Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10891/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qarajın boşaldılaraq təhvil verilməsi və ödənilməyən aylıq icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 485/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia üzrə İddiaçı Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında qarajın təmiri üçün xərclənilən pulların qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə yaşadığı binanın qarşısında tikilmiş avtomobil qarajını iddiaçı Cavabdeh icarəyə götürmüşdür. İcarə məbləğini 100 manata razılaşmışlar. İddiaçı qarajı götürən vaxt qaraj təmrisiz, çox pis vəziyyətdə idi. İddiaçı belə qərara gəlmişdir ki, qarajı təmir etdirsin. 2010-cu ildə iddiaçı cavabdehlə telefonla danışaraq qarajın təmir olunmasına icazə almışdır. Cavabdeh ona bildirmişdir ki, 100 il qala ora ona lazım deyil, onun aylıq haqqını versin. Çünki cavabdeh iddiaçının yaşadığı həyətdə yaşamadığı üçün qaraja ehtiyacı yox idi. 2004-cü ildən o başqa ünvana köçmüşdür. İddiaçı qarajı evro təmir elətdirərək 4000 manat məbləğində xərc çəkmişdir. İddiaçı qarajın icarə haqqını 2 aydan bir hər ayın 22-də 200 manat ödəyirdi. Çünki iddiaçıya cavabdeh demişdir ki, aylıq ödənişi 2 aydan bir verərsən. İddiaçı bu qayda ilə davam edirdi. Azərbaycan Respublikasında və bütün Dünyada baş verən COVİD-19 (korona virus) pandemiyası ilə əlaqəli, Hörmətli ölkə Prezidentinin göstərişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan qərargahın əmri ilə ölkədə karantin elan edilmişdir. İddiaçının fəaliyyət göstərdiyi sahibkarlıq sahəsində də fəaliyyət tamamilə dayandırılmış, bu səbəbdən də heç bir gəlir əldə etməmişdir. Bu səbəbdən də 3 ayın ödənişini cavabdehə ödəyə bilməmişdir. Cavabdeh ona zəng vurub ödənişi tələb etdikdə iddiaçı ona çətinlikdə olduğu üçün 5 ayın pulunu bir dəfəlik verəcəyini demişdir. İddiaçı və cavabdehin övladları dostluq edirlər. İddiaçı ilə ailəvi yaxın münasibətləri olmuşdur. İddiaçı təmirdən qabaq cavabdehdən icazə almışdır ki, təmir etdirsin. Cavabdeh ona demişdir ki, ora ona heç vaxt lazım deyil icarə pulunu verər. Cavabdeh ona demişdir ki, təcili qarajı boşaltsın iddiaçı da ona demişdir ki, təmir olunan xərcləri qaytarsın. İddiaçı daha sonra cavabdehə demişdir ki, icarə haqqını aylıq olaraq 100 manat vermişdir indi isə 250 manata təmirli qaraj verəcəkdir. Əgər cavabdeh onu çıxardırsa onun xərclərini qaytarsın. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 336 nömrəli 15.07.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Nərimanov Rayonu, Həsənoğlu küçəsi, 851 -ci məhəllədə yerləşən 20.0 kv.m sahəsi olan daş qarajdan çıxarılması, qarajın boşaldılaraq Cavabdeh təhvil verilməsi və İddiaçı 2020-ci ilin yanvar ayından bu günə qədər ödəmədiyi on aylıq (hər ay 100 manat) cəmi 1000 (min) manat kirayə pulunun alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək İddiaçı İbrhim oğlunun Bakı şəhəri, Nərimanov rayon İcra Hakmiyyəti Başçısının 336 nömrəli 15.07.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş qarajdan çıxarılması və 2020-ci ilin yanvar ayından bu günə qədər cəmi 1600 (min altı yüz) manat kirayə pulunun alınmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, Cəfərov X2 Elşən Məcid oğluna məxsus qarajı təmir etdirmiş və həmin qarajın təmiri üçün xərclədiyi pulların geri qaytarılmasını istəyir. Bildirmək istəyir ki, ilkin iddia üzrə İddiaçı özüdə öz iddia ərizəsində qarajı öz istəyi ilə təmir etdirdiyini bildirir. Hətda ilkin iddia üzrə cavabdeh qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh 100 il qala ora mənə lazım deyil ifadəsinidə iddia ərizəsində qeyd etmişdir. Bununlada tam aydın olur ki, qarajın təmir edilməsi şərtini Cavabdeh irəli sürməmişdir. İddiaçı qarajı öz istifadəsi üçün 2010-cu ildə təmir etdirmiş və bu günə qədərdə ondan istifadə etmişdir. Bundan başqa İddiaçı öz iddia ərizəsində Cavabdeh aylıq ödənişi cəmi 3 ay ödəmədiyini bildirsədə qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh bildirir ki, 2020-ci ilin yanvar ayından İddiaçı qarajdan istifadəyə görə ödəniş etmir. Onun hal-hazırda Cavabdeh 1600 (min altı yüz) borcu yaranmışdır. Hətta Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 336 N-li 15.07.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Nərimanov Rayonu, Həsənoğlu küçəsi, 851-məhəllədə yerləşən 20.0 kv.m sahəsi olan daş qarajı təhvil vermir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-485/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 4944,20 (dörd min doqquz yüz qırx dörd manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yeləşən 20 kv.m. sahəsi olan qarajdan çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməsi hissəsində rədd edilməsi və ilkin iddia tələbinin rədd edilməsi. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmin ilkin iddiası üzrə təmin edilən hissəsindən razı deyil. Məhkəmə qətnaməsi ilkin iddianın təmin edilən hissəsində əsasız və qanunsuzdur. Beləki ilkin iddia üzrə iddiaçı cavabdehdən qaraja çəkilən xərcləri tələb etsədə ora çəkilən xərclərin öz istəyi ilə və cavabdehin yüz il qala ona lazım deyil ora deməsi ilə çəkməsini iddia ərizəsində açıq bəyan etmişdir. Bundan əlavə olaraq özüdə məhkəmə prosesində açıq aydın bildirmişdir ki, artıq çox uzun müddət qaraj onun istifadəsində olub və hazırda da onun istifadəsindədir. Göründüyü kimi öz vəziyyətinin yaxşılaşdırması məqsədi ilə aparılan təmir işlərinin ilkin iddia üzrə cavadehə heç bir adiyyəti olmayıb. Bu günkü gün qarajın kirayə xərcini ödəməyəndə əsasız olaraq məhkəməyə müraciət edərək qaraja çəkdiyi xərcləri tələb edib. Bundan başqa məhkəmə tərəfindən əsassız olaraq ekspertiza keçirilib. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində qaraja 4000 min manat pul xərclədiyini etiraf etsədə ekspert tərəfindən bu məbləğ 4944 manat müəyyən edilmişdir. Lakin ekspert 2010-cu ildə təmir edilən qaraja hal-hazır ki bazar qiymətinə uyğun qiymət normaları tədbiq olunmaqla smeta tərtib etmişdir. Bundan başqa məhkəmədən ekspertiza keçirildiyi halda 2010-cu ildən bu günə qədər təmirdə baş vermiş dəyişiklikləri, köhnəlmələri nəzərə alınması üçün ekspert qarşısında sual qoyulmasını tələb etsəkdə bu sual qoyulamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilərini müdafiə edərəl, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı ilkin iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ilkin iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 15.07.2008-ci il tarixli 336 nömrəli sərəncamı ilə Həsənoğlu küçəsi 851 -ci məhəllədə yerləşən 20,0 kv.m sahəsi olan daş qaraj, həmin məhəllədə yerləşən 10 nömrəli evin 9-cu mənzilində yaşayan vətəndaş Cavabdeh adına sənədləşdirilməsi, vətəndaş Cavabdeh xəbərarlıq edilməklə tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə qarjın sökülməsi və qarajdan öz təyinatı üzrə istifadə olunmasına nəzarət RMKTB-yə və 18-ci polis bölməsinə tapşırılması qərara alınmışıdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli № 10/3942 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 20 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4944,2 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli sahənin İddiaçı tərəfindən təmir edilməsini qarşı tərəf qəbul edərək mübahisələndirməmişdir. Bu hal mübahisələndirilmədiyindən məhkəmə iş materiallarında olan sübutlar əsasında hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməklə, səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, tərəflər arasında icarə münasibətləri 11 aydan çox davam etdiyi halda, icarə müqaviləsi bağlanmamış və dövlət qeydiyyatına alınmamışdır. Tərəflər arasında icarə müqaviləsi bağlanmadığı halda, cavabdehin iddiaçı qarşısında əmlaka dair yaxşılaşdırmanın əvəzini qaytarmaq öhdəliyi yaranmamışdır. İddiaçı iddia ərizəsində mübahisəli icarə obyektinə 4000 manat məbləğində pul vəsaiti xərclədiyini bildirsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, ekspert rəyinə uyğun olaraq, 4944,20 manat mələğində pul vəsaiti tutmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, həm maddi, həm də prosessual hüquq normalarınıntələblərini pozmaqla ilkin iddianı təmin etmiş, bununla da, yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəmsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, ilkin iddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 manat ilkin iddia üzrə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-485/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” tələbinə ilkin iddia ərizəsi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 manat ilkin iddia üzrə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10891/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10891/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver