Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11028/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnda yaranan maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(006)-4724/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 24; Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 və ünvan 1 ünvanında yerləşən mənzillərə istifadə hüququnun həyata keçirilməsində yaratdığı maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(006)- 4724/2021 saylı qərardadı ilə İddiaçı (X2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair 2(103)-8843/2021 saylı mülki iş, iddiaçı X1 cavabdehlər Cavabdeh, "xxxx" və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin 18 mənzilinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)- 3123/2021 saylı mülki iş və İddiaçı cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin 18 mənzilinə dair keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair 2(006)-1558/2021 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə aktları qanuni qüvvəyə minənədək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnda yaranan maneələrin aradan qaldırılması” tələbinə dair 2(006)-4724/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan iddiaçı şikayət verərək, ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, hazırki iddia Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 24; Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 və ünvan 1 ünvanında yerləşən mənzillərə istifadə hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılması ilə bağlıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8843/2021 saylı 18.08.2021-ci il tarixli bildirişinə əsasən İddiaçı (X2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanında yerləşən mənzilə dair bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması 21.10.2021-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatında olan 2(006)-3123/2021 saylı mülki işin materiallarından görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh, "xxxx" və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin 18 mənzilinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş hələ da baxılmaqdadır. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərovun icraatında olan 2(006)-1558/2021 saylı mülki işin materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin 18 mənzilinə dair keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş hələ də baxılmaqdadır. Məhkəmə baxışında İddiaçı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi 17 evin 50 saylı mənzilini öz mülkiyyətinə qaytarmaq məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edəcəyini bildirmiş, apelyasiya baxışı zamanı da həmin mənzillə bağlı iddia qaldırdığını demişdir. Göründüyü kimi, hər üç mənzillə bağlı başqa mübahisə var. Həmin işlər üzrə çıxarılan məhkəmə qərarlarının hazırki işin həllinə birbaşa təsiri vardır, həmin işlərə baxılıb yekun vurulmayınca hazırki işə baxılması mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(006)-4724/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11028/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11028/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver