Məhkəmə qərarları › İş №2(103)-11232/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11232/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11232/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 28 oktyabr 2021-ci il tarixli, 2(103)-11232/2021 saylı qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilərək, icraata qəbul edilmişdir. (Hakimlər –İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ) Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363- VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) edilmiş dəyişikliyə kimi qüvvədə olan tələblərinə uyğun verilməmişdir.(Apellyasiya şikayəti 21.09.2021-ci il tarixdə verilmişdir.) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və qanunlara, digər normativ aktlara və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir (361.1.4). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (364). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (366.2). İddiaçı1 apellyasiya şikayətində yeni qətnamə çıxarılmasını xahiş etsə də, işin materiallarına istinad etməklə qətnaməni düzgün hesab etmədiyi əsasları göstərməmiş, ümumiyyətlə apellyasiya şikayətini əsaslandırılmamış, qətnamənin qanunsuzluğu və ya əsassızlığı ilə bağlı mövqeyi ifadə edilməmişdir. Odur ki, verilmiş apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və həmin məhkəmənin 28 oktyabr 2021-ci il tarixli, 2(103)-11232/2021 saylı qərardadı ləğv olunsun, iş mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar