Məhkəmə qərarları › İş №2(103)-11200/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11200/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11200/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcu tutulması” tələbi barədə ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5542/2021 saylı işi üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilri ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə ilkin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001 )-5542/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apeliyasiya şikayəti əsasında mülki iş 26 oktyabr 2021-ci il tarixdə Bakı Apeliyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra 01 noyabr 2021-ci il tarixdə məhkəmənin yuxarıda qeyd edilən qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apeliyasiya şikayəti məhkəməyə daxil olmuşdur.Həmin şikayətə baxılması üçün 2(001)- 5542/2021 saylı mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar