Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10979/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X30 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X26 və X23 cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh1, X30 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X30 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 , 03 avqust 2012-ci il tarixli 59K/12 nömrəli kredit müqaviləsinə əsasən 15 may 2017-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 17,320.07 manat, faiz borcu üzrə 14,862.02 manat, cərimə borcu üzrə 9,173.85 manat, cəmi 41,355.94 manat, 21 iyun 2012-ci il tarixli 50K/12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 əsas borc üzrə 25,625.14 manat, fazi borcu üzrə 17,983.75 manat, cərimə borcu üzrə 15,919.65 manat, cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1, X16 və Cavabdeh3 (33000 manat məbləğində bağlanmış hissəvi müqaviləyə əsasən) əsas borc üzrə 55,200.10 manat, faiz borcu üzrə 49,565.28 manat, cərimə borcu üzrə 35,289.03 manat, cəmi 140,054.41 manat, 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 və X16 əsas borc üzrə 9,105.56 manat, faiz borcu üzrə 9, 600.47 manat, cərimə borcu üzrə 4,388.71 manat, cəmi 23,094.74 manat borcun, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan 2012-ci il buraxılışlı **-CP-*** dövlət nömrə nişanlı şassi LZZ5EXSD7CN676182 , ağ rəngli “HOWO” 2012-ci il buraxılışlı 99- CG-322 dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO”, 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO” 2012-ci il buraxılışlı **-CB-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN659566, ağ rəngli, “HOWO” 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilləri açıq hərracdan satılması və satışdan ələ olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Müştərilərə xidmət departamenti ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 59K\12 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Müştərilərə xidmət departamenti tərəfindən Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün illik 24% olmaqla, 24 ay müddətinə 46,000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, 2012-ci il buraxılışlı, **-CP-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD2CN676182, ağ rəngli “HOWO”markal yük avtomobilini girov kimi banka təqdim etmiş və bu barədə 03 avqust 2012-ci il tarixli 59\K12 saylı ipoteka müqaviləsi bağlanmışdır. 21 iyun 2012-ci il tarixli 50K\12 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Müştəri Xidmət Departamenti tərəfindən Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 46,000 manat məbləğində kredit vermiş, kredit müqaviləsinin təminatı olaraq 2012-ci il buraxılışlı 99-CG322 dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO”markalı yük avtomobilini girov kimi banka təqdim etmiş və bu barədə 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı ipoteka müqaviləsi bağlanmış , bundan başqa kreditin təminatı olaraq Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Müştəri Xidmətləri Departamenti tərəfindən Cavabdeh1 2 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 92,000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsini təminatı olaraq 2012-ci il buraxılışlı 99-CG422 dövlət nömrə nişanlı , şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı, və 2012-ci il buraxılışlı, **-CX-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN659566, ağ rəngli “HOWO”markalı yük avtomobilini girov kimi banka təqdim etmişdir. Bu barədə 29 iyun 2012-ci il tarixli 54K\12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan kreditin təminatı olaraq Cavabdeh3 ilə bank arasında həmin kreditin 33,000 manat məbləğinə hissəvi zaminlik müqaviləsi bağlanmışdır. Əlavə olaraq bu kreditin təminatı olaraq X30 ilə bank arasında 29 iyun 2012-ci il tarixdə 54ZA\12 saylı zaminlik müqaviləsi bağlanmışdır. 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 46,000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaarq 2012-ci il buraxılışlı, 99- CB-422 dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli ,”HOÜO” markalı yük avtomobilini girov kimi banka təqdim etmiş və bu barədə 12 iyun 2012-ci il tarixli 46K\12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan kreditin təminatı kimi X30 ilə bank arasında 12 iyun 2012-ci il tarixli 46K\12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə üzərinə düüşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyişlər olmamışdır. İddiaçı ASCnin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 59K\12 nömrəli kredit müqaviləsinə əsasən 15 may 2017-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 17,320.07 manat, faiz borcu üzrə 14,862.02 manat, cərimə borcu üzrə 9,173.85 manat, cəmi 41,355.94 manat, 21 iyun 2012-ci il tarixli 50K\12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 25,625.14 manat, faiz borcu üzrə 17,983.75 manat, cərimə borcu üzrə 15,919.65 manat, cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 55,200.10 manat, faiz borcu üzrə 49,565.28 manat, cərimə borcu üzrə 35,289.03 manat, cəmi 140,054.41 manat, 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9,105.56 manat, faiz borcu üzrə 9,600.47 manat, cərimə borcu üzrə 4,388.71 manat, cəmi 23,094.74 manat məbləğində borc öhdəliyi vardır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404\2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərar əsaən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdiir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh1, X30 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı zaminlik müqavilələrinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, X31 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin rədd edilməsini, cavabdeh olan zaminlər X30 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdirlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, X30 və Cavabdeh3 03 avqust 2012-ci il tarixli, 59K/12 №-li kredit müqaviləsi üzrə cəmi 41,355.94 manat, 21 iyun 2012-ci i tarixli 50K/12 №-li kredit müqaviləsi üzrə cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K/12 №-li kredit müqaviləsi üzrə cəmi 140,054,41 manat, 12 iyun 2012-ci il tarixli 46K№-li kredit müqaviləsi üzrə cəmi 23,094,74 manat borcun cavabdehlərdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsassızdır. İddia tələbi üzrə qeyd olunan 03 avqust 2012-ci il tarixli 59K/12 №-li, 29 iyun 2012-ci il tarixli 54K/12 №-li və 12 iyun 2012-ci il tarixli 46№-li kredit müqavilələri üzrə öhdəliklər bankın razılığı əsasında, şəxsən bankın müştəri xidməti departamentinin müdiri X10 iştirakı və imzası ilə 21 yanvar 2015-ci il, 28 yanvar 2015-ci il və 09 aprel 2015-ci il tarixli yeni kredit müqavilələrinə əsasən, Cavabdeh1 adından ipoteka predmetləri çıxarılaraq üçüncü şəxslərə satılmış və kredit öhdəliyi həmin şəxslərin adına keçmişdir. Belə olduğu halda qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərin icrası cavabdehlərdən tələb oluna bilməz. İddia tələbi üzrə 29 iyun 2012-ci il tarixli 54K/12 №-li kredit müqaviləsinə əsasən 1 ədəd **-CG-*** dövlət nömrə nişanlı “HOWO”markalı yük avtomobili və 21 iyun 2012-ci il tarixli 50k/12 №-li kredit müqaviləsi üzrə **-CG-*** dövlət nömrə nişanlı, “HOWO”markalı yük avtomobili kredit müqaviləsi üzrə Cavabdeh1 adına olsa da, faktiki kredit rəsmiləşdirilən tarixdən həmin yük avtomobilləri başqa şəxslərin istifadəsindədir və kredit ödənişləri həmin şəxslər tərəfindən həyata keçirilmişdir. Bankın müştəri xidməti departamentinin müdiri X11 və hüquq departamentinə kredit öhdəliyinin yük avtomobillərinin faktiki istifadəçilərinin adına rəsmiləşdirilməsinə dair dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq bank tərəfindən yaranmış problemlərin aradan qaldırılmasında heç bir tədbir görülməmiş, əksinə suni olaraq kredit faizlərinin artmasına zəmin yaradılmışdır. Qeyd olunan iki müqavilə üzrə yaranmış gecikmənin aradan qaldırılmasına və həmin məsələnin bu günə qədər öz həllini tapmamasına maraqlı olan şəxslər bankın müştəri xidməti departamentinin müdiri X13 və hüquq departamentinin məsul şəxsləridir. Kreditora lazım olan təklifin verilməsinə baxmayaraq kreditor tərəfindən müsbət nəticə əldə olunması üçün heç bir tədbir görülməmişdir. İddiaçı iddia tələbinin 29 iyun 2012-ci il tarixli 54K/12 №-li kredit müqaviləsi üzrə borc məbləğini 55200,10 manat əsas borc, 49565,28 manat faiz borcu, 35289,03 manat cərimə faizi cəmi 140054,41 manat hesablanmışdır. Həmin müqavilə üzrə 2 ədəd yük avtomobilinin alınması üçün hər birinin qiyməti 46000 manat olmaqla 92000 manat kredit vəsaiti ayrılmışdır. Müqavilə üzrə 99- CX-122 dövlət nömrə nişanlı yük avtomobili bankın öz razılığı əsasında satılmış və həmin avtomobil üzrə borc məbləği yə 46000 manat ödənilmişdir. Beləliklə həmin müqavilə üzrə iddiaçı tərəfindən yalız qalan 46000 manat üzrə yaranmış borc məbləği mübahisələndirilə bilər ki, cavabdeh tərəfindən həmin borcdan bir il ərzində ödəniş cədvəlinə əsasən hər ay 2450 manat məbləğində ödəniş edilmişdir. Riyazi hesablama ilə bu il ərzində 29400 manat edir. Beləliklə əgər qalıq borc məbləğindən yəni 46000 manatdan 29400 manatı cavabdeh tərəfindən ödənilmişdirsəhansı riyazi hesablamalarla 29 iyun 2012-ci il tarixli 54K\12 №-li kredit müqaviləsi üzrə 55200,10 manat əsas borc, 49565,28 manat faiz borcu, 35289,03 manat cərimə faizi, cəmi 140054,41 manat hesablanmışdır. Beləliklə iddiaçının 29 iyun 2012-ci il tarixli 54K\12 №-li və 21 iyun 2012-ci il tarixli 50K\12 №-li kredit müqavilələri üzrə hesablanmış borc məbləği reallığı əks etdirmədiyi və 03 avqust 2012-ci il tarixli 59K/12 №-li, 29 iyun 2012-ci il tarixli 54K\12 №-li və 12 iyun 2012-ci il tarixli №-li kredit müqavilələri üzrə öhdəliklər üçüncü şəxslərə keçdiyi üçün iddia tələbi rədd edilməlidir. Bundan başqa kredit müqaviləsinin bitmə tarixindən 3 il müddət keçməsinə baxmayaraq kreditor tərəfindən zaminə qarşı heç bir iddia irəli sürülməmişdir. Bu isə birbaşa zaminliyə xitam verilməsinə əsasdır. Daha sonra Cavabdeh1, X30 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini əsaslandırıcı hissəsində əlavə olaraq qeyd etmişlər ki, X6 məxsus ipoteka predmetləri olan 5 ədəd yük avtomobilləri 2015-ci il tarixində bank tərəfindən ondan alınmış və 3 yük avtomobili bankın razılığı ilə, bankın özünün tapdığı şəxslərə satılmış, lakin borc məbləği Cavabdeh1 adına olan kreditdən silinməmişdir. 2 ədəd yük avtomobilinin bank tərəfindən harada və kimə verilməsi məlum deyildir. Z.Abdurrəhmanlıya məxsusu 3 ədəd yük avtomobilləri bankın razılığı ilə girovdan azad edilməklə satılması AR DİN BDYPİ-dən əldə olunmuş sənədlər əsasında ispat olunsa da, ilkin iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı borc tələbinin dəqiqləşdirilməsi və Cavabdeh1 2 ədəd yük avtomobili üzrə borc tələbinin nə qədər təşkil etməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etməmişdir. Beləliklə bu hal, iddiaçının Cavabdeh1 qarşı borc tələbinin qeyri-müəyyən olmasını təsdiq edir. Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1, X30 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbləri əsasında Cavabdeh3 münasibətdə baxılmamış saxlanması qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X30 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X26 və X23 cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 12.06.2012-ci il tarixli, 46K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9105,56 manat, faiz borcuna görə 2339,85 manat, cərimə borcuna görə 1000 manat olmaqla cəmi 12445,41 manat; 21.06.12-ci il tarixli, 50K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 22946,90 manat, faiz borcuna görə 5415,47 manat, cərimə borcuna görə 1500 manat olmaqla cəmi 29862,37 manat; 29.06.2012-ci il tarixli, 54K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 55200,10 manat, faiz borcuna görə 13476,45 manat, cərimə borcuna görə 2000 manat olmaqla cəmi 70676,55 manat; 03.08.2012-ci il tarixli, 59K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17039,03 manat, faiz borcuna görə 3237,42 manat, cərimə borcuna görə 1000 manat olmaqla, cəmi 21276,45 manat, 4 kredit müqaviləsi üzrə ümumilikdə 134260,78 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulması, 21.06.2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsinə əsasən 29862,37 manat kredit borcu üzrə tutma ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı yük avtomobilinə yönəldilməsi, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən 70676,55 manat kredit borcu üzrə tutma ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilinə yönəldilməsi, 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı və 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı avtomobillər açıq hərracda satılması, əldə olunan vəsait iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğ Cavabdeh1 qaytarılması, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddia digər hissədə təmin edilməməsi, Cavabdeh1 və X20 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsi, X20 barəsində olan 12 iyun 2012-ci il tarixli 46K/12 saylı və 29 iyun 2012-ci il tarixli, 54Za/12 saylı zaminlik müqavilələrinə xitam verilməsi, iddia qismən təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, 400 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin 150 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 250 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq ekspert rəyinə əsaslanması və əsassız olaraq zaminliyə xitam verilməsi arqumentləri ilə əsaslandırmışdır. Həmçinin, qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X33 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Çünki iddiaçı təşkilat qətnaməni ancaq iddia tələbinin təmin olunmadığı hissədə mübahisələndirmiş, cavabdeh isə iddia tələbinin təmin olunduğu hissədə mübahisələndirmişdir. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-ni Müştəri Xidməti Departamenitinin nümayəndəsi ilə sahibkar Cavabdeh1 arasında bağlanan 12 iyun 2012-ci il tarixli, 46 K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Z.Əbdurəhmanlı isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24 %) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Z.Əbdurəhmanlı arasında bağlanmış 12 iyun 2012-ci il tarixli 46K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. İş materiallarında olan 12 iyun 2012-ci il tarixli, 46K\12 saylı girov müqaviləsindən görünür ki, 12 iyun 2012-ci il tarixli 46K\12 saylı kredit müqaviləsinə əsasən girov saxlayan, girov qoyana 1 ədəd “HOWO” markalı yük avtomobilinin alınması üçün 46,000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan şassi LZZ5EXSD7CN659572, istehsal tarixi 2012-ci il olan yük maşınını girov saxlayana girov kimi təqdim edir. Tərəflərin razılığı ilə girov predmeti 61,000 manat dəyərində qiymətləndirilir. İş materiallarında olan 12 iyun 2012-ci il tarixli , 46K\12 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə fiziki şəxs X30 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin S.Ləzimov Cavabdeh1 ilə bank arasında imzalanmış 12.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% olmaqla, 24 ay müddətinə verilən 46,000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. Müqavilənin 1.2-ci maddəsinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borcalan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar.Müqavilənin 7-ci maddəsinə əsasən zaminlik müqaviləsi imzalandığı an qüvvəyə minir. Zaminlik müqaviləsinə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək, zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənədək qüvvədədir. İş materiallarında olan İddiaçı ASC ilə Z.Əbdurəhmanlı arasında bağlanan 29 iyun 2012-ci il tarixli, 54 K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 2 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 92,000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Z.Əbdurəhmanlı isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6-cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24%) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Z.Əbdurəhmanlı arasında bağlanmış 29 iyun 2012-ci il tarixli 54K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. İş materiallarında olan 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı girov müqaviləsindən görünür ki, 29 iyun 2012- ci il tarixli 54K\12 saylı kredit müqaviləsinə əsasən girov saxlayan, girov qoyana 2 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün 92,000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan istehsal tarixi 2012-ci il olan yük maşınını girov saxlayana girov kimi təqdim edir. Tərəflərin razılığı ilə girov predmeti 122,000 manat dəyərində qiymətləndirilir. İş materiallarında olan 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı hissəvi zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə zamin Cavabdeh3 və borc alan Z.Əbdurəhmanlı arasında hissəvi zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh1 ilə bank arasında imzalanmış 29.06.2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% olmaqla, 24 ay müddətinə verilən 92,000 manat məbləğində vəsaitin 33,000 manatına, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. Müqavilənin 1.2-ci maddəsinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə Zamin bank qarşısında 33,000 manat dəyərində eyni dərəcədə məsuliyyət daşıyır. Müqavilənin 7-ci maddəsinə əsasən zaminlik müqaviləsi imzalandığı an qüvvəyə minir. Zaminlik müqaviləsinə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək, zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənədək qüvvədədir. İş materiallarında olan 29 iyun 2012-ci il tarixli, 54Za\12 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə fiziki şəxs X30 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin S.Ləzimov Z.Əbdurəhmanlı ilə bank arasında imzalanmış 29.06.2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə verilən 92,000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. İddiaçı ASC ilə Z.Əbdurəhmanlı arasında bağlanan 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Cavabdeh1 isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24 %) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Z.Əbdurəhmanlı arasında bağlanmış 21 iyun 2012-ci il tarixli 50K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh3 Z.Əbdurəhmanlı ilə bank arasında imzalanmış 21.06.2012-ci il tarixli, 50K\12 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% olmaqla, 24 ay müddətinə verilən 46,000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır İş materiallarında olan 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı girov müqaviləsindən görünür ki, 21 iyun 2012- ci il tarixli 50K\12 saylı kredit müqaviləsinə əsasən girov saxlayan, girov qoyana 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün 46,000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan istehsal tarixi 2012-ci il olan yük maşınını girov saxlayana girov kimi təqdim edir. Tərəflərin razılığı ilə girov predmeti 61,000 manat dəyərində qiymətləndirilir. İş materiallarında olan İddiaçı ASC-ni Müştəri Xidməti Departamenitinin nümayəndəsi ilə Z.Əbdurəhmanlı arasında bağlanan 03 avqust 2012-ci il tarixli, 59K/12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Cavabdeh1 isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24%) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 59K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. İş materiallarında olan AR DİN Baş X42i İdarəsi tərəfindən vəkil sorğusuna göndərilən 05 avqust 2017-ci il tarixli, 016-86523-1217 saylı cavab məktubundan görünür ki, 09 aprel 2015-ci il tarixdə alqı satqı müqaviləsi əsasında “HOWO”markalı **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yeni **-TU-*** dövlət qeydiyyat nişanları təhkim olunaraq X17 adına təkrar dövlət qeydiyyatına alınmışdır. “HOWO”markalı **-CP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 22 yanvar 2015-ci il tarixdən X24, “HOWO”markalı **-CX- *** dövlət qeydiyyat nişanlı yük avtomobili 29 yanvar 2015-ci il tarixdən X14 adına qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentinin direktoru A.F.Balıyeva tərəfindən X42 İdarəsinə ünvanlanan 21 yanvar 2015-ci il tarixli, 182 saylı məktubunun surətindən görünür ki, 03 avqust 2012-ci il tarixli 59K\12 saylı girov müqaviləsi üzrə fiziki şəxs X4 müraciət edərək ona məxsus **-CP-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs, Z.Əbdurəhmanlıya məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentinin direktoru A.F.Balıyeva tərəfindən X42 İdarəsinə ünvanlanan 09 aprel 2015-ci il tarixli, 1722 saylı məktubunun surətindən görünür ki, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı girov müqaviləsi üzrə fiziki şəxs X4 müraciət edərək ona məxsus **-CB-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs, Z.Əbdurəhmanlıya məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentinin direktoru A.F.Balıyeva tərəfindən X42 İdarəsinə ünvanlanan 28 yanvar 2015-ci il tarixli, 247 saylı məktubunun surətindən görünür ki, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı müqavilə üzrə girov müqaviləsi üzrə fiziki şəxs X4 müraciət edərək ona məxsus **-CX-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs, X8 məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadından görünür ki, həmin qərardadla “HOWO” yük markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı və “HOWO” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bütün əməliyyatlarla bağlı, yəni ilkin sahibi, sonrakı sahibi, alqı-satqı müqavilələri, etibarnamə ilə idarə edilibedilməməsi və sair barədə materiallar AR DİN Baş X42i İdarəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmı və qərardad icra olunması üçün AR DİN BDYPİ-nə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar olaraq BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polis-polkovniki M.Rəhimov tərəfindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 iyun 2016-cı il tarixindən, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 26 iyun 2012-ci il tarixindən hal-hazıradək Cavabdeh1 adına qeydiyyatddadır. İş materiallarında olan BDYPİ tərəfindən təqdim edilən komputer çıxarışından görünür ki, “HOWO Yük” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 yanvar 2015-ci il tarixində ipotekadan azad edilməklə, alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından çıxarılmış və X25 adına qeydiyyata alınmışdır. 22 yanvar 2015-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “HOWO Yük” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil Z.Əbdurəhmanlının etibarnamə ilə nümayəndəsi X27 tərəfindən X5. Etibarnamə 19 yanvar 2012-ci il tarixində verilmiş və 19 yanvar 20142-ci il tarixinədək qüvvədədir. İş materiallarında olan komputer çıxarışından görünür ki, “HOWO Yük” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 yanvar 2015-ci il tarixində ipotekadan azad edilməklə, alqı-satqı müqaviləsi əsasında Z.Əbdurəhmanlının adından çıxarılmış və X14 adına qeydiyyata alınmışdır. 29 yanvar 2015-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “HOWO Yük” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Z.Əbdurəhmanlının etibarnamə ilə nümayəndəsi X27 tərəfindən X2. “HOWO Yük” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 aprel 2015-ci il tarixində ipotekadan azad edilməklə, alqı-satqı müqaviləsi əsasında Z.Əbdurəhmanlının adından çıxarılmış və X17 adına qeydiyyata alınmışdır. 09 aprel 2015-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “HOWO Yük” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Z.Əbdurəhmanlı tərəfindən X3. LPO “Bank Of Azərbaycanın” ləğv edicisi Əmanətlərın Sığortalanması Fondu tərəfindən məhkəmənin 05.03.2020-ci il tarixli sorğusuna verilən 22 may 2020-ci il tarixli cavabından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, S.Ləzimov və Cavabdeh3 qarşı qaldırdığı iddia tələbinə dair iş üzrə 3-cü şəxslər X26, X32 və X23 ilə İddiaçı ASC arasında bağlanmış hər hansı sənəd və müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 22 fevral 2019-cu il tarixli, №26819 saylı rəyindən görünür ki, 21 iyun 2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 27 iyun 2013-cü il tarixədək banka cəmi 30798,41 manat məbləğində pul vəsaiti ödənilmişdir Cavabdeh tərəfindən ödənilmiş 30798,41 manat vəsaitin 23053,10 manat məbləğində olan hissəsinin əsas borca, 7745,31 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 21 iyun 2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 21 iyun 2014-cü il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə borcu 29609,73 manat məbləğində müəyyən edilir. Umumi borc məbləğindən 22946,90 manat əsas borc, 5415,47 manat faiz borcu olaraq hesablanmışdır.29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 02 iyul 2013-cü il tarixədək İddiaçı ASC-yə cəmi 53425,77 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən son ödəniş tarixinədək banka ödənilmiş 53425,77 manat məbləğində pul vəsaitinin 35376,27 manat məbləğində olan hissəsinin əsas borca, 18049,50 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən olunur. Ekspertiza tədqiqatı zamanı iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 29 iyun 2012-ci il tarixli 54K\12 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 29 iyun 2014-cü il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə borcu 70100,18 manat məbləğində müəyyən edilir. Umumi borc məbləğindən 56623,73 manat əsas borc, 13476,45 manat faiz borcu olaraq hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 30 dekabr 2019-cu il tarixli, №21060 saylı rəyindən görünür ki, Z.Əbdurəhmanlının 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə 03 avqust 2014-cü il tarixədək banka olan borcu 20276,45 manat məbləğində müəyyən olunur. Umumi borc məbləğindən 17039,03 manat əsas borc, 3237,42 manat faiz borcu olaraq hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Z.Əbdurəhmanlının 12 iyun 2012-ci il tarixli 46K\12 saylı kredit müqaviləsi üzrə 12 iyun 2014-cü il tarixədək banka olan borcu 19213,75 manat məbləğində müəyyən olunur. Umumi borc məbləğindən 16873,90 manat əsas borc, 2339,85 manat faiz borcu olaraq hesablanmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin bitdiyi tarixdən, yəni 12 iyun 2014-cü il tarixdən sonra Z.Əbdurəhmanlı tərəfindən banka 12 iyun 2012-ci il tarixli, 46K\12 saylı kredit müqaviləsi üzrə 13,800,00 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli, 1460 saylı maliyyə arayışına əsasən Z.Əbdurəhmanlının 54K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 55,200.10 manat, faiz borcu 49,565.28 manat, cərimə borcu 35,289.03 manat, cəmi borcu 140,054.41 manat təşkil edir; Kredit üzrə son ödəniş 02 iyul 2013-cü il tarixində 2100 manat məbləğində olmuşdur. İddiaçı ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli,1459 saylı maliyyə arayışına əsasən Z.Əbdurəhmanlının 50K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 25,625.14 manat, faiz borcu 17983.75 manat, cərimə borcu 15,919.65 manat, cəmi borcu 59,528.54 manat təşkil edir; Kredit üzrə son ödəniş 19 dekabr 2013-cü il tarixində 5000 manat məbləğində olmuşdur. "X38" ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli,1458 saylı maliyyə arayışına əsasən Z.Əbdurəhmanlının 59K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 17,320.07 manat, faiz borcu 14,862.02 manat, cərimə borcu 9,173.85 manat, cəmi borcu 41,355.94 manat təşkil edir; Kredit üzrə son ödəniş 18 oktyabr 2013-cü il tarixində 5,473.77 manat məbləğində olmuşdur. "X38" ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli,1457 saylı maliyyə arayışına əsasən Z.Əbdurəhmanlının 46K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 9,105.56 manat, faiz borcu 9,600.47 manat, cərimə borcu 4,388.71 manat, cəmi borcu 23,094.74 manat təşkil edir; Kredit üzrə son ödəniş 19 yanvar 2015-ci il tarixində 4000 manat məbləğində olmuşdur. 19 may 2017-ci il tarixli pretenziya məktubunun surətindan görünür ki, cavabdehlər banka olan borcun tam ödənilməməsi halında məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər. Birinci instansiya məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "X38” ASC-ni Müştəri Xidməti Departamentinin nümayəndəsi ilə Z.Əbdurəhmanlı arasında 4 müxtəlif tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanan 12 iyun 2012-ci il tarixli, 46 K\12 saylı təminatlı kredit müqaviləsinə əsasən, borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46000 manat məbləğində kredit vermişdir Bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi 12 iyun 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və **-CB-*** dövlət nəqliyyat nişanlı, “HOWO”markalı yük avtomobili ipoteka predmeti olmuşdur. 12 iyun 2012-ci il tarixli , 46K\12 saylı zaminlik müqaviləsi ilə X30 12 iyun 2012ci il tarixli, 46 K\12 saylı təminatlı kredit müqaviləsi üzrə Z.Əbdurəhmanlıya zamin durmuşdur. Bağlanan 29 iyun 2012-ci il tarixli, 54 K\12 saylı təminatlı kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 2 ədəd “HOWO” markalı yük avtomobilinin alınması məqsədilə 92,000 manat məbləğində kredit vermişdir Müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi 29 iyun 2012-ci il tarixli 54K\12 saylı girov\ipoteka müqaviləsi bağlanmış və **-CX-*** dövlət qeydiyyat nişanlı, “HOWO”markalı yük markalı avtomobil və **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO”markalı yük markalı avtomobil ipoteka predmeti olmuşdur. 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı hissəvi zaminlik və 9 iyun 2012-ci il tarixli, 54Za\12 saylı zaminlik müqaviləsi müqaviləsi ilə Cavabdeh3 və Sulduz Ləzimov Cavabdeh1 ilə bank arasında imzalanmış 29.06.2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsi üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanmışdırlar. Bağlanan 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı təminatlı kredit müqaviləsi ilə borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi 21 iyun 2012-ci il tarixli 50K\12 saylı girov\ipoteka müqaviləsi bağlanmış və **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO”markalı yük markalı avtomobil ipoteka predmeti olmuşdur.15 mart 2013cü il tarixli, 54ZB\12 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh3 Z.Əbdurəhmanlı ilə bank arasında imzalanmış 21.06.2012-ci il tarixli, 50K\12 saylı kredit müqaviləsinə əsasən müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanmışdır. Bağlanan 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı təminatlı kredit müqaviləsi ilə borc verən İddiaçı ASC borc alan Z.Əbdurəhmanlıya 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı üçün İddiaçı ASC və Z.Əbdurəhmanlı arasında ipoteka predmeti **-CP-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı avtomobil olan 03 avqust 2012-ci il tarixli 59K\12 saylı girov\ipoteka müqaviləsinin çıxış etdiyi göstərilsə də, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmiş, o cümlədən iddiaçının nümayəndəsi həmin müqavilənin tapılmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Daha sonra kredit müqavilələrinin təminatı kimi bağlanan girov müqavilələrinin predmeti olan avtomobillərin 3-ü satılmış, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 iyun 2016-cı il tarixindən, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 26 iyun 2012-ci il tarixindən hal-hazıradək Z.Əbdurəhmanlının adına qeydiyyatda qalmışdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 4 kredit müqaviləsi üzrə yaranan kredit borcunun cavabdehdən tutulmasını, tələbin ipoteka predmetlərinə yönəldilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini yalnız iki müqavilə üzrə yəni, 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı və 29 iyun 2012-ci il tarixli, 54 K\12 saylı kredit müqaviləsi üzrə borcunun olmasını təsdiq edir. Digər kredit müqavilələrinə münasibətdə isə qeyd edir ki, onların təminatı kimi çıxış edən avtomobillər artıq satılmış və başqa şəxslərin mülkiyyətindədir. Həmin şəxslərlə isə bank arasında yeni kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 739-cu maddələrini tətbiq etməklə və həmçinin ekspert rəylərini əsas tutaraq hesab etmişdir ki, 4 kredit müqaviləsi üzrə Cavabdeh1 98.259,03 manat əsas borc, 24.469,19 manat faiz borcu, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 467 əsas tutaraq hesab etmişdir ki, 5500 manat cərimə borcu Z.Əbdurəhmanlıdan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4, 367.2, 367.3-cü maddələrini rəhbər tutaraq zaminlər X30 və Cavabdeh3 zaminliyinə xitam vermişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, cavabdehdən tutulmalı borcun məbləğləri məhkəmə araşdırması zamanı alınmış ekspert rəyinə uyğun müəyyən edilməsi və cərimə məbləğinin azaldılması əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Digər tərəfdən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, 12 iyun 2012-ci il tarixli, 46K\12 saylı zaminlik, 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı hissəvi zaminlik, 29 iyun 2012-ci il tarixli, 54Za\12 saylı və 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı zaminlik müqaviləsində onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir, kredit və ona hesablanmış faizlərin Banka tam ödənildiyi günə kimi qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Belə ki, kredit öhdəliklərinin icrası vaxtı 12 iyun 2012-ci il tarixli, 21 iyun 2012-ci il tarixli, 29 iyun 2012-ci il tarixli, 03 avqust 2012-ci il tarixli, kredit müqavilələri üzrə müvafiq olaraq 12 iyun 2014-cü il, 21 iyun 2014-cü il, 29 iyun 2014-cü il və 03 avqust 2014-cü il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürülməmişdir. Daha sonra Kollegiya qeyd edir ki, 29 iyun 2012-ci il tarixli, girov müqaviləsi üzrə Z.Əbdurəhmanlıya məxsus **-CB-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobili və 29 iyun 2012-ci il tarixli, girov müqaviləsi üzrə Z.Əbdurəhmanlıya məxsus **-CX-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobili girovdan azad edildiyindən, həmin avtomobillər alqı-satqı müqaviləsi əsasında X21 və X1 12 iyun 2012-ci il tarixli 46K\12 saylı, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqavilələri üzrə tələb olunan məbləğin ipoteka predmetinə yönəldilməsi mümkün deyildir. 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə borcun təminatı kimi qeyd edilən və iş materiallarında X7 müəyyən edilən **-CP-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilinə dair ümumiyyətlə ipoteka müqaviləsinin bağlanması müəyyən edilmir. Belə ki, iddiaçı həmin ipoteka müqaviləsinə istinad edərək 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsini tələb etsə də, yazılı qaydada ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bunu iddiaçının nümayəndəsi onunla əsaslandırmışdır ki, bank ləğv edildiyindən sənədlərin çoxu itmişdir. Kollegiya bildirir ki, ipoteka predmetləri üçüncü şəxslərin mülkiyyətinə keçdiyindən, həm də ipotekadan azad şəkildə, hər hansı kredit borcunun təminatı olmadan keçdiyindən, o cümlədən üçüncü şəxs borclunun öhdəliyi üçün kreditoru təmin etmək barədə yazılı qaydada hər hansı öhdəlik götürmədiyindən, iddia tələbinin 12.06.2012-ci il tarixli, 46K/12 saylı kredit müqaviləsi üzrə borcun ipotekadan azad olunmuş **-CB-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilinə yönəldilməsi hissəsində, 29.06.2012-ci il tarixli, 54 K/12 saylı kredit müqaviləsi üzrə borcun ipotekadan azad olunmuş **-CX-*** qeydiyyat nişanlı “HOWO” markalı, yük avtomobilinə yönəldilməsi hissəsində, eyni zamanda 03.08.2012-ci il tarixli. 59K/12 saylı kredit müqaviləsi üzrə borcun **-CP-*** qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilinə yönəldilməməsi hissəsi əsaslıdır. Lakin borcalan, yəni Cavabdeh1 21.06.2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsi üzrə borcun 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı “HOWO” markalı yük avtomobilinə yönəldilməsi və 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən tələb olunan borcun 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı “HOWO”markalı yük avtomobilinə yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, işin faktiki halları, qanunvericiliyin tələbi və iş materiallarında olan sübutlara əsasən tam əsaslı və qanunidir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün apellyatorlar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərnə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10979/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10979/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver