Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10931/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-418/2014 saylı 18 iyul 2014-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2009-cu il tarixli 084003/0715/09/10 nömrəli İpoteka Müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində istifadədə olan 0,0758 ha torpaq sahəsində yerləşən 4 mərtəbəli, 30 otaqlı, 2322,7 kv.m ümumi, 894,8 kv.m. yaşayış, 1427,9 kv.m. yardımçı sahədən ibarət 24 saylı fərdi yaşayış evinə və 19 aprel 2010-cu il tarixli 084003/0191/10/10 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və digər cavabdeh "xxxx" MMC-yə mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi və Zərdabi küçəsinin kəsişməsində 0,29915 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 4473,9 kv.m. ümumi, 3012,7 kv.m. əsas, 1461,2 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və Borc alan "xxxx" MMC-nin 17.11.2009-cu il tarixli **********09 nömrəli kredit xətti müqaviləsi üzrə Bankı qarşısındakı 14886802 manat əsas borc, 7494911,22 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə 25.06.2014-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 3467384,30 manat məbləğində cərimə faizləri, cəmi 25849097,52 manat və 25.06.2014-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % hesabı ilə hesablanan adi faizlər, 15% hesabı ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınmasına görə 60 manat məbləğində və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə 234 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetini dəyərindən Bankın xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-418/2014 saylı 18 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ASC İddiaçık ilə "xxxx" MMC arasında bağlanmış 17.11.2009-cu il tarixli **********09 saylı Kredit xətti Müqaviləsinə əsasən yaranmış 14886802 manat əsas, 7494911,22 manat məbləğində faiz borcu və 3467384,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 25849097,52 manat məbləğində pul vəsaiti, həmçinin 25.06.2014-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % hesabı ilə hesablanan adi faizlər məbləği, 15 % hesabı ilə hesablanan cərimə faizləri məbləği, habelə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınmasına görə 60 manat məbləğində və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 234 manat məbləğində çəkilmiş xərclərin əvəzi 26 dekabr 2009-cu il tarixli 084003/0715/09/10 nömrəli İpoteka Müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində istifadədə olan 0,0758 ha torpaq pəsində yerləşən 4 mərtəbəli, 30 otaqlı, 2322,7 kv.m ümumi, 894,8 kv.m. yaşayış, 1427,9 km. yardımçı sahədən ibarət 24 saylı fərdi yaşayış evinin dəyərindən və 19 aprel 2010-cu il tarixli 084003/0191/10/10 nömrəli İpoteka Müqaviləsi üzrə ipoteka predmeti olan və digər cavabdeh "xxxx" MMC-yə mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Zərdabi küçəsinin kəsişməsində 0,29915 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 4473,9 kv.m. ümumi, 3012,7 kv.m. əsas, 1461,2 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının dəyərindən idiaçı İddiaçın xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulub iddiaçı Bankın hesabına köçürülməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 manat məbləğində pul vəsaitinin isə cavabdehlərdən müştərək qaydada tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Hazırda qətnamədən üçüncü şəxs "xxxx" MMC tərəfindən apelyasiya şikayəti verilərək, ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd etdi ki, apelyasiya şikayəti əsassızdır, qətnamə 2014-cü il tarixli olmaqla, artıq 7 il keçmişdir və qətnamə icra olunmuşdur, belə ki, hər iki ipoteka predmeti Bank tərəfindən alınmış, hətta ipoteka predmetlərindən biri artıq üçüncü şəxsə satılmışdır. Qalan borc məbləği ilə bağlı isə ümidsiz borc kimi Muşahidə Şurasına müraciət edilmiş və nəticəsi barədə məlumat gözlənilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, qətnamənin surəti məhkəmənin 18.07.2014-cü il tarixli məktubu ilə tərəflərin ünvanı üzrə göndərilmişdir. 08.10.2014-cü il tarixli məktubla qətnamə icraya yönəldilmişdir, Nizami rayon İcra şöbəsinin 15.01.2015-ci il tarixli məktubundan görünür ki, icra sənədi “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən (tələbkar icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən) məhkəməyə qaytarılmışdır. İş materiallarından görünür ki, İddiaçı 05.06.2015-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, borclular tərəfindən borcun ödənilməsinə dair verilmiş vədlərə əməl olunmadığını nəzərə alaraq, icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş, məhkəmə tərəfindən 05.06.2015-ci il tarixli məktubla icra vərəqəsi yenidən icra olunması üçün göndərilmişdir. Daha sonra İddiaçı 27.11.2015-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icra vərəqəsinin İcra şöbəsinə daxil olmadığını qeyd etmiş və qətnamənin icrası məqsədi ilə təkrar icra vərəqəsinin verilməsini xahiş etmişdir. Nərimanov rayon İcra şöbəsi məhkəməyə müraciət edərək, qətnamə üzrə verilmiş icra vərəqəsi naməlum səbəbdən itdiyindən həmin icra vərəqəsinin dublikatının verilməsini xahiş etmiş və məhkəmə tərəfindən 03.02.2016-cı il tarixdə icra vərəqəsinin dublikatı borclu Cavabdeh1 aid hissədə icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, 10.02.2016-cı il tarixli “icraata başlamaq haqqında” Qərarla iş üzrə icraata başlanılmış, 13.12.2016-cı il tarixli “icra edilmiş icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması haqqında” Qərarla icrası təmin edildiyindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında Y-542 nömrəli 11 noyabr 2016-cı il tarixli yekun Protokolu və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 11 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, ev 24 "xxxx" Qanunun 43.7-ci maddəsinə əsasən ******* manata ipotekasaxlayan İddiaçı tərəfindən alınmışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi hər iki ipoteka predmetinin Bank tərəfindən alındığını, birinin digər şəxsə satıldığını bildirmişdir. Göründüyü kimi, qətnamə artıq icra edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən qətnamənin surətinin alınması barədə məlumat olmasa da, qətnamənin surətinin göndərildiyi "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olmuşdur və sonuncu tərəfindən qətnamənin surəti 03.09.2014cü il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qəbul edilmişdir. Tutma yönəldilməklə, həmin ipoteka predmeti satılmışdır. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, "xxxx" MMC-nin hazırki vaxtadək qətnamədən məlumatsız olması, hüquqi ünvanı olan ipoteka predmetinə tutma yönəldilməsi, hərracdan satılması barədə məlumatının olmaması qeyri-mümkün olmaqla, ağlabatan hesab edilmir. Sadəcə qətnamənin surətinin rəsmi qaydada təqdim olunmaması əsası ilə 7 ildən sonra, özü də artıq icra olunmuş məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi yolverilməzdir. Qanunla apellyasiya şikayətinin məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə biləcəyi nəzərdə tutulsa da MPM-nin 47.1-ci maddəsində işdə iştirak edən şəxslərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduqları da nəzərdə tutulmuşdur. Ona görə də Kollegiya hesab edir ki, "xxxx" MMC-nin apellyasiya şikayəti ədalətsizliyin aradan qaldırılmasına yox, daha çox işin yenidən baxılması və iş üzrə icraatın uzadılması məqsədilə prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işlə bağlı məhkəmə aktının qəbulundan 7 il keçdikdən sonra ondan şikayət edilməsi bankın hüquq və azadlıqlarının məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərarında qeyd etmişdir ki, «hüquqi müəyyənlik «res cudicata» prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidənbaxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidənbaxma üçün əsas ola bilməz.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, MMC-nin təsisçisi Dubay Əmirliyində qeydiyyata alınmış “Baqlan Qrup AZŞ”-dir. "xxxx" MMC-nin direktoru X6 qətnamənin surətinin rəsmi təqdim edilməsi barədə ərizəyə əlavə etdiyi “Baghlan Group” FZCO-nun 20.08.2021-ci il tarixli 061 K nömrəli əmrindən çıxarışdan görünür ki, X6 "xxxx" MMC-yə Direktor vəzifəsinə təyin olunmuşdur. Apelyasiya şikayəti də MMC-nin direktoru kimi A.H.Bayramova tərəfindən imzalanmışdır. Əmrdən çıxarışdan X4 "xxxx" MMC-yə direktor vəzifəsinə təyin olunduğu görünsə də, X3 Reyestrindən çıxarışda qeyd edilmişdir ki, qanuni təmsilçi: Şirkətin 13.04.2003-cü il tarixli etibarnaməsi ilə Azərbaycan Respublikasının vətəndaşı X2 nümayəndə təyin edilmişdir. Göründüyü kimi reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi X7r, direktorun dəyişdirilməsi təsis sənədlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.3-cü maddəsin əsasən vergiödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.“Vergi ödəyicisi-hüquqi şəxsin uçota alınması haqqında” təsdiq edilmiş ərizə formasının 9, 10, 11-ci bölmələrində hüquqi şəxslərin rəhbəri barədə məlumatlar (təyin olunma barədə qərarın surətinin ərizəyə əlavə olunması), hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsi (surəti ərizəyə əlavə olunmaqla) məlumatları, hüquqi şəxsin rəhbərinin ünvan məlumatları nəzərdə tutulmuşdur. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Hər hansı dəyişiklik baş verdikdə vergi orqanına məlumat verməlidir. Apelyasiya şikayəti MMC-nin direktoru qismində X6 tərəfindən imzalanmışdır. Məhkəmə tərəfindən isə qeyd olunan hallar araşdırılmamış, direktor qismində apelyasiya şikayətini imzalamış X1 olub-olmaması araşdırılmamışdır. MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-418/2014 saylı iş üzrə 18 iyul 2014-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-418/2014 saylı iş üzrə 18 iyul 2014-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2021-ci il tarixli 2(103)-10931/2021 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, apelyasiya şikayəti onun mümkünlüyünü yenidən yoxlamaq üçün mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10931/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10931/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver