Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10987/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Budaqova Elmir Firuddin qızının, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1669/2020 saylı mülki işi üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 6520.16 manat, faiz borcu üzrə 1175.88 manat, ümumilikdə 7696.04 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin İddiaçı QSC BOKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(003)-1669/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(003)-1669/2020 nömrəli qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin müdafiə etdiyini bildirirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Budaqova Elmir Firuddin qızı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1669/2020 saylı mülki işi üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 ünvanına göndərilmiş, lakin qətnamənin tərəfə çatıb-çatmaması barədə heç bir məlumat iş materiallarında yoxdur. Bundan sonra qətnamə icraya yönləndirilmiş və digər Cavabdeh1 apellyasiya şikayəti əsasında apellyasiya baxışına təyin edilmiş, 17 fevral 2021-ci il tarixdə məhkəmə iclası barədə bildirişi,, 22 aprel 2021-ci il tarixdə isə həmin iş üzrə apellyasiya instansiyasının qətnaməsini imzalamaqla qəbul etmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən qətnamə icraya yönləndirilmiş və yalnız bundan sonra Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1669/2020 saylı mülki işi üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1669/2020 saylı mülki işi üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən xəbərdar olmuş və apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdən gec verməmiş və müddətin bərpasına dair ərizə də verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1669/2020 saylı mülki işi üzrə 28 sentyabr 2020-ci il tarixli Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1669/2020 saylı mülki işi üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10987/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10987/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver