Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10930/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xxxx iddia ərizəsi, daha sonra isə bir neçə dəfə iddia tələbinin 1-ci bəndinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,02042 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 166,07 kv.m yaşayış sahəsindən, 162,11 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 328,18 kv.m təşkil edən 10A nömrəli fərdi yaşayış evinə (“1-ci İpoteka predmeti”), 02.10.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinə (məqsədli istifadə növü – “əkin”; kateqoriyası – “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinə (məqsədli istifadə növü “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası "kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”, kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinə (məqsədli istifadə növü -“əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) (yuxarıda qeyd edilən torpaq sahələri və 3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr - cəmi 16 500 ədəd alma (Gransimid), Golden, Simerinka ağacları ilə birlikdə “2-ci İpoteka predmeti”), 16.10.2014cü il tarixli, **********45514/İM-3 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh9 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində, 78 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 115,72 kv.m yaşayış sahəsindən, 47,59 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 163,31 kv.m təşkil edən 5 otaqlı, 8 nömrəli mənzilə (“3-cü İpoteka predmeti” adlandırılacaq) və 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh11 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 47,31 kv.m yaşayış sahəsindən, 20.98 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 68,29 kv.m təşkil edən 3 otaqlı, 3 nömrəli mənzilə (“4-cü İpoteka predmeti”) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMC-nin 29.09.2014-cü il tarixli, **********45514 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 2.000.000 manat məbləğində əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 307.333,27 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 939.999,71 manat məbləğində penyanın, cəmi 3.247.332,98 manat və 29.03.2021-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 407,68 manat pulun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 172 manat məbləğində çəkilmiş xərclərin 1-ci, 2-ci, 3-cü və 4-cü İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, 1-ci, 2-ci, 3cü və 4-cü İpoteka predmetlərinin ilkin satış qiymətlərinin (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi, 1-ci İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X5, Cavabdeh4, Zeynalova (Boqatıreva) Violetta Tofikovna, Hüseynova-Cavabdeh6 və Cavabdeh7, onların ailə üzvləri və digər şəxslər, 3cü İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh9 və Cavabdeh10, onların ailə üzvləri və digər şəxslər, 4-cü İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh11 və Cavabdeh12, onların ailə üzvləri və digər şəxslər müvafiq yaşayış sahələrini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi – 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinə, 02.10.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 mülkiyyətində olmaqla Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinə (məqsədli istifadə növü – “əkin”; kateqoriyası – “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinə (məqsədli istifadə növü “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”, kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinə (məqsədli istifadə növü -“əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) (yuxarıda qeyd edilən torpaq sahələri və 3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr – (cəmi 16 500 ədəd) alma (Gransimid, Golden, Simerinka) ağacları ilə birlikdə)), 16.10.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh9 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinə və 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh11 mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilə tutma yönəldilməsi; ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMC-nin 29.09.2014-cü il tarixli, **********45514 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında yaranmış 2.000.000 (iki milyon) manat məbləğində əsas, 307.332,98 (üç yüz yeddi min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz, 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində cərimə, cəmi 2.432.332,98 (iki milyon dörd yüz otuz iki min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun və 260 (iki yüz altmış) manat məbləğində xidmət haqqının, habelə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat məbləğində pulun əvəzi ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılması; hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin – 1.760.000 (bir milyon yeddi yüz altmış min) manat, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinin ilkin satış qiymətinin – 330.000 (üç yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilinin ilkin satış qiymətinin – 104.500 (bir yüz dörd min beş yüz) manat, Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinin ilkin satış qiymətinin - 21.450 (iyirmi bir min dörd yüz əlli) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 4.400 (dörd min dörd yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 42.900 (qırx iki min doqquz yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 42.900 (qırx iki min doqquz yüz) manat məbləğində (3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr - cəmi 16 500 (on altı min beş yüz) ədəd alma (Gransimid), Golden, Simerinka ağacları ilə birlikdə) müəyyən edilməsi; ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X5, Cavabdeh4, Zeynalova (Boqatıreva) Violetta Tofikovna, Hüseynova-Cavabdeh6 və Cavabdeh7 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin bu əmlakdan məcburi qaydada çıxarılması; ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzili satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh9 və Cavabdeh10 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin bu əmlakdan məcburi qaydada çıxarılması; ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzili satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh11 və Cavabdeh12 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin bu əmlakdan məcburi qaydada çıxarılması; iddianın qalan hissədə rədd edilməsi; ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh8 və Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək "xxxx" ASC ilə "xxxx" MMC ("Borcalan") arasında 29.09.2014-cü il tarixli **********45514 saylı kredit müqaviləsinə "Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli" adlanan 1 saylı Əlavəyə uyğun olaraq "xxxx" MMCnin ("Borcalan") 31.03.2020-ci tarixdən hazırki tarixə qədər hesablanan faiz ödənişlərindən azad edilməsini və "xxxx" MMC-nin 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində cərimənin tamamilə silinməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, koronavirus infeksiyasının (COVİD 19) bütün dünyada sürətlə yayılması ilə əlaqədar olaraq dövlətlərin əksəriyyəti ciddi tədbirlər görmüş, dövlətlər arasında hava və quru sərhədləri bağlanmış və ticarət əlaqələri məhdudlaşdırılmışdır. Bir çox şirkətlər öz fəaliyyətlərini dayandırmış və məsafədən işləmə rejimi tətbiq etmişlər. Azərbaycanda da xüsusi karantin rejimi tətbiq edilmiş, insanların hərəkəti məhdudlaşdırılmış və əksər müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Eyni zamanda, Azərbaycan qonşu ölkələrlə hava və quru sərhədlərini bağlamışdır. Xüsusi karantin rejimi çərçivəsində görülən tədbirlər nəticəsində bəzi şirkətlərin öz öhdəliklərini icra etməsi ilə bağlı müəyyən çətinliklər yarana bilər. Buna görə də xüsusi karantin rejiminin fors-major halı sayılıb-sayılmamasını aydınlaşdırmaq zərurəti yaranır. İlk növbədə, "fors-major" anlayışına aydınlıq gətirək. Hərfi tərcüməsi fransız dilindən tərcümədə “fövqəl güc” deməkdir. Azərbaycan qanunvericiliyində "fors-major" institutu ilə bağlı vahid termindən istifadə edilmir. Misal üçün, Azərbaycan Respublikasının Mülki Məcəlləsində ümumiyyətlə "fors-major" anlayışından istifadə edilməmişdir. Buna baxmayaraq, eyni mahiyyətdə olan "qarşısıalınmaz qüvvə" anlayışından istifadə olunmuşdur. Bundan əlavə ekspertiza rəyində fors-major halların baş verməsi nəzərə alınmamışdır. Buna görə də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəuyğundur. Bundan başqa, bütün dünyada tüğyan edən pandemiya ilə əlaqədar "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə tənasübsüz surətdə 125000 manat cərimənin tamamilə silinə bilər. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh7, Cavabdeh13 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 463.1, 465.2, 467, 269.1, 269.4, 269.7, 282.1, 317.1, 319.1, 319.6-ci maddələrinə; “İpoteka haqqında” Qanununun (bəzi müddəaları 30.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrini tətbiq etmiş və qənaətini belə əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ASC “Xalq” Bankı ilə üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış 29.09.2014-cü il tarixli, **********45514 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən üçüncü şəxsə 120 ay müddətinə illik 6% faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2.000.000 manat məbləğində kredit verilmişdir. Üçüncü şəxs kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı, kredit məbləğinə hesablanmış faiz məbləğini, habelə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Banka borcu yaranmışdır. Bununla bağlı iddiaçı bir neçə, o cümlədən yaranmış borc məbləğinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və ilk olaraq həmin müqavilə üzrə 2.000.000 manat məbləğində əsas, 84.332,98 manat məbləğində adi faiz, 321.666,67 manat məbləğində cərimə borcunun yarandığını bildirmişdir. Sonradan bu hissədə tələbin həcmini artıraraq, həmin müqavilə üzrə 26.11.2019-cu il tarixə 2.000.000 manat məbləğində əsas, 146.332,98 manat məbləğində faiz, 741.666,67 manat məbləğində cərimə borcunun yarandığını qeyd etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04.09.2020-ci il tarixli, 9/2880 nömrəli ekspert rəyində qeyd edilən müqavilə üzrə 26.11.2019-cu il tarixə 2.000.000 manat məbləğində əsas, 147.666,60 manat məbləğində faiz borcunun yarandığı göstərilmişdir. Ekspert tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Bundan sonra iddiaçı bu hissədə tələbini yenidən artırmış və hazırda həmin müqavilə üzrə 29.03.2021-ci il tarixə 2.000.000 manat məbləğində əsas, 307.333,27 manat məbləğində faiz, 939.999,71 manat məbləğində cərimə borcunun yarandığını vurğulayır. 2021-ci ildə bu kredit müqaviləsi üzrə 75.000 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ bütünlüklə mövcud olan cərimə borcundan silinmişdir. Cavabdehlər Cavabdeh13 və Cavabdeh3 "xxxx" MMC-nin iddiaçıya 2.000.000 manat məbləğində əsas borcunun yarandığını, lakin tələb edilən faiz və cərimə borcunun şişirdilmiş olduğunu, iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qəbul etmədiklərini, iddiaçı ilə razılaşdırılmaqla ipoteka predmetlərinin satışı hesabına real borc məbləğini ödəmək niyyətində olduqlarını, hətta ötən dövr ərzində əmlakın satışı ilə bağlı əldə edilmiş ilkin razılıq nəticəsində onlara ödənilmiş 75.000 manat pulun da qeyd edilən kredit müqaviləsi üzrə ödəniş qismində iddiaçıya verildiyini bildirirlər və kredit borcunun ödənilməsi üçün onlara vaxt verilməsini, bu mümkün olmadığı təqdirdə iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, üçüncü şəxs "xxxx" MMC 29.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə, 29.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04.09.2020-ci il tarixli, 9/2880 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, həmin müqavilə üzrə üçüncü şəxs "xxxx" MMC-nin iddiaçıya 29.03.2021-ci il tarixə 2.000.000 manat məbləğində əsas borcu yaranmışdır. Məhkəmə, həmin kredit müqaviləsi üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməli olan faiz borcu ilə bağlı qeyd edir ki, iddiaçı 26.11.2019-cu il tarixə 146.332,98 manat məbləğində faiz borcunun yarandığını bildirmişdir. Məhkəmə ekspertinin rəyində isə həmin tarixə 147.666,60 manat, yəni daha çox faiz borcunun yarandığı göstərilmişdir. Lakin iddiaçı bu hesablamanı deyil, öz hesablamasını əsas götürmüş və 29.03.2021-ci il tarixə 307.333,27 manat məbləğində faiz borcunun yarandığını qeyd edir. Məhkəmə, bu məbləğlə razılaşmır. Belə ki, 26.11.2019-cu il tarixdən 29.03.2021-ci il tarixə kimi müddət 1 il 4 ay 3 gün təşkil edir. Əsas borc məbləğinin 2.000.000 manat (iddia qaldırıldıqdan sonra əsas borc üzrə hər hansı məbləğ ödənilməmişdir), illik faiz dərəcəsinin isə 6 faiz olması nəzərə alındığı təqdirdə 1 il üçün (2.000.000 x 6% /100% = 120.000) 120.000 manat, 4 ay üçün (120.000 / 12 ay x 4 ay = 40.000) 40.000 manat, 3 gün üçün (120.000 / 12 ay / 30 gün x 3 gün=1000) 1.000 manat, cəmi 1 il 4 ay 3 gün üçün (120.000 + 40.000 +1.000 = 161.000) 161.000 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğlə 26.11.2019-cu il tarixə hesablanmış faiz borcu məbləğinin cəmi isə (146.332,98 + 161.000 = 307.332,98) 307.332,98 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, 29.03.2021-ci il tarixə məhz 307.332,98 manat məbləğində faiz borcu yaranmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, 30.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə üçüncü şəxs "xxxx" MMC arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni üçüncü şəxs cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehin 01.04.2020-ci il tarixinə 939.999,71 manat məbləğində cərimə borcunun yarandığını bildirir. Məhkəmə, əsas borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, 939.999,71 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksək hesablanmışdır, bu səbəbdən endirilməli və 200.000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə o halı da nəzərə alır ki, 2021-ci ildə həmin müqavilə üzrə aparılmış 75.000 manat məbləğində ödəniş bütünlüklə mövcud olan cərimə borcunun silinməsinə yönəlmişdir. Lakin iddiaçı bu halı etiraf etsə də, öz tələbində nəzərə almamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, bu məbləğin də müqəddaratı həll edilməli və həmin məbləğ məhkəmə tərəfindən cərimə borcu qismində müəyyən edilmiş 200.000 manat məbləğindən çıxılmalı (200.000-75.000 = 125.000), qalan 125.000 manat cərimə borcu qismində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “29.03.2021-ci il tarixdən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın ipoteka predmetinin dəyərindən tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, 29.09.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ASC “Xalq” Bankı ilə bağlanmış 30.09.2014-cü il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evini (bazar dəyəri 1.800.000 manat, likvid dəyəri 1.600.000 manat), 16.10.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh9 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilini (bazar dəyəri 310.000 manat, likvid dəyəri 300.000 manat), 17.10.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən cavabdeh X4 mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilini (bazar dəyəri 100.000 manat, likvid dəyəri 95.000 manat), 02.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh8 mülkiyyətində olmaqla Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsini (bazar dəyəri 26.000 manat, likvid dəyəri 19.500 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsini (bazar dəyəri 5.000 manat, likvid dəyəri 4.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsini (bazar dəyəri 250.000 manat, likvid dəyəri 215.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsini (bazar dəyəri 250.000 manat, likvid dəyəri 215.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsini (bazar dəyəri 160.000 manat, likvid dəyəri 136.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsini (bazar dəyəri 136.000 manat, likvid dəyəri 117.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsini (bazar dəyəri 136.000 manat, likvid dəyəri 117.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsini (bazar dəyəri 160.000 manat, likvid dəyəri 136.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsini (bazar dəyəri 45.500 manat, likvid dəyəri 39.000 manat) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsini (bazar dəyəri 160.000 manat, likvid dəyəri 136.000 manat) 3-cü-10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr – cəmi 16 500 ədəd alma (Gransimid, Golden, Simerinka)) ağacları ilə birlikdə iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Cavabdehlərə bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakın yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi İdarələrində qeydə alınmışdır. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə 130 manat dövlət rüsumu və 260 manat xidmət haqqı ödənilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəylərində ipoteka predmetlərinin ilkin satış (likvid) qiyməti göstərilən qaydada müəyyən edilmişdir: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evi – 1.760.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzili – 330.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzili – 104.500 manat, Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsi 21.450 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsi – 4.400 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsi – 236.500 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsi – 236.500 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsi – 149.600 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsi – 128.000 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsi – 128.000 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsi – 149.600 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsi – 42.900 manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsi – 42.900 manat (3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr – (cəmi 16 500 ədəd) alma (Gransimid, Golden, Simerinka ağacları ilə birlikdə)). Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik "xxxx" MMC tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehlər Cavabdeh1, X2, Cavabdeh8 və Cavabdeh1 məxsus əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə iddia tələbini “ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlərin çıxarılması” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər ipoteka predmetindən çıxmazsa, onlar, məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin “ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlərin ailə üzvlərinin və digər şəxslərin çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyrimüəyyəndir. İddiaçı bu tələbi hüquqi nəticə etibarı ilə qeyri-müəyyən dairədə şəxslərə qarşı irəli sürmüşdür. Bu səbəbdən iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlaklar hərraca çıxarılan zaman onların ilkin satış (likvid) qiyməti məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC-nin tərtib etdiyi hesabatlarda göstərilmiş qiymətlər əsas götürülməklə müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh X3 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın faiz borcu və cərimə ilə bağlı təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən də istifadə edilmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan istifadə etməklə rəy vermişdir. Bundan sonra iddiaçı tərəfindən yenidən iddia tələbi artırılmış və ekspertiza rəyində göstərilən faiz borcuna uyğun artırılmış dövr nəzərə alınaraq hesablanmaqla məhkəmə 29.03.2021-ci il tarixə faiz borcunun məbləğinin 307.332,98 olduğunu müəyyən etmişdir. Belə ki, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Lakin cavabdeh də faiz borcunun məbləğini mübahisələndirmir. Mübahisələndirdiyi hal 31.03.2020-ci il tarixdən hazırki tarixə qədər hesablanan faiz ödənişlərindən borcalanın azad edilməsini istəyir və bunun üçün təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Ancaq şikayətində göstərdiyi hallar faiz borcunun qeyd olunan tarixdən azad olunması üçün əsas ola bilməz. Ona görə də təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də ümumiyyətlə əsas və zərurət yoxdur. İkincisi cavabdeh X3 göstərdiyi 31.03.2020-ci il tarixdən faiz borcu ilə bağlı ödənişlərdən azad edilməsi ilə bağlı dəlillər borcalanı da kredit müqaviləsi üzrə bu hissədə öhdəlikdən azad edə bilməz. Çünki, borcalan qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də borcalandan qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Üçüncüsü, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, borcalanın da əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu ilə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz borcalanın vəziyyətini ağırlaşdırmaya bilməz. Ancaq tələb edilən 939.939,71 manat cərimə 200000 manatadək azaldılmış, həmin məbləğdən də müqavilə üzrə ödənilmiş 75000 manat çıxılmaqla 125000 manat saxlanılmışdır. Bu məbləğ hər iki tərəfin mənafeyinə uyğun olmuşdur. Ona görə də cərimə hissəsində də şikayətin dəlili əsassız olduğundan təmin edilə bilməz. Dördüncüsü, cavabdeh X3 digər yazılı vəsatətindən biri də ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi ilə bağlı təkrar komisyon ekspertizanın keçirilməsi ilə bağlıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti də ipoteka predmetinin bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən edilir. Bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi isə “İpoteka haqqında” Qanunun tələblərinə ziddir. Birinci instansiya məhkəməsi də hər bir ipoteka predmeti barədə müstəqil qiymətləndiricinin rəyini almış və həmin rəylərdə də ipoteka predmetinin likvid dəyəri göstərilmişdir. Ona görə də yenidən qiymətləndirmə keçirilməsinə hər hansı bir zərurət və əsas olmadığından təkrar qiymətləndirmə keçirilməsinə də lüzum yoxdur. Buna baxmayaraq, cavabdeh X5 nə borcalan, nədə ipoteka qoyan deyildir. Sadəcə ipoteka predmeti olan evin birində yaşayır. Eyni zamanda apellyasiya şikayətində qətnamənin ipoteka predmetləri ilə bağlı hissəsini hər hansı bir formada mübahisələndirməmişdir. Ona görə də qətnamənin həmin hissəsini mübahisələndirmədiyi halda bu cür vəsatət verməsi də başadüşülən deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X3 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, həmin hissələrdə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10930/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10930/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver