Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10953/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlı şəxs və onun nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakları ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadından maraqlarna toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, cavabdehə avtomobildən istifadə edilməklə avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra Maraqlı şəxs nümayəndəsi və vəkili Miriyev X2 Rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs qeyd edilən nəqliyyat vasitəsini 03.06.2018-ci il tarixdə 13900 manata X1 almış və həmin nəqliyyat vasitəsi üçün 04.06.2018-ci il, 05.06.2019-cu il, 05.06.2020-ci il tarixlərdə baş etibarnamə almışdır. Üzrlü səbəblərdən Maraqlı şəxs 04.06.2018-ci il tarixlərdən “Kia Sportage” minik markalı, **-FU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs kimi 2(004)-5173/2020 saylı mülki işə cəlb edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin 2(004)- 5173/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarna toxunan şəxs Maraqlı şəxs şikayətin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, üzürlü səbəblərdən Maraqlı şəxs 04.06.2018-ci il tarixlərdən “Kia Sportage” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən Eltun Emin oğlunun nümayəndəsi eyni zamanda vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək,əlavə olaraq bildirdi ki, Maraqlı şəxs “Kia Sportage” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13000 manata cavabdeh L.Allahvediyevadan almış və 3 il ərzində həmin avtomobili idarə etmişdir. Hesab edir ki, əsassız olaraq həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Hazırki halda şikayət qərardadın ləğvinə yönəldiyi üçün kollegiya qərardadın əsaslılığını tam yoxlayır. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, iddiaçı Bank "xxxx" ASC-nin "Həzi Aslanov" filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2019- cu il tarixli, RP-00241-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 21.09.2020-ci il tarixinə ödənilməmiş 6212,35 manat əsas borc, 524,1 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 6836,45 (altı min səkkiz yüz otuz altı manat 45 qəpik) manat borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının müştərək qaydada tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 Yasamal Rayon Məhkəməsinin 2(004)- 5173/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4621/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158-ci maddəsinə gürə, iddianın təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və ya başqa şəxslərə qadaran edə bilər (maddələr: 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu mənada, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə əsaslı nəticəyə gəlmişdir. Mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması qanunun tələbinə uyğundur və məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, “Kia Sportage” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı qərardad birinci instansiya məhkəməsi tərəfindən 30 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş, həmin avtomobilə dair sərəncam verilməsi barədə etibarnamə isə 04 iyun 2020-ci il tarixdə verilmişdir. Lakin əmlaka dair etibarnamə verilməsi mülkiyyət hüququnun da etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi hazırda iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilməmiş eləcə də Maraqlı şəxs avtomobilin mülkiyyətçisi olmamışdır. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Maraqlarna toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5173/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10953/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10953/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver