Məhkəmə qərarları › İş №2(103)-11270/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11270/2021

15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11270/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4251/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının ödənilməsi tələbi»nə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 15 iyun 2002ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 15 dekabr 2003cü il təvəllüdlü Elmir və 14 iyun 2006-cı il təvəllüdlü Nihat adlı uşaqları doğulmuşdur. İlk başda nikah münasibətləri normal olsa da, daha sonra münasibətləri kəskinləşmişdir. Tərəflərin nikahlarına Səbail Rayon Məhkəməsinin 2(009)-608/2019 saylı, 23.04.2019cu il tarixli qətnaməsi ilə xitam verilmişdir. 16.06.2019-cu il tarixdə isə tərəflər arasında nikah müqaviləsi bağlanmışdır. Sözügedən nikah müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,9 m2 olan qeyri-yaşayış binası iddiaçının adına rəsmiləşdirilmişdir. Həmçinin, müqavilədə qeyd olunmuşdur ki, həmin əmlak həm nikah müddətində, həm də nikah pozulduqdan sonra iddiaçının ayrıca mülkiyyətidir və həmin əmlak özgəninkiləşdirildikdə cavabdehin razılığı tələb olunmur. Həmçinin, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən iddiaçıya müvafiq çıxarış da təqdim edilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi hazırda iddiaçının tam qanuni mülkiyyətidir. İlk başda tərəflər arasında olan şifahi razılığa əsasən həmin qeyri-yaşayış sahəsini cavabdeh işlədəcək və iddiaçıya aylıq 2000 manat məbləğində gəlir verəcəkdi. İlk vaxtlarda tərəflərin şifahi razılaşmasına əməl edərək hər ay 2000 manat məbləğində gəliri iddiaçıya təqdim edirdi. Lakin 2020-ci ilin noyabr ayından etibarən cavabdeh razılaşmanın tələblərini pozaraq həmin gəliri iddiaıya verməkdən imtina edir. İddiaçı isə belə olduqda ümumiyyətlə qanuni mülkiyyətindənçıxmağını ondan tələb etdi. Lakin 6 aydan uzun müddətdir ki, cavabdeh iddiaçının qanuni mülkiyyətini zəbt edir və birmənalı olaraq oradan çıxmaqdan imtina edir. Dəfələrlə iddiaçı cavabdehdən qeyri-yaşayış sahəsindən çıxmalı olmasını və qanunun tələbini izah etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehin qanunsuz olaraq iddiaçının mülkiyyətində olan obyektdən istifadə etməsi nəticəsində ona ağır maddi ziyan dəymişdir. İddiaçı həmin 6 ay müddətində obyekti təyinatı üzrə istifadə edə və kifayət qədər gəlir əldə edə bilərdi. Həmçinin, tərəflərin razılaşmasına əsasən cavabdehin iddiaçıya ödəməli olduğu pulu ödəməkdən boyun qaçırtması səbəbi ilə iddiaçının bir çox şəxslərə müxtəlif məbləğlərdə borcları yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.9 m2 olan qeyri-yaşayış binasından çıxarılması və şifahi razılaşmaya əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 6 aylıq icarə haqqının, yəni ümumilikdə 12.000 (on iki min) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 15.06.2002-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikah münasibətlərindən tərəflərin 15.12.2003-cü il təvəllüdlü Həsənov Elmir Elşən oğlu və 14.06.2006-cı il təvəllüdlü Həsənov Nihat Elşən oğlu adında iki övladları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2(009)-608/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi ləğv edilmiş, 16.06.2019-cu ildə tərəflər arasında nikah müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış binası cavabdehin adına rəsmiləşdirilmiş, tərəflər arasında olan şifahi razılaşmaya görə sözügedən qeyriyaşayış binasını cavabdehin istifadəsində qalmaqla istifadəyə görə iddiaçı cavabdehə hər ay 2000 manat məbləğində gəlir vərəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış nikah qeydi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2(009)-608/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, həmin qətnamə ilə tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş 15.12.2003-cü il təvəllüdlü Həsənov Elmir Elşən oğlu və 14.06.2006-cı il təvəllüdlü Həsənov Nihat Elşən oğlu adında iki övladları iddiaçının himayəsində saxlanılmışdır. Qeyd edilmiş qətnamə qəbul edildikdən sonra cavabdeh iddiaçının uşaqları ilə nəfəs aldığını, onlardan ayrı yaşaya bilmədiyini bildiyindən, ona təklif etmişdir ki, əgər iddiaçıya məxsus əmlaklardan ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Səbail rayonu, Adil Quliyev küçəsində istifadədə olan 0,5475 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 4 mərtəbəli evdə ümumi sahəsi 71,68 kv.m olan 10 nömrəli, 3 otaqlı mənzili və həmin ünvanda yerləşən 10 nömrəli, 4 mərtəbəli binada yaşayış sahəsi 55,68 kv.m olan, 3 otaqlı 9 saylı mənzili onun adına rəsmiləşdirilməsinə və istifadəsinə verilməsinə, o cümlədən hissə-hissə ona iki il müddətində 30.000 manat pulu borc verəcəyinə razılıq versə, o, hər iki uşağın iddiaçının yanında və himayəsində böyüməsinə etiraz etməyəcəyinə razılıq verəcəyini bildirmişdir. Tərəflər arasında 16.06.2019-cu ildə nikah müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Səbail rayonu, Adil Quliyev küçəsində istifadədə olan 0,5475 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 4 mərtəbəli evdə ümumi sahəsi 71,68 kv.m olan 10 nömrəli , 3 otaqlı mənzili və həmin ünvanda yerləşən 10 nömrəli, 4 mərtəbəli binada yaşayış sahəsi 55,68 kv.m olan 3 otaqlı 9 saylı mənzili onun adına rəsmiləşdirilməsinə razılıq verdi. Həmin müqavilə bağlandıqdan sonra qeyd edilmiş iki mənzili iddiaçı cavabdehə təhvil verdi. ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsi isə nikah müqaviləsi bağlandığı zaman artıq 1 il idi ki, icarədə olduğunu və icarə müqaviləyə əsasən iddiaçıya aylıq 300 manat icarə haqqının ödənildiyini bilirdi, lakin uşaqlar iddiaçının yanında yaşadıqlarından icarə haqqını istəməyəcəyini söylədiyindən iddiaçı ona həmin obyekdən aldığı icarə haqqını ona verməmişdir. Eyni zamanda, cavabdeh yaxşı bilirdi ki, həmin yalnız 61,9 kv.m metr sahəsi onun mülkiyyətindədir. Əslində cavabdehin icayə verdiyi həmin obyektin ümumi sahəsi 138,98 kv.m-dir, tikilinin 78 kv.m cavabdehə heç bir aidiyyatı yoxdur. Bununla belə iddiaçı cavabdehə verdiyi sözə əməl edərək mülkiyyətinə keçirdiyi iki mənzilin təmirinə və özünə münasib iş qurmaq məqsədi ilə ondan borc istədiyi 30.000 manatdan 2019-cu ilin iyul ayından 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə 27.500 manat pulu onun Bankda açdığı hesab nömrəsinə köçürməyi ödəniş qəbzləri ilə sübuta yetirilir. Bu əsasla da iddiaçı hazırda icarədə olan ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyriyaşayış sahəsini, 78 kv.m sahəsinin istifadəsində qalmaq şərtilə ona təhvil verilməsinə etiraz etmir, lakin cavabdeh də 2019-cu ilin iyul ayından 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə iddiaçıdan borc aldığı 27.500 manat pulu da ona qaytarmalıdır. Göstərilənlərə əsasən ilkin iddianın qismən, ünvan 2 ünvanda yerləşən 61,9 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddiaçıya qaytarılması hissədə təmin edilməsi, qalan hissədə iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Həsənova Şəbinə Nizami qızından 27.500 manat borc aldığı vəsaitin ondan alınaraq iddiaşəya qaytarılmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4251/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda olan 61.90 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə qarşılqlı iddianın təmin edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehn tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdiyi barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4251/2021 saylı 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş notaral qaydada təsdiq edilmiş 09 dekabr 2021-ci il tarixli barşıq sazişindən görünür ki, bir tərəf İddiaçı-Bakı ş., Səbail r., A.Quliyev küçəsi, ev 10, mən 9 (ŞV: AZE ********, 30.06.2018, ASAN4, FİN:xxxxxxx; d/t xx.xx.1982); ikinci tərəf Cavabdeh-Bakı ş., Səbail r., Akademik Həsən Abdullayev küçəsi, ev 2, mənzil 27 (ŞV: AA1386310, 02.01.2020, ASAN 3; FİN: xxxxxxx; d/t: xx.xx.1973) Biz hazırda Bakı Apellyasiya Məhəməsinin icratında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(006)-4251/2021 saylı qətnaməsində verilmiş apellyasiya şikayəti ilə bağlı həmin mülki iş üzrə tərəflər olaraq bir tərəfindən ünvan 5 ünvanında qeydiyyatda olan “ikinci tərəf” Hsənov Elşən Məhərrəm oğlu, digər tərəfdən Bakı ş., Səbail r., A.Quliyev küçəsi, ev 10, mən 9 saylı mənzildə qeydiyyatda olan “birinci tərəf İddiaçı mübahisə predmeti ünvan 2 ünvanda yerləşən 61.9 kv.m olan qeyri-yaşayış sahəsində çıxarılması, ödənilmiş 12.000 (on iki min) manat məbləğində icarə haqqının ödənilməsinə dair ilkin və 29.525 (iyrimi doqquz min beş yüz iyirmi beş) manat borc verilmiş vəsaitin qaytarılmasına dair qarşılıqlı tələblər üzrə aşağıda istinad edilmiş şərtrlə arasında barışıq müqaviləsini bağlayırıq:

1. Hazırki müqavilə üzrə tərəf olan ilkin iddiaçı "birinci tərəf” İddiaçı üzərinə öhdəlik götürür ki, o, müqavilə imzalanan tarixdən 10 gün ərzində mülkiyyətində olan Bak, şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindəki 113 saylı binada yerləşən 61.9 kv.m qeyri-yaşayış sahəsini müqavilə üzrə tərəf olan qarşılıqlı iddiaçı ikinci tərəf Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən sahəsi 65 90 kv/m olan 88 saylı mənzil ilə dəyişdirilməsinə dair notariat qaydasında müqavəni bağlayacaq və müqaviləyə əsasən ona “ikinci tərəf” Cavabdeh tərəfindən ödənilən 45.000 (qırx beş min) manat vəsaiti qəbul edəcək.

2. 3, Hazırkı müqavilə üzrə tərəf olan qarşılıqlı iddiaçı “ikinci tərəf" Cavabdeh müqavilə imzalanan tarixdən 10 gün ərzində mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən sahəsi 65.90 kv/m olan 88 nömrəli mənzili ilkin iddiaçı "birinci tərəf” Həsənova Şəbinə Nizamı qızının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, bina 113 ünvahdakı sahəsi 61.9 kv.m olan qeyri-yaşayış sahəsi ilə dəyişdirilməsinə dair notariat qaydasında müqavilənin bağlanılmasını və həmin müqaviləyə əsasən "birinci tərəf" İddiaçı 45.000 (qırx beş min) manat pul vəsaitinin ödənilməsini öhdəsinə götürür.

3. Bağlanan bu və bağlanacaq dəyişmə müqaviləsi üzrə bütün vergi, dövlət notariat rüsumları “ikinci tərəf” Cavabdeh tərəfindən ödəniləcəkdir.

4. Müqavilə üzrə tərəflər "birinci tərəf” İddiaçı Nizamı qızı və "ikinci tərəf” Cavabdeh qeyd edilmiş şərtlərə uyğun olaraq hazırkı mübahisə iə bağlı birbirinə qarşı Bakı şəhəri Nəsimi rayon məhkəməsində qaldırdıqları ünvan 8 ünvandakı sahəsi 61,9 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması ödənilməmiş 12.000 (on iki min) manat məbləğində icarə haqqının ödənilməsinə dair ilkin və 29.525 manat borc verilmiş vəsaitin qaytarılmasına dair qarşılıqlı tələbdən və iş üzrə verilmiş apellyasiya şikayətindən imtina edirlər və üzərlərinə öhdəlik götürürlər ki, mübahisənin predmeti olan və olmayan əmlaklarla və pul tələbi ilə bağlı gələcəkdə bir- birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər.

5. İstinad edilmiş əsaslara uyğun olaraq tərəflər mübahisə ilə bağlı Çıxarılmış Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 26.08.2021-ci il üzrə onların barışığa gəlmələrinin müvafiq məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edirlər.

6. Tərəflər müqavilə üzrə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi təqdirdə mübahisənin məhkəmə qaydasında və qüvvədə olan maddi hüquq və maddi prossesual hüquq normaların tələblərinə uyğun həll edilməliolduğunu qəbul və bəyan edirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh arasındakı saziş aşağıdakı kimi təsdiq edilsin:

1. Hazırki müqavilə üzrə tərəf olan ilkin iddiaçı "birinci tərəf” İddiaçı üzərinə öhdəlik götürür ki, o, müqavilə imzalanan tarixdən 10 gün ərzində mülkiyyətində olan Bak, şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindəki 113 saylı binada yerləşən 61.9 kv.m qeyri-yaşayış sahəsini müqavilə üzrə tərəf olan qarşılıqlı iddiaçı ikinci tərəf Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən sahəsi 65 90 kv/m olan 88 saylı mənzil ilə dəyişdirilməsinə dair notariat qaydasında müqavəni bağlayacaq və müqaviləyə əsasən ona “ikinci tərəf” Cavabdeh tərəfindən ödənilən 45.000 (qırx beş min) manat vəsaiti qəbul edəcək.

2. Hazırkı müqavilə üzrə tərəf olan qarşılıqlı iddiaçı “ikinci tərəf" Cavabdeh müqavilə imzalanan tarixdən 10 gün ərzində mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən sahəsi 65.90 kv/m olan 88 nömrəli mənzili ilkin iddiaçı "birinci tərəf” Həsənova Şəbinə Nizamı qızının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, bina 113 ünvahdakı sahəsi 61.9 kv.m olan qeyri-yaşayış sahəsi ilə dəyişdirilməsinə dair notariat qaydasında müqavilənin bağlanılmasını və həmin müqaviləyə əsasən "birinci tərəf" İddiaçı 45.000 (qırx beş min) manat pul vəsaitinin ödənilməsini öhdəsinə götürür.

3. Bağlanan bu və bağlanacaq dəyişmə müqaviləsi üzrə bütün vergi, dövlət notariat rüsumları “ikinci tərəf” Cavabdeh tərəfindən ödəniləcəkdir.

4. Müqavilə üzrə tərəflər "birinci tərəf” İddiaçı Nizamı qızı və "ikinci tərəf” Cavabdeh qeyd edilmiş şərtlərə uyğun olaraq hazırkı mübahisə iə bağlı birbirinə qarşı Bakı şəhəri Nəsimi rayon məhkəməsində qaldırdıqları ünvan 8 ünvandakı sahəsi 61,9 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması ödənilməmiş 12.000 (on iki min) manat məbləğində icarə haqqının ödənilməsinə dair ilkin və 29.525 manat borc verilmiş vəsaitin qaytarılmasına dair qarşılıqlı tələbdən və iş üzrə verilmiş apellyasiya şikayətindən imtina edirlər və üzərlərinə öhdəlik götürürlər ki, mübahisənin predmeti olan və olmayan əmlaklarla və pul tələbi ilə bağlı gələcəkdə bir- birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər.

5. İstinad edilmiş əsaslara uyğun olaraq tərəflər mübahisə ilə bağlı çıxarılmış Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 26.08.2021-ci il üzrə onların barışığa gəlmələrinin müvafiq məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edirlər.

6. Tərəflər müqavilə üzrə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi təqdirdə mübahisənin məhkəmə qaydasında və qüvvədə olan maddi hüquq və maddi prossesual hüquq normaların tələblərinə uyğun həll edilməli-olduğunu qəbul və bəyan edirlər.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4251/2021 saylı 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilsin. Tərəflərə sazişin şərtlərinin pozulması ilə bağlı şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar