Məhkəmə qərarları › İş №2(103)-1092/2025

Bakı Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(103)-1092/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1092/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QİYABİ QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" S.S MMC tərəfindən ona verilən ünvan 1 ünvanında çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin sahəsinin 15.61 kv.m artıq göstərilməsinə görə dəymiş 35903 manat ziyanın ona qaytarılması (74.5 kv.m -58.89 kv.m x 2300 = 35903), MMC- nin günahı ucbatından bu günə qədər kirayədə yaşadığına görə, ödədiyi 18000 manat ( 60 x 300 = 18000) kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi belə əsaslandırılmışdır ki, mənzilin sahəsini artıq göstərməklə, dəymiş ziyanın və 6 illik kirayə pulunun ödənilməsi barədə o, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh ilə 16 oktyabr 2016-cı il tarixdə, onun mülkiyyətində olan N.Nərimanov rayonu, M. Sənani küç. ev 61, mənzil 10-nun Pilot layihə əsasında "xxxx" MMC tərəfindən sökülməsi, sökülən mənzilin yerində inşa edilən yüksək mərtəbəli binada, onun əvəzinə tam təmirli C bloklu 9-cu mərtəbə, 2 otaqlı, 74.5 kv.m-dən ibarət 132 nömrəli mənzilin, onun mülkiyyətinə verilməsi barədə 02 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən əlavə 30 kv.m sahənin ona verilməsinə görə 22500 manat onun tərəfindən "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuş və həmin vəsait onun tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Tərəfindən mütəxəssis dəvət olunaraq, mənzilin sahəsi ölçülərkən, mənzilin 2 otaqlı 74.5 kv.m deyil, 1 otaqlı 58.89 kv.m olduğu müəyyən edilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 226/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən mənzilin sahəsinə görə 10012,50 manat məbləğində pulun, 18000 manat kirayə pulunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia üçün ödənilmiş 227 manat dövlət rüsumunun 117 manatının "xxxx" MMC-dən tutulması, qalan hissədə iddiaçıya aid edilməsi, ekspertizalar üçün ödənilmiş 100 manat ekspertiza xərcinin 52 manatının Cavabdeh MMC-dən, 48 manatının isə İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.2, 21,386.1, 389.1, 425.1, 442,443.1, 443.2, 762.1, 762.3; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə; Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.7, 119.1,206.1, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 10 oktyabr 2016-cı il tarixli, 02 saylı müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 61, m. 10 yaşayış üçün Mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 24 kv.m. mənzilin əvəzinə tam təmirli C bloku, 9-cu mərtəbə, 2 otaqlı, 74,5 kv.m.-dən ibarət 132 saylı, mənzili “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC-nin 25 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 3-cü girişi, yaşayışın 9-cu mərtəbəsində, ümumi sahəsi 75 kv.m-dən ibarət olan 132 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. Mülki işin materiallarından aydın olur ki, həmin pul məbləği İddiaçı tərəfindən Cavabdeh MMC tərəfindən ona verilməli olan mənzilin qarşılığı olaraq ödənilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən faktiki olaraq ümumi sahəsi 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70,0 kv.m olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. Tərəflər arasında müqavilə bağlanmış və öhdəliklər müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MMC isə müqavilə üzrə ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli 74,5 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Sonuncu ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh MMC İddiaçı müqavilədə göstərilən sahədən 13,35 kv.m daha az sahəsi olan mənzil təhvil vermişdir. Cavabdeh öhdəliyini pozmaqla mənzili iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı ölçüsü 74,50 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Müqavilə ödəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənzilin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən mənzilin faktiki sahəsi 61,15 kv.metr təşkil edir. İddia ərizəsində mənzilin hər kv.m üçün 2300 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edilməlidir ki, iddia tələbinin bu hissəsi ilə əsassızdır. Belə ki, mülki işin materialları, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, mənzilin 30 kv.m-i üçün iddiaçı tərəfindən 22500 manat pul ödənilmişdir. Buna görə də, iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 750 (22500:30=750) manat nəzərə alınmaqla hesablanmalıdır. Odur ki, qeyd edilən mənzilə görə əksik verilmiş 13,35 kv.metrə görə əksik verilmiş sahə üzrə hər kv.metr üçün 750 manat hesablamaqla (13,35 m2 x 750 = 10012,50 manat) cəmi 10012,50 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 4,52 kv.m lodjiya daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 2,26 kv.m kimi nəzərə alınmışdır. İddiaçı sahənin müvafiq azalma əmsalı nəzərə alınmaqla hesablanmalı olması bildirsə də, məhkəmə bununla razılaşmır. Çünki cavabdeh (podratçı) faktiki olaraq 4,52 kv.m lodjiya tikintisini həyata keçirmişdir. Belə olan halda şəxsin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı həmin sahənin müvafiq əmsal tətbiq edilməklə daha az ölçüdə qeydə alınması vəziyyətini dəyişdirmir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər ikisinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10012,50 manat pul Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin kirayə haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi yaşayış sahəsinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur. Həmin müddətdən sonra əmlakın təhvil verilməməsi nəticəsində kirayə haqqı qismində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Odur ki, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbinin təmin edilməməsi qanunazidd və əsassız olardı. Belə ki, iddiaçı tərəf müqavilədə qeyd edilən müddətdə əmlakını əldə edə bilmədiyindən həmin əmlakdan hər hansı formada yararlanmaq hüququndan da məhrum olmuşdur. Bu halda ən azından həmin əmlakın ona təhvil verilməli olan müddətdən sonrası üçün iddiaçı kirayə haqqı qismində zərər tələb etməsi əsaslıdır. Mülki işin materiallarından müəyyən edilir ki, binanın bünövrəsi 2017-ci ilin fevral ayında qoyulmuşdur. Belə olan təqdirdə, müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçının mənzili 2018-ci ilin oktyabr ayında təhvil verilməli olduğu halda, təhvil verilməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, iddiaçı tərəfindən 60 ay müddətində kirayə haqqı qismində zərər cavabdehdən haqlı olaraq tələb edilir və həmin müddət üçün pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən də müəyyən edilir ki, iddiaçı 5 il müddətində 2018-ci ildən - 2023- cü ilə qədər kirayə mənzildə yaşamış və 300 manat kirayə haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, aylıq 300 manat kirayə haqqı məbləği ağlabatandır və 60 ay müddətinə aylıq 300 manat kirayə haqqı hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə 18000 manat (60 x 300 = 18000) pul tutulmalıdır

3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - 10 oktyabr 2016-cı il tarixli, 02 saylı müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 61, m. 10 yaşayış üçün Mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 24 kv.m. mənzilin əvəzinə tam təmirli C bloku, 9-cu mərtəbə, 2 otaqlı, 74,5 kv.m.-dən ibarət 132 saylı mənzili “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Əlavə 30 kv.m vətəndaşa verilməsinə görə ilkin ödəniş 22500 AZN olmaq şərti ilə 5000 manat İddiaçı 18 ay ərzində ödəməyi öhdəsinə götürür. Eyni zamanda Cavabdeh MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyyətçiyə mənzili təhvil verməyi öhdəsinə götürmüşdür;- Cavabdeh MMC-nin xx.xx.2018-ci mədaxil xəzinə orderindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 132 saylı mənzilə dair 22500 manat ödəniş etmişdir;- Cavabdeh MMC-nin 25 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 3-cü girişi, yaşayışın 9-cu mərtəbəsində, ümumi sahəsi 75 kv.m-dən ibarət olan 132 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur;- AR FHN-nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin ETLKİM institutunun 28 fevral 2017-ci il tarixli “62/17 saylı müqaviləyə əsasən təqdim olunmuş 10x10x10 m ölçülü beton nümunələrinin QOST 100000 saylı standartın tələbinə uyğun yoxlanmış laboratoriya sınaq nəticələrindən görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində inşa olunan 5 girişli, 2 səviyyəli zirzəmi ilə, 16 mərtəbəli yaşayış binasında blok 4, zirzəmi, səviyyə “-3,70” hissəsindən 21 fevral 2017-ci il tarixində nümunələr götürülmüşdür;- xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin 04 dekabr 2023-cü il tarixinə bazar dəyəri 170000 manat məbləğində müəyyən edilmişdir;- - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin faktiki olaraq 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70 kv.m olduğu müəyyən edilmişdir;- AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən faktiki olaraq ümumi sahəsi 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70,0 kv.m olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1; Mülki Prosessual Məcəllənin 77, 88, 217.2, 217.3-cü maddələrinə; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsinin 59.2, 59.3-cü bəndlərinə; Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012- ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydaların 3.8 bəndinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan sübutlardan, cavabdehin iddiaçı ilə arasında olan müqavilə öhdəliyini icra etmədiyi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin etməklə, tərəflə iddiaçının arasında olan müqavilədən irəli gələn hüquqlarının Pozulması ilə müşahidə olunan qətnamə çıxarmış, bununla da qeyd olunan maddi hüquq normasının tələbini pozmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların,şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən faktiki olaraq ümumi sahəsi 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların,şaxta sahələrinin və s. altıda daxil olmaqla azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70,0 kv.m olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. Mübahisə predmetini təşkil edən daşınmaz əmlakın qiyməti xüsusi bilik tələb edən hal olduğu üçün, müstəsna olaraq ekspert rəyinə əsasən müəyyən edilməli idi. Məhkəmə, ekspert rəyinin bu hissəsi ilə razılaşmamış, lakin bunu zəruri şəkildə əsaslandırmamışdır. İddianın təmin edilməməsi hissəsi ilə məhkəmənin mövqeyi, işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində ünvan 4 ünvanında MMC tərəfindən inşa edilən çox mərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin 1 kv.m qiyməti 2300 manat müəyyən edilməsinə baxmayaraq qətnamə qəbul edilərkən mənzilin 1 kv.m qiyməti 2300 manata deyil 750 manata vurularaq səbəbsiz olaraq 1550 manat azaldılmışdır. Beləliklə, iddia ərizəsində mənzilin sahəsinin azaldılmasına görə tələb olunan 35903 manat məbləğ azaldılaraq ******* manat dəyərində göstərilmişdir ki vurulan ziyan ******* manat azaldılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, “02” may 2024-cü il tarixli 3-16-16/2-10/1295-9/1243 nömrəli rəyində göstərilmişdir ki, ünvan 4 ünvanında MMC tərəfindən inşa edilən çox mərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin, içdən-içə, mənzilin daxilində oran arakəsmələrin, divarların, sütünların,şaxta sahələrənin və.s altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin faktiki olaraq 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza bunu onunla əsaslandırmışdır ki məhkəmə tərəfindən qoyulan tələbdə mənzilin içdən-içə ölçüsünün hesablanması zamanı azalma əmsalları nəzərə alınmasın. Məhkəmənin qətnaməsinin 6-cı vərəqinin 2-ci abzasında göstərilmişdir ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 4.52 kv.m lociya daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 2.26 kv.m kimi nəzərə alınmışdır, faktiki olaraq bu belə deyildir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2(103)- 1092/2025 № -li işi üzrə 26 may 2025-ci il tarixli ,10/1874 ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzildə mövcud olan lociyanın faktiki sahəsi 4,52 kv.m təşkil edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8. bəndinin tələblərinə əsasən, mənzillərin ümumi sahəsi hesablanarkən lociya 0,5 azaltma əmsallarına vurulmaqla hesablandığını nəzərə alaraq, həmin qaydalara əsasən mənzildə yerləşən lociyanın sahəsi 2,26m2 ((4,52x0,5)) müəyyən olunur. Belə olan halda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59 –cu bəndində Azərbaycan Respublikası Dövlət Şəhərsakma və Arxıtektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “ Tikinti obyektinin sahəsinin və Həcminin Hesablanması qaydalarına əsasən baxış zamanı təqdim olunmuş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin ümumi sahəsi 58, 89 kv.metr təşkil edir. Qərardadda qoyulmuş ikinci sual Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin səlahiyyətinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin ekspert rəyi ilə razı olduğunu, cavabdehin gəlməməsi səbəbindən qiyabi icraat qaydasında işə baxılmasına etiraz etmədiyini bildirmişdir.

7. Apellyasiya baxışının yeri və vaxtı barədə rəsmi qeydiyyatda olduğu ünvana xəbərdar olunmuş cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəmələrə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçının ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376-cı maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə kollegiyasi hesab edir ki, iş üzrə sonuncu ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, mənzilin ümumi sahəsinin hesablanması zamanı yalnız lociyaya münasibətdə azalma əmsalı tətbiq olunmalı olduğu, belə olduğu halda isə mənzilin ümumi sahəsinin 58,89 kv .metr olduğu, beləliklə də iddiaçı müqavilədə göstərilən 74.5 kv metr deyil,ondan daha az, yəni 58.89 kv metr mənzilin təhvil verildiyi müəyyən edilir. Kollegiya hesab edir ki, ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmasa belə, hazırkı mərhələdə həmin rəyin qeyri-mötəbərliyinə dəlalət edəcək əks arqument məhkəmə kollegiyasına təqdim edilməmişdir. Mənzilin hər kv.m üçün 2300 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi ilə bağlı məsələyə münasibətdə isə kollegiya qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin 1kv metri üçün, müqavilə bağlandığı və hazırkı tarixlərə, bazar qiyməti müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, lakin ekspertlərinin fəaliyyət sahəsinə aid edilmədiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy verilməmişdir. Lakin hazırkı mərhələdə kollegiya bu hissədə də iddia tələbini əsaslı hesab edir ki, belə ki,birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyinə görə ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. 10.Beləliklə, qiyabi icraat qaydasında işə baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2025 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni-qiyabi qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" MMC –yə qarşı iddia tələbi tam təmin edilməlidir. Cavabdeh "xxxx" SS MMC tərəfindən ona verilən ünvan 1 ünvanında çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin sahəsinn 15.61 kv.m artıq göstərilməsinə görə dəymiş 35903 (otuz beş min doqquz yüz üç) manat ziyan, (74.5 kv.m -58.89 kv.m x 2300 = 35903), 18000 (on səkkiz min) manat ( 60 x 300 = 18000) kirayə haqqı tutularaq iddiaçı X4 ödənilməlidir. Belə ki, məhkəmə iclaslarında lazımi qaydada məlulatlandırılmış cavabdeh iştirak etməmiş və iddiaya dair etiraz təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə isə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 97.1 İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 239. Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 244.Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1.qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3.cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. 245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. 245.3. Ərizədən dövlət rüsumu alınmır. 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir.248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. 251.Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. 252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.

13. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “ Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən: 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

14. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. 15.Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalı, ekspertiza xərci isə cavabdehə aid edilməlidir. 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 226/2024 saylı işi üzrə 07 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni –qiyabi qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC –yə qarşı iddiası təmin edilsin. Cavabdeh "xxxx" SS MMC tərəfindən ona verilən ünvan 1 ünvanında çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin sahəsinn 15.61 kv.m artıq göstərilməsinə görə dəymiş 35903 (otuz beş min doqquz yüz üç) manat ziyan, (74.5 kv.m -58.89 kv.m x 2300 = 35903), 18000 (on səkkiz min) manat ( 60 x 300 = 18000) kirayə haqqı tutularaq iddiaçı X4 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (yüz) manat pul vəsaiti cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər və ya işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar