Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1094/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Nəvai Əzizlinin iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə üzrə borc tələbinə dair 2(007)- 373/2021 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinə üzrə borc tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 mart 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməklə, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4954,92 manat əsas, 1549,76 manat faiz, cəmi 6504,68 manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 mart 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 02.03.2021-ci il tarixinə olan əsas borcu 4954,92 manat, faiz borcu 1549,76 manat, cəmi 6504,68 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdehin, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş kredit müqaviləsi üzrəyaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh əsas borca görə 4954.92 manat, faiz borcunagörə 1549.76 manat, cəmi 6504.68 manat borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30.40 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh həmin müqavilə üzrə yaranmış 4954.92 manat əsas, 605 manat faiz borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyərinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, kredit hesabından çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı faiz borc məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən də tam olaraq təsdiqini tapmışdır. Lakin yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmə cavabdeh tərəfindən çıxış edərək məhkəməyə ayrı-ayrı baxış iclaslarında iki dəfə təqdim olunmuş tələb artırma ərizələrini nəzərə almayaraq bankın tələbini qismən təmin etmişdir. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-373/2021 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, ekspert qarşısında 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin şərtlərinə əsasən əsas və faiz borcun nə qədər təşkil etməsinə dair suallar qoyulmuşdur. Ekspertin 07.07.2021-ci il tarixli, 9/2411 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 26.06.2020-ci il tarixinə əsas borcu 4954.92 manat, faiz borcu üzrə 605.65 manat təşki edir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etsə də, sadəcə ilkin iddia tələbindəki ekspertiza rəyində olan məbləğə istinad etmişdir və işin məhkəmədə baxıldığı bu uzun müddətli dövr ərzində (26.06.2020-09.09.2021) artan faizlərə görə verilən tələb artırma ərizələrini nəzərə almamışdır. Hazırda mübahisələndirilən qətnamədən də aydın olur ki, məhkəmə öz qətnaməsini səhvən 07.07.2021-ci il tarixli ekspert rəyinin üzərində qurmuşdur. Ekspert rəyindən göründüyü kimi ekspert öz rəyində Bankın ilkin iddia tələbi olan əsas borc məbləğin 4954.92 manat, faiz borc məbləğinin 605 manat olduğunu müəyyən etmişdir. Bankın iddia tələbindəki məbləğ faiz hissəsində cəmi 12.18 manat məbləğində azaltmışdır. Beləliklə ekspert rəyi Bankın ilkin iddia tələbi ilə üst-üstə düşdüyündən Bankın kredit borcunun məbləğini düzgün hesablaması müəyyən olunur. Məhkəmə tərəfindən sadə riyazi hesablama aparılsa idi iddia tələbinin artırılması barədə ərizədə qeyd edilən 1549.76 manat faiz borcunun düzgün hesablandığı müəyyən edilə bilərdi. Məhkəməyə təqdim olunmuş kredit hesabından çıxarışlardan da göründüyü kimi cavabdeh tərəfindən sonuncu ödəniş 28.02.2020-ci il tarixində olmuş və iş məhkəmədə olduğu müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Ekspert tərəfindən gündəlik faiz borcu 3.85 manat (5000x28%:360) müəyyən edilmişdir. Həmin faizlərin hesablanmalı olduğu günlərin sayı isə 249 gün (26.06.2020-02.03.2021) təşkil etdiyi nəzərə alınsa 02.03.2021-ci il tarixə faiz borcunun 966.12 manat (5000x28%:360gün x 249 gün) təşkil etdiyi müəyyən olunur. Beləliklə iddia tələbinin artırılması barədə ərizədə 1549.76 manat faiz borcunun düzgün hesablandığı müəyyən edilir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin faiz borcu hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı"xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 mart 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 26.06.2020-ci il tarixinə olan əsas borcu 4954,92 manat, 617,18 manat faiz borcu, cəmi 5572,10 manat təşkil edir. Daha sonra, İddiaçı ASC iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh əsas borca görə 4954,92 manat, faiz borcuna görə 1549,76 manat, cəmi 6504,68 manat borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30.40 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.07.2021-ci il tarixli, 9/2411 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarılmış məlumatlar və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu 26.06.2020-ci il tarixinə 4954,92 manat əsas, 605,65 manat faiz borcu təşkil edir. İş materiallarında əlavə edilmiş 26.06.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 26.06.2020-ci il tarixə İddiaçı ASC-yə 4954,92 manat əsas, 617,18 manat faiz borcu, cəmi 5572,10 manat borcu olduğu qeyd olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.07.2021-ci il tarixli, 9/2411 nömrəli məhkəmə mühasibatlıq üzrə ekspert rəyindən də göründüyü kimi, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarılmış məlumatlar və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu 26.06.2020-ci il tarixinə 4954.92 manat əsas, 605.65 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab etmişdir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh həmin müqavilə üzrə yaranmış 4954,92 manat əsas borcu, 605 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Məlum pandemiya ölkə ərazisində sahibkarlıq fəaliyyətinə təsir etmişdir. Mərkəzi bankın tövsiyyə məktubunda qeyd olunanlara baxmayaraq iddiaçı vətəndaşa hər hansı bir güzəşt etmədən, faizi şişirdib hətta hər hansı bir güzəşt şərtləri də təqdim etməyib. Belə olan halda iddia tələbi faizə münasibətdə əsassızdır. Belə ki, X1 Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən, requlyativ dəstək tədbirlərinə yenidən baxılıb. Ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb. “Mərkəzi Bankın açıqlamasına görə, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılmış və 01 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılmışdır. Hesab edir ki, mövcud pandemiya şəraitini nəzərə alaraq, kredit borcu üzrə faiz məbləği silinməli, cavabdehin bugünə kimi ödədiyi kredit borc məbləğini nəzərə almaqla, cavabdehdən yalnız əsas borc məbləği həddində tutula bilər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfin apellyasiya şikayəti isə təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı qətnamə faiz borcunun tutulan məbləği hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə cavabdehə illik 28 faiz ödəməklə 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi 26.06.2020-ci il tarixli maliyyə arayışında Cavabdeh 26.06.2020-ci il tarixə İddiaçı ASC-yə 4954,92 manat əsas, 617,18 manat faiz borcu, cəmi 5572,10 manat borcu olduğu qeyd olunmuşdur. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim edilən ərizəyə əlavə olunmuş 01.03.2021-ci il tarixli kredit hesabından çıxarışda Cavabdeh banka həmin tarixə 4954,92 manat əsas, 1549,76 manat faiz, cəmi 6504,68 manat borcun olduğu göstərilmişdir. İddiaçının iddia ərizəsində 01.03.2021-ci il tarixə olan kredit borcunu tələb etməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.07.2021-ci il tarixli, 9/2411 nömrəli məhkəmə-mühasibatlıq üzrə ekspertizası rəyində Cavabdeh 26.06.2020-ci il tarixə banka olan kredit borcu hesablanmış, 4954,92 manat əsas və 605,65 manat faiz borcu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyinə əsasən cavabdehin faiz borcu 26.06.2020-ci il tarixədək hesablanmışdır. Lakin iddiaçı tərəfindən işə məhkəmədə baxılarkən iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş və 02.03.2021-ci il tarixədək hesablanmış faiz borcunun tutulması tələb edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd edilənləri və mülki işin materiallarını nəzərə alıb qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində faiz borcunun hesablanma qaydası düzgündür və buna görə də iddia tələbində göstərilən qaydada faiz borcunun məbləği 1549,76 manat məbləğində müəyyən edilməlidir. Belə ki, hesabdan çıxarış məlumatlarından görünür ki, ekspertiza rəyi verilən tarixdən sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Ekspert rəyi ilə hesablanan günlük faiz borcunun 3,85 mana olması müəyyən edilmişdir (5000x28%:360). Həmin tarixdən sonra iddia tələbinin həcminin artırıldığı tarixə, yəni 02.03.2021-ci il tarixədək 246 gün keçmiş və həmin müddətdə faiz borcunun hesablanması davam etmişdir. Qeyd edilən tarix aralığında cavabdehə hesablanan faiz borcu 966,12 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almamaqla və ekspert rəyində göstərilən 26.06.2020-ci il tarixədək hesablanmış faiz borcunu tutmaqla düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə faiz borcunun tutulan məbləği hissəsində dəyişdirilməli, cavabdeh tərəfin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin mahiyyəti pulun kredit götürənə verilməsi yolu ilə faiz ilə gəlir əldən etməkdir. Tərəflər müqavilə bağlamaqda və müqavilə şərtlərini müəyyən edərkən sərbəst olduqlarından iddiaçının tələb etdiyi tarixə hesablanmış kredit borcunun faiz hissəsinin tam tutulmaması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(007)- 373/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın faiz borcunun tutulmasına dair təmin edilən məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 1549,76 (bir min beş yüz qırx doqquz manat yetmiş altı qəpik) manat faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1094/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1094/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver