Məhkəmə qərarları › İş №2(103)-1127/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1127/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1127/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(010)- 1464/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1005,14 ABŞ dolları əsas, 1623,45 ABŞ dolları faiz, 3077,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 13.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 148,54 ABŞ dolları borc, ümumilikdə 5854,54 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(010)- 1464/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, iddianın rədd edildiyi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1464/2020 saylı iş üzrə 28.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 sentybar 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamənin qəbul edilməsinin əsası kimi qeyd edir: “Dəmirbank ASC-nin Xəzər filialının müdiri Elçin Məmmədov, kredit mütəxəssisi Aslan Hacıbəyli və aparıcı satış məsləhətçisi Mədinə Əliyeva tərəfindən 21 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh1 tərəfindən 1278.30 manat məbləğində vəsait **********-22 saylı cari hesaba mədaxil edildi. Həmin vəsait 36-70039458-7 saylı İddiaçı ASC qarşısında olan ********* saylı, 16/02/2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 4835.49 USD məbləğində qalığının əsas məbləğinin 1254.53 USD Bank tərəfindən 1 USD=1.20 manat güzəşt edilməsi nəticəsində kreditin tam bağlanılmasına yönəldi. 27 sentyabr 2017-ci il tarixli razılaşmaya əsasən əsas borc qalığı (3398.59 USDx1.20=4078.30 manat) tam ödənilib bağlandı.” Bununla bağlı qeyd edirlər ki, Cavabdeh1 Bankla arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyi tam olaraq icra etməmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş maliyyə arayışından da görünür ki, cavabdehin sistem üzrə Banka olan əsas borcu 1005.14 ABŞ dolları, faiz borcu 1623.45 ABŞ dolları, cərimə borcu 3077.41 ABŞ dolları, 148.54 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə borcu isə 5854.54 ABŞ dolları kimi qeyd edilmişdir. Məhkəmənin istinad etdiyi 21.12.2017-ci il tarixli aktda isə cavabdeh tərəfindən 1278.30 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd edilmişdir. Tərəflər arasındakı mübahisə predmeti olan kredit borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv araşdırılması üçün məhkəməmühasibatlıq ekspertizası təyin etməliydi. Məhkəmə isə cavabdehin təqdim etdiyi aktı əsas sübut növü kimi qəbul edərək bu əsasla da iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddia ərizəsinə və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(010)-1464/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarında olan Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 16.02.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 27%lə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh2 və Cavabdeh3 qeyd olunan kredit müqaviləsi üzrə zamin qismində çıxış edirlər. İş materiallarında olan 16.02.2015-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 10.000 ABŞ Dolları məbləğində pul verilmişdir. İş materiallarında olan 16.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 Fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 13 yanvar 2020ci il tarixinə 1005,14 ABŞ dolları əsas, 1623,45 ABŞ dolları faiz, 3077,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 13.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 148,54 ABŞ dolları borc, ümumilikdə 5854,54 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 19.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 Fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 17 iyun 2020-ci il tarixinə 1005,14 ABŞ dolları əsas, 1737,75 ABŞ dolları faiz, 3191,71 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 17.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 170,38 ABŞ dolları borc, ümumilikdə 6105,98 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 13.01.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 3 gün ərzində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 27.01.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 29 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 12 iyul 2021-ci il tarixli 9/2547 saylı Ekspertiza Rəyindən görünür ki, birinci sual üzrə iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 16 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 16 fevral 2017-ci il tarixə İddiaçı ASCnə olan borcu ümumilikdə 4.280,81 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, 16.02.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 4.129,07 ABŞ dolları, faiz borcu 151,74 ABŞ dolları müəyyən edilmişdir. İkinci sual üzrə qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadının 2-ci sualında ekspert qarşısında “21.12.2017-ci il tarixə akt nəzərə alınmaqla 19.06.2020-ci il tarixli maliyyə arayışında göstərilən tarixə -17.06.2020-ci il tarixə Cavabdeh1 borcu (əsas və faiz) nə qədərdir” sualı qoyulmuşdur. İş materiallarında (c.v.91) 21 dekabr 2017-ci il tarixli “Akt” mövcuddur. Həmin “Akt”-a göstərilənlərə əsasən İddiaçı ASC-ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 borcu bağlanmışdır. Belə olan halda 21 dekabr 2017-ci il tarixli “Akt” məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə 16 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 borcu tam bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsi borc müqaviləsinin məzmununu müəyyən edir. Həmin normada qeyd edilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə kreditorun əsas vəzifəsi pul vəsaiti üzərində mülkiyyət hüququnu borc alana vermək, hüququ isə həmin vəsaitin vaxtında qaytarılmasını, qaytarılma şərtləşdirilmiş vaxtda və qaydada həyata keçirilmədikdə, müqaviləyə vaxtından əvvəl xitam verilməsi və borcun birdəfəlik qaydada tam şəkildə qaytarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş şifahi sorğuya cavab olaraq iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh1 dosyesindən götürülmüş və "xxxx" ASC Xəzər filialının müdiri Elçin Məmmədov, kredit mütəxəssisi Aslan Hacıbəyli və aparıcı satış məsləhətçisi Mədinə Əliyeva tərəfindən 21 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh1 tərəfindən 1278,30 AZN məbləğində vəsait 36-70039458-22 saylı cari hesab mədaxil edildi. Həmin vəsait 36-70039458-7 saylı "xxxx" ASC qarşısında olan ********** saylı, 16/02/2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə) (mövcud olduğu halda) ilə birlikdə) 4835,49 USD məbləğində qalığının əsas məbləğinin 1254,53 USD Bank tərəfindən (1 USD=1,20 AZN) güzəşt edilməsi nəticəsində kreditin tam bağılanmasına yönəldildi. 27 sentyabr 2017-ci il tarixli razılaşmaya əsasən əsas borc qalığı (3398,59 USDx1,20=4078,30 AZN) tam ödənilib bağlandı. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və borcunu tam olaraq bağlamış, bu səbəblə İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun tam olaraq ödənilməsini bildirən akt təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm kreditor tərəfindən borclunun borcunun tam ödənilməsi barədə akt verildiyinə görə, həm də yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə görə hazırkı iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın rədd edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, iddianın rədd edildiyi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər iddia ərizəsi ilə eyni məzmunlu olmaqla yuxarıda hüquqi qiymət verilmişdir. Həmçinin, Kollegiya hesab edir ki, MPM 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150(bir yüz əlli) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(010)- 1464/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150(bir yüz əlli) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar