Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10927/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9600/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.10.2015-ci il tarixli, RB/MF-4667_RES1 saylı kredit müqaviləsi üzrə 5220,71 manat məbləğində əsas, 643,01 manat məbləğində faiz, 703,04 manat məbləğində cərimə, cəmi 6.566,76 manat məbləğində borcun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9600/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 27.10.2015-ci il tarixli, RB/MF- 4667_RES1 nömrəli mikro-kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.220,71 (beş min iki yüz iyirmi manat, yetmiş bir) manat məbləğində əsas, 643,01 (altı yüz qırx üç manat, bir qəpik) manat məbləğində faiz, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 5.963,72 (beş min doqquz yüz altmış üç manat, yetmiş iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASCxeyrinə tutulması qərara alınmışdır. Qətnamə qanunla müəyyən olunmuş müddət ərzində nə iddiaçı,nə də cavabdeh tərəfindən mübahisələndirilməmiş, bu səbəbdən də qətnamə üzrə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Sonradan Nərimanov Rayon Məhkəməsinin 2(005)-9600/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə baxılması məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 qeyd etdi ki, birinci instansiya məhkəməsində iştirak etmiş etmiş, idianı qismən qəbul etdiyini bildirmiş, həmin qətnamə icraya yönəldikdən sonra, qətnamənin hissə-hissə icra edilməsi barədə banka yaxınlaşmış, qətnamə ilə müəyyən olunmuş məbləğdən müəyyən ödənişlər də etmiş, lakin sonradan maddi vəziyyəti pisləşməsi səbəbindən borcun ödənilməsində çətinlikləri yaranmış, bundan sonra məhkəməyə müraciət edərək rəsmi şəkildə qətnaməni alaraq ondan şikayət vermiş, göstərilənlərə əsasən, şikayətin mümkün hesab edilərək baxılmasını xahiş etdi, eyni zamanda da bankla razılaşaraq qət olunmş məbləğin hissəhissə ödənilməsini təmin edə bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Zeynallı izahat verərək qeyd etdi ki, Cavabdeh1 rayon məhkəməsində işə baxılmasında iştiraq etmiş, iddia təlıəblərini qismən qəbul etmiş, qətnamə icraya yönəldildikdən sonra banka gələrək qət olunmuş məbləğin hissə=hissə ödənilməsinə şərəait yaradılmasını xahiş etmiş, bundan sonra müəyyən ödənişlər etmiş, cavabdeh qətnamədən tam məlumatlı olub, sonradan icra etdiyi qətnamədən şikayət verərkən müddəti üzürsüz səbəbdən ötürmüş, bu səbəbdən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Hazırkı məsələ ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümükün hesab edilməli, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apellyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 qətnamədən məlumatı olduğunu, icra mərhələsində hissə-hissə icra ilə bağlı banka müraciət etdiyini, bundan sonra həmin icra sənədi üzrə banka müəyyən ödənişlər etməsini təsdiq etmişdir ki, bu xüsusatı bankın nümayəndəsi də təsdiqləmişdir. Belə olan halda aydın olur ki, cavabdeh hazırda mübahisələndirmək istədiyi məhkəmə qətnaməsindən ən azından onun icra mərhələsində tam məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin normada, eləcə də qanunda nəzərdə tutulmuş bir çox digər hallarda məhkəmə aklarının rəsmi qaydada verilməsinin, habelə şikayət verilməsinin məhkəmə aktlarının rəsmi verildiyi gündən hesablanmasının təsbit olunmasında qanunun güddüyü məqsəd ondan ibarətdir ki, şəxsin məhkəmə aktından məlumatlı olması təmin edilsin və bu hal şəksiz olsun. Hazırkı iş üzrə Cavabdeh1 rayon məhkəməsinin qətnaməsini sonradan imza etməklə alsa da, onun həmin qətnamədən ən azından icra mərhələsində tam məlumatlı olması şəksiz olaraq müəyyən olunmuşdur, demək ki, onun tərəfindən həmin qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən olunmuş bir aylıq müddət ötürülmüşdür. MPM-in 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Beləliklə də, hazırkı işin qeyd olunan halı işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (müddət ötürüldüyünə görə) qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9600/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10927/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10927/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver