Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11268/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2011- ci il tarixli, 2(006)-4438/2011 saylı qətnamə əsasında Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasının dəyişdirilərək Cavabdeh hər uşağa görə sabit pul məbləğində 200 manat, cəmi 400 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli, 2(006)-4438/2011 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 10 sentyabr 2007-ci il tarixli nikah pozulmuşdur. 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlara çatanadək saxlanılmaları üçün 2011-ci ilin sentyabr ayından başlayaraq hər ay hər bir uşaq üçün Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən sonra cavabdeh işdən çıxdığından alimentin ödənilməsində problemlər yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından olan övladları 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4438/2011 saylı, 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Əlizadə (Əsədova) Xalidə Akif qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iki uşağa ümumilikdə 200 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, cavabdeh hər ay yaşa görə əmək pensiyası alır, bunun da miqdarı 468.88 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 300 manat aliment verildiyi halda özünün yaşayışı üçün 168 manat bəs etmir. 168 manatla minimum səviyyədə yaşamaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, cavabdehin pensiya alması barədə arayış təqdim edilməsə də qulluq illərinə görə pensiya alır. Hal-hazırda əlavə qazanc yeri yoxdur. Hesab edir ki, qətnamə qismən ləğv edilməklə iki uşağa ümumilikdə 200 manat məbləğində aliment təyin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışında qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılır. Belə ki, cavabdeh qətnamənin məhz həmin hissəsini mübahisələndirmişdir. İddiaçı isə qətnamənin – iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli, 2(006)-4438/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh arasında 10 sentyabr 200-ci il tarixdə bağlanmış və həmin tarixdə Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 2879 № ilə qeydə alınmış nikahın pozulması, 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X8 anası X1 yanında qalması, 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2011-ci ilin sentyabr ayından başlayaraq hər hər hər bir uşaq üçün Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq X2 verilməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tututlaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 09 aprel 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh oğlu, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 11660505 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 18 may 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh oğlu, anası X3r. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X8 və X6 iddiaçı Əlizadə (Əsədova) Xalidə Akif qızının himayəsindədir. İddiaçı tərəf bildirir ki, uşaqların saxlanması üçün artan tələbat Nəsimi rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ilə ödənilə bilmir. Ona görə də, iddiaçı alimentin artırılaraq hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh X7 isə 410 manat təqaüd aldığıni bildirir. Bu baxımdan, uşaqların mənafeyi ilə yanaşı, cavabdehin də maddi və əmlak mənafelərini əsas götürülərək, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər uşaq üçün 150 manat, cəmi 300 manat həcmində müəyyənləşdirilməsi məqsədəmüvafiqdir. Beləliklə hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nəsimi Rayon Məhkəməsi 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə onun xeyrinə Cavabdeh hər ay aylıq əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-11268/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11268/2021
01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver