Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1111/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» BOKT QSC-nin cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh3, X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X6 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 “xxxx” ASC, Bakı şəhəri 5 saylı Notariat Kontoru, DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» ASC cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh3, X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X6 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC-dən 4.427.712 manat 95 qəpik əsas borc, 2.195.960 manat 43 qəpik faiz olmaqla, cəmi 6.623.673 manat 37 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» BOKT QSC-nin xeyrinə tutulması; tələb üzrə tutmanın Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; tələb üzrə tutmanın Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması; cavabdehlər X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X3 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmaları; Borcun ipotekaya qoyulmuş «xxxx» MMC-yə məxsus: ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG *** dövlət qeydiyyat nişanlı, Sarı rəngli, «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin kredit borcunun ödənilməsinə yönəldilməsi; Əmlakların satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin «xxxx» MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdeh «xxxx» MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, «xxxx» BOKT QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin, Azərbaycan Respublikası DİN BDYPİ-nin və digər səlahiyyətli orqanların üzərinə «xxxx» BOKT QSC-nin həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə «xxxx» MMC arasında imzalanmış xx.xx.2008-ci il tarixli 195/1 saylı kredit sazişinə əsasən 3.150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kredit xəttinin məbləği 3.800.000 ABŞ dolları olmuşdur. Həmin müqaviləyə əsasən, borcalan hesabındakı vəsait təcrid edilmədən xx.xx.2008-ci il tarixli 61 saylı müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə Standby Akkreditiv açılmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində Standby Akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalan Standby Akkreditivin açıldığı tarixdən etibarən Standby Akkreditivin tam ödənildiyi tarixədək Standby Akkreditivin istifadə olunmamış balansına illik 3 faiz hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2ci bəndinə əsasən borcalanın bank qarşısında ssuda borcu yaranandan sonra kredit üzrə faizlər kreditin istifadə edilmiş hissəsinə illik 19 %-lə hesablanır. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, borcalan banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr faiz dərəcəsindən əlavə illik 19 %-lə hesablanan cərimə faizləri ödəməlidir. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə bank arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Cavabdeh3 ilə bank arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa cavabdeh «xxxx» MMC ilə bank arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 90 ədəd «Fiat-Albea Sole 1.4 Fire Active» markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. Bundan başqa cavabdeh «xxxx» MMC ilə bank arasında xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 33 ədəd «Fiat-Albea Sole 1.4» markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixə cavabdeh «xxxx» MMC-nin banka akkreditiv üzrə ödənilməmiş 248.153 ABŞ dolları 12 sent faiz, akkreditivin açılması üzrə ödənilməmiş 7.600 ABŞ dolları xidmət haqqı borcu, 2.890.106 ABŞ dolları 64 sent əsas borcu, 1.976.860 ABŞ dolları 85 sent faiz, 1.549.872 ABŞ dolları 05 sent dəbbə pulu olmaqla, cəmi 6.672.592 ABŞ dolları 66 sent məbləğində borcu yaranmışdır. «xxxx» ASC tərəfindən borcalana rəsmi xəbərdarlıq məktubu göndərilərək, bank qarşısında öhdəliklərinin icra edilməsi xahiş edilmişdir. Lakin qeyd edilən xəbərdarlıq məktublarının göndərilməsindən sonra da borcalan tərəfindən bank qarşısında olan öhdəliyini yerinə yetirilməmişdir. Kredit müqaviləsinin yuxarıda istinad edilən bəndlərinə, həmçinin qanunvericiliyin tələblərinə əsasən, «xxxx» ASC-nin kredit müqaviləsi üzrə borcun, ona hesablanmış faizlərin və dəbbə pulunun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 “xxxx” ASC-yə Bakı şəhəri 5 saylı Notariat Kontoruna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bülbül prospektində yerləşən 65c saylı evin 10 saylı mənzilinə dair xx xxxx 2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əmlakını ipotekaya qoymaq fikri olmamış, ipoteka müqaviləsi onun iradə ifadəsini əks etdirmir. Belə ki, o müqaviləni bağlayarkən belə böyük maddi təminatın altına düşdüyünü düşünməmiş və əqd barədə ona bankın əməkdaşları tərəfindən, eyni zamanda notariat kontoru tərəfindən dolğun məlumat verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh «xxxx» MMC-dən 4.427.712 manat 95 qəpik əsas borc, 2.195.960 manat 43 qəpik faiz olmaqla, cəmi 6.623.673 manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 100.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 369.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlakların satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X3 Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borc «xxxx» MMC-yə məxsus ipotekaya qoyulmuş; ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG *** dövlət qeydiyyat nişanlı, Sarı rəngli, «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillər açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin «xxxx» MMC-yə qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbləğinin «xxxx» MMC-dən tutularaq «xxxx» BOKT QSC-yə ödənilməsi, 580 manat ekspertiza xərcinin cavabdeh «xxxx» MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət olunmuşdur. Qətnamədə qarşılıqlı iddia ərizəsi qeyd edilməməklə həmin tələbə ümumiyyətlə münasibət bildirməmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxılması, ipoteka predmetinin qiymətinin real qiymətinindən daha aşağı müəyyən edildiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayəti əsassız hesab etdiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər(nümayəndələri) məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, qarşılıqlı iddia tələbini qətnamədə qeyd etməməklə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (kredit və ipoteka müqavilələrindən) görünür ki, «xxxx» ASC ilə «xxxx» MMC arasında imzalanmış xx.xx.2008-ci il tarixli 195/1 saylı kredit sazişinə əsasən 3.150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kredit xəttinin məbləği 3.800.000 ABŞ dolları olmuşdur. Həmin müqaviləyə əsasən, borcalan hesabındakı vəsait təcrid edilmədən xx.xx.2008-ci il tarixli 61 saylı müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə Standby Akkreditiv açılmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində Standby Akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalan Standby Akkreditivin açıldığı tarixdən etibarən Standby Akkreditivin tam ödənildiyi tarixədək Standby Akkreditivin istifadə olunmamış balansına illik 3 faiz hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcalanın bank qarşısında ssuda borcu yaranandan sonra kredit üzrə faizlər kreditin istifadə edilmiş hissəsinə illik 19%-lə hesablanır. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, borcalan banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr faiz dərəcəsindən əlavə illik 19%-lə hesablanan cərimə faizləri ödəməlidir. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə bank arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 ilə bank arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh «xxxx» MMC ilə bank arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 90 ədəd «Fiat-Albea Sole 1.4 Fire Active» markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. Cavabdeh «xxxx» MMC ilə bank arasında xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 33 ədəd «Fiat-Albea Sole 1.4» markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, daşınmaz əmlakların ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Daşınar əmlaklar olan avtomobillərin üzərində yüklülüyün olması da müvafiq qaydada qeydiyyatdan keçirilərək, nəqliyyat vasitələrinə dair səndlərdə yüklülük barədə qeyd aparılmışdır. xx.xx.2014-cü il tarixə cavabdeh «xxxx» MMC-nin banka akkreditiv üzrə ödənilməmiş 248.153 ABŞ dolları 12 sent faiz, akkreditivin açılması üzrə ödənilməmiş 7.600 ABŞ dolları xidmət haqqı borcu, 2.890.106 ABŞ dolları 64 sent əsas borcu, 1.976.860 ABŞ dolları 85 sent faiz, 1.549.872 ABŞ dolları 05 sent dəbbə pulu olmaqla, cəmi 6.672.592 ABŞ dolları 66 sent məbləğində borcu yaranması barədə maliyyə arayışı təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11718 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2008-ci il tarixli 195/1 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla «xxxx» MMC-nin «xxxx» ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən olunur: Kredit xətti üzrə istifadə edilmiş 3.150.000 ABŞ dolları üzrə xx.xx.2013-cü il tarixə (son ödəniş tarixinə) Əsas kredit borcu – 0 ABŞ dolları; Faiz – 248.075 ABŞ dolları 68 sent. Standby Akkreditiv üzrə 1-ci ödəniş xx.xx.2012-ci il tarixə (son ödəniş tarixinə) Əsas kredit borcu – 0 ABŞ dolları; Faiz – 159.632 ABŞ dolları 82 sent. Standby Akkreditiv üzrə 2-ci ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 199.730 ABŞ dolları 64 sent; Faiz – 322.553 ABŞ dolları 96 sent. Standby Akkreditiv üzrə 3-cü ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 403.036 ABŞ dolları 18 sent; Faiz – 364.803 ABŞ dolları 72 sent. Standby Akkreditiv üzrə 4-cü ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 400.551 ABŞ dolları 56 sent; Faiz – 324.079 ABŞ dolları 59 sent. Standby Akkreditiv üzrə 5-ci ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 387.823 ABŞ dolları 89 sent; Faiz – 277.347 ABŞ dolları 95 sent. Standby Akkreditiv üzrə 6-cı ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 380.963 ABŞ dolları 09 sent; Faiz – 236.048 ABŞ dolları 96 sent. Standby Akkreditiv üzrə 7-ci ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 374.691 ABŞ dolları 86 sent; Faiz – 178.374 ABŞ dolları 14 sent. Standby Akkreditiv üzrə 8-ci ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 366.497 ABŞ dolları 86 sent; Faiz – 157.451 ABŞ dolları 55 sent. Standby Akkreditiv üzrə 9-cu ödəniş xx.xx.2015-ci il tarixə Əsas kredit borcu – 358.183 ABŞ dolları 33 sent; Faiz – 119.474 ABŞ dolları 04 sent. Ekspertiza tədqiqatının dəyəri 580 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş 4.427.712,95 manat əsas borcun tutulması tələbi təmin olunmalıdır. Kollegiyanın qənaətinə görə iddia tələbi faizin tutulması hissəsində də əsaslı oluduğundan cavabdehdən 2.195.960,43 manat faiz borcu tutulmalıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək borc məbləğlərinə dair maliyyə arayışda borc məbləğləri milli valyuta ilə qeyd edildiyindən, həmçinin iddiaçı da borcun milli valyutada tutulmasını tələb etdiyindən, borc məbləğləri Ekspert rəyinə uyğun deyil məhz iddiaçı bankın tələb etdiyi məbləğdə müəyyən edilməlidir. Kollegiya iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə, həmçinin Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlaklarıın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak «xxxx» MMC-nin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan “xxxx” ASC ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, «xxxx» MMC-nin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə, həmçinin Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına «xxxx» BOKT QSCyə ödənilməli olan pul vəsaiti ona ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi mülkiyyətçilərə qaytarılmalıdır. Kollegiya iddianın, “satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutularaq bankın hesabına ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur və bu icra qaydasında həll olunan məsələdir. Kollegiya iddianın “ipoteka ilə yüklü edilmiş evlər açıq hərracdan satıldıqdan 1 ay sonra evin boşaldılması” hissəsini də əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından aydın olur ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilində cavabdehlər X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X9 qeydiyyatdadırlar. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi iş üzrə qiymətləndirmə təyin etmiş və rəy ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilin likvid qiymətinin 304.000 manat, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilin isə likvid qiymətinin 80.000 manat olması müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, tutumanın «xxxx» MMC-yə məxsus ipotekaya qoyulmuş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi hissəsində də iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, avtomobillərin qiymətləndirilməsi ilə bağlı şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılaşmalarını məhkəməyə təqdim etməmişlər; belə olan halda isə avtomobillərin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Kollegiya iddia tələbi cavabdehə məxsus ipoteka predmeti olan əmlakların iddiaçının adına qeydiyyata alınmasına dair hissədə əsassızdır. Cavabdehin hazırda həmin əmlaklara tutma yönəltmək hüququ yaranmışdır. Həmin əmlakların hərracda satılana qədər cavabdeh tərəfindən borcu ödəyib-ödəməyəcəyi, hərrac keçiriləndən sonra əmlakların hansı hüquqi və ya fiziki şəxsə satılıb-satılmayacağı məlum deyildir və iddiaçının qeyd olunan tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Yuxarıda şərh olunan mövqeyinə uyğun olaraq kollegiya, Cavabdeh3 qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd edir ki, Cavabdeh3 müqavilə baglamaqda iradə azadlığı olmuş və o, öz iradə ifadəsinə uyğun olaraq ipoteka müqaviləsini imzalamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat cavabdeh «xxxx» MMC-dən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərcləri isə «xxxx» MMC-dən tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı «xxxx» BOKT QSC-nin cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh3, X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X6 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunsun. Cavabdeh «xxxx» MMC-dən 4.427.712,95 (dörd milyon dörd yüz iyirmi yeddi min yeddi yüz on iki manat 95 qəpik) manat əsas borc, 2.195.960,43 (iki milyon yüz doxsan beş min doqquz yüz altmış manat 43 qəpik) manat faiz olmaqla, cəmi 6.623.673,37 (altı milyon altı yüz iyirmi üç min altı yüz yetmiş üç manat 37 qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxx» BOKT QSC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 m2 ümumi, 66,2 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 80 000 (səksin min) manat həddində müəyyən edilməklə açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 m2 sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 304.000 (üç yüz dör min) manat həddində müəyyən edilməklə açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. Həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılsın. İpoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər X1, Quliyeva Yeganə Dövlət qızı, X2, X4, X12, X5, X7, X13, X8 və X9 Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılsın. Borc «xxxx» MMC-yə məxsus ipotekaya qoyulmuş: ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG *** «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilsin. Avtomobillər açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin kredit borcu ödənilsin. Avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğ «xxxx» MMC-yə qaytarılsın. Birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 580(beş yüz səksən) manat cavabdeh «xxxx» MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 800 (səkkiz yüz) manat cavabdeh «xxxx» MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh3 ödəmiş olduğu rüsum məbləği onun özünə aid olunsun. Cavabdeh3 “xxxx” ASC-yə Bakı şəhəri 5 saylı Notariat Kontoruna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1111/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1111/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver