Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11223/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 2(002)-880/2016 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası;CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən X1 törətdiyi cinayət əməli nəticəsində ona vurduğu 65000 (altmış beş min) manat məbləğində ziyanın cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə birici cavabdeh X3 30.04.2015-ci il tarixdə saat 07 radələrində Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 4-cü kilometrində idarə etdiyi “Shacman” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən yolu soldan sağa keçən piyada, onun həyat yoldaşı, 18.01.1962-ci ildə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 8, mənzil 7-də qeydiyyatda olan X5 vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Faktla bağlı Azərbaycan Respublikası BDYPİ-nin istintaq və təhqiqat şöbəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli 30 aprel 2015-ci il tarixli cinayət işi başlanmış və X3 həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai istintaq orqanının 04.07.2015-ci il tarixli 015501 nömrəli qərarı ilə o, zərərçəkmiş (ölmüş) şəxsin hüquqi varisi qismində tanınmışdır. Abşeron rayon Məhkəməsinin 1(102)-247/2015 saylı, 09 oktyabr 2015-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək iki il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Hökmə əsasən o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarına əlavə edilmiş AC 480004 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, cavabdeh X1 idarə etdiyi “Shacman Yük” markalı, 2012-ci il buraxılışlı, **-DN-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomaşının sahibi iddia tələbi üzrə ikinci Cavabdeh2 oğludur. Təqsirləndirilən şəxs Cavabdeh1 Pakəddin oğlunun törətdiyi cinayət əməli nəticəsində ona 15000 AZN manat məbləğində ziyan vurulmuşdur. Həmin ziyan aşağıdakılardan ibarətdir: Dəfn xərcləri. Həmin xərclərə mərhumun dəfn günü çəkilən xərclər (meyitin yüyulması, kəfənlənməsi, qəbirstanlıqdan yerinin alınması, qəbrin qazılıb hazırlanması, mərhumun dəfn olunması və.s xərclər), həmçinin mərhumun üçü, yeddisi, qırxı və cümə axşamları zamanı çəkilən xərclər daxildir. Bu xərclər 10000 (on min) AZN manat təşkil edir. Bundan başqa mərhumun qəbr daşının düzəldilməsi üçün 3000 (üç min) AZN, manat məbləğində xərc çəkmişdir. Cəmi: 13000 (on üçmin) AZN manat. 2. Sair xərclər. Sair xərclər təxminən 2000 (iki min) AZN manat təşkil edir. Bu xərclərə baş vermiş hadisə zamanı, stress vəziyyətə düşdüklərindən onun və ailə üzvlərinin səhhətlərinin pisləşməsi ilə əlaqədar aldıqları müalicələr, yol xərcləri, ərinin dəfni və yas mərasimləri ilə əlaqədar işləmədiyi günlər üçün əldən çıxmış gəlirləri və s. daxildir. 3. Mənəvi zərər. X1 törətdiyi cinayət əməli nəticəsində həyat yoldaşı X4 faciəvi surətdə qəfil ölümü onda və yetkinlik yaşma çatmayan uşaqlarında dərin ruhi həyəcana, stress və mənəvi, sarsıntıya səbəb olmuşdur. X6 ilə birgə nigahlarından anadan olmuş yetkinklik yaşına çatmayan uşaqları: 14.01.2000ci ildə anadan olmuş oğlu X10 və 04.12.2001-ci ildə anadan olmuş oğlu X11 atalarının qəfil ölümü, onu vaxtsız itirmələri ilə heç cür barışa bilmirlər. Baş vermiş hadisə nəticəsində onların ailələrinə bərpa olunmaz itki baş vermişdir. Həyat yoldaşı Elman Hacıyev ailənin yeganə qazanc gətirəni olduğundan onun ölümü ilə ailələrinin maddi vəziyyəti kəskin dərəcədə pisləşmişdir. O, heç yerdə işləmir, uşaqları isə yetkinlik yaşlarına çatmamışlar. Daima maddi və mənəvi cəhətdən heç bir çatışmazlığları olmadığı halda, onlar bu gün faktiki olaraq onun 1-ci qrup valideynlərinin himayəsinə düşmüşlər, onların aldıqları təqaüdlə yaşamaq məcburiyyətində qalmışlar. Daima ata himəyəsində və qayğısında böyüyən uğaqları artıq atasız olduqlarından onlarda gələcəkləri ilə bağlı inamsızlıq, bədbinlik və böyük rüh düşkünlüyü yaranmışdır. Düşdüyümüz bu şərait onu da olduqca çətin və ağır vəziyyətə salmışdır. Başqa uşaqlar atalarma güvənərək həyatlarında mühüm addımlar atdıqları zaman, onun uşaqları bu güvəncdən məhrum olunacaqlar. Onların həyatlarında gələcəkdə baş verəcək bütün mühüm hadisələr zamanı - orta məktəbi bitirmələri, ali məktəblərə daxil olmaları ilə bağlı sevincli anlarında, həqiqi hərbi xidmətə çağrılmaları ilə bağlı keçirəcəkləri hayacanlı günlərində, evlənərək ailə həyatı qurduqları zaman həyatlarının ən məsuliyyətli anlarında başqalarından fərqli olaraq, onların yaranda güvəndikləri, etibar etdikləri bir insan-ataları olmayacaqdır. Övladları həyata ilk müstəqil addımlarını atdıqları andan ağrı və acılarını daha da kəskin formada hiss edəcəklər. Onlann yaşamaq eşqini, gələcəyə olan inamlarını artırmaq, uşaqlarının və onların keçirdikləri mənəvi sarsıtıları qismən də olsa aradan qaldıraraq, düşdükləri depressiv vəziyyətdən çıxmaq üçün müəyyən kompleks tədbirlərin, o cümlədən, tibbi, psixoloji müalicələrin alınmasına, psixaterapevt konsultasiyalarma, yaşadıqları mühütün və şəraitin dəyişməsinə və digər əhəmiyyətli tədbirlərin keçirilməsinə böyük zərurət vardır. Bütün bunları isə maddi vəsaitin hesabına etmək mümkündür. O, heç bir yerdə işləmir, uşaqları isə azyaşlıdırlar. Qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydalara görə cavabdehlər onların təqsiri üzündən bizə vurduqları mənəvi zərərə ğörə maddi məsuliyyət daşıyırlar. Ona görə də, hesab edir ki, cavabdehlərin təqsiri üzündən onların vurduqları mənəvi zərəri qismən də olsa aradan qaldırmaq üçün cavabdehi ərdən onun xeyrinə 50000 (əlli min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 2(002)-880/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X3 və Cavabdeh2 dəymiş maddi zərərin məbləği 13100 (on üç min yüz) manat tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, məhkəmə iclaslarına çağırılmamışdır. “Shacman” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə əsasında idarə etmək üçün Cavabdeh1 Pakəddin oğluna vermişdir. Bu məhkəmə hökmü ilə də müəyyən olunmuşdur. Buna görə də, iddia tələbi ona münasibətdə təmin oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 aid qismən təmin edilən və rədd edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, apellyator qətnaməni yalnız özünə aid hissədə mübahisələndirmişdir. Araşdırılmış sübutlar əsasında müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan və etibarnamə ilə digər Cavabdeh1 tərəfindən idarə olunan avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə iddiaçının həyat yoldaşı X7 vəfat etmişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-247/2015 saylı, 09 oktyabr 2015-ci il tarixli hökmünə əsasən X3 AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə istinad eədərək, qeyd etmişdir ki, iddia qismən təmin edilərək, 13100 manat maddi zərər hər iki cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, kollegiya hesab edir ki, Abşeron rayon Məhkəməsinin 1(012)-247/2015 saylı, 09 oktyabr 2015-ci il tarixli hökmünə əsasən avtomaşın qanuni əsaslarla (etibarnamə) mülkiyyətçi Cavabdeh2 tərəfindən digər Cavabdeh1 Pakəddin oğlunun istifadəsinə verildiyindən, baş vermiş yolnəqliyyat hadisəsinə görə mülkiyyətçi Cavabdeh2 hər hansı maddi məsuliyyət daşımadığından, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 aid hissədə qismən təmin və rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Kollegiya apellyatorun məhkəmə iclasından məlumatlı olmaması ilə bağlı dəlilini əssassız hesab edərək, qeyd edir ki, həmin dəlil iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 2(002)- 880/2016 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 aid qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11223/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11223/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver