Məhkəmə qərarları › İş №2(103)-11020/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11020/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11020/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)-169/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 28757,31 manat kredit borcu, 14443,44 manat faiz borcu, 18.852,14 manat cərimə olmaqla, cəmi 62052,89 manat; 17A000021667 saylı kredit razılaşması üzrə 20009,61 ABŞ dolları kredit borcu, 6930,19 ABŞ dolları faiz borcu, 12263.12 ABŞ dolları cərimə olmaqla, cəmi 39202,92 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə birinci instansiya məhkəməsinin iclasında baxılması zamanı iddiaçının nümayəndəsi məhkəməyə Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 53cü maddəsinin tələbləri daxilində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 28.757,31 manat kredit borcu, 14.443,44 manat faiz borcu, 18.852,14 manat cərimə olmaqla, cəmi 62052,89 manat məbləğində borcun; 17A000021667 saylı kredit razılaşması üzrə 20.009,61 ABŞ dolları kredit borcu, 6930,19 ABŞ dolları faiz borcu, 12.263.12 ABŞ dolları cərimə olmaqla, cəmi 39.202,92 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 62052,89 manat və 39202,92 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 26 noyabr 2015-ci il tarixli 017L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 1000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 04 dekabr 2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 35000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05 iyul 2016-cı il tarixli 017R**********S saylı, 17 mart 2017-ci il tarixli 017R**********SA saylı, 29 sentyabr 2017-ci il tarixli 017R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 götürdüyü kreditdən 6242,69 manat ödəmiş, onun 28757,31 manat məbləğində kredit borcu qalmış, eyni zamanda, 15 may 2019-cu il tarixə 490 gün üçün hesablanmış faiz borcu 14443,44 manat, cərimə isə 18852,14 manat təşkil etmişdir. Belə ki, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 ilə Bank arasında bağlanılmış 30 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1689 №-li reyestr kitabının 155120 №-li vərəqində qeydiyyata alınmış RX 00776638 №-li çıxarışla, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana '‘İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə atmanın yönəldilməsi haqqında 02.07.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildiriş 24.11.2016-cı il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 10.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş və həmin İdarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80.000 (səksən min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.06.2016-cı il tarixli 17A000021667S saylı, 17.03.2017-ci il tarixli 17A000021667SA saylı, 29.09.2017-ci il tarixli 17A000021667SB saylı və 29.12.2017-ci il tarixli 17A000021667SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.01.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 59990,39 ABŞ dolları ödəmiş, onun 20009,61 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 15.05.2019-cu il tarixə 478 gün üçün hesablanmış cərimə 12263,12 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - alıcı- ipoteka verən Cavabdeh2, ipoteka saxlayan-iddiaçı və satıcı X4 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 00009 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzili Cavabdeh2 satılmış və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1689 №-li reyestr kitabının 155120 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)-169/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04 dekabr 2015-ci il tarixli 017R533865485 saylı kredit razılaşması üzrə 28.757,31 manat əsas borc, 6307,41 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 36064,72 manat (otuz altı min altmış dörd manat yetmiş iki qəpik) məbləğində pul vəsaitinin tutulması, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi üzrə 20.009,61 ABŞ dolları əsas borc, 1364,15 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21873,76 ABŞ dolları (iyirmi bir min səkkiz yüz yetmiş üç dollar yetmiş altı sent) məbləğində bors, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqının tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilə yönəldilçəsi, həmin mənzilin 100.000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya 36064,72 manat (otuz altı min altmış dörd manat yetmiş iki qəpik) və qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21873,76 ABŞ dolları (iyirmi bir min səkkiz yüz yetmiş üç dollar yetmiş altı sent) məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqının ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzili boşaldaraq mənzildən çıxarılması və mənzilin alıcıya təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 350 (üç yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-169/2021 saylı iş üzrə 10.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli, 2(008)- 169/2021 nömrəli qərardadı ilə Cavabdeh2 münasibətdə prosessual müddət bərpa olunmamış və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasından birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Qeyd edilən tələblər Sabunçu Rayon Məhkəməsi tərəfindən pozulmuş, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən yol verilən kobud Qanun pozuntuları aşağıdakılardır: Belə ki, İddiaçı QSC-nin xeyrinə 4 dekabr 2015ci il tarixli 017R533865485 saylı kredit razılaşması üzrə 28.757,31 manat əsas borc, 6307,41 manat faiz borcunun, 1000 manat cərimə burcunun, cəmi 36064,72 manat pulun və 11 iyun 2014-cü il tarixli 17A4021667 saylı kredit müqaviləsi üzrə isə 20.009,61 ABŞ dolları əsas borc, 1364,15 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcunun tutulması qət edilmişdir. Lakin bu borc məbləğləri düzgün hesablamamış, Məhkəmə də bu iddianı qismən təmin etməklə əsassız qərar qəbul etmişdir. Belə olan halda onlar banka artıq ödənişlər etmək məcburiyyətində qalmışlar. İddiaçı QSC iddia tələblərində borc məbləğinin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fələliyev küçəsində yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilinə yönəldilməsini tələb edir. Belə olan halda məhkəmə ipoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza təyin etməli idi. Çünki ipoteka müqaviləsi bağlanan vaxtdan uzun müddət keçmiş, mənzilinin real bazar qiyməti artmışdır. Belə olan nalda onun evi hərraca bazar dəyərindən aşağlı qiymətə çıxarılır ki, bu da onun pul itirməyinə səbəb olur. "xxxx" ASC iddia tələbində Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fələliyev küçəsində yerləşən 35 nömrəli evin 119 nömrəli mənzili satıldıqdan bir ay sonra Cavabdeh2 mənzili boşaldaraq mənzildən çıxarılmasını da tələb etmişdir. Mülki prosessul qanunvericiliyin tələbinə əsasən hesab edir ki, “mənzilin boşaldılması” tələbinə “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ilə bir icraatda baxıla bilməz. Çünki ipoteka predmeti olan evdən o, o halda çıxarıla bilər ki, həmin ev hərracda başqa birinə satılsın. Hərrac zamanı o evi kim alacaqsa həmin şəxs onun o, evdən çıxarılmağımı tələb edə bilər. Hal hazırda ev satılana kimi ona məxsusdur, onun mülkiyyətindədir və bank da o evi almayıb. Hansı əsasla bank onu öz mülkiyyətində olan evdən çıxarmaq istəyir? Fərz edək ki, ev hərraca çıxarıldı və o evi hərracda özü aldı. Bu halda qətnamə onun həmin mənzildən çıxarılmağı hissəsində neçə icra olunacaq? Qətnamə o hissədə hansı əsasla icra ediləcək?. Bu səbəbdən də hesab edir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fələliyev küçəsində yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilindən çıxarılmağı barədə iddia tələbi təmin edilməməli idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Bakı Apellyasiya Məhkəməsinə 01 dekabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişlər ki, müqavilə üzrə borcdan ödənişlər etmişlər, səhhətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmirlər, əlavə sübutları təqdim edə bilmələri üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 017L**********51 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 120 ay müddətinə 1000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Yenə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 1,9167 % dərəcəsi ilə 36 ay müddətinə 35000 manat məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 04 dekabr 2015-ci il tarixli 017R********** saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh2 04 dekabr 2015-ci il tarixdə 35000 manat məbləğində nağd pul verilmişdir. Kredit razılaşmasının 1.2. bəndindən və ona əlavə edilmiş ödəniş planından görünür ki, cavabdeh 04 yanvar 2016-cı il tarixdən başlayaraq bankdan götürdüyü kredit məbləğini əsas və faiz borcları şəklində hər ay banka 1362 manat (sonuncu ay - 1350,66 manat) ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 05 iyul 2016cı il tarixli 017R**********S saylı, 17 mart 2017-ci il tarixli 017R**********SA saylı, 29 sentyabr 2017-ci il tarixli 017R**********SB saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə aylıq 1,25 faiz dərəcəsi ilə 48 ay müddətinə 80.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh2 11 iyun 2014-cü il tarixdə 80.000 ABŞ dolları məbləğində nağd pul verilmişdir. Kredit müqaviləsinin 1.2. bəndindən və ona əlavə edilmiş ödəniş planından görünür ki, cavabdeh 11 iyul 2014-cü il tarixdən başlayaraq bankdan götürdüyü kredit məbləğini əsas və faiz borcları şəklində hər ay banka 2236,05 ABŞ dolları (sonuncu ay - 2236,17 ABŞ dolları) ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 05 iyul 2016cı il tarixli 17A000021667S saylı, 17 mart 2017-ci il tarixli 17A000021667SA saylı, 29 sentyabr 2017-ci il tarixli 17A000021667SB saylı və 29 dekabr 2017-ci il tarixli 17A000021667SC saylı sazişlərlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə 04 dekabr 2015-ci il tarixli 017r********** saylı kredit razılaşması üzrə 15 may 2019-cu il tarixinə 28757,31 manat əsas borc, 14443,44 manat faiz borcu və 18852,14 manat cərimə olmaqla, ümumilikdə cəmi 62052,89 manat məbləğində, 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi üzrə 15 may 2019-cu il tarixə 20009,61 ABŞ dolları əsas borc, 6930,19 ABŞ dolları faiz borcu və 12263,12 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 39202,92 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini isra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məşəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun isrası gününü və ya isra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu sür dövr ərzində istənilən an isra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borşun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borslu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İş materiallarında olan, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borslu Cavabdeh2 26 noyabr 2015-ci il tarixli 017L**********51 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyinin isrası onun zaminliyi ilə təmin edilmiş və zamin bank qarşısında əsas borslu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 11 iyun 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borslu Cavabdeh2 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin isrası onun zaminliyi ilə təmin edilmiş və zamin bank qarşısında əsas borslu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaysan Respublikasının Mülki Məsəlləsinin 470.1-si maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə isra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-si maddəsinə əsasən, borslu zaminliklə təmin edilmiş öhdəliyi isra etmədikdə və ya lazımınsa isra etmədikdə, əgər bu Məsəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borslu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, bors tutulması üzrə məhkəmə xərslərinin və borslunun öhdəliyi isra etməməsi və ya lazımınsa isra etməməsi nətisəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borslu ilə eyni həsmdə məsuliyyət daşıyır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2. bəndində göstərilir ki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 15 yanvar 2020-ci il tarixli 29206 №li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04 dekabr 2015-ci il tarixli 017R533865485 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 15 may 2019-cu il tarixə İddiaçı QSC-yə olan əsas borcu 28355,62 manat, faiz borcu 9076,26 manat müəyyən edilir. İddiaçı QSC-nin nümayəndəsi ekspertizanın rəyi ilə razılaşmayaraq təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 04 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə yenidən və tam araışdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 18 noyabr 2020-ci il tarixli 9/4604 №-li ekspert rəyindən görünür ki, 04 dekabr 2015-ci il tarixli 017R533865485 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış, həmin razılaşma və əlavə sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh2 müqavilə müddətinin bitdiyi 10.12.2018-ci il tarixə olan əsas borcu 29064,85 manat, faiz borcu 6307,41 manat, 15 may 2019-cu il tarixə İddiaçı QSC-yə olan əsas borcu 29064,85 manat, faiz borcu 9310,78 manat müəyyən edilir. Eyni zamanda, ekspert rəyindən görünür ki, 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsinin və ona əlavə sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh2 müqavilə müddətinin bitdiyi 11.06.2018-ci il tarixə olan əsas borcu 20209,61 ABŞ dolları, faiz borcu 1364,15 ABŞ dolları, 15 may 2019-cu il tarixə İddiaçı QSC-yə olan əsas borcu 20209,61 ABŞ dolları, faiz borcu 3976,65 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə alınmış 18 noyabr 2020-ci il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq və o cümlədən, iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğləri nəzərə alaraq məhkəmə, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 04 dekabr 2015-ci il tarixli 017R533865485 saylı kredit razılaşması üzrə iddiada tələb olunan 28.757,31 manat əsas, ekspertin müəyyən etdiyi 6307,41 manat faiz borcunun, 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi üzrə isə 20.009,61 ABŞ dolları əsas, ekspertin müəyyən etdiyi 1364,15 ABŞ dolları faiz borcunun tutulmasını əsaslı və məqsədəuyğun hesab edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hər iki razılaşma üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 04 dekabr 2015ci il tarixli 017R533865485 saylı kredit razılaşması üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 1000 manat, 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi üzrə isə tətbiq olunmuş cərimənin azaldılaraq 500 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, borcalan Cavabdeh2 bank qarşısında öhdəliklərinin təminatı kimi Cavabdeh1 Ah oğlu ilə bağlanan zaminlik müqavilələri də çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 017R533865485 saylı kredit razılaşması üzrə zaminlik müqaviləsində öhdəliyin icrası müddəti göstərildiyindən həmin müqavilə üzrə yaranmış kredit borcu əsas borclu və zamindən müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 17A000021667 saylı kredit müqaviləsi üzrə cavabdeh olan zamin Cavabdeh1 qarşı məhkəmə qaydasında tələb imkanını artıq itirmişdir. Belə ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 11 iyun 2018-ci ildə başa çatdığı gündən bir il ərzində kreditor Cavabdeh1 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələbinə əsasən zaminliyə - Cavabdeh1 kreditor qarşısında öhdəliyinə xitam erilmişdir. Odur ki, 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsindən irəli gələn kredit borcunun Cavabdeh1 tutulmasına dair tələb ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məsəlləsinin 477.0.4. maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İş materiallarında olan. İddiaçı QSC-nin Xırdalan filialının nümayəndəsi ipoteka saxlayan və satıcı X4 ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli alqısatqı və ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzili Cavabdeh2 satılmış və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30 iyun 2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, həmin mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 dekabr 2015-ci il tarixli RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, həmin mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 63860.40 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirməni aparılması həvalə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən 25 noyabr 2020-ci il tarixli rəydə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilin ilkin satış (likvid) qiymətinin 100.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası, ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək əmlakın ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməli olduğu nəticəsinə gəlir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1. maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, qeyd olunan borcun yönəldiləcəyi ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04 dekabr 2015-ci il tarixli 017R533865485 saylı kredit razılaşması üzrə 28.757,31 manat əsas borc, 6307,41 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 36064,72 manat (otuz altı min altmış dörd manat yetmiş iki qəpik) məbləğində pul vəsaitinin tutulması, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 11 iyun 2014-cü il tarixli 17A000021667 saylı kredit müqaviləsi üzrə 20.009,61 ABŞ dolları əsas borc, 1364,15 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21873,76 ABŞ dolları (iyirmi bir min səkkiz yüz yetmiş üç dollar yetmiş altı sent) məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqının tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilə yönəldilçəsi, həmin mənzilin 100.000 (yüz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya 36064,72 manat (otuz altı min altmış dörd manat yetmiş iki qəpik) və qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21873,76 ABŞ dolları (iyirmi bir min səkkiz yüz yetmiş üç dollar yetmiş altı sent) məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqının ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X6 yerləşən 35 nömrəli evin 119 nömrəli mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzili boşaldaraq mənzildən çıxarılması və mənzilin alıcıya təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 350 (üç yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır.Belə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirərək, həm borcun məbləğinin düzgün hesablanmadığına, həm də ipoteka predmetinin qiymətinin düzgün müəyyən olunmadığına istinad etmişdir.Lakin, borcun məbləği mühasibatlıq rəyi, ipoteka predmetinin likvid dəyəri isə əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilmiş, cavabdeh isə qeyd edilən rəyləri şübhə altına alan əsaslı dəlillər irəli sürməmiş, həmçinin ipoteka predmetinin daha yüksək qiymətinə dair hər hansı sübut təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)-169/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar