Məhkəmə qərarları › İş №2(103)-11207/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11207/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11207/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7770/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Məmmədov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2020-ci il tarixli ilkin alğı-satı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2007ci il buraxılışlı **-HK-*** dövlət nömrə nişanlı Kia Sportage markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, ödənişin gecikdirildiyi 2 aya görə hər gün üçün 10 manat olmaqla, 600 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7770/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7770/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7770/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. - 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin rəsmi qeydə alındığı ünvan Sumqayıt şəhər ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. İddiaçı iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə təqdim etməsini tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci maddəsinin şərti ilə əsaslandırmışdır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanan 28.11.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin 2.8-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, ödənişlə bağlı hər hansı problem yaranarsa məhkəmə Bakı şəhəri ərazisində keçiriləcəkdir. Bununla bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, müqavilənin həmin şərti iddiaçının əsaslandırması kimi geniş şərh edilə bilməz. Belə ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər arasında mübahisə Bakı İnzibati Ərazi Vahidində baxılacaqdır. Halbuki müqavilə ilə ərazi aidiyyətinin müəyyən edilməsi iddiaçının seçimi ilə müəyyən şəhər daxilində istənilən şəhər rayonu üzrə iddia verilməsini özündə ehtiva etmir. Eyni zamanda ərazi aidiyyəti dedikdə müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsi (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) nəzərdə tutulur. Odur ki, iddiaçının göstərdiyi əsasla Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi əsassız olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsindən göründüyü kimi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq hesab etmiş dir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7770/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi və Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7770/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar