Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1120/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7315/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19180 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-2021-ci il tarixlərdə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19180 manat pul göndərilmişdir. Bundan sonra cavabdehlərdən 19180 manatın qaytarılmasını tələb etsə də, bu günədək həmin pulları onlardan ala bilməmişdir. Cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirirlər və pulu qaytarmaqdan yayınırlar. Bir sözlə onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış və nəticədə ziyan vurmuşdurlar. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7315/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iddia tələbi təmin olunmadığına görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 ilə nikahları Xətai Rayon Məhkəməsinin 27.03.2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan bir neçə il keçdikdən sonra o, ölkə hüdudlarından kənarda olduğundan telefonla əlaqə saxlamağa başlamışdır. Əlaqə saxladığı zaman, cavabdeh A.Sevdimalıyeva onun qazandığı pulları saxlaya bilmədiyi, ona görə də özü üçün ev almağı üçün ona pul göndərməyini və onun üçün pulu yığacağını bildirmiş, onu pul göndərməyə razı salmışdır. Rusiya Federasiyasında olduğundan, cavabdehə bank vasitəsilə pul göndərməyə razı salmışdır. 2020-2021-ci illərdə 1. 06.04.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat) 2.06.05.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat) 3. 23.05.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat) 4. 14.06.2020-ci il tarixdə - 7000 rubl (167 manat) 5. 22.07.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat) 6. 28.07.2020-ci il tarixdə - 1000 rubl (23,86 manat) 7. 12.08.2020-ci il tarixdə - 12000 rubl (286,29 manat) 8. 13.08.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat) 9. 25.08.2020-ci il tarixdə - 22500 rubl (536,79 manat) 10. 03.09.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat) 11.12.09.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat) 12. 16.11.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat) 13. 30.11.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat) 14. 28.12.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat) 15. 15.01.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat) 16. 08.02.2021-ci il tarixdə - 12000 rubl (286,29 manat) 17. 15.02.2021-ci il tarixdə - 2500 rubl (59,64 manat) 18. 26.02.2021ci il tarixdə - 12000 rubl (286,29 manat) 19. 08.03.2021-ci il tarixdə - 5000 rubl (119,29 manat) 20. 13.03.2021-ci il tarixdə - 15000 rubl (357,86 manat) 21. 01.05.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat) 22. 29.05.2021-ci il tarixdə - 14000 rubl (334 manat) 23. 12.06.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat) 24. 29.06.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat) 25. 16.07.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat) 26. 06.08.2021-ci il tarixdə - 9000 rubl (214,71 manat) 27. 65000 rubl (1550,72 manat) 28. 300000 rubl (7157,15 manat) 29. 771 manat pul vəsaitini Aynur Sevdimalıyevanın kart hesabına köçürmüşdür, həmçinin cavabdeh Aynur Sevdimalıyevanın istəyi ilə digər cavabdeh Qəlbinaz Sevdimalıyevanın hesabına da evin alınması üçün 1. 4400 manat 2. 2795 manat 3. 300 manat 4. 210 manat pul vəsaitləri köçürmüşdür. O, cavabdehlərlə sonuncuların onun üçün ev almaq barədə razılığa gəlməmişdir ki, onlarla müqavilə bağlasın və onlara vəkalət versin ki, onun üçün ev alsınlar. Cavabdehlər sadəcə onun göndərdiyi pulları yığırdılar və Bakı şəhərinə qayıdanda pulu ona verməli idilər. Bunun üçün məhkəmənin göstərdiyi kimi tapşırıq müqaviləsi bağlanmalı deyildi. Lakin cavabdehlər onun etibarından sui istifadə edib onu aldadaraq göndərdiyi pulları ona qaytarmamışlar. Onun cavabdehlərə pul göndərməsinin qanuni əsası olmayıb. Cavabdehlər sadəcə onun üçün pul yığırdılar. O, övladına qarşı valideyn öhdəliklərini icra edərək övladına aliment ödəyir. Bununla bağlı, qəbzləri də elektron məhkəmə sistemi ilə məhkəməyə göndərmişdir. Övladı qarşısında hazırda başqa öhdəlik daşımır. Təbii ki, övladı gələcəkdə onun varisidir, ona məxsus olan əmlak sonradan övladına keçəcəkdir. Lakin hazırda isə övladına, keçmiş həyat yoldaşına ev almaq öhdəliyi daşımır. Məhkəmə Sabunçu Rayon İcra Şöbəsinin 21.09.2021-ci il tarixli məktubuna əsaslanmaqla onun 3234 manat aliment borcunun olduğunu göstərir. Halbuki, o, bank vasitəsilə cavabdehlərə 22 838,65 manat məbləğində pul göndərmişdir. Həmin puldan 3 658,65 manat çıxmaqla 19 180 manat pul tələb etmişdir. 3 658, 65 manat pulun uşağın saxlanması üçün göndərmişdir. Belə ki, o, cavabdehlərə qarşı əsassız hərəkət etməmiş, əsassız fikir irəli sürməmişdir. Əksinə, cavabdehlər onu aldadaraq pullarını almış, onun hüquqlarını pozmuşlar. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutları mötəbər saymamış, amma cavabdehlərin heç bir sübutla təsdiq edilməyən izahatlarını əsas gətirməklə onun ifadələrini cavabdeh Aynur Sevdimalıyeva ilə barışmaq cəhdi kimi qiymətləndirmişdir. Tərəfindən cavabdehlərin hesabına köçürülən pul vəsaitlərinin ev alınması üçün göndərilməsini onunla cavabdeh Aynur Sevdimalıyevanın arasında olan “whatsapp” yazışmaları da təsdiq edir. Həmin yazışmalarda cavabdeh ondan ev alınması üçün pulun göndərilməsini istəyir, bəzən isə ev pulunun üstündən götürərək işlətdiyini bildirmişdir. “Whatsapp” yazışmaları qanunu pozmaqla əldə edilmədiyindən sübut növü kimi istifadə edilməlidir. Məhkəmə cavabdehlərdən öz etirazlarını əsaslandıracaq mötəbər sübutları tələb etməmişdir, cavabdeh Aynur Sevdimalıyeva izahatında “pulun evin alınması üçün göndərilmədiyini, Zaurun göndərdiyi pulun bir hissəsini ayıraraq yığacağını, lakin sonradan Zaur ona demişdir ki, narahat olmasın özü Bakıya qayıdanda ev alacaqdır. Zaurun görüntülü zəng edərək bir oğlunun olduğunu, onun üçün heç bir şey etmədiyini, ancaq onun üçün nəsə edəcəyini bildirmişdir” göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər göstərilən pulların onlara göndərilməsini danmamışlar və tərəfindən təqdim edilmiş “whatsapp” yazışmalarının həqiqiliyini inkar etməmişlər. Onun cavabdehlərə göndərdiyi pullara dair bank əməliyyat çekləri və aralarındakı “whatsapp” yazışmaları tərəfindən təqdim edilmiş yazılı sübutlardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehlərə evin alınması ilə bağlı hər hansı bir tapşırığı olmamışdır, sadəcə iddiaçı başqa ölkədə olduğundna və pulun yığılmasında çətinlik çəkdiyindən pulları cavabdehlərə göndərmişdir ki, onlar pulları yığsınlar. Lakin cavabdeh A.Sevdimalıyevə göndərilmiş pulları yığmamış və həmin pullardan oğlu üçün və digər məqsədləri üçün xərcləmişdir. Bu barədə “whatsapp” yazışmaları da mövcduddur. Həmin yazışmalardan açıq aydın görünür ki, A.Sevdimalıyeva iddiaçının göndərdiyi pulları xərcləmişdir. Həmçinin A.Sevdimalıyeva birinci instansiya məhkəməsi baxışı zamanı verdiyi izahatında da həmin halları təsdiq etmişdir. Eyni zamanda digər Cavabdeh2 da pulların göndərilməsini və həmin pulları bankdan çıxardaraq qızına, yəni digər cavabdeh A.Sevdimalıyeva verməsini təsdiq etmişdir. Hazırda təqdim edilmiş qəbzlərdən iddiaçının cavabdehlərə göndərdiyi pul vəsaitlərinin 22 838,65 manat olması müəyyən edilir, iddiaçı həmin vəsaitdən alimentlə bağlı borcunun çıxılmaqla yerdə qalan vəsaiti, yəni 19180 manatı tələb edir. Məhkəmə iclasında cavabdeh eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı özü könüllü şəkildə pul vəsaitləri göndərmişdir, həmin vaxtlar qızının - A.Sevdimalıyevanın pulları götürməyə vaxtı olmadığından özü pul vəsaitlərini bankdan çıxardaraq A.Sevdimalıyevaya vermişdir. Lakin iddiaçı həmin pul vəsaitlərini oğlu üçün evin alınması məqsədi ilə göndərmişdir, sonradan isə özünün Bakı şəhərinə gələrək ev alacağını, yığdığı pulları övladına xərcləməsinə Zaur razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.02.2013-cü il tarixli, 2(011)-617/2013 saylı qətnaməsindən görünür ki, ilə İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında 14.01.2011-ci il tarixdə tarixdə bağlanmış nikahın pozulması, 24.05.2011-ci il təvəllüdlü X6 anasının yanında qalması və İddiaçı onun yetkinlik yaşıa çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əməliyyat üzrə qəbzlərin təsdiqlənməmiş surətlərinə əsasən İddiaçı tərəfindən X1 hesabına 06.04.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 06.05.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 23.05.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 14.06.2020-ci il tarixdə - 7000 rubl (167 manat), 22.07.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 28.07.2020-ci il tarixdə - 1000 rubl (23,86 manat), 12.08.2020-ci il tarixdə - 12000 rubl (286,29 manat), 13.08.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat), 9. 25.08.2020-ci il tarixdə - 22500 rubl (536,79 manat), 10.03.09.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 12.09.2020-ci il tarixdə- 10000 rubl (238,57 manat), 16.11.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat), 30.11.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat), 28.12.2020-ci il tarixdə- 10000 rubl (238,57 manat), 15.01.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 08.02.2021-ci il tarixdə - 12000 rubl (286,29 manat), 15.02.2021-ci il tarixdə - 2500 rubl (59,64 manat), 26.02.2021-ci il tarixdə - 12000 rubl (286,29 manat), 08.03.2021-ci il tarixdə - 5000 rubl (119,29 manat), 13.03.2021-ci il tarixdə - 15000 rubl (357,86 manat), 01.05.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 29.05.2021-ci il tarixdə - 14000 rubl (334 manat), 12.06.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 29.06.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 16.07.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 26.06.08.2021-ci il tarixdə - 9000 rubl (214,71 manat) 27.65000 rubl (1550,72 manat), tarixsiz, nömrəsiz sənədlərə əsasən 28.300000 rubl (7157,15 manat) pul vəsaiti köçürülmüşdür. Bundan başqa, tarixsiz, nömrəsiz sənədlərə əsasən digər cavabdeh Qəlbinaz Sevdimalıyevanın hesabına 4400 manat, 2785 manat, 300 manat, 210 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin Cavabdeh1 ünvanlanmış 147212 saylı, 21.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı aliment borcu bir uşağın saxlanması üçün 21 ərzində sentyabr 2021-ci il daxil olmaqla 3234 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandэrmэюdэr ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ev alınması üçün 19180 manat göndərdiyini iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Whatsapp yazışmalarından da tərəflər arasında ev alınmasına dair tapşırıq müqaviləsinin bağlanması müəyyən olunmur. Əksinə, məhkəmə hesab edir ki, iddiaçının işlətdiyi ifadələr onun Cavabdeh1 ilə barışmaq cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı tapşırıq müqaviləsi ilə bağlı mübahisə olmamışdır, birinci instansiya məhkəməsi isə əsassız olaraq tapşırıq müqaviləsi ilə bağlı normanı qətnamədə qeyd etməklə tərəflər arasında ev alınmasına dair tapşırıq müqaviləsinin bağlanmasının müəyyən olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbini onunla əsaslandırmışdır ki, 2020-2021-ci il tarixlərdə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müəyyən məbləğdə pul göndərilmişdir. Bundan sonra cavabdehlərdən 19180 manatın qaytarılmasını tələb etsə də, bu günədək həmin pulları onlardan ala bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbində istinad etdiyi hallara Mülki Məcəllənin 1091-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki işin faktiki halları isə ondan ibarət olmuşdur ki, iddiaçı 2020-2021-ci illər ərzində cavabdehlərə pul vəsaitləri göndərmişdir. Bununla bağlı məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə, tərəflər arasında olan “whatsapp” yazışmalarına eləcə də cavabehlərin izahatlarına sübut kimi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Hazırki iş üzrə də birbaşa əlaqədar tərəflər yəni iddiaçı ilə, cavabdeh A.Sevdimalıyeva arasında sirr olmayan yazışmalardan çıxarışlar təqdim edilmişdir ki, həmin yazışmalar qanunu pozmaqla əldə edilmiş hesab edilmir. Həmin yazışmalardan göründüyü kimi iddiaçı mütəmadi olaraq mənzil almaq məqsədilə pul yığmaq üçün cavabdeh A.Sevdimalıyeva pul vəsaitlərinin göndərilməsini, sonuncu da iddiaçının ona pul vəsaitlərini göndərməsini qəbul etməklə yanaşı bəzi hallarda həmin puldan xərclədiyini bildirmişdir. Digər tərəfdən cavabdeh A.Sevdimalıyeva birinci instansiya məhkəməsi baxışı zamanı izahatında (i.v 92-93) Zaurun ona oğluna ev almaq üçün pul göndərdiyini, o isə pulun bir hissəsini ayıracağını bildirmiş, sonradan Zaur ona narahat olmamaısını, özü Bakıya gələndə oğluna ev alacağını demiş, Zaurun göndərdiyi pulu övladına xərclədiyni bildirmişdir. Bununla yanaşı digər cavabdeh eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya baxışı zamanı bildirmişdir ki, iddiaçı özü könüllü şəkildə pul vəsaitləri göndərmişdir, həmin vaxtlar qızının - A.Sevdimalıyevanın pulları götürməyə vaxtı olmadığından özü pul vəsaitlərini bankdan çıxararaq A.Sevdimalıyevaya vermişdir. Lakin iddiaçı həmin pul vəsaitlərini oğlu üçün evin alınması məqsədi ilə göndərmişdir, sonradan isə özünün Bakı şəhərinə gələrək ev alacağını, yığdığı pulları övladına xərcləməsinə razılıa vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən isə görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehlərə ümumlikdə 22639.04 manat pul vəsaiti göndərmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının cavabdehlərə pul vəsaitinin göndərilməsi işin qeyd olunan halları ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf istər “whatsapp” yazışmalarında, istərsə də verdikləri izahatlarda iddiaçının onlara pul vəsaitləri göndərilməsini qəbul etmişlər, lakin sonradan iddiaçının özünün Bakı şəhərinə qayıdaraq ev alacağını, yığdığı pulları övladına xərcləməsinə Zaurun razılıq verməsini qeyd etsələr də, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının pul vəsaitlərini göndərdikdən sonra pul vəsaitlərini Cavabdeh2 qəbul etsə də, sonradan həmin vəsaitəri digər Cavabdeh1 verməsi məhz Cavabdeh2 izahatı ilə təsdiq edilmişdir ki, bununla da iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olmuşdur. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, lakin birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələlbərini pozaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tutulmalı olan pul vəsaitinin məbləği hissəsində qeyd edir ki, iddiaçı cavabdehlərə göndərdiyi pul vəsaitindən alimentlə bağlı yaranmış borcunun çıxılmaqla yerdə qalan vəsaiti tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən iddiaçının 22639.04 manat pul vəsaitinin göndərilməsi müəyyən edilsə də, iddiaçı tələbində 19180 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələbi iddiaçının tələbində göstərilən həddə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi cavabdeh A.Sevdimalıyeva iddiaçı ilə aralarında müqavilə olmadan aldığı 19180 manat pulu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əssassız varlanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi Cavabdeh1 alınaraq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7315/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 19180 (on doqquz min yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1120/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1120/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver