaşması ilə mümkün olduğunu təsbit etmişdir. Qeyd edilən kimi, müqavilənin ləğv edilməsinə əsas olmuş qərar və əmr iddia predmeti olmadan və ləğv edilmədən iddiaçının subyektiv hüquqlarının olmadığı və digər şəxslərin mənzil üzrə müqavilələrin etibarsızlığının müzakirəsini belə yolverilməz edir. Digər tərəfdən isə iddiaçının mənzilə hüquqları hüquqi cəhətdən mövcud olmayan müqavilə əsasında tanınmışdır. O ki qaldı cavabdehlərin müqavilələrinin qanuni olub-olmamasına, bu məsələ müstəsna olaraq müqavilə tərəflərinin onu tanınmasına və bu mənzilə hüquqları olan üçüncü şəxslərə aiddir. İddiaçının isə belə hüquqları mövcud olmamış, yazılarda səhv olsada onun bu hüquqlarına qeyd edilən "Badu-Kubə” MTK üzvlərinin və "Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli qərarı ilə xitam verilmişdir. Mülki hüquqa (Mülki Məcəllənin 163, 351, 353, 357, 358, 421.3-cü maddələrinə) əsasən: Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 09.07.2013-cü il tarixli müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X41, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan 1 otaqlı 68.6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilir (Cavabdeh3 ərizəsinə əssasən). Müqavilənin 2.3-cü bəndində isə qeyd edilmişdir ki, mənzili alan ikinci “Payçı” mənzilin dəyərini gələcəkdə birinci tərəfə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürür. Əks halda mənzil üçüncü şəxsin adına keçirilsə də, müqavilə birinci tərəf tərəfindən birtərəfli qaydada ləğv edilir. İddiaçının nümayəndəsinin izahatından bəlli olmuşdur ki, müqavilə imzalanan zaman mənzil təqdim edilmiş lakin sahibliyinə verilməmişdir və bu imtina məhz müqavilənin imzalandığı tarixi ərəfələrdə baş vermişdir. Deməli iddiaçıının sahiblik əsasında iddia müddətinin tədbiq edilmədiyi istinadlar, onun sahiblik hüququ olmadığından, əsassızdır. İddiaçı Ədalət Qəmbərovun adına yazılmış müqavilənin əhəmiyyətsiz olduğunu və digər cavabheylərlə bağlanan əqdlərin etibarsızlığını müdafiə etdiyindən bu növ iddiaların verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərin gözlənilməsi və tədbiqi müzakirə edilməlidir. Qanunvericilik şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini ehtiva etmişdir. İddiaçının özünün mövqeyindən bəlli olur ki, iddiaçının nöqtəyi nəzərindən ona hüquqlarını ötürən şəxsin səlahiyyətsiz olmuşdur, bununla da müqaviləsinin imzalandığı tarixdən hüquqlarının pozulmasına əsas olmuş halları bilməli olmuşdur. Onun münasibətləri MTK ilə deyil sadəcə vətəndaşla yaranmış və kooperativə üzv olmadan mənzil hüquqlarının ötürülməsi barədə formal müqavilə imzalanmışdır. Bununla yanaşı, mənzil üzrə pul vəsaitlərinin ödənilməsini təsdiq edən maliyyə mühasibat sənədləri də təqdim edilməmiş, borcun olmaması barədə 09.07.2013-cü il tarixli arayışda isə mənzilin Ədalət Qəmbərovun adından İddiaçı adına keçirildiyi göstərilmiş, bu da MTK-ya münasibətdə müqavilənin formal olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, mübahisə predmeti üzrə subyektiv hüquqları olmayan iddiaçı 2013 ildən hüquqlarının pozulduğunu bilmiş (bilməli olmuş) və daşınmaz əmlaklar üzrə bağlanılan iddia müddətlərin ötürməzdən öncə əqdlərin etibarlığının mübahisə edilməsi üzrə qanunla müəyyən edilmiş müddətləri ötürmüşdür. "Badu-Kubə” MTK-nin sonradan (Sifarişçi) adlanacaq sədri Cavabdeh3 ilə (podratçı) X31 arasında bağlanmış 01.03.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsində, Müqaviləyə Əlavə №1 olan razılaşma protokolunda iddiaçının iştirak etməməsi, mənzilin işlərin görülməsinə təminat olması barədə müddəanın iddiaçı ilə bağlanmış müqavilədə öz əksini tapmaması, habelə X31 ilə iddiaçının hüquqi bağlılığının müəyyən edilməməsi əsası ilə iddiaçının podrat müqaviləsindən irəli gələn subyektiv mülki məsuliyyətinə qiymət verilməsi mümkün deyildir. Bu hallar iddiaçı ilə bağlanılan müqavilənin ləğvinə yönəlmiş Badu-Kubə” MTK üzvlərinin və "Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli qərarının müzakirəsinə aid ola bilər ki, bu qərar da iddianın predmeti olmamış və nədənsə iddiaçı bu qərarı mübahisələndirməmişdir. Bununla belə iddiaya aid hissədə nəzəzə alınmalıdır ki, X18 işə cəlb edilməsi biləvasitə iddiaya aid olmadığından onun cəlb edilməsi də müzakirə predmeti ola bilməz idi. Ümumiyyətlə iddiaçı, bəzi qaranlıq qalan xüsusatlara aydınlıq gətirilməsi üçün bir sıra prosessual hərəkətlərin edilməsindən çəkinmişdir. Halbuki, iddianın və ona cavab verməli olan şəxslərin prosessual dairəsinin müəyyən edilməsi, habelə mötəbər və təksibedilməz sübutların təqdim edilməsi iddiaçının müstəsna səlahiyyətlərinə aiddir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia əsassız olduğundan və apellyasiya şikayəti üzrə başqa tələb olmadığından iş üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Məhkəmə xərcləri üzrə tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən – təmin edilən hissədə - ləğv edilsin və həmin hissədə iddia tələbləri rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar