Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1092/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: pul tələbi, müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun nümayəndələri X1 və Nümayəndə1 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(002)- 2455/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 28 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 10030 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini hər ay 340 manat olmaqla, 28 yanvar 2024-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. 28 dekabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 10030 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən notarius depozit hesabına təhvil verilmişdir.
3. ünvan ünvanlanmış 28 dekabr 2021-ci il tarixli X/90 nömrəli məktubdan görünür ki, notarial qaydada təsdiqlənmiş borc müqaviləsi üzrə ödənilməli olan 10030 manat pul Cavabdeh verilməsi üçün bankda olan AZ50TURA******************** nömrəli depozit hesaba qəbul olunması xahiş edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 dekabr 2021ci il tarixli kredit müqaviləsi üzrə borc aldığı 10030 manat pulun və ödənilmiş 121 manat dövlət rüsumunun cəmi 10151 manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 28 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda 10030 manat məbləğdə borc pul vermişdir. Bu barədə 28 dekabr 2021-ci il tarixdə notariat qaydasında aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsində cavabdeh ondan 10030 manat kredit almasını və aldığı krediti 28 yanvar 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müəyyən edilmiş müddətdə cavabdeh ödəniş etməmişdir. Dəfələrlə pulunu istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə 28 dekabr 2021-ci il tarixli Bakı şəhəri 48 saylı notariat kontorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı özünə məxsus yük maşınını onun adına rəsmiləşdirərək təxminən 2021-ci ilin yay aylarında 13000 ABŞ dolları faizə borc pul almış, sonradan o, İddiaçı müxtəlif vaxtlarda 1000 ABŞ dolları, 3000 ABŞ dolları, 600 ABŞ dolları qaytarmış, həmçinin sonuncuda olan 2000-2500 manat dəyərində maşın ehtiyat hissələri olmuşdur. Lakin sonradan pulu faizləri artdığına görə İddiaçı bildirmişdir ki, pulu tam şəkildə qaytarsın. O da maşını ondan geri qaytarılmasını tələb etmiş, lakin, Saleh bildirmişdir ki, gələcəkdə sığortalanmaq üçün gedib ondan borc aldığına görə bu barədə notariat qaydada müqavilə bağlasınlar. O da razılaşmış, 28 dekabr 2021-ci il tarixdə notariat kontorunda guya onun cavabdehə 10030 manat borcun olmasına dair kredit müqaviləsi bağlamış və səhəri günü yük avtomobili cavabdehin adından çıxarılaraq iddiaçıya verilmiş və o borclu olduğu 13000 ABŞ dollarını tam şəkildə cavabdehə qaytarmışdır. Borc müqaviləsi bağlanarkən həmin pulu iddiaçı banka qoymuş və özü çıxardaraq götürmüşdür. Əslində bağlanmış həmin kredit müqaviləsi cavabdehin təklifinə görə bağlanmış və onun ona tələb etdiyi məbləğdə də borcu olmamışdır. Həmin bağlanmış müqavilədə tələb etdiyi pul isə cavabdehin deməsinə görə aldığı borca görə faizləri hesablamışdır. Məhkəmə prosesində cavabdeh bunu özü etiraf etmiş, borc aldığı 13000 ABŞ dollarını ödədiyini, lakin puldan 600 manat əskik ödədiyi və kredit müqaviləsində göstərilən pulun həmin aldığı borcun faizinə görə hesablandığını etiraf etmişdir. Onunla İddiaçı ilə kredit müqaviləsi bağlanarkən heç bir pul olmamışdır. Yalnız formal olaraq müqavilə bağlanmışdır. Ona görə də həmin kredit müqaviləsi etibarsızdır.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(002)- 2455/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10030 manat pul vəsaiti və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq ilk İddiaçı ödənilməsi, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağalnılmış, müqavilənin predmeti qimsində 10030 manat məbləğdə pul vəsaiti çıxış etmişdir, ilk iddiaçı qarşılıqlı iddiaçının əvəzinə onun başqa şəxs qarşısında olan borcunu qeyd edilən məbləğdə onun adına ödəmişdir, qeyd edilən müqavilə həmin borcla bağlı (müqavilə bağlanana qədər yaranmış, ilk iddiaçının qarşılıqlı iddiaçının əvəzindən ödədiyi borcla bağlı) həmin borcun rəsmiləşdirilməsi məqsədilə bağlanmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, qarşlıqlı iddiaçı həmin kredit müqaviləsi üzrə borc pul almadığını əsas gətirərək, həmin müqvailənin etibarsız hesab edilməsini tələb etmiş, habelə ilk iddiaçı tərəfindən onun adına 10030 manat ödədiyini qəbul etsə də, ödənilmiş həmin pul vəsaitinin ilk iddiaçı yageri qaytardığını, əsas puldan 700 manat borcunun qaldığını, qalan pulun faiz pula aid olduğunu, onu ödəməyə imkanının olmadığını, ona görə də yalnız 700 manat hissəsdə qəbul etdiyini bildirmişdir. İlk iddiaçı isə cavabdehin ona 10030 manat pul borcunun olduğunu, bununla bağlı kredit müqaviləsi də olduğunu, onu qeyd eidlən məbləğdə ziyan vurduğunu əsas gətirmişdir. Tərəflər arasında kredit müqaviləsi əqdin iradə ifadəsi şərtinə aid tələbi pozulmaqla bağlanmışdır. Belə ki, qeyd edilən kredit müqaviləsihəmin müqavilənin predmeti qismində çıxış edən pul vəsaitinin borcalanın mülkiyyətinə verilməsi, borcalanın pul vəsaitini qəbul etməsi, borc alması niyyəti ilə bağlanmamış, həmin müqavilə tərəflər arasında yaranmış başqa bir münasibətin (ilk iddiaçının qarşılıqlı iddiaçının başqa şəxs qarşısında yaranmış borcunun icra eidlməsi ilə bağlı yaranmış borcunun ödənilməsinin təmin edilməsi məqsədilə) rəsmişlədirilməsi məqsədilə bağlanılmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış qeyd edilən kredit müqaviləsi borc müqaviləsinə uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan və aralarında olan başqa münasibəti rəsmişlədirmək niyyəti ilə bağlandığından, əhəmiyyətsiz əqd olmaqla, etibarsız əqd olmuşdur. Həmçinin, məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halları əsasında ilk iddiaçının qarşılıqlı iddiaçının əvəzindən 10030 manat məbləğində pul vəsaitini başqa şəxsə ödədiyi müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı ilk iddiaçı tərəfindən qeyd edilən məbləğdə pul vəsiatini ödədiyini qeyd etsə də, həmin pulun bir qisminin faiz borcu ilə bağlı olduğunu, ona görə həmin hissədə ödəmək imkanı olmadığını, yalnız əsas borc olan 700 manat hissəsini ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh qeyd edilən pul vəsaitinin ilk iddiaçıya ödənilməsinə diar heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılqlı iddiaçının təqsirli hüquqazidd hərəkətləri əticəsində ilk iddiaçıya 10030 manat məbləğdə maddi ziyan vurulmuş, vurulmuş maddi ziyanla cavabdehin təqsirli hərəkətləri nəticəsində səbəbli əlaqə olmuşdur. İlk iddiaçı tərəfindən qeyd edilən məbləğdə borcun qarşılıqlı iddiaçının adından ödənilməsi onun istəyinə uyğun olmuşdur (bu barədə məlumatlı olmaqla, həmin pulun onun adından ödənilməsini qəbul etmiş, hətta bu halı-istəyinə uyğun olması halını kredit müqaviləsi bağlamaqla və ya öz avtomobilini ilk iddiaçının adına rəmiləşdirməklə göstərmiş, nümayiş etdirmişdir). Deməli, ilk iddiaçının bu baxımından da tələb hüququ yaranmışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.8, 340, 346.1, 354, 1087.1, 1090.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, o, avtomobilinin ona qaytarması üçün razılaşıb notariat qaydasında müqavilə bağlamışlar. Məhkəmə prossesində cavabdeh özü də onun aldığı borcu tam şəkildə ödədiyini etiraf etsə də, məhkəmə əsassız olaraq həmin pulu ondan tutmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdeh və onun nümayəndələri apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi apelyasiya şikayəti ilə razı olmadqlarını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti ilə qətnamənin qismən – ilk iddia təmin olunan hissədə mübahisələndirildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan və qarşılıqlı iddia ilə bağlı hissələrdə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə ilk iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddia təmin olunan hissədə ləğv elilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə maddi hüquq normaları pozulmuş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən göstərilmiş nəticələr bu hissədə işin hallarına uyğun gəlmir.
21. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli müqavilə etibarlı müqavilə olmamışdır. Belə ki, tərəflərin borclu - kreditor münasibətlərinin bu müqavilədən əvvələ dayanması, müqavilə bağlanarkən lazımi etibarlılıq ünsürlərinin mövcud olmaması tərəflərin iş üzrə verdiyi izahatlarla öz təsdiqini tapır. Həmçinin iddiaçı da qarşılıqlı iddianın təmin edilərək müqavilənin etibarsız hesab edilməsi hissədə qətnaməni mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu faktı işin təkzib olunmaz halı hesab edir.
22. İşin halları ilə müəyyən olunur ki, iddiaçının pul tələbi barədə iddiasının faktiki əsasını məhz 28 dekabr 2021-ci il tarixli müqavilə təşkil edir. Deməli, lazımi etibarlılıq şərtlərinə cavab verməyən bu müqavilə üzrə tərəflərin hər hansı öhdəliyi də yarana bilməzdi. Belə bir öhdəlik yalnız Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozisiya şərtlərinə əsasən yarana bilərdi ki, həmin maddəyə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqd çərçivəsində cavabdehin hər hansı bir pul məbləği əldə etmədiyi, notariat orqanının depozit hesabına qoyulmuş pulun iddiaçıya məxsus olduğu, müqavilə bağlanmamışdan əvvəl müqavilə bağlansın deyə cavabdehə verilib, müqavilədən sonra təkrar alınması iddiaçının özünün birinci instansiya məhkəməsində verdiyi izahatlarla (iş vərəqi – 43, 55) təsdiq olunur.
23. Birinci instansiya məhkəməsinin iş üzrə 13 oktyabr 2022-ci il tarixli iclas protokolunda iddiaçı izahatında göstərmişdir ki: “İddiaçının 10030 manat borcu var, pulu verdiyi zaman müqavilə imzalamamışdıq, daha sonra aramızda müqavilə olsun deyə pulu ona verdim, notariat kontorunda müqavilə imzaladıq, sonra pulu geri aldım... - 13000 ABŞ dolları borcun kökünü ödəyib,ancaq faiz borcu hələ də ödənilməyib, onun mənə olan borcunun məbləği məhz kredit müqaviləsində olan puldur, hələdə o pulu ödəməyibdir, mən onun əvəzinə gedib öz cibimdən kiməsə pul ödəmişəm ki, həmin adamın yanında pis vəziyyətdə qalmayım, bir də həmin adama işim düşər. Ona görə də kredit müqaviləsi bağlananda da həmin pulu dostumdan alıb borc kimi müqaviləni bağladıq, sonra götürüb dostuma qaytardım, çünki başqa cür mən onlardan pulumu ala bilmirdim.” Birinci instansiya məhkəməsinin iş üzrə 31 oktyabr 2022-ci il tarixli iclas protokolunda iddiaçı izahatında göstərmişdir ki: “...Həmin kredit müqaviləsi bağlandığı vaxt 10030 manat pulu cavadeh təhvil aldı, sonra mənə qaytardı, özüm aldım, çünki həmin borc artıq kredit müqaviləsi bağlanana kimi yaranıb, belə ki, cavabdeh mənim tanışım olan şəxsdən borc pul götürmüşdü, həmin pulu hər ay 1300 manat ödəniş etməklə (faizlə götürməyi şərtləşdirdiyindən,hər ay əsas puldan və faiz puldan ödəniş etməklə) geri qaytarmağı öhdəsinə götürdü, borc pulun bir qismini ödəsə də, 10030 manat pulumu ödəməyib, iki ay ödəniş etdikdən sonra ödəməyib, mən də məcburiyyət qarşısında qalaraq, həmin pulu cavabdehin əvəzindən öz cibindən hər ay ödəmişəm...”
24. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “işin mübahisəsiz halları əsasında ilk iddiaçının qarşılıqlı iddiaçının əvəzindən 10030 manat məbləğində pul vəsaitini başqa şəxsə ödədiyi müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı ilk iddiaçı tərəfindən qeyd edilən məbləğdə pul vəsiatini ödədiyini qeyd etsə də, həmin pulun bir qisminin faiz borcu ilə bağlı olduğunu, ona görə həmin hissədə ödəmək imkanı olmadığını, yalnız əsas borc olan 700 manat hissəsini ödəməyə razı olduğunu bildirmişdir.”
25. Lakin işin hallarından görünür ki, ilk iddiaçının qarşılıqlı iddiaçının əvəzindən 10030 manat məbləğində pul vəsaitini başqa şəxsə ödədiyi müəyyən edilmir və bu xüsusat işin mübahisələndirilməyən halı kimi qiymətləndirilə bilməz. Çünki, 10030 manat məbləğində pul vəsaitinin cavabdehin əvəzindən iddiaçı tərəfindən başqa şəxsə ödənilməsi faktı cavabdeh tərəfindən təsdiq olunmur və həmin pul vəsaitinin ödənilməsi ilə bağlı iddiaçının özü tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
26. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin özgə işlərini tapşırıqsız aparma barədə müddəalarını tətbiq etməklə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “... İlk iddiaçı tərəfindən qeyd edilən məbləğdə borcun qarşılıqlı iddiaçının adından ödənilməsi onun istəyinə uyğun olmuşdur (bu barədə məlumatlı olmaqla, həmin pulun onun adından ödənilməsini qəbul etmiş, hətta bu halı-istəyinə uyğun olması halını kredit müqaviləsi bağlamaqla və ya öz avtomobilini ilk iddiaçının adına rəmiləşdirməklə göstərmiş, nümayiş etdirmişdir).
27. Lakin işin halları ilə qeyd olunan xüsusatlar öz təsdiqini tapmır. Belə ki, cavabdehin avtomobili iddiaçının adına rəsmiləşdirməsi onların arasında faiz borcu ilə bağlı müqavilə bağlanmamışdan əvvəl, ilkin olaraq borcun götürüldüyü zaman baş vermişdir. Həmçinin, hazırkı mübahisənin əsasını təşkil edən kredit müqaviləsi cavabdehin istəyinə uyğun olaraq bağlanmamışdır. İşin halları ilə təsdiq olunur ki, cavabdeh həmin müqavilənin bağlanmasına ona görə razılıq vermişdir ki, avtomobili yenidən səlahiyyətli şəxsin adına keçirsin. Buna görə də məhkəmə hesab edir ki, özgə işlərini tapşırıqsız aparma halı mövcud deyildir və işin halları bu normalar baxımından qiymətləndirilə bilməz.
28. Birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin olunması qənaətinə gələrkən delikt və zərərlə bağlı normalara da istinad etmişdir. Lakin əgər pul məbləğinin tutulması real zərərin əvəzinin ödənilməsi kimi qiymətləndirilsə, ilk növbədə zərərin mövcudluğu təsdiqini tapmalıdır. Çünki, tərəflər arasında olan borcu münasibətləri üzrə əsas borcun ödənilməsi işin mübahisəsiz halıdır və iddiaçı qalan məbləği cavabdehin əvəzinə faiz borcu ödəməsi ilə əsaslandırır. Buna görə də iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə onun cavabdehin əvəzinə faiz borcu ödəməsi, yəni, zərərin mövcudluğu ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin yuxarıda qeyd olunduğu kimi məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir.
29. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya 600 manat məbləğdə borcun qalması etiraf edildiyindən məhkəmə kollegiyası bu xüsusata borcun etirafı kimi qiymətləndirməklə prosessual qənaət prinsipini rəhbər tutaraq, ilk iddianın bu hissədə təmin oluna biləcəyi qənaətinə gəlir.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianının qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən - yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia qismən təmin olunmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(002)- 2455/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(002)- 2455/2022 nömrəli qətnaməsi ilkin iddianın qismən təmin olunması hissəsində ləğv edilsin. İlkin iddia üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası qismən təmin edilsin. 600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev