Məhkəmə qərarları › İş №2(103)-11003/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11003/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11003/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Cavabdeh Şirkətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2003-cü il tarixli, 2-3592/2003 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmamış hesab edilməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3592/2003 saylı işi üzrə 27.09.2021-ci il tarixli qərardadından maraqlı şəxs Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs Cavabdeh Şirkətinin qərardaddan verdiyi apellyasiya şikayəti (iş səh.26) müəyyən edilmiş formada tərtib (təqdim) edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, prosessual müddətin bərpası barədə ərizə müvafiq mülki işin icraatı qaydasında qeydə alınmayaraq ayrıca mülki iş kimi qeydə alınmışdır. Bununla da işlərin kargüzarlıq qaydalarına dair tələblərə riayyət edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ) X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13, 62-67, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair T ə l i m a ta, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-403--cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Binəqədi Rayon Məhkəməsinin 2(001)-3592/2003 saylı işi üzrə 27.09.2021-ci il tarixli qərardadından maraqlı şəxs Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar