Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11165/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2438/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 9451.74 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9481.74 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh1 arasında sonuncu dəfə sayğac dəyişikliyi ilə əlaqədar olaraq 25.04.2017-ci tarixində 03/10144 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdehlər tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqaviiənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbləri pozularaq, istifadələrinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışlar. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Tərtib olunmuş aşağıdakı aktlar əsasında:14.09.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; 16.11.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; 06.12.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; 30.12.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; 09.03.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; 26.05.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; 02.06.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; 18.10.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; 25.01.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli 00246694 saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 18.03.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 413,30 manat; 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.06.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; cəmi 7037,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehlərin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq əvvəlki illərdən 2413,84 manat borcu qalmışdır. Cavabdehlər tərəfindən İddiaçı İB-yə 10.2010-cu il tarixdən bu günədək cəmi 2 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 9451.74 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X1nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı İB-nin xeyrinə 653.70 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 2 manat məbləğində pul vəsaiti tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, cavabdehin təbii qazdan istifadə etməsini sübut edən fotoşəkillər və aktlar təqdim edilmişdir. Uzun müddət ərzində cüzi ödəniş etməklə təbii qazdan hansı formada istifadə edildiyini məhkəmə araşdırmamışdır. İstehlakçının qanunsuz xətti dəfələrlə kəsilsə də, sonuncu qanunsuz xətti bərpa etmiş və ödəniş etmədən sayğacdan kənar istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmayan hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 2019-cu ilin avqustuna kimi qaz xəttinə birbaşa sayğacdan kənar boru (şlanqla) ilə qoşularaq istifadə etmiş, 2019-cu ilin avqustunda isə iddiaçının əməkdaşları tərəfindən qoşulma ləğv olunmuş və həmin tarixdən o, sayğacdan istifadə edir. Təkrar apellyasiya baxışı zamanı əvvəl keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissəsi üzrə yoxlanılması təşkil edir. Çünkü, iddiaçı həmin hissədə qətnaməni mübahisələndirmiş, cavabdeh isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işə baxmış əvvəlki apellyasiya instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmayan hissəsində ləğv etmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutlar, o cümlədən ödəniş cədvəlləri, aktlar və cavabdehə aid saldo üzrə sonuncunun qaz xəttinə yalnız 2016-cı ildə qoşulması ilə bağlı işin hallarını kifayət qədər araşdırmayıb. Həmçinin, cavabdeh tərəfindən faktın etiraf olunmasının əslində işin hallarının gizlədilməsi məqsədi ilə edilməsini nəzərə almayıb və bununla da Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinin tələblərini pozub. .. işə əlavə edilmiş 02 iyun 2017-ci il tarixli, 080625 saylı aktın surətindən görünür ki, cavabdeh həqiqətən təbii qazdan sayğacdan kənar istifadə etməsini və beləliklə də həmin faktı sözügedən aktı imzalamaqla təsdiq edib. Apellyasiya instansiyası məhkəməsi, bu hala diqqət yetirmədən və iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi çoxsaylı aktlarda, o cümlədən 02 iyun 2017-ci il tarixli, 080625 saylı aktda göstərilən faktlar üzrə heç araşdırma aparmadan, həmin sübutlara Mülki Prosessual Məcəllənin 14.2, 80 və 88-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, cavabdehin etiraf etdiyi aktlar üzrə istisna olmaqla, digər aktlar üzrə itirilmiş qazın bərpasına görə zərərin yaranmasına dair işin halları üzrə səhv nəticəyə gəlmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi, sözügedən aktların tərtib edildiyi sentyabr 2016-cı ildən-iyun 2020-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən təbbi qazdan istifadəyə görə hansı məbləğdə ödənişlərin edilməsinə dair işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız cavabdehin etiraf etdiyi faktı nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. .. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə iddia olunan dövrlərdə iddiaçının təbbi qazdan istifadə edib-etməməsi ilə bağlı işin hallarını lazımi qaydada araşdırmayb. Hazırda iddia ərizəsində, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində tərtib edilmiş aktlara görə 7.037,90 əsas manat, əvvəlki illərə görə 2.413,84 manat qalıq borcunun olduğu iddia olunur. Apellyasiya instansiyası məhkəməsi, iddianın qalıq borcu tələbinə aid hissəsinə ümumiyyətlə münasibət bildirməyib və bununla da Mülki Prosessual Məcəllənin 218.1, 218.3, 392.1.5-ci maddələrinin tələblərini pozub...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Qeyd olunan kontekstdə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 İddiaçı İB-nin xeyrinə tutulmuş məbləğə aid hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh1 arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 25.04.2017-ci il tarixdə 03/10144 saylı müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh1 14.09.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; 16.11.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; 06.12.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; 30.12.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; 09.03.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; 26.05.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; 02.06.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; 18.10.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; 25.01.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli 00246694 saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 18.03.2020ci il tarixli ******* saylı akt əsasında 177,10 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 413,30 manat borc hesablanmışdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini ətraflı araşdırmadığından, cavabdehin təbii qazdan istifadəyə görə yaranmış borcun ondan iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində səhvə yol vermiş, beləliklə də nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh1 sadəcə 2016-cı ildə sayğacdan kənar təbii qazdan istifadə etdiyini bildirmişdir. İş materiallarında olan 02 iyun 2017-ci il tarixli, 080625 saylı aktın surətindən görünür ki, cavabdeh həmin aktı imzalayarq həqiqətən təbii qazdan sayğacdan kənar istifadə etməsini təsdiq etmişdir. Təkrar apellyasiya baxında iştirak edən cavabdeh öz izahatında 2019-cu ilin avqust ayına qədər qaz xəttinə birbaşa sayğacdan kənar boru (şlanqla) ilə qoşularaq istifadə etdiyini, 2019-cu ilin avqustunda isə iddiaçının əməkdaşları tərəfindən qoşulmanın ləğv olunduğunu və həmin tarixdən sayğacdan istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X1nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən 2019-cu ilin avqust ayına kimi qazdan qanunsuz qoşulmaqla istifadə etməsi öz izahatı və işin faktiki halları ilə təsdiq olunur. Ona görə də 14.09.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; 16.11.2016-cı il tarixli ******* saylı akt əsasında 285,10 manat; 06.12.2016-cı il tarixli ******* saylı akt əsasında 115,20 manat; 30.12.2016-cı il tarixli ******* saylı akt əsasında 80,60 manat; 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 396 manat; 09.03.2017-ci il tarixli ******* saylı akt əsasında 242,40 manat; 26.05.2017-ci il tarixli ******* saylı akt əsasında 322,40 manat; 02.06.2017-ci il tarixli 080625 saylı aktlar əsasında 189,60 manat; 18.10.2017-ci il tarixli ******* saylı akt əsasında 220,80 manat; 25.01.2018-ci il tarixli ******* saylı akt əsasında 475,60 manat; 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 255,80 manat; 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 58,80 manat; 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, ümumilkdə 4966,10 manat Cavabdeh1 tutularaq İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasi iddia tələbinin əvvəlki illərə görə cavabdehdən 2413,84 manat pulun tutulması ilə bağlı hissəsini əsassız hesab edir. Belə ki, həmin borcun hansı illər ərzində yarandığı dəqiq göstərilməmiş, işin hallarından isə aydın olur ki, bu məbləğ 2016cı ilə qədər olan borc olduğu ehtimal olunur. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Kollegiya hesab edir ki, iddiaçının qeyd olunan hissə üzrə tələbi əsassızdır. Kollegiya, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Digər tərəfdən, iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla digər tarixlər üzrə borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı İB-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2438/2020 saylı, 14 sentyabr 2020ci il tarixli qətnaməsi Cavabdeh1 İddiaçı İB-nin xeyrinə tutulmuş məbləğə aid hissədə dəyişdirilsin. Cavabdeh1 İddiaçı xeyrinə 4966,10 (dörd min doqquz yüz altmış altı manat, on qəpik) manat məbləğində borc tutulsun və müvafiq olaraq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin.` Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11165/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11165/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver