Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC "xxxx" KB-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı “kredit borcunun tutulması və tələbin ipotekaya yönəldilməsi tələbinə dair” iddia ərizəsi, həmçinin iddiaçı Cavabdeh2 və X3 cavabdeh"xxxx" QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə Bakı Şəhəri Səbail Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(009)-46/2017 saylı qətnaməsindən QSC "xxxx" KB, eyni zamanda Cavabdeh2 və Xaqani Mahmudov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxx" KB cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış 12 fevral 2013-cü il tarixli 170/00/2607/13 saylı kredit müqaviləsinə əsasən 623000 (altı yüz iyirmi üç min) manat məbləğində əsas borc, 132709.91 (bir yüz otuz iki min yeddi yüz doqquz manat 91 qəpik) manat məbləğində faiz borcu, 35822,49 (otuz beş min səkkiz yüz iyirmi iki manat 49 qəpik) manat cərimə məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulması ipoteka predmetinin ilkin satış qiymətinin 944000 (doqquz yüz qırx dörd min) manat məbləğində müəyyən edilməklə tutmanın Qabalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 143 saylı (mənzil 2) fərdi yaşayış evi və 0,013 ha torpaq sahəsinə yönəldilməsi və bu əmlakın açıq hərracdan satılması, evə tutmaq yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və ailə üzvü Cavabdeh2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə "xxxx" MMC arasında 12 fevral 2013-cü il tarixində kredit haqqında 170/00/2607/13 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cəmiyyətə 623.000 (altı yüz iyirmi üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 143 saylı (mən.2) fərdi yaşayış evini və mülkiyyətində olan 0,013 ha torpaq sahəsini 16 fevral 2013-cü il tarixli 170/00/2607/13 saylı saylı ipoteka müqaviləsi əsasında Bank qaşrısında ipoteka yüklü edilmşdir. Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh Cəmiyyət öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 12 fevral 2013cü il tarixli 170/00/2607/13 saylı müqavilə üzrə cavabdehin Banka 02.10.2014-cü il tarixində 623000 (altı yüz iyirmi üç min) manat məbləğində əsas borc, 132709,91 (bir yüz otuz iki min yeddi yüz doqquz manat 91 qəpik) manat məbləğində əsas borc, 35822,49 (otuz beş min səkkiz yüz iyirmi iki manat 49 qəpik) manat cərimə, ümumilikdə isə 791532,40 (yeddi yüz doxsan bir min beş yüz otuz iki manat 40 qəpik) manat məbləğində borcu qalmışdır. Sonradan iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı 04 avqust 2015-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış 12 fevral 2013-cü il tarixli, 170/00/2607/13 saylı kredit müqaviləsinə əsasən 623000 (altı yüz iyirmi üç min) manat məbləğində əsas borc, 132709,91 (bir yüz otuz iki min yeddi yüz doqquz manat 91 qəpik) manat məbləğində faiz borcu, 171255,74 (yüz yetmiş bir min iki yüz əlli beş manat 74 qəpik) manat cərimə, ümumilikdə isə 926965,65 (doqquz yüz iyirmi altı min doqquz yüz altmış beş manat 65 qəpik) manat məbləğində pulun 30 (otuz) manat məhkəmə üçün və 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun və 13 fevral 2014-cü il tarixdən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 85,62 (səksən beş manat altmış iki qəpik) manat məbləğində hesablanmaqla Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə cavabdeh "xxxx" MMC-dən tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 944000 (doqquz yüz qırx dörd min) manat məbləğində müəyyən edilməklə tutmanının Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 143 saylı (mənzil 2) fərdi yaşayış evinə və 0,013 ha torpaq sahəsinə yönəldilməsinə və bu əmlakın açıq hərracdan satılmasına, evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və ailə üzvü Cavabdeh2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların mənzildən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh2 Lətif qızının nümayəndəsi X9 iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim edərək, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının iddiasının kredit müqaviləsi üzrə iddia hüququnun yarandığı tarixdən sonrakı dövrlər üçün hesablanmış faiz və cərimə tələbi hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı tərəfindən tələb olunan pul məbləği və faiz dərəcələri süni surətdə şişirdilmişdir. 12 fevral 2013-cü il tarixli sözügedən kredit müqaviləsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı krediti on iki ay müddətinə vermişdir və kredit müqaviləsi üzrə nəzərdə tutulan məbləğin ödənilməsi üçün son tarix 12 fevral 2014cü il tarixi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi bank uzun müddət cavabdehə qarşı tələb irəli sürməmiş, faiz və cərimələrin artırılmasına qəsdən şərait yaratmış, başqa sözlə, mülki hüquq subyekti kimi hüquq və vəzifələrini vicdanla həyata keçirməmişdir. İddiaçı bank kredit müqaviləsindən irəli gələn müddəalara əsasən ödənişin cüzi bir müddətə gecikdirilməsi halında iddia qaldırmaq hüququ vardır, lakin uzun müddət bu hüquqdan istifadə etməmiş, faiz və cərimə pullarının süni surətdə artmasına şərait yaratmışdır. Kredit üzrə iddia edilən borcun vaxtında ödənilmədiyinə istinad edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə bir neçə ay bundan əvvəl, yəni iddia edilən pozuntunun baş verdiyi vaxt deyil, xeyli müddət sonra müraciət etmiş, yəni cərimə faizlərinin həddən artıq çoxalmasına süni şərait yaratmışdır. İddiaçı Cavabdeh1 "xxxx" QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" Kommersiya Bankı ilə onun arasında bağlanılmış 16.02.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində mülkiyyətində olan torpaq sahəsində yerləşən 4 mərtəbəli, 8 otaqlı, 193,4 kv.m yaşayış, 209,3 kv.m köməkçi sahədən ibarət olan 143 saylı fərdi yaşayış evinin, mülkiyyətində olan 0,013 ha torpaq sahəsi ilə birlikdə ipotekadan azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində mülkiyyətində olan torpaq sahəsində yerləşən 4 mərtəbəli, 8 otaqlı, 193,4 kv.m yaşayış, 209,3 kv.m köməkçi sahədən ibarət olan 143 saylı fərdi yaşayış evi mülkiyyətdə olan 0,013 ha torpaq sahəsi ilə birlikdə ipoteka yüklü edilmişdir. Bununla bağlı 16 fevral 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtinə görə qeyd olunan əmlak borcalan "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış 12 fevral 2013-cü il tarixli kredit müqaviləsinin təmini olaraq bağlanılmışdır. Halbuki iddiaçının, ümumiyyətlə, belə bir niyyəti olmamışdır. İddiaçı heç vaxt kiminsə kredit borcuna görə öz əmlakı ilə cavabdehlik daşımaq niyyətində olmamışdır. Ümumiyyətlə, iddiaçı həmin ərəfələrdə ağır xəstəlik keçirmişdir. 27.02.2012-ci il tarixdən başlayaraq iddiaçıda çox güclü baş ağrıları, boyun nahiyəsində ağrılar, sağ ətraflarda keyimə olmuşdur. Səhhətində yaranmış çox güclü pozuntularla əlaqədar iddiaçı öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmamışdır. İddiaçının belə bir xəstəlikdən əziyyət çəkməyindən sui-istifadə edərək iddiaçıya qarşı bu haqsızlıq törədilmiş, iddiaçının iradəsinə zidd olaraq əmlakı ipoteka yüklü edilmişdir. İpoteka müqaviləsi kredit müqaviləsindən bir neçə gün sonra yazılmışdır. Yəni faktiki olaraq kredit ipoteka müqaviləsi imzalanmamışdan əvvəl verilmişdir. Bundan isə, ümumiyyətlə, iddiaçının məlumatı olmamışdır. Faktiki olaraq bank iddiaçının əmlakına sahib olmaq məqsədi ilə bu addımı atmışdır. Bununla yanaşı kredit müqaviləsi 12 fevral 2013-cü il tarixdə "xxxx" MMC ilə QSC "xxxx" KB arasında bağlanılmışdır. Həmin müqaviləyə görə MMC-yə 623 000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin verdiyi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan görünür ki, kredit müqaviləsi bağlanandan sonra MMC-yə pul ödənilməmişdir. Yalnız 623 000 (altı yüz iyirmi üç min) manat kreditin 11.02.2013-cü il tarixdə verildiyi qeyd olunmuşdur. Bununla yanaşı iddiaçı aldaldılmaqla və xəstəliyindən sui-istifadə olunmaqla müqavilə imzalanmışdır. Qanunun tələblərinə zidd olaraq iddiaçının keçirdiyi ağır xəstəlikdən sui-istifadə edərək, iddiaçını aldatmaqla ipoteka müqaviləsi bağlanılmışdır. Halbuki iddiaçının əmlakını ipoteka yüklü etmək niyyəti olmamışdır. Bank sadəcə olaraq iddiaçıdan əvvəl verdiyi borclarının təminatı olaraq sonradan iddiaçı əmlakını girov götürmüşdür. Bununla da iddiaçı konstitusion hüququ olan mülkiyyət hüququndan məhrum olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(009)- 3113/2016-446/2016 saylı qərardadı ilə iddiaçı "xxxx" KB QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” 2(009)446/2016 saylı mülki iş iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" KB QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair” 2(009)3113/2016 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı QSC "xxxx" KB-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas bocun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə əlaqədar Cavabdeh1 22.12.2016cı il tarixində vəfatı ilə əlaqədar 9 saylı Notariat Kontorunda açılmış vərəsəlik işi üzrə Cavabdeh2 özünün, təmsil etdiyi azyaşlı X8, X10 və X3 Cavabdeh1 hüquqi varisləri olduğu 9 saylı notriat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən məhkəməyə bildirilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş 9 saylı notriat kontorunun xüsusi notariusu R.Z.Sadıqovun 27.10.2017-ci il tarixli, 2121 saylı məktubu və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Sonradan iddiaçı QSC "xxxx" KB-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi Seymur Dadaşov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış 12 fevral 2013-cü il tarixli 170/00/2607/13 saylı kredit müqaviləsinə əsasən 623 000 (altı yüz iyirmi üç min) manat məbləğində əsas borc, 132 709,91 (yüz otuz iki min yeddi yüz doqquz manat 91 qəpik qəpik) manat məbləğində faiz borcu, 171 255, 74 (yüz yetmiş bir min iki yüz əlli beş manat 74 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 926 965,65 (doqquz yüz iyirmi altı min doqquz yüz altmış beş manat 65 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün, 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun və 13 fevral 2014-cü il tarixdən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 86,52 (səksən altı manat 52 qəpik) manat məbləğində hesablanmaqla ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 944 000 (doqquz yüz qırx dörd min) manat məbləğində müəyyən edilməklə tutmanın ləğv prosesində olan QSC "xxxx" KB qarşısında yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 143 saylı (mən 2.) fərdi yaşayış evinə və 0,013 ha torpaq sahəsinə yönəldilməsi və bu əmlakın açıq hərracdan satılması, evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ailə üzvləri Cavabdeh2, X8, X10 və X3 yaşayış sahələrini ən heci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Cavabdeh2 və X3 nümayəndəsi və vəkili X1 Maarif Mahmud oğlu tərəfindən verilmiş 16.02.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar 06.06.2016-cı il tarixli iddia ərizəsinin əsasının dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, ləğv prosesində olan QSC "xxxx" KB-nin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin olunmaması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC və "xxxx" MMC 16.02.2013-cü il tarixli ipoteka müqaviləsini bağlayarkən hakimiyyətdən sui-istifadə, aldatma və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi aşağıdakılarla sübut olunur. Belə ki, işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin çıxarışından məlum olur ki, əsas borclunun digər 11 ədəd kreditlər üzrə qalıq borcunun 1 393 159,73 manat olmasına baxmayaraq bank və əsas borclu arasında 12.02.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin çıxarışında əsas borclunun maliyyə durumunu xarakterizə edən məlumatlar banka məlum olduğu halda, yəni kredit və ipoteka müqaviləsinin bağlanmalarına qanuni imkan verilməməsinə baxmayaraq həmin müqavilələr məqsədli şəkildə bağlanaraq aşağıda qeyd olunan maddələr əsas borclunun maliyyə durumuna uyğun, istisna olunmasına baxmayaraq kredit müqaviləsinin 2.4-cü maddəsində kreditin dövriyyə vəsaitinin artırılması, cari ödənişlərin aparılması mqəsədi ilə verilməsi, 3.6-cı maddəsinə əsasən kreditdən istifadə müddətinin başlanğıcının kreditin borc alanın hesabına köçürüldüyü təqvim günün olması, 4.1-cü maddəsində kreditin təminatla verilməsi, 5.1.1-ci maddəsində borc vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu pisləşmə kreditin qaytarılmasını təhlükə qarşısında qoyduqda, kreditor bu müqaviləyə əsasən verməli olduğu kreditin hamısını və ya bir hissəsinin ödənilməsindən imtina etmək hüququnun olması, 5.1.4-cü maddəsində borc alanın likvidliyinə şübhələr yarandıqda auditor yoxlamasının keçirilməsini tələb etmək kimi maddələri əks olunmuşdur. Bundan başqa kredit müqaviləsinin 4.1-ci maddəsində - kreditin təminatla verilməsi nəzərdə tutulmasına baxmayarq, təminat olmadan bağlanmışdır. Kredit müqaviləsindən 4 gün sonra 16.02.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu zaman bank tərəfindən ipoteka qoyan Cavabdeh1 əsas borclunun digər kreditlərə görə qeyd olunan aktiv borcları barədə məlumat bilərəkdən verilməmiş, yəni əsas boclunun maliyyə vəziyyəti, əldə etdiyi pul vəsaiti sözügedən kredit müqaviləsi üzrə kreditin qaytarılmasına yetərli olmamasını bildirməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 388-ci maddəsinin tələbinə görə öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. Məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontaqentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin etməlidir. Bundan başqa kredit müqaviləsinin 3.6-cı maddəsinə əsasən, kreditdən istifadə müddətinin başlanğıcı kreditin borc alanın hesabına köçürüldüyü təqvim günündən hesablanması nəzərdə tutulmasına baxmayaraq, iş materiallarında bu barədə ödəniş tapşırığı yoxdur. Qeyd olunanlardan başqa bank tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2011-ci il tarixli 84 saylı qərarının 1.2-ci maddəsinə əsasən, bank üçün imperativ və tətbiqi məcburi olan X22 Heyətinin 34 saylı protokolu ilə təsdiq olunmuş 18.11.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi Qaydalarının” 4.1.7 və 4.1.17-ci maddələrin tələblərini də məqsədli şəkildə pozmuşdur. Qaydaların 4.1.7-ci maddəsinə görə kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olması göstərilmişdir. 4.1.17-ci maddəsinə görə kredit müqaviləsində kreditin məqsədi və dəqiq təyinatı göstərilməlidir. Məhz bu hallar, yəni əsas borclunun maliyyə vəziyyəti kreditin qaytarılması üçün yetərli olmaması, digər kreditlər üzrə qalıq borcun 1 393 159, 73 manat borcun olması kredit müqaviləsinin predmetində nəzərdə tutulan dövriyyənin artırılması, cari ödənişlərin aparılması istisna etdiyini və əsas borclu barəsində 178.3.2, 192.2.1, 308.2 və 313-cü madədləri üzrə cinayət işinin başlanması 2016-cı ilin iyun ayında Cavabdeh1 məlum olduqda sonuncu tərəfindən ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar Banka qarşı iddia tələbini vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin etibarsızlığına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verdiyi halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 404.1, 560.2-ci maddələrinə əsasən, 16.02.2013-cü il tarixli ipoteka müqaviləsinin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanan əqd olduğundan etibarsız hesab edilməsi qanuni və əsaslıdır. Daha sonra məhkəmə iclasında Cavabdeh2 və X3 nümayəndəsi və vəkili X1 Maarif Mahmud oğlu tərəfindən verilmiş 16.02.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar 06.06.2016-cı il tarixli iddia ərizəsinin əsasının dəyişdirilməsi barədə ərizəsinin də dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “06.11.2016-cı il tarixli ərizədə - işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin çıxarışından məlum olur ki, əsas borclunun digər 11 ədəd kreditlər üzrə qalıq borcun 1 393 159,73 manat olmasına baxmayaraq bank və əsas borclu arasında 12.02.2013-cü il tarixli kredit müqaviləsi bağlamışdır” cümləsi aşağıdakı kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin çıxarışından məlum olur ki, 12.02.2013-cü il tarixli kredit müqaviləsi bağlanan günə əsas borclunun 28.03.2011-ci il tarixli 40 000 manat kredit üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 69, 12.02.2012-ci il tarixli 35 000 manat kredit üzrə əsas borcun və faizlərin gecikdirildiyi günlərin sayı 490 gün, 22.08.2011-ci il tarixli 60 000 manat kredit üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 100 gün, 06.06.2012-ci il tarixli 175 000 manat kredit üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 17 gün, faizlərin gecikdiyildiyi günlərin sayı 344 gün, 03.07.2012-ci il tarixli 385 000 manat kredit üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 443 gün, faizlərin gecikdirildiyi günlərin sayı 344 gün, 05.07.2012-ci il tarixli 49776 manat kredit üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 62 gün təçkil edir. 17.07.2012-ci il tarixli 49776 manat kredit üzrə əsas borcun gecikdirildiyi günlərin sayı 490 gün, faizlərin gecikdirildiyi günlərin sayı 490 gün təşkil edilməsinə baxmayaraq bank və əsas borclu arasında 12.02.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Məhkəmə prosesinin gedişində ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X16 ərizə ilə məhkəməyə müraciət edərək, 2(009)-46/2017 saylı mülki iş üzrə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaya qanunvericiliyə uyğun olaraq iddia müddətinin tətbiq olunması xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, X4, X6 və X7 qarşı iddiası qismən təmin edilmiş, 623000 manat əsas borc, 65045,25 manat faiz borcu, 3000 manat dəbbə pulu, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 691106,25 manat pulun "xxxx" MMC-dən Bankın xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 143 saylı (mənzil 2) fərdi yaşayış evinə və 0,013 ha torpaq sahəsinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetinin ilkin bazar (likvid) qiymətinin ******* manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, həmin iddia qalan hissədə və Cavabdeh2 və X3 QSC "xxxx" Kommersiya Bankına və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair” iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh2 və X11, həmçinin QSC "xxxx" Kommersiya Bankı ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh2 və X11 apellyasiya şikayətlərini iddia ərizələrinin məzmununa uyğun əsaslandıraraq, qətnamənin tamamilə ləğv edilməsini və mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız sayılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. QSC "xxxx" Kommersiya Bankı apellyasiya şikayətini öz iddia ərizəsinin məzmununa uyğun tərtib etmiş və qətnamənin daşınmaz əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi apellyasiya şikayətini müdafə edərək, onun təmin olunmasını, Cavabdeh2 və X3 apellyasiya şikayətnin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 və X11 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 12 fevral 2013-cü il tarixli, 170/00/2607/13 saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, kreditor borcalana 623 000 (altı yüz iyirmi üç min) manat məbləğində kredit xətti verməyi, borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul etməyi və həmin kreditə görə hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 4-cü bəndində görünür ki, bu müqaviləyə əsasən kredit təminatla verilir. Bu müqavilə üzrə kreditin təminatı borc alanın və ya üçüncü şəxsin kreditora kreditin təminatı olaraq girovla yüklü etdiyi əmlakdır. Kreditin təminatı zaminlik və kreditin sığortalanması formasında müqavilələr də ola bilər. Kreditin təminatı qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan girov və ya ipoteka müqaviləsi, eləcə də qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icra edilməsinin digər üsulları ilə rəsmiləşdirirlir. İş materiallarında olan Cavabdeh1 ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 16 fevral 2013-cü il tarixli, 170/00/2607/13 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borc alan arasında bağlanmış 12 fevral 2013-cü il tarixli 170/00/2607/13 saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan borc alana 12 (on iki) ay müddətinə dövriyyənin artırılması, cari ödənişlərin aparılması məqsədi ilə kreditdən istifadəyə görə illik 17 (on yeddi) faiz ödəməsi şərtilə 623 000 (altı yüz iyirmi üç min) manat məbləğində kredit xətti açır və borc alan kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün hesablanır və hər ay borc alan tərəfindən ipoteka saxlayana ödəyir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan aşağıdakı əmlakını ipoteka saxlayan qarşısında ipoteka yüklü edir: Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində mülkiyyətdə olan 0,013 ha torpaq sahəsində yerləşən 4 mərtəbəli, 8 otaqlı, 193.4 kv.m yaşayış – kv.m qeyri-yaşayış, 209.3 kv.m köməkçi sahədən ibarət 143 (mən.2) nömrəli fərdi yaşayış evi və mülkiyyətdə olan 0,013 ha torpaq sahəsi. İş materiallarında olan Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 143 saylı (mən 2) fərdi yaşayış evi və 0,013 ha torpaq sahəsi QSC "xxxx" Kommersiya Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən məhkəmədə iddia qaldırılarkən müddət barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməmiş və bununla da hazırkı iddia tələbi üzrə müddət buraxılmışdır. Cavabdeh1 öz hüququnun pozulduğunu bildiyini və ya bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilən əqdin etibarsızlığına dair iddiası 1 (bir) illik müddətə riayət edilmədən verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddia ərizəsi 07.06.2016-cı il tarixdə məhkəməyə daxil olmuş, lakin onunla QSC "xxxx" Kommersiya Bankı arasında mübahisələndirilən ipoteka müqaviləsi 16 fevral 2013-cü il tarixdə bağlanılmışdır. Bununla da Cavabdeh1 tərəfindən iddia ərizəsi məhkəməyə müqavilənin etibarsızlığını şərtləndirlən hal ona məlum olduğu tarixdən 2 (iki) il 4 (dörd) ay sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənn 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qanunvericiliyin qeyd edilən normaları onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən 16.02.2013-cü il tarixli ipoteka müqaviləsinin mübahisələndirilməsi üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötrülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Məhkəmə kollegiyası həmçinin, iddiaçı QSC "xxxx" Kommersiya Bankının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş 04 avqust 2015-ci il tarixli 15/8736 saylı arayışdan görünür ki, QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış 12.02.2013-cü il tarixli, 170/00/2607/13 saylı kredit müqaviləsi üzrə sonuncunun 04.08.2015-ci il tarixə 623000,00 manat əsas borc, 132709,91 manat faiz borcu, 171255,74 manat cərimə borcu, ümumilikdə isə 926965,65 manat borcu vardır. İş materialarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində mülkiyyətdə olan 0,013 ha torpaq sahəsində yerləşən 4 mərtəbəli, 8 otaqlı, 193.4 kv.m yaşayış – kv.m qeyri-yaşayış, 209.3 kv.m köməkçi sahədən ibarəd 143 (mən.2) nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 2500 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 11 fevral 2013-cü il tarixli ərizənin surətindən görünür ki, Abbasova X13 Maarif Mahmud qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,013 ha torpaq sahəsinin kredit öhdəliklərinin təminatı olaraq QSC "xxxx" KB-da ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İş materiallarında olan 11/7204 saylı, 20.10.2014-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, 14.10.2014-cü il tarixli 11/7043 saylı ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. Həmin ərizəyə vurulmuş ştampdan görünür ki, ipoteka predmetinə yönəldilməyə dair bildiriş qeydə alınmışdır. İş materiallarında olan 14.10.2014-cü il tarixli, 11/7043 saylı kredit borcun ödəniməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair pretenziyanın surətindən görünür ki, "xxxx" MMC-yə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetini açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin bildirişin surəti eyni zamanda Cavabdeh1 da göndərilmişdir. İş materiallarında olan qəbzlərdən və elektron xidmətlər portalından çıxarışdan görünür ki, QSC "xxxx" KB tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manar dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehə kredit vermiş, cavabdeh isə onu vaxtlı-vaxtında qaytarmamışdır. Tərəflər arasında mübahisə də məhz cavabdehin borc məbləğinin iddiaçıya vaxtlı-vaxtında ödəməməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbələği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 12 fevral 2013-cü il tarixli, 170/00/2607/13 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün ləğv prosesində QSC "xxxx" Kommersiya Bankı qarşısında cavabdehlik daşıyır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına 623000 (altı yüz iyirmi üç min) manat əsas borcu vardır. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə əlaqədar iş materiallarına əlavə edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2084 saylı, 29.04.2016-cı il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş cari hesabdan çıxarış məlumatları, 12 fevral 2013-cü il tarixli, 170/00/2607/13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin iddia ərizəsində göstərilən tarixə yəni, 02.10.2014-cü il tarixə "xxxx" KB QSC-yə ödənilməli olan borcu 707944,85 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 623000 manat, müqavilə müddətinə olan faiz borcu 65045,25 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyər 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur Birinci instansiya məhkəməsi ekspert rəyini tədqiq edərək hesab etmişdir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından və iş materiallarında olan digər sübutlarla təkzib edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ləğv prosesində QSC "xxxx" Kommersiya Bankının xeyrinə faiz borcu üzrə 65045,25 (altmış beş min qırx beş manat 25 qəpik) manat tutulmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “dəbbə pulunun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci maddəsinə görə borcalan kreditora qaytarılmayan məbləğin 26 (iyirmi altı) faizi miqdarında cərimə ödəyir. İddiaçı kredit müqaviləsinə uyğun olaraq 171 255,74 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, tələb edilən dəbbə pulunun məbləği bir qədər yüksəkdir və ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Tələb edilən cərimənin bütünlüklə təmin edilməsinin cavabdehin maddi vəziyyətini daha da ağırlaşdıra biləcəyini nəzərə almaqla məhkəmə, cərimənin 3000 (üç min) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “13 fevral 2014-cü il tarixdən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 86,52 (səksən altı manat 52 qəpik) manat məbləğində hesablanmaqla ləğv prosesində olan olan QSC "xxxx" KB-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qeyri-müəyyəndir. Belə ki, iddia ərizəsinə dəqiqləşdirmə şəkildə verilmiş qeyd olunan hissənin hansı əsaslarla tələb olunduğu iddiaçı tərəfindən əsaslandırılmamış və sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin 944 000 (doqquz yüz qırx dörd min) manat məbləğində müəyyən edilməklə tutmanın ləğv prosesində olan QSC "xxxx" KB qarşısında ipoteka yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 143 saylı (mən.2) fərdi yaşayış evi və 0,013 ha torpaq sahəsinə yönəldilməsi və bu əmlakın açıq hərracdan satılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməklə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh1 arasında 12.02.2013-cü il tarixli, 170/00/2607/13 saylı krediti müqaviləsinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 143 saylı (mən.2) fərdi yaşayış evi və 0,013 ha torpaq sahəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə qiymətləndirmə təyin olunmuş, qiymətləndirmənin aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 11 dekabr 2015-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş 02 dekabr 2015-ci il tarixli, ƏEM/D 09-496 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 143 (mən.2) fərdi yaşayış evinin (31.07.2013-cü il tarixdən Bakı şəhəri “SƏMA” qonaq evi) və mülkiyyətində olan 0,013 ha torpaq sahəsinin 02 dekabr 2015-ci il tarixinə bazar dəyəri 2 041 650 (iki milyon qırx bir min altı yüz əlli) manat təşkil edir. İş və xidmətlərin dəyəri tarif cədvəlinə uyğun olaraq 250 (iki yüz əlli) manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı: 28.01.2020-ci il tarixdə iş üzrə qiymətləndirmə təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Məhkəməyə daxil olmuş 03.06.2020-ci il tarixli 111/BB/20 saylı hesabatda qeyd edilmişdir ki, fərdi yaşayış evinin mövcud bazar qiyməti 2 114 500 manat, 0,013 ha torpaq sahəsinin mövcud bazar qiyməti 585 000 manatdır (iş mat 3-cü cild, səh 99). 15.09.2020-ci il tarixdə iş üzrə qiymətləndirmə təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Məhkəməyə daxil olmuş 02.11.2020-ci il tarixli 6- 11/20/-254 saylı hesabatda qeyd edilmişdir ki, fərdi yaşayış evinin mövcud bazar qiyməti 2 114 500 manat, likvid dəyəri 2 009 000 manat, torpaq sahəsinin bazar dəyəri 585 000 manat, likvid dəyəri 556 000 manat olmaqla, cəmi bazar dəyəri 2 699 500 manat, likvid dəyəri 2 565 000 manatdır (iş mat 3-cü cild səh 142). 05.10.2021-ci il tarixdə iş üzrə yenidən qiymətləndirmə təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Məhkəməyə daxil olmuş 10.02.2022-ci il tarixli PR/M-44/2022 saylı hesabatda qeyd edilmişdir ki, əmlakın hər iki kriteriya üzrə 10.02.2022-ci il tarixə olan bazar və likvid dəyəri aşağıdakı kimidir: Fərdi ev kimi - ümumi olaraq fərdi ev: bazar dəyəri – 995 590 manat, likvid dəyəri - 895 000 manat; - torpaq sahəsi 1,3 sot: bazar dəyəri – 325 000 manat, likvid dəyəri – 292000 manat; - tikili 513,6 kv.m (zirzəmi + 4 mərtəbə) – bazar dəyəri 670590 manat, likvid dəyəri -600000 manat. Qeyri-yaşayış binası kimi - ümumi olaraq bina (1,3 sot və 513,6 kv.m tikili); bazar dəyəri – 1 635 900 manat, likvid dəyəri – 1 390 000 manat; - torpaq sahəsi 1,3 sot: bazar dəyəri – 520000 manat, likvid dəyəri 442000 manat; - tikili 513,6 kv.m (zirzəmi + 4 mərtəbə) – bazar dəyəri – ******* manat, likvid dəyəri – 948000 manat. Kollegiya iş materiallarında olan qiymətləndirmə rəylərini nəzərdən keçirərək, qeyd edir ki, 02 dekabr 2015-ci il tarixli, ƏEM/D 09-496 saylı rəydə, 03.06.2020-ci il tarixli, 111/BB/20 saylı hesabatda və 02.11.2020-ci il tarixli, 6-11/20/-254 saylı hesabatda fərdi yaşayış evinin və torpaq sahəsinin müəyyən edilmiş qiymətləri demək olar ki, uyğun olmuş, 10.02.2022-ci il tarixli, PR/M-44/2022 saylı hesabatda isə kəskin dərəcədə azalmaqla qiymət hesablanmışdır. Məhkəmə kollegiyası ipoteka predmeti olan daşınmaz əmlakın Bakı şəhərinin mərkəzində yerləşdiyini, həmin əmlakın sahəsini, onun istifadə olunması təyinatını nəzərə alaraq 03.06.2020-ci il tarixli, 111/BB/20 saylı və 02.11.2020-ci il tarixli, 6-11/20/-254 saylı hesabatlarda müəyyən edilmiş qiyməti daha ədalətli və ağlabatan hesab edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilmiş hissəsində əsaslı olmuşdur. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya yuxarıda sadalanan prosessual normaları nəzərəalaraq, hesab edir ki, iş üzrə "xxxx" MMC tərəfindən verilmiş 03.06.2020-ci il tarixli hesabat üzrə qiymətləndirmə haqqı olan 1000 (bir min) manatın yarısı, yəni 500 (beş yüz) manat QSC "xxxx" KB-dən, digər yarısı, yəni 500 (beş yüz) manat müştərək qaydada X2 və Cavabdeh2 tutularaq ”AB Consulting” MMC-nin hesabına ödənilməlidir, eyni zamanda iş üzrə "xxxx" MMC tərəfindən verilmiş 10.02.2022-ci il tarixli qiymətləndirmə hesabatı üzrə qiyətləndirmə haqqı olan 500 (beş yüz) manatın yarısı, yəni 250 (iki yüz əlli) manat "xxxx" KB-dən, digər yarısı, yəni 250 (iki yüz əlli) manat müştərək qaydada X2 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: QSC "xxxx" KB-nin, həmçinin Cavabdeh2 Lərif qızının və X3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(009)-46/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə”AB Consulting” MMC tərəfindən verilmiş 03.06.2020-ci il tarixli hesabat üzrə qiymətləndirmə haqqı olan 1000 (bir min) manatın yarısı, yəni 500 (beş yüz) manat QSC "xxxx" KB-dən, digər yarısı, yəni 500 (beş yüz) manat müştərək qaydada X2 və Cavabdeh2 tutularaq ”AB Consulting” MMC-nin hesabına ödənilsin. Eyni zamanda iş üzrə "xxxx" MMC tərəfindən verilmiş 10.02.2022-ci il tarixli qiymətləndirmə hesabatı üzrə qiyətləndirmə haqqı olan 500 (beş yüz) manatın yarısı, yəni 250 (iki yüz əlli) manat "xxxx" KB-dən, digər yarısı, yəni 250 (iki yüz əlli) manat müştərək qaydada X2 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver