Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1090/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Valeh Məmməd oğlu Ağayevdən və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2268/2019saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bunun nəticəsində onlara dəymiş mənəvi ziyanın əvəzi olaraq hər birinə 100.000 (yüz min) manat olmaqla, ümumilikdə 600.000 (altı yüz min) manatın cavabehdən tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar 1994-cü ildən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli evin 4 və 6 saylı mənzillərində 8 nəfər ailə üzvləri birlikdə yaşamışlar. Onlar xx xxxxxxxx 2018-ci il tarixdə “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququqlarına (Q.Abbasov küçəsi 76 ünvanındakı 4 və 6 saylı mənzillərinə) yaradılan manelərin aradan qaldırılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ilə eyni vaxtda iddianın təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək işə baxılıb qurtaranadək Q.Abbasov küçəsi 76 saylı binanın söküntü işlərini aparmağın cavabdeh xxxxxxxx MMC-yə qadağan edilməsini xahiş etmişlər. Səbail rayon Məhkəməsi iddianın təmin tədbirinə dair ərizəni qanuni və əsaslı hesab edərək xx xxxxxxxx 2018-ci il tarixli, 2 (009)-3071/2018 saylı qərardadı ilə qeyd edilən binanın söküntüsü işlərini aparmağı cavabdehə qadağan etmişdir. Həmin qərardad əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsi üzrə Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və icra vərəqəsi xx.xx.2018-ci il tarixdə icra edilərək söküntü işləri dayandırılaraq söküntü işlərinin aparılması MMC-yə qadağan edilmişdir. Bu barədə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə söküntünün dayandırılması, MMC-yə qadağan edilməsi barədə müvafiq akt tərtib edilmiş və MMC-nin direktoru Akif Fətullayevdən iltizam alınmışdır. Qeyd olunan qərardaddan "xxxxxxxx" MMC tərəfindən Səbail rayon məhkəməsinə qərardadın ləğv edilməsi üçün şikayət verilmiş, məhkəmə xx.xx.2018-ci il tarixli, 2(009)-3071/2018 saylı qərardadı ilə şikayəti əsassız hesab edərək təmin etməmiş və şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixdə Səbail rayon Məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Lakin “xxxxxxxx” MMC Azərbaycan Respublikasının adından qəbul edilən məhkəmə qərarlarına məhəl qoymayaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə keçən gecə saat təxminən 02-03 radələrində evdə heç kimin olmamasından istifadə edərək əmlakları mənzillərində olduğu və bunu bildikləri halda qanunsuz olaraq ekskavator vasitəsi ilə binanı sökməyə başlamışdır. Həmin vaxt iddiaçılardan (tələbkarlardan) biri olan İddiaçı3 və söküntü səsinə çölə çıxan 35 saylı binada yaşayan sakinlər görmüşlər ki, 76 saylı bina ekskavatorla sökülür. Tural dərhal həmin vaxt onlara zəng edərək bu barədə xəbər vermişdir. Həmçinin Tural və qonşular dərhal özlərinə məxsus mobil telefonların kamerası ilə söküntü işlərinin video görüntülərini və fotoşəkillərini çəkmişlər və onlara göndərmişlər. Video görüntülərdən də aydın görünür ki, ekskavator binanı sökür. Saat təxminən 03-04 radələrində Tural istifadəsində olan 077 ***-**-** saylı nömrəsi ilə icra məmuru Tohid Nurlunun 055 *** ** ** saylı mobil nömrəsinə zəng edib MMC-nin binanı sökməyə başladığını ona bildirmiş, dərhal gəlib söküntünü dayandırmağı tələb etmişdir. X7 gecə vaxtı olduğunu, bu vaxtı gələ bilməyəcəyini demişdir. Tural ona səhər açılanda gəlib söküntünü sənədləşdirməsini və dayandırmasını dedikdə o, bazar günü olmasını əsas gətirib icra yerinə gəlməkdən imtina etmişdir. Tural çəkdiyi videogörüntüləri və fotoşəkilləri “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə saat 09:20 radələrində icra məmurunun qeyd edilən nömrəsinə göndərmişdir. Həmçinin həmin vaxt “Whatsap” vasitəsi ilə ona “baxın məhkəmənin qərarını saymadılar, apellyasiyanın da qüvvədə saxladığı səbailin qərarını saymadan sökdülər” cümləsini yazmışdır. X8 da saat 12:33-də Turala cavab olaraq “sabah aydınlaşdırarıq” deyə yazmışdır. Lakin icra məmuru söküntünü dayandırmaq üçün icra yerinə gəlməmişdir. İcra məmuru xx.xx.2018-ci ildə “sabah aydınlaşdırarıq” deyə Turala cavab versə də iş günü olan xx.xx.2018-ci il tarixdə də söküntünü dayandırmağa gəlməmişdir. Ona görə də MMC bundan istifadə edib xx.xx.2018-ci ildə də söküntü işlərini davam etdirmiş, içində əşyalar olan tam təmirli olan mənzillərini və binanın digər tərəfini ekskavatorla sökməyə davam etmişdir. Hətta söküntü zamanı binanın üstündə olan ekskavator aşaraq yolun kənarına düşmüşdür. Lakin icra məmuru buna da əhəmiyyət verməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixdə də icra yerinə gəlmədiyi üçün xx.xx.2018-ci il tarixdə icra şöbəsinə teleqram göndərmiş və Tohid Nurluya etdikləri ardıcıl zənglərdən sonra o, ancaq xx.xx.2018-ci ildə saat 11 radələrində icra yerinə gəlmiş, lakin heç bir sənədləşdirmə aparmadan, söküntü aparılmasını aktlaşdırmadan və söküntünü dayandırmadan (müvafiq protokol, akt tərtib etmədən), ancaq MMC-nin nümayəndəsi (hüquqşünası) Elçin Kərimovdan formal və uydurma izahat almaqla kifayətlənmişdir. Başqa heç bir tədbir görmədən qayıtmışdır. Sual yaranır: “MMC-nin hüquqşunası hadisə yerində olmadığı halda ondan necə obyektiv izahat alına bilər?” İcra məmuru qayıtdıqdan sonra da MMC binanın söküntüsünü növbəti günlərdə də davam etdirmiş və mənzilərini içindəki əmlaklarla birlikdə məhv etmiş, binanın söküntüsünü başa çatdırmışdır. MMC-nin nümayəndəsi Elçin Kərimovun Cavabdehnə verdiyi xx.xx.2018-ci il tarixli izahatından görünür ki, guya bina özü çökmüşdür. Bu tam yalandır, məsuliyyətdən yaxa qurtarmaq üçün verilən yalan izahatdır. MMC planlı şəkildə evdə heç kimin olmamasından istifadə edib gecə vaxtı binanı sökmüşdür. Düşünmüşdür ki, istirahət günü gecə vaxtı söksə heç kimin xəbəri olmaz və heç kim mane olmaz, iş günü olmadığından aidiyyəti orqanlara müraciət etmək imkanları məhdudlaşar. Baxmayaraq ki, icra məmuruna söküntü aparılmasının videogörüntülərini əvvəlcədən, yəni xx.xx.2018-ci ildə “Whatsap” sosial şəbəkəsi vasitəsilə göndərmişlər, lakin o, görüntülərə əhəmiyyət verməyərək onları görməməzlikdən gəlmiş, xx.xx.2018-ci ildə izahat alarkən MMC-nin nümayəndəsinə videogörüntülər barədə sual qoymamış, onun yalan izahatı ilə kifayətlənmiş, heç bir qanuni tədbir görməmişdir. İcra şöbəsi söküntünü sənədləşdirmədiyi və dayandırmadığı üçün, MMC-nin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilmələri üçün istintaq orqanına təqdimat vermədiyi üçün onlar xx.xx.2018-ci ildə İcra şöbəsinə gedib icra məmuru Tohid Nurlu ilə görüşlər. İcra məmuru heç bir tədbir görmədiyi üçün onlar qanuna müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2018-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət etmişlər, xx.xx.2018-ci il tarixdə yazılı qaydada vəsatət, etiraz və mülahizələrini icra şöbəsinə təqdim etmişlər. Söküntünün aparılmasını təsdiq edilən videogörüntüləri və fotoşəkilləri diskdə vəsatətlərinə əlavə edərək rəsmi olaraq bir daha icra şöbəsinə təqdim emişlər. Lakin icra məmuru bunlara baxmayaraq vəsatətlərini təmin etməyərək yenə də hərəkətsizlik göstərmiş, məhkəmə qərarını qərəzli olaraq icra etmədiklərinə görə MMCnin vəzifəli şəxsləri barədə qanuna müvafiq tədbirlər görməmiş, aidiyyəti istintaq orqanına təqdimat verməmişdir. Beləliklə, onlar icra məmurunun hərəkətsizliyindən və hərəkətlərindən narazıdırlar. Belə ki, icra məmuru məlumat verilən gündə və vaxtda, eləcə də xx.xx.2018-ci ildə söküntünü dayandırmaq üçün icra yerinə getməmişdir. İcra məmurunun söküntünü dayandırmaq üçün gəlməməsinin nəticəsində onlar maddi və mənəvi ziyan çəkmişlər. xx.xx.2018-ci ildə göndərdikləri teleqramdan və ardıcıl zənglərdən sonra icra yerinə getməsinə baxmayaraq söküntünün dayandırılması üçün qanuna müvafiq tədbirlər görməmiş, söküntünü dayandırmamış, söküntü aparılmasını aktlaşdırmamış, söküntü yerinə baxışa dair protokol (akt) tərtib etməmişdir. Bu səbəbdən MMC xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə v söküntünü davam etdirmiş və mənzillərimizi (binanı) sökmüşdür. Əmlakımız (əşyalarımız) söküntü altında qalıb tam məhv olmuşdur. Söküntünün başladığı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh nə söküntünün dayandırılması üçün tədbir görməmiş, nə də MMC-nin vəzifəli şəxslərinin barəsində məhkəmə qərarlarını qərəzli olaraq icra etmədiklərinə görə qanuna müvafiq tədbirlər görməmiş, aidiyyəti istintaq orqanına təqdimat verməmişdir. Məhkəmə qərarının qərəzli olaraq icra edilməməsi günündən, yəni sökünütünün başlandığı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək icra məmuru Tohid Nurlu hərəkətsizlik göstərmiş, borclunun barəsində məhkəmə qərarını qərəzli olaraq icra etmədiyinə görə nə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə xxxxxxxxxxxxx haqqında protokol vermiş, nə də cinayət məsuliyyətinə cəlb edilməsi üçün ibtidai istintaq orqanına təqdimat vermiş, nəticədə onların hüquqları kobud şəkildə pozulmuşdur. Söküntü xx.xx.2018-ci il tarixdə başlasa da və həmin tarixdə icra məmuruna məlumat verilsə də, icra məmuru MMC-nin direktoru Akif Fətullayevin (xx.xx.2018-ci il tarixli dayandırma aktına və iltizama imza edən vəzifəli şəxsin) izahatını ancaq xx.xx.2018-ci il tarixdə almışdır. İcra məmuru o vaxtadək niyə gözləmişdir? İcra şöbəsi MMC-nin təsisçilərinin izahatlarını isə ümumiyyətlə almamışdır. İcra məmuru Tohid Nurlu bildirirdi ki, MMC-nin barəsində istintaq orqanına təqdimat verilə bilməz, qəbul edilmiş təcrübəyə görə ilk öncə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə xxxxxxxxxxxxx haqqında protokol tərtib edilib məhkəməyə verilməli, ancaq məhkəmə inzibati məsuliyyətə cəlb etdikdən sonra təqdimat verilə bilər. İcra məmurunun bu mövqeyi də qanunsuzdur. Məhkəmə qərarı olmasına baxmayaraq MMC binanı sökürsə bu onun qərəzli olmasını sübut edir, ona görə də burda xxxxxxxxxxxxxdan söhbət gedə bilməz, bu cinayətdir. Lap tutaq ki, icra məmurunun dediyi kimi MMC barəsində ilk öncə İXM-nin 528.1-ci maddəsi ilə xxxxxxxxxxxxx haqqıda protokol tərtib edilməlidir. İcra məmuru heç bunu da etmirdi, işini görmürdü, uzadırdı. Nəhayət icra məmuru Tohid Nurlu xx.xx.2018-ci il tarixdə “xxxxxxxx” MMC-nin İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xxxxxxxxxxxxx haqqında protokol tərtib edib xx.xx.2018-ci ildə Səbail rayon məhkəməsinə təqdim etmişdir. Həmin protokol düzgün tərtib edilməməklə borclunun maraqlarına xidmət etmişdir. Belə ki, protokolda göstərilirdi ki, guya tələbkar xx.xx.2018-ci ildə ərizə ilə müraciət edərək mübahisəli ünvanda söküntü islərinin aparılmasını bildirmiş və bununla bağlı tərəflərindən həmin ünvana baxış keçirilmiş və MMC-nin səlahiyyətli şəxsinin müvafiq izahatı alınmışdır. Əvvəla biz söküntü barədə xx.xx.2018-ci il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə telefonla və vatsap sosial şəbəkəsi vasitəsi ilə icra məmuruna məlumat vermişlər, xx.xx.2018-ci il tarixdə isə ərizə ilə rəsmi məlumat vermişlər. İkincisi icra məmuru protokolda MMC-nin nümayəndəsinin müdafiə xarakterli həqiqətə uyğun olmayan izahatının məzmununu göstərsə də, həmin izahatı təkzib edən sübutları, yəni MMC-nin “xxxxxxxxxxxxx” törətməsini təsdiq edən sübutları protokolda göstərməmişdir. Halbuki, MMC-nin “xxxxxxxxxxxxx” törətməsini sübut edən, yəni söküntü aparılmasını təsdiq edən videogörüntüləri və fotoşəkilləri ona rəsmi qavdada təqdim etmişlər. Nə üçün icra məmuru protokolda həmin sübutlara istinad etməmişdir? İcra məmuru MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edir, lakin onun xxxxxxxxxxxxx törətməsini təsdiq edən halları və sübutları protokolda göstərmir. Bunu necə başa düşək? Üçüncüsü protokolda göstərilirdi ki, tələbkarlar icra sənədinin icrasının təmin edilməsini tələb edirlər. Belə ki, protokol onların tələbi əsasında yox, MMC "xxxxxxxxxxxxx’' törətdiyi üçün tərtib edilməli və o, məhz bu səbəbdən inzibati məsuliyyətə cəlb edilməli idi, onlar tələb edirlər deyə yox. İcra məmurunun növbəti qanunsuz hərəkəti o olmuşdur ki, icra məmuru protokolu düzgün tərtib etmədiyi, protokolda İXMnin müvafiq maddəsini göstərmədiyi, MMC-nin nümayəndəsini (icraçı direktor A.Fətullayevi) protokolla tanış etmədiyi (protokolda sonuncunun imzası yoxdur), xxxxxxxxxxxxxnı təsdiq edən sübutları (söküntü aparılmasını təsdiq edən video və foto diskləri və s.) materiala əlavə etmədiyi (material natamam olduğu) üçün məhkəmə protokolu və ona əlavə edilən sənədləri xx.xx.2018-ci il tarixli qərardadla geri qaytarmışdır. Necə ola bilər ki, icra məmuru xxxxxxxxxxxxx haqqında protokol tərtib etsin, MMC- nin hansı maddə ilə məsuliyyətə verilməsini yazmasın. Bunlar da icra məmurunun hərəkətlərinin qanunsuz olmasının, qərəzli mövqedə olmasının, icra işində maraqlı olmasının başqa bir sübutudur. Bundan başqa icra məmurunun onlara təqdim etdiyi xxxxxxxxxxxxx haqqında protokolla məhkəməyə təqdim etdiyi protokol eyni olmamış, məzmunu arasında kifayət qədər fərqlər olmuşdur. Belə ki, məlumat üçün onlara təqdim edilən protokol xx.xx.2018-ci il tarixli, məhkəməyə təqdim edilən protokol isə xx.xx.2018-ci il tarixlidir. xx.xx.2018ci il tarixli protokol nömrəsiz, digəri nömrəlidir. xx.xx.2018-ci il tarixli protokolda İXM-nin 528.1-ci maddəsi göstərilmiş, digərində isə göstərilməmişdir. 30102018-ci il tarixli protokolda borclu “xxxxxxxx” MMC göstərilməklə nümayəndəsi E.Kərimovun imzası vardır. Digərində isə borclu “xxxxxxxx” MMC-nin direktoru A.Fətullayev göstərilməklə imzası yoxdur. Bundan başqa xx.xx.2018-ci il tarixli protokolda göstərilənlərlə digərində göstərilənlər üst-üstə düşmür. MMC-nin göstərişi ilə Tohid Nurlu qəsdən belə məzmunda protokol tərtib etmiş və qəsdən məhkəməyə natamam material təqdim etmişdir ki, məhkəmə onu geri qaytarsın və MMC məsuliyyətə cəlb edilə bilməsin və ya cəlb edilməsi geciksin. Həmin protokollarla bağlı etiraz və mülahizələrini 12.112018-ci il tarixdə yazılı qaydada icra şöbəsinə təqdim edilmişdir. Nəhayət, gecə də olsa icra məmuru xx.xx.2018-ci ildə MMC-nin barəsində İXM-nin 528.1-ci maddəsi ilə xxxxxxxxxxxxx haqqında protokol tərtib edərək Səbail rayon məhkəməsinə göndərmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə MMC həmin maddə ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Borclu “xxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməyərək Səbail rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bundan sonra Tohid Nurlu MMC-nin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ədliyyə Nazirliyinin İstintaq orqanına təqdimat verməli olduğu halda verməmişdir. Daha sonra icra işi Seymur Quliyevə tapşırılmışdır. O, da bu təqdimatı vermək əvəzinə xx.xx.2019-cu il tarixdə icra sənədininin məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Beləliklə, Cavabdeh (icra məmurları Tohid Nurlu və Seymur Quliyev) hərəkətsizliyi və qanunsuz hərəkətləri nəticəsində onlara külli miqdarda maddi ziyan dəymiş, hüquqları kobud şəkildə pozulmuşdur. Yəni mənzilləri və onların içindəki müxtəlif adda, ölçüdə, çeşiddə, növdə, dəyərdə əşyaların məhv olması üzündən onlara külli miqdarda maddi ziyan dəymişdir. Mənzillərinin təmirinə çəkdikləri xərclər 82767.35 manat olmuş, məhv olmuş əşyaların dəyəri isə 64587 manat olmuşdur. xx.xx.2018-ci il tarixdən öz hesablarına kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalmışlar. Həmin tarixdən indiyənədək iki mənzilə görə hər ay 450 və 500 manat olmaqla 950 manat kirayə haqqı ödəyirlər. Hazıradək 8550 manat kirayə haqqı ödəmişlər. Binanın sökülməsi MMC-yə qadağan edilmişdir. Əgər icra məmuru öz vəzifəsini yerinə yetirəsəydi, ən azından bütün məhkəmə instansiyalarındakı icraat müddətində yekun məhkəmə qərarı qüvvəyə minənədək onlar öz mənzillərində yaşamaqda davam edəcəklər, öz hesablarına kirayə haqqı vermək məcbruriyyətində qalmayacaqdılar. Söküntü zamanı onlar üçün mənəvi dəyərə malik olan pianino, şəxsi və ailə fotoşəkilləri, İddiaçı3 ilə İddiaçı5 məxsus xına, nişan, toy mərasimlərinin fotoşəkilləri və video diskləri məhv olmuşdur. Bütün bunlar eyni zamanda onların yüksək dərəcədə stress, əsəb gərginliyi, mənəvi sarsıntı keçirtmələrinə səbəb olmuşdur. Odur ki, İcra və Probasiya şöbəsinin hərəkətsizliyi nəticəsində onların hər birinə 100.000 manat olmaqla 600.000 manat mənəvi ziyan dəymişdir. Onlara dəymiş mənəvi ziyanın ödənilməsi üçün xx.xx.2018-ci il tarixdə məktubla Cavabdehnə müraciət etmişlər, lakin bugünədək hələ də ərizələrinə münasibət bildirilməmiş, heç bir müsbət addım atılmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar birgəapellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər iddiaçılar və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd olunan şəxslər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 cavabdeh “xxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” MMC tərəfindən xüsusi mülkiyyət hüquqlarının kobud şəkildə pozulmaqla Bqkı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsi 76 ünvanında yerləşən xüsusi mülkiyyətlərində olan 6 saylı mənzilə girişin qapısında tikilmiş dəmir hasarın sökülərək mənziə girişin açılması, onların mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edilməklə aparılan söküntü nəticəsində zədələnmiş mənzillərinin təmir edilməklə əvvəlki vəziyyətinin bərpa edilməsi, xüsusi mülkiyyət hüquqları pozulmaqla mənzillərinin zədələnməsinə səbəb olan, nəticədə mənzillərində yaşayış imkanlarını mümkünsüz etdiyindən, bunun nəticəsində vurulmuş 50.000 manat maddi və cavabdehin qanunsuz hərəkətləri ilə vurulmuş 80.000 manat mənəvi ziyanın, ümumilikdə 130.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırki işə baxılıb qurtaranadək mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edilməklə iddiaçıların 4 və 6 saylı mənzillərinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov 76 ünvanında yerləşən 4 mərtəbəli binanın sökülməsinə yönəldilən söküntü işlərinin aparılmasının cavabdeh “xxxxxxxx” MMC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov 76 ünvanında yerləşən 4 mərtəbəli binanın sökülməsinə yönəldilən söküntü işlərinin aparılması cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmiş, qərardad dərhal icra olunması Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı icra olunması üçün Səbail Rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunaraq aparılan söküntü işləri dayandırılmış və bu barədə MMC-nin direktoru Akif Fətullayevdən iltizam alınmışdır. İddiaçı1 xx.xx.2018-ci il tarixdə Cavabdehnə teleqram ünvanlayaraq “xxxxxxxx” MMC tərəfindən söküntünün davam etdirdiyini və dayandırılmasını xahiş etmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixdə hadisə ilə bağlı borclu “xxxxxxxx” MMC-nin hüquqşunası X3 müvafiq izahatını almış və o, izahatında hadisənin oktyabr ayının 6-dan 7-nə keçən gəcə, saat 03:00 radələrində baş verdiyini və binanın özünün çökdüyünü bildirmiş, əlavə olaraq baş vermiş hadisə ilə bağlı həmin vaxt fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin qaynar xətlərinə məlumat verildiyini və əraziyə müfəttişlərin cəlb olunduğunu bildirmişdir. İcra məmuru hadisə ilə bağlı borclu “xxxxxxxx” MMC-nin direktoru X1 müvafiq izahat almış və o, izahatında hadisənin oktyabr ayının 6-sından 7- nə keçən gecə bina qəzalı vəziyyətdə olduğundan çökdüyünü bildirmişdir. Hadisə zamanı əraziyə cəlb olunan müfəttişlərin məsləhəti ilə binanın çökməsi zamanı magistral yola baxan divarının təhlükəsizlik məqsədi ilə texnika vasitəsi ilə təmizləndiyini bildirmişdir. Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən “xxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xxxxxxxxxxxxx haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1361/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə xxxxxxxxxxxxx haqqında protokol və sənədlər İcra şöbəsinə geri qaytarılmışdır. Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən “xxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xxxxxxxxxxxxx haqqında protokol tərtib edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1403/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə “xxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xxxxxxxxxxxxxnı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından görünür ki, ira məmuru hal şahidləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov 76 ünvanında yerləşən 4 mərtəbəli binanın yerləşdiyi ərazidə olmuş və həmin binanın həmin ünvanda olmadığı müəyyən edildiyindən icra sənədi Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki, iş üzrə iddiaçılar ərizə və izahatlarında icra məmurunun icra sənədinin vaxtında, tam və düzgün icra edilmədiyini bildirsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirən zaman heç bir qanunsuz hərəkətlərə yol verməmiş, icra hərəkətlərini vaxtında, tam və düzgün yerinə yetirmiş, öz üzərinə düşən vəzifəni icra etmiş, söküntü işlərinin aparılmasını dayandırmış, sonradan “xxxxxxxx” MMC tərəfindən aparılmış söküntü işləri qeyri-iş vaxtına təsadüf etdiyindən icra məmuru həmin vaxt heç bir tədbir görə bilməmiş, icra məmuruna məlumat verilərkən “xxxxxxxx” MMC tərəfindən artıq həmin işlərə başlanılmışdır. Lakin sonradan icra məmuru tərəfindən “xxxxxxxx” MMC-nin barəsində xxxxxxxxxxxxx haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə “xxxxxxxx” MMC cərimə olunmuşdur. Beləliklə, iddiaçılar ərizələrində göstərdiyi hallara dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir. Məhkəmə mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Valeh Ağayev Vahid Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-1090/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1090/2020
22.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver