Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1117/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 qarşı İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi, pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-596/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X13 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1-NK/2630 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3537 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında yaşayış evinin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində yerinə yetirilmiş tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985 manat məbləğində olduğu müəyyən edilir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7903 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüsynbala Əliyev küçəsi, 4 saylı binanın 18-ci mənzilinin altında yerləşən zirzəminin istismara yararlı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985 manat məbləğində olduğu müəyyən edilir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1763 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüsynbala Əliyev küçəsi, 4 saylı binanın 18-ci mənzilinin altında yerləşən zirzəminin istismara yararlı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 911 manat məbləğində olduğu müəyyən edilir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21.60 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılaraq həmin qeyri-yaşayış sahəsinin ona qızına təhvil verilməsi, 2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2.000 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi, xx.xx.2021-ci il tarixindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Ona məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsi tanımadığı şəxslər tərəfindən zəbt edilmişdir. Qeyri-yaşayış sahəsini tərk etmələri tələb edilsə də, heç bir əsas olmadan həmin sahəni zəbt edən şəxslər bundan imtina etmişdilər. Sözügedən qeyri- yaşayış sahəsi vaxtilə Vüqar adlı şəxsə icarəyə verilmiş və hər ay 2.000 manat olmaqla icarə haqqı müxtəlif şəxslər vasitəsilə göndərilmişdir. Hazırda qeyri-yaşayış sahəsini zəbt edən şəxslərin Vüqar adlı şəxslə əlaqəsi belə yoxdur və heç bir əsas olmadan onlar qeyri-yaşayış sahəsindən istifadə edirlər. Onun cavabdehlər tərəfindən verilən ödənişi qəbul etməkdən imtina etməsinə və cavabdehlərə qeyri-yaşayış sahəsini tərk etmələrini bildirməsinə baxmayaraq, cavabdehlər qanunsuz əməllərini davam edərək, qeyri-yaşayış sahəsini tərk etməyəcəklərini bildirirlər. Tərəfindən Bakı şəhəri Nəsimi RPİnin 19-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmiş və həmin qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslərin müəyyən edilərək, onların qanunsuz hərəkətlərinə son qoyulmasına dair müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslər Cavabdeh2 və Cavabdeh1dur.
8. Bundan sonra Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı qarşılıqlı iddia və iddia tələbinin artırılması barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh3 20.000 manat obyektin yararlı hala salınmasına sərf etdiyi, əmlakdan istifadəyə görə ödədiyi 254.800 manat pulun və 150 manat dövlət rüsumunun, cəmi 274.950 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşıdır, göstərilən ünvanla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onun cavabdeh kimi qoyulması əsassızdır. İlk iddia tələbi də əsassızdır. Onun istifadəsinə verilən zirzəmi 17 kv.m olub. İcarəyə verilən sahə istifadə üçün yarasız olub. Zirzəmidə yerləşən bu sahəyə giriş mövcud olmayıb. Aralarındakı razılaşmaya əsasən zirzəmiyə giriş açaraq ticarət üçün yararlı hala gətirməli idi. Çox çətinliklə də olsa zirzəmiyə giriş açdı və bütün sahəni təmir elədi. Obyekti yararlı hala gətirənə qədər iddiaçı oranı 100 manata belə icarəyə verə bilmirdi. Aparılan tikinti-təmir işlərinə 20.000 manat pul xərcləmişdir. Hüseynbala Əliyev küçəsi ticarət üçün əlverişli yer hesab olunur və burada təmir-tikinti aparmaq çox bahadır. Bahadır həm də ona görə ki, təmir-tikinti apardıqları obyektin hər hansı bir sənədi yox idi. Sahəni yararlı hala salandan sonra iddiaçıya 1.500 manatdan başlayaraq, 1.800, 2.000 manat, sonuncu ayları isə 2.200 manat icarə haqqı ödəmişdir. Bu günə kimi təqribən 24.000 manat icarə haqqı ödəmişdir. Dəfələrlə xahiş etmişdir ki, icarə müqaviləsi bağlasınlar. Lakin iddiaçı müqavilə bağlamaqdan imtina edib. İcarə müqaviləsi bağlamaq lazım idi ona görə ki, onlardan müxtəlif vəzifəli şəxslər tez-tez sənəd tələb edirdilər. Hər dəfə müxtəlif bəhanələr gətirmək məcburiyyətində qalırdı. Buna baxmayaraq, icarə haqqı tez-tez qaldırılırdı. Sonuncu dəfə icarə haqqını ödəmək üçün müqavilə tələb etmiş və icarə haqqının qaldırılmasına etiraz etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, artıq mübahisəli sahəyə mülkiyyət hüququ haqqında çıxarış alınıbdır. Alınan çıxarış qanunsuz olsada onu mübahisələndirməyi planlaşdırmır bu şərtlə ki, çəkdiyi xərclər ödənilsin və ya xərclədiyi 20.000 manatın əvəzi olaraq 15 ay müddətinə icarə haqqı alınmasın. Hər iki halda obyekti təhvil verə bilməz. İddia ərizəsində 2.000 manat əldən çıxmış fayda və təhvil verilmə tarixinə kimi hər gün üçün 66,66 manat pul tələb edilməsinin hüquqi əsasları göstərilməyib.
10. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli qarşılıqlı iddia ərizəsinin birinci səhifəsinin 2-ci abzasında “bu günə kimi 24.000 manat icarə haqqı ödəmişəm” cümləsində 24.000 manat sözünün yazılışında texniki səhvə yol verildiyini bildirmiş, bu səbəbdən də 24.000 manat sözünün 240.000 manat kimi oxunulmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-596/2022 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi, ilkin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40 manatın 28 manatı məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X11).
12. Məhkəmə tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilərək, qeyd etmişdkir ki, xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 və Cavabdeh1 sahibliyində və istifadəsindədir. Belə ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis şöbəsində cavabdehlərin verdiyi izahatlarına əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin on il əvvəl onlar tərəfindən icarəyə götürüldüyü, hər ay buna görə 2.000 manat məbləğində icarə haqqının İddiaçı anası Cavabdeh3 ödənildiyi, lakin aralarında etibarlı icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır; - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir və onların əşyaya sahiblik hüququ yoxdur. Cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri isə əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
14. Məhkəmə yuxarıda şərh edilənləri nəzərə alaraq iddianın “2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2.000 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi ticarət obyekti kimi Cavabdeh2 və Cavabdeh1 icarəsinə verilmiş və sahəyə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan hal-hazıradək onların qanunsuz sahibliyindədir. Şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən cavabdehlər tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 2.000 manat təşkil etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ticarət obyekti kimi faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 2.000 manat maddi zərərin dəyməsi halı öz təsdiqini tapmışdır. Ona görə də, iddiaçı həmin məbləğin cavabdehlərdən onların mübahisəli sahədən çıxmalı olduqları barədə məlumatı əldə etdikləri andan (2021-ci ilin oktyabr ayından) həmin sahənin iddiaçıya tam təhvil verilənədək tutulmasını tələb etməkdə haqlıdır
15. Məhkəmə iddianın “01 noyabr 2021-ci il tarixindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı müzakirə edilən tələbin qanuni əsası kimi hər hansı qanun normasına istinad etməmiş və beləliklə də məhkəmə tərəfindən faktiki halların iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmamasının hüquqi cəhətdən dəyərləndirilməsi mümkün olmamışdır
16. Məhkəmə Cavabdeh3 münasibətdə qarşılıqlı iddianın hüquqi dəyərləndirilməsinin Mülki Məcəllənin 21.2, 448.1 və 448.2-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalı olduğunu qeyd etmiş və yuxarıda göstərilənlərə əsasən hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını müəyyən etmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdehlər ilə Cavabdeh3 arasında şifahi formada icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcarə müqaviləsi şifahi formada bağlandığından müqavilənin hansı müddətə bağlandığını, xəbərdarlıq müddətinin nə qədər təşkil etdiyini, icarə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinin nədən ibarət olduğunu, icarəyə verilmiş əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzinin qaytarılmalı olub-olmamasını və s. kimi şərtlərin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır.
17. Məhkəmə həmçinin qeyd etməyi zəruri saymışdır ki, icarə müqaviləsinin şərtlərinin nədən ibarət olduğunu təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığına zərərin dəyməsinə dair irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.
18. Qeyd edilmişdir ki, qarşılıqlı iddia cavabdeh İddiaçı münasibətdə də rədd edilməlidir. Hazırki iddianın qanuni əsasını isə mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ilə cavabdeh İddiaçı arasında hər hansı müqavilə bağlanmamış, ilk iddia üzrə cavabdeh iddiaçı ilə müvafiq müqaviləni bağlamaq niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaiti mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən kommersiya obyekti kimi istifadə etməsi müqabilində könüllü qaydada verilmiş, İddiaçı həmin zaman qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmamış, sahənin istifadəsi ilə bağlı bir sıra işlər (təmir-bərpa işləri və s.) bir neçə il ərzində qarşılıqlı iddiaçı tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsi bir qayda olaraq onun mənafeyinə uyğun olmuş və o özü göstərilən xidmətlərdən yararlanmışdır. Belə olan halda İddiaçı əldə etdiklərini qaytarmaq üzrə hər hansı vəzifə daşımır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 21-ci, 157-ci, 442-ci, 443.1-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 448.2-ci, 1091-ci, 1092.1-ci, 1096-cı, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın qismən təmin olunması hissəsində Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. İlkin iddiaya hüquqi qiymət verərkən işin faktiki halları nəzərə alınmamışdır. İlkin iddianın təmin olunması üçün iddiaçı istinad etdiyi halları sübut etməli, qarşılıqlı iddianın təmin olunmaması üçün isə irəli sürülən müddəaları təkzib etməli idi. İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməyib və təbiidir ki, istinad etdiyi halları sübut edə bilmədiyi kimi qarşılıqlı iddianı da təkzib edə bilməyib. Onlar obyekti tərk ediblər və hazırda obyektdən istifadə etmirlər. Məhkəmə mübahisəsinin davam etdiyi dövrdə, Nağıyev iddiaçıya xx.xx.2022-ci ildə icarə müqaviləsi bağlanması barədə təklif verib və təklif qəbul olunmayıb. Təklifə cavab alındığı xx.xx.2022-ci il tarixdən sonra onlar obyektdən istifadəni dayandırıblar və oranı tərk ediblər. Məhkəmə çıxışında məhkəmənin diqqətini bu hala cəlb etsə də məhkəmə bu məsələni müzakirə etməyib və ona qiymət verməyib. 5 aydan artıqdır ki, onlar obyekti tərk ediblər. Obyekt iddiaçı tərəfindən rəsmi qaydada onlara təhvil verilməyib və onlar obyekti təhvil vermələrinə dair öhdəlikləri olmayıb. İddiaçı 2021-ci ildə obyektə mülkiyyət hüququ əldə edib. Onlar icarə müqaviləsi bağlamağa dair təklif verirlər, iddiaçı qəbul etmir və obyekti tərk edirlər. Mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün onların hansı mülki hüquq pozuntusuna yol verdiyinə aydınlıq gətirilməli idi. Onlar hər hansı bir mülki hüquq pozuntusu törətməyib və iddiaçıya zərər vurmayıblar. İddiaçı obyekti başqasına təhvil verib oradan ayda 2.000 manat gəlir götürəcəyinə dair məhkəməyə sübut təqdim etməyib. Belə vəziyyətdə onların iddiaçıya hər ay 2.000 manat zərər vurması qənaətinə gəlinməsi tamamilə əsassızdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mübahisəli sahədə yerləşən dükan açılaraq baxış keçirilən zaman həmin dükanın boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Dükanın açarı tələbkar tərəfindən dəyişdirilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-502/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-596/2022 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilmiş “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv olunması, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində təmin olunmaması, qarşılıqlı iddia qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pulun və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərcin, ümumilikdə 1.896 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddaçı Cavabdeh2 ödənilməsi, qarşılqlı iddianın qalan hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (E.Mehdiyev (sədrliyi və məruzəsi ilə), hakimlər E.Rəhimov və F.Əyyubovdan ibarət tərkibdə).
25. Apellyasiya instansiya məhkəməsi “ilkin iddianın Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin 157.1, 157.2 və 157.4-cü maddələrində mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin həmin hissədə təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu ilə müəyyən edilmişdir: iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir və onların əşyaya sahiblik hüququ yoxdur. Cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri isə əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaratmışdır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin oradan çıxmamaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia bu hissədə təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxmaqla həmin qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməlidirlər.
28. Məhkəmə kollegiyası ilkin iddianın “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsinin təmin olunması” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin təmsilçisi ilkin iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsinin mövcud olmadığını, iddiaçının cavabdehlərlə icarə münasibəti yaranmasından imtina etdikdən sonra onların həmin sahədən çıxdıqlarını bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və həmin qeyri-aşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.
29. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlər X2, X3 ifadələri, ekspertiza rəyləri ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yararlı hala gətirilməsi, orada təmir-tikinti işlərini aparması öz təsdiqini tapmışdır.
30. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərc, ümumilikdə 1.896 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq ona ödənilməli, qarşılıqlı iddanın qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 152.1-ci, 157.2-ci, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
32. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddia tələbinin təmin edilməmiş və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissələrində ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 4252/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 502/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin “ilk iddianın rədd edilmiş - 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi və qarşılıqlı iddianın təmin olunan - iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pulun və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi hissələrində” ləğv olunması və həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər X12 (məruzəçi hakim), X19 və X9).
34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər iki instansiya məhkəməsi tərəfindən qəbul olunur ki, tərəflər arasında etibarlı icarə münasibətləri olmamış, ilk iddiaçı da məhz icarə müqaviləsi üzrə ödənilməli olan məbləği deyil, mülkiyyətində olan sahənin qanunsuz əsaslarla cavabdeh tərəfindən sahiblik edildiyinə əsaslanmaqla və edilmiş xəbərdarlığa baxmayaraq geri verilmədiyinə istinad edərək qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müddət üçün əldən çıxmış fayda tələb edir. Hər iki tərəf qəbul edir ki, onlar arasında əldə olunmuş razılaşmaya əsasən hər ay ilk iddiaçıya 2.000 manat məbləğində pul ödənilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyri-yaşayış sahəsinə ilk iddiaçının iddia etdiyi müddətdə cavabdehin sahibliyinin qanuni olub-olmamasını, həmin müddət üçün iddiaçı qarşısında hər hansı əsaslarla öhdəliyin yaranmasını, bunun pozulub pozulmamasını, hansı vaxtdan etibarən əmlakın mülkiyyətçiyə qaytarılması, onda qalan müddət üçün ilk iddiaçıya zərərin vurulmasını və ödənilib-ödənilmədiyini müəyyən etməli olduğu halda, bunlarla bağlı araşdırma aparmamış və yalnız etibarlı icarə münasibətlərinin olmaması və artıq qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə qaytarılmasına istinad edərək, iddianın həmin hissədə rədd olunması ilə bağlı əsassız olan nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Bu baxımdan isə apellyasiya instansiya məhkəməsi ilkin olaraq müqavilədən irəli gələn öhədliklərin və ya münasibətlərin mövcud olmamasına qiymət verdikdən sonra qanundan irəli gələn münasibətləri yoxlayaraq iddianın mübahisələndirilən həmin hissəsinə Mülki Məcəllənin 21, 157-ci maddələrinin və digər qanuni əsasların tətbiqinin mümkünlyünü müzakirə etməli idi, lakin belə qiymətləndirmənin aparılmaması aşkardır.
35. Qarşılıqlı iddianın təmin olunan hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən sübütların mövcud olmamasına istinad edilərək rədd olunmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə qarşılıqlı iddianın mübahisələndirilən həmin hissəsi üzrə iki dəfə ekspertiza təyin etmiş, ekspertlər qarşısında «… zirzəminin istismara yararlı hala salınması üçün xərc nə qədər müəyyən edilir» məzmununda sual qoyulmuşdur. Ekspert tədqiqatının nəticəsi olaraq xx.xx.2023-cü il tarixə verilmiş rəydə tikinti təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985 manat məbləğində, xx.xx.2023-cü il tarixli rəydə isə tikinti təmir işlərinin bazar dəyərinin 911 manat olduğu müəyyən edilmişdir. Hər iki rəy üzrə tədqiqat eyni işlər üzrə aparılmış, lakin 2-ci rəydə birinci rəydən daha aşağı məbləğ müəyyən olunmuşdur. Ekspert ilkin ekspertiza ilə sonuncu ekspertiza arasında yaranmış qiymət fərqinin səbəbini, ilkin ekspertiza zamanı müəyyən edilmiş təmir işlərinin hal hazırda dəyişməsi ilə izah etmişdir. Baxılan iş üzrə qarşılıqlı iddianı qismən təmin edən apellyasiya instansiya məhkəməsi isə mübahisəli ünvan üzrə ekspert qarşısında aydınlaşdırılması zəruri hesab edilən sualın eyni məzmunlu olması, tədqiqatın eyni işlər üzrə aparılmasını nəzərə almadan hər iki rəydə göstərilən məbləğlərin toplanmış nəticəsi üzrə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Apellyasiya instaniyası məhkəməsinin qənaətinə görə hər bir rəydə müəyyən olunmuş məbləğlər ayrı-ayrı işlərin görülməsi ilə bağlı olmuş, lakin bu nəticəyə hansı araşdırılmış hallar və ya sübutlar əsasında gəlməsi ilə bağlı mövqeyini aydınlaşdırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən hər iki hissə üzrə mübahisə həll edilərkən işin müəyyən olunmuş faktiki halları ilə sadalanan maddi və proessual hüquq normalarının şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
36. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 139.1-ci, 152.1-ci, 157-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 88-ci, 416.1-ci, 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
38. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
39. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili, habelə ilk iddia üzrə Cavabdeh1 vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddia üzrə hər ay üçün 2.000 manat pul tələbi irəli sürülməmiş, bu məbləğ yalnız 1 ay üçün tələb edilmişdir. Bu baxımdan məhkəmə ən yaxşı halda 1 ay üçün 2.000 manat pulun tutulması tələbini təmin edə bilərdi. İddianın hər gün üçün 66,66 manat pulun tutulması tələbinə dair hissəsi təmin edilməmişdir. Lakin həmin hissədən apellyasiya şikayəti verilməmiş və həmin hissədə qətnamə qüvvədədir. Qeyri-yaşayış sahəsinin təhvil verilməsi məsələsi də artıq aradan qalxmış, tərəflər arasında nə yazılı, nədə ki, şifahi müqavilə olmadığı üçün həmin sahənin təhvil verilməsindən bəhs olunması əsassızdır. Belə ki, İddiaçı onlara obyekt təhvil verməmiş, iddia ərizəsində göstərdiyi kimi obyekti Vüqar adlı şəxsə təhvil vermişdir. Olar obyektdən Vüqar adlı şəxsin tapşırığına əsasən istifadə etməyə başlamış və sonuncunun tapşırığına əsasən icarə haqqını Cavabdeh3 ödəmişlər. Bu şəxs isə iddiaçı deyil, cavabdehdir. İcra məmurları tərəfindən tərtib edilmiş aktlardan da görünür ki, müvəqqəti təminat tədbiri barədə qərardad icra edilərkən obyekt cavabdehlərin deyil, tamamilə başqa şəxslərin istifadəsində olmuşdur. obyekt cavabdehlərdə olmadığı halda, obyektin təhvil verilməsi öhdəliyinin onların üzərinə qoyulması qanunsuzdur. Digər tərəfdən cavabdehlərin vicdanlı sahib olması işin mübahisəsiz halıdır. Cavabdehlər tərəfindən mülki hüquq pozuntusu törədilmədiyi üçün onlar məsuliyyət daşımırlar. Digər tərəfdən iddiaçı əldən çıxmış faydaya dair hər hansı sübut təqdim etməmişdir. Onun hər ay 2.000 manat puldan məhrum olması bir ehtimaldır. Cavabdeh iddiaçıya icarə müqaviləsi bağlanacağı təqdirdə hər ay 2.000 manat ödəməyi təklif etmiş, lakin iddiaçı rəsmi qaydada təklifi qəbul etməmişdir. Başqa sözlə, iddiaçı fayda götürməkdən imtina etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
40. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili, habelə ilk iddia üzrə Cavabdeh1 vəkili Nümayəndə2 tərəfindən təmin edilmiş Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, həmin ünvanda bir neçə qeyri-yaşayış sahəsindən icarə əsasında istifadə etmiş, həmin qeyriyaşayış sahəsini Cavabdeh2 o təhvil vermişdir. İddiaçı tanımır, istifadəyə görə Cavabdeh3 hər ay 1.300 manat icarə haqqı ödəmişdir. Lakin aralarında hər hansı müavilə olmamışdır. O, qeyri-yaşayış sahəsini Cavabdeh2 təhvil vermək istədiyini Cavabdeh3 bildirən zaman sonuncu buna etiraz etməmiş və sahəni istədiyi şəxsə verə biləcəyini ona bildirmişdir. O, uzun müddət həmin ərzidə işlədiyi üçün orada yerləşən mağazaların sahiblərini tanımış, tez-tez həmin ünvana gedib tanıdığı şəxslərdən hal-əhval tutmuşdur. Həmin ərəfədə oraya gedənə mağazanın boş olduğunu görmüşdür. Cavabdeh2 də ona həmin obyektdən çıxdığını bildirmişdir. Cavabdeh2 həmin obyektdə mövsümi mallar, yəni qışda papaq, şərf, yayda eynək və s. satırdı. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyri-yaşayış sahəsini icarəyə götürəndə Cavabdeh3 məlumat verməklə onun çöl tərəfində tikinti işləri apararaq, genişləndirmişdir. Təmirə xərclədiyi 10.000 manat pulu Cavabdeh2 almış, sonra sahəni ona təhvil vermişdir. Ona təhvil verdiyi zaman qeyriyaşayış sahəsinin içərisinin təmirə ehtiyac var idi.
42. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili, habelə ilk iddia üzrə Cavabdeh1 vəkili Nümayəndə2 tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh2 tanıyır, onun işçisi olmuş və onun qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh3 ilə arasında mübahisə olmasından məlumatı var idi. Cavabdeh2 bu şəkildə işləyə bilməyəcəyini ona bildirmiş və həmin sahəni boşaldıb ordan çıxmışdır. Onun başqa işi olmadığı üçün Cavabdeh2 sahəni götürüb işlətməyi ona təklif etmişdir. O da razılaşmışdır. Cavabdeh2 ona satış üçün mal almağa köməklik də etmişdir. O, həmin mağazanı 2022-ci ilin fevral ayının sonundan istifadə etməyə başlamışdır. 2022-cü ilin mart ayının sonu ay tamam olanda o, icarə haqqını ödəmək üçün Cavabdeh3 ilə bir neçə dəfə əlaqə saxlamış, lakin telefonlarına cavab verilməmişdir. Bu səbəbdən ərazidəki polis sahə inspektoruna yaxınlaşıb, icarə haqqını gəlib təhvil alması ilə bağlı Cavabdeh3 ilə əlaqə saxlamasını xahiş etmişdir. Cavabdeh3 isə telefon vasitəsi ilə polis əməkdaşına onu tanımadığını demişdir. O da qeyd edilən sahədən hazırda istifadə etdiyini bildirmiş və onunla razılığa gəlməyi təklif etmişdir. Lakin Cavabdeh3 gəlməmiş, telefon zənglərinə cavab vermədiyi üçün onunla fərqli nömrələrdən də əlaqə saxlaya bilməmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən onunla əlaqə saxlanılmışdır. Müharibə veteranı olduğu üçün ona güzəşt etdiklərini bildirmişlər və qeyriyaşayış sahəsində olan malları satdıqdan sonra ordan çıxmasını tapşırmışdılar. Lakin onunla əlaqə saxlayan şəxsi tanımır. İddiaçı isə onunla heç vaxt əlaqə saxlamamışdır. Həmin sahə üçün Cavabdeh2 əvvəl 1.300 manat, daha sonra səhv etmirsə 1.500 manat icarə haqqı ödəmişdir. İşlədiyi müddət ərzində icarə haqqını aylıq ödəyə bilərdi. Hazırda həmin pulu tam yox, hissə-hissə ödəyə bilər. Onun özü 2022-ci ilin dekabr ayında sahəni boşaldıb ordan çıxmışdır. Sahədən istifadə etdiyi 10 ay ərzində heç bir icarə haqqı ödəməmiş, müqaviləsi də olmamışdır. Ondan icarə haqqı tələb edən də olmamışdır. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, iddiaçını tanımır, lakin Cavabdeh3 tanıyır. Cavabdeh2 sahəni ona təhvil verəndə birdəfəlik və ya aylıq icarə haqqı və ya digər ödəniş verməsi ilə bağlı aralarında heç bir razılıq olmamış, Cavabdeh2 pul ödəməmişdir.
43. İlk iddia üzrə Cavabdeh1, habelə qarşılıqlı iddia üzrə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
44. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
49. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə uyğun olaraq, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş hədlərdə (ləğv edilmiş hissələrdə) yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə yoxlanılan hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ünvan 5 ünvanında olan ümumi sahəsi 21,6 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi üzərində ilk iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin vaxtdan onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin bu tarixdən əvvəl və sonra cavabdehlərin istifadə və sahibliyində olması artıq öz təsdiqini tapmışdır. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi onların hər ikisinin qeyd edilən əmlakdan çıxarılmasını və əmlakın ilk iddiaçıya təhvil verilməsini qət etmiş, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də qətnamənin bu hissəsi üzrə nəticə ilə razılaşmışlar.
52. İlk iddia üzrə iddiaçı bu tələblə yanaşı, həmçinin, 2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2.000 manat, xx.xx.2021-ci il tarixdən isə əmlakın təhvil verilməsi tarixinədək müddətə hər gün üçün 66,66 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən bu tələb üzrə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nə yazılı, nədə ki, şifahi icarə müqaviləsindən irəli gələn icarə münasibətlərinin, habelə əmlakdan istifadə edilməsi ilə bağlı hər hansı razılaşmanın olması müəyyən edilmir. Mülkiyyətçi olduqdan sonra iddiaçı cavabdehlərə müraciət edərək, onlara həmin əmlakdan istifadə və sahibliyə son qoyulmasını və əmlakın 2021-ci ilin oktyabr ayından ona təhvil verilməsini tələb etmişdir. Müraciətin bir nəticə olmadığından iddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün cavabdehlərin hərəkətlərindən ilk öncə Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə şikayət etmişdir. Həmin İdarə tərəfindən aparılmış araşdırma çərçivəsində Cavabdeh2 verdiyi izahatda ilk iddiaçıya məxsus əmlakı qardaşı Cavabdeh1 ilə birlikdə icarəyə götürdüyünü və bunun müqabilində hər ay 2.000 manat məbləğində pulun ödənildiyini bildirir. Onun qardaşı Cavabdeh1 da öz izahatında bu halı təsdiq edir. Araşdırmanın nəticələri üzrə İdarə tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarla cavabdehlərin əməlində cinayət tərkibi olmadığından şikayətdə göstərilən xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən də əmlakla bağlı müxtəlif məbləğlərdə ödənişlərin məhz Cavabdeh1 tərəfindən aparıldığı müəyyən edilir.
54. Cavabdehlər yalnız 2022-ci ilin fevral ayında iddiaçıya müraciət edərək, icarə müqaviləsinin bağlanmasını təklif etmişlər. Lakin iddiaçı xx.xx.2022-ci il tarixli cavab məktubunda bu təklifi qəbul etməmiş və belə bir müqavilənin bağlanmasından imtina etmişdir. İlk iddia üzrə cavabdehlərin vəkili və nümayəndəsi də öz yazılı və şifahi izahatında mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlərə iddiaçı tərəfindən deyil, iddia ərizəsində göstərildiyi kimi Vüqar adlı şəxs tərəfindən təhvil verildiyini, onların (Cavabdeh2 deyil, Nağıyevlər qeyd edilir) Vüqarın tapşırığına əsasən istifadə etməyə başladığını və sonuncunun tapşırığına əsasən icarə haqqını Cavabdeh3 ödədiklərini bildirir.
55. Bununla belə, iddiaçının mülkiyyətində olan həmin əmlakın xx.xx.2021-ci il tarixdən sonra da yalnız Cavabdeh2 deyil, məhz onların hər ikisinin qanunsuz istifadə və sahibliyində olması, onların həmin əmlakdan kommersiya məqsədləri üçün istifadə etdiyi (geyim əşyalarının satışı) və bunun müqabilində onlar tərəfindən hər ay 2.000 manat məbləğində pulun ödənildiyi həm tərəflərin izahatı, həm də işin materialları ilə öz təsdiqini tapır. 2021-ci ilin oktyabr ayına kimi onların hər ay 2.000 manat məbləğində pul vəsaitini iddiaçının anası Cavabdeh3 Şuşa qızına göndərməsi də bu halı aradan qaldırmış olmur.
56. Əmlakın təhvil verilməsi tələbi 2021-ci ilin oktyabr ayında irəli sürülmüş və həmin vaxtdan da cavabdehlər bu məsələdən xəbərdardılar. Cavabdehlər əmlakın təhvil verilməsi ilə bağlı apellyasiya şikayətində ilk iddiaçıya xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanması barədə təklif göndərdiklərini, təklifin qəbul olunmaması barədə cavab alındığı xx.xx.2022-ci il tarixdən sonra qeyri-yaşayış sahəsindən istifadəni dayandırdıqlarını və oranı tərk etdiklərini göstərmişlər. Halbuki, məhkəmə iclasında iştirakı onlar tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində həmin əmlakdan 2022-ci ilin fevral ayının sonundan istifadə etməyə başladığını göstərmişdir. Bu uyğunsuzluqla yanaşı qeyd edilməlidir ki, iş üzrə müvafiq məhkəmə aktlarının icrasının nəticəsi olaraq icra məmurları tərəfindən tərtib edilmiş aktlarla da əmlakın cavabdehlər tərəfindən qeyd edilən tarixlərdə deyil, xeyli sonra iddiaçıya təhvil verildiyi öz təsdiqini tapır.
57. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən icra məmurları və digər aidiyyəti şəxslər qərarın icrası ilə bağlı qeyri-yaşayış sahəsinə gəlmişlər və onun qapısının bağlı olduğunu görmüşlər. Bununla bağlı əmlakın faktiki istifadəçisi olan Ramal Allahverdiyevlə əlaqə saxlanılmış və o, özünə məxsus əşyaları ilə birlikdə həmin sahədən çıxdığını, sahənin boş vəziyyətdə olduğunu, açarları isə Cavabdeh2 (cavabdeh) verdiyini bildirmişdir. İcra sənədi üzrə tələbin təmin edilməsi üçün borclular tərəfindən açılmadığı üçün tələbkarın nümayəndəsi tərəfindən açarçı dəvət olunmuş, dükan açılmış və baxış keçirilmişdir. Lakin həmin vaxt qeyri-yaşayış sahəsi tələbkara təhvil verilməmişdir.
58. Bu hal qeyd edilən icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla təsdiq olunur. Həmin akta əsasən icra məmurları xx.xx.2023-cü il tarixdə icra sənədinin icrası məqsədi ilə qeyri-yaşayış sahəsinə getmişlər və bu zaman həmin sahədən Teymur Ələkbərov və Sənan Hacızadənin istifadə etdiyi müəyyən edilmişdir. Həmin şəxslər qeyd edilən qərarın izah olunması ilə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişlər. Bundan sonra həmin sahədən istifadə edilməsi qadağan edilmiş və oranın açarları istifadəçilərə (yuxarıda göstərilən şəxslərə) verilmişdir. Onlar da izahla bağlı məsələnin öz həllini tapdıqdan sonra dükanın (qeyri-yaşayış sahəsinin) açarlarının tələbkara verilməsi barədə üzərlərinə öhdəlik götürmüşlər.
59. Bundan sonra artıq hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamə mübahisəli qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması və sahənin iddiaçıya təhvil verilməsi hisəssində qanuni qüvvə mindiyindən həmin hissə ilə bağlı verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları yenidən həmin sahəyə getmişlər və sahədən istifadə edən X5 və X10 icra sənədi barədə məlumat verməklə onların əşyaları ilə birlikdə həmin sahədən çıxmalarını və sahənin boş vəziyyətdə iddiaçıya təhvil verilməsini təmin etmişdilər.
60. Bununla belə, mübahisəli qeyri-yaşayış sahəsi onun mülkiyyətçisi olan iddiaçıya hüquqi nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Bu əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin sahə məhz cavabdehlərin istifadəsində olmuş və bu səbəbdən əmlakın təhvil verilməsi ilə bağlı mübahisə məhz iddiaçı ilə cavabdehlər arasında yaranmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən məhz cavabdehlər həmin sahədən çıxarılmalı və sahəni iddiaçıya təhvil verməlidirlər. Cavabdehlərin 2022-ci ilin fevral və ya mart ayından həmin sahədən çıxmaları və sahənin ilk olaraq Ramal Allahverdiyevin, daha sonra isə Teymur Ələkbərov və Sənan Hacızadənin istifadəsində olması hüquqi baxımdan bu nəticəyə təsir etmir. X18, nədə ki, Teymur Ələkbərovun və Sənan Hacızadənin qeyriyaşayış sahəsindən məhz iddiaçının razılığı əsasında istifadə etməsi, habelə 2021-ci ilin oktyabr ayından bu əmlaka görə iddiaçının gəlir əldə etməsi müəyyən edilmir. Nəticə etibarı ilə bütün həmin müddət ərzində qeyri-yaşayış sahəsi məhz cavabdehlərin istifadə və sahibliyində olmuşdur.
61. Belə ki, həmin sahəni Ramal Allahverdiyevə nəticə etibarı ilə Cavabdeh2 təhvil vermiş, sonradan da Ramal Allahverdiyev həmin sahənin açarlarını yenidən X14 qaytarmış, lakin orada işlədiyi dövr üçüç iddiaçıya hər hansı məbləğdə pul verə bilməmişdir. Bu hallar şahid Ramal Allahverdiyevin ifadəsi (42-ci bənd) və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla (57-ci bənd) təsdiq edilir.
62. Bununla belə, məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2021-ci ilin oktyabr ayından 2024-cü ilin yanvar ayına kimi mülkiyyətçi kimi həmin əmlakdan sərbəst istifadə etmək və ona sahib olmaqla gəlir əldə etmək hüquqlarını həyata keçirə bilməmiş, bu əmlakın icarəyə verilməsindən real olaraq hər ay əldə edə biləcək ən azı 2.000 manat məbləğində gəlirdən (bu məbləği tərəflər özləri təsdiq edir) məhrum olmuşdur. Halbuki, artıq müəyyən edildiyi kimi, həmin müddət ərzində qeyri-yaşayış sahəsindən iddiaçının iradəsinə zidd olaraq başqa şəxslər istifadə etməklə qəlir əldə etmişlər. Qeyd edilənlər öz növbəsində iddiaçı tərəfindən qanusuz sahibliyin həyata keçirildiyi bütün müddət üçün, yəni əmlakın ona təhvil verilənədək, bu əmlakdan götürməli olan gəlirlərin məhz cavabdehlərdən tələb edilməsi üçün əsas yaradır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə və 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan bu əmlakdan çıxarılana qədər cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2.000 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. İddia ərizəsində iddiaçının xx.xx.2021-ci il tarixdən əmlakın təhvil verilməsi müddətinədək hər günü üçün cavabdehlərdən 66,66 manat tələb etməsi də birinci instansiya məhkəməsinin hər ay üçün 2.000 manat pulun tutulması ilə bağlı qənaətinin səhv olmasını təsdiq etmir. Hər bir halda, məbləğ etibarı ilə bir gün üçün tələb edilən 66,66 manat, 1 ay üçün məhz hər iki tərəfin etiraf etdiyi 2.000 manat təşkil edir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin bu tələb üzrə dəlillərini əsassız olduğunu təsdiq edir.
63. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılan tarixdə mübahisəli əmlak faktiki olaraq iddiaçıya təhvil verilmədiyindən, bu hal işə kassasiya qaydasında baxıldıqdan sonra baş verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə məznununu da qanuni hesab edir və əmlakın təhvil verilməsi müddəti əsas götürülməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı məsələnin icra mərhələsində həll edilməli olduğunu vurğulayır.
64. Məhkəmə kollegiyası işin hallarına istinadən qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 tərəfindən əvvəlki və ya hazırki mülkiyyətçi ilə mübahisəli qeyriyaşayış sahəsinində hər hansı yaxşılaşdırma, o cümlədən təmir-tikinti işlərinin aparılması razılaşdırılmamışdır. Ümumiyyətlə cavabdeh X20 tərəfindən belə bir işlərin görülməsi, o cümlədən bu barədə məlumatın verilməsi müəyyən edilmir. İddiaçı da öz növbəsində Cavabdeh2 tərəfindən bu əmlakda hər hansı işlərin görülməsini qəbul etmir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddia üzrə bu tələbin əsassız olduğunu təsdiq edir və rədd edilməsini şərtləndirir.
65. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində öz qənaətində haqlı olmuşdur. Bu səbəbdən birgə verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının və ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-596/2022 nömrəli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.