Məhkəmə qərarları › İş №2(103)-10938/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10938/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10938/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Alıyeva Zümrüdün iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 saylı işi üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia (tələbinin dəqiqləşdirilməsi barədə) ərizəsini təqdim edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1225,20 manat məbləğində dəymiş zərərin əvəzini, debitor borc (sayğac vasitəsi ilə istifadə üzrə) 897,26 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümümilikdə 2152,46 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxaq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 12.08.2019-cı il tarixli, AKX-0130876/08-2019 saylı müqavilədən görünür ki, "Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə tərəflər arasında öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır; Abonent saldosundan görünür ki, abonent kodu **********00000 olan ünvan 1 ünvanında 04.03.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli markalı **********1 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qızdırıcı radiator peçi (1/1) abonentin cəmi borcu 1612,26 manat göstərilmişdir; İddiaçı Bakı RQSD-nin təbii X4nın pozulması haqqında 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı,30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 04.03.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evi sahəsində həmin tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 10/3767 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür, 04 dekabr 2020-ci il tarixli vəsatət təmin edilmədiyinə görə, "Azəriqaz” İstehsalat Birliyinə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir.Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir (iş.səh.5, 14, 18-37, 83) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 saylı işi üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "Azəriqaz” İstehsalat Birliyinin 30.09.2019-cu il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə 302.40 manat məbləğində dəymiş zərərin əvəzi, 897.26 manat məbləğində debitor borc, ümumilikdə 1199.66 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1, 425.1, 425.2, 430.1; "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.1.7, 3.1.3, 3.2.7, 4.2, 4.9; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 12.08.2019-cı il tarixli, AKX-0130876/08-2019 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana "Azəriqaz” İB-nin tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4T Mexaniki markalı **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən qaz xəttinə qeyriqanuni qoşulduğuna görə akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları əsas götürülmüşdür. Cavabdeh, onunla bağlanılmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə borcu yaranmışdır. İddiaçı Bakı RQSD-nin təbii X4nın pozulması haqqında 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 04.03.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus qeyri yaşayış (yaşayış) sahəsində göstərilən tarixlərdə təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi müəyyən edilmişdir.Borclu Cavabdeh onunla bağlanılmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı "X4”nın tələblərinə əməl etməlidirİddiaçı Bakı RQSD-nin təbii X4nın pozulması haqqında 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən istehlakçıya məxsus qeyri yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh, onunla bağlanılmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş onun 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən 302.40 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011 -ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "istehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları əsas götürülmüşdür ki, məhkəmə bunu qanuni və əsaslı hesab edir. Məhkəmə İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş Aktlara münasibətdə qeyd edir ki, birinci Aktdan başqa digər Aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut İddiaçı İB tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə digər Aktları doğruluğu şübhə yaratdığı üçün etibarsız hesab edir. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətini təmin edərək Nəsimi Rayon Məhkəməsinin 2(006)- 537/2021 saylı, 13.07.2021 -ci il tarixli qətnaməsini qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edəsiniz və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 80, 81, 88, 217.1,385.1.1, 386, 387.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 22.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual lıüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə nıübahisələndirdiyimiz qətnamənin təmin edilməmiş hissədə ləğv edilməsinə əsasdır. Belə ki, “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən ‘Təbii X4nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Bu qanunazidd hal dəfələrlə təkrarlanmış və nəticədə iddiaçıya böyük məbləğdə ziyan dəymişdir.Buna bamayaraq, birinci instansiya məhkəməsi iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmuş mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, bu hal isə iddiaçı, yəni İddiaçı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin ədalət mühakiməsinin konstitusion prinsipləri təsbit olunmuş (bundan sonra MPM) 9-cu maddəsinə, yəni Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi müddəalarını özündə əks etdirən maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Beləliklə də birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri- qanuni şəkildə təbii qazı talaması nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla (fotoşəkillər, ləğv edilməsi tələb qoyulan aktlar və s.) öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir.Məhkəmə Kollegiyasının diqqətinə həmçinin çatdırırıq ki, cavabdehə aid olan **********00000 nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndino əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidirBirinci instansiya məhkəməsinin mübahisələndirdiyimiz qətnaməsində İddiaçı “aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təstiq edən hər hansı sübüt “Azəriqaz*' İB tərəfindən məhkəməyə təqdim edilməmişdir” kimi fikirləri səhv məntiqi nəticədir.Belə ki, tərəflər arasındakı münasibətləri tənzimləyən yuxanda qeyd olunan normalardan görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “X4”nın və müqavilə şərtlərinin pozulması görə Paylayıcıya dəyimiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Bu səbəbdən də hər bir halda təbii X4 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə mülki mühakimə qaydasında hüquqların qorunması məqsədi ilə Məhkəməyə müraciət etmək qanunvericiliklə verilmiş ən səmərəli vasitədir.Odur ki, cavabdehlə ilə “Azəriqaz" İstehsalat Birliyi arasında bağlanmış 12.08.2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehə məxsus evi fasiləsiz təbii qazla təchiz edilmişdir. Buna baxmayaraq cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Bütün qeyd olunan hallar barədə «Təbii X4nın pozulması haqqında» Aktlar tərtib olunmuşdur. Bu qanunazidd hal dəfələrlə təkrarlanmış və nəticədə iddiaçıya böyük məbləğdə ziyan dəymişdir. “Azəriqaz" İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-lar) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutctmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad edə bilməmişdir.Beləliklə də, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir.Beləliklə, birinci instansiya məhkəməsi neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradan qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Alıyeva Zümrüd apellyasiya şikayətini müdafiə edərək, qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyini, İddiaçı Polis İdarəsinə yaranmış vəziyyətlə bağlı tədbir görülməsi barədə müraciətinin olduğunu, lakin həmin müraciətə cavabın daxil olmadığını bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X4nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də iddiaçı tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 saylı işi üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar