Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11272/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1544 manat məbləğində əsas borc, 793,38 məbləğində faiz borcu olmaqla, ümumilikdə 2337,38 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qərardadı ilə İddiaçı QSC BOKT-un Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası Cavabdeh1 münasibətdə üzrə mülki işin icraatına xitam verilmişdir Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qətnaməsi ilə İddiaçı QSC BOKT-un Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC BOKT tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(103)-5829/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı QSC BOKT şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardad məhkəmə tərəfindən tam araşdırma aparılmadan qəbul edilmişdir. Belə ki, işin hallarından da müəyyən olunur ki, məhkəmə cavabdehin hüquqi varislərini müəyyən etmədən və müvafiq zəruri tədbirlər görmədən işə mahiyyəti üzrə baxıb iddianı rədd etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)-1328/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 vəfat etdiyindən iş üzrə icraata ona münasibətdə xitam verilmişdir. X1 münasibətdə isə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qərardadda göstərilmişdir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində Cavabdeh1 ölümü ilə əlaqədar işin icraatının hüquqi varisinin müəyyən edilməsinədək dayandırılmalı olmasını həmin cavabdehə münasibətdə işi üzrə icraata xitam verilməsini qanuna zidd olmasını göstərmişdir. İş üzrə icraata qətnamə ilə deyil, eyni tarixli qərardadla xitam verilmiş və həmin qərardadın müstəqil qaydada mübahisələndirilməsinin mümkün olması göstərilmişdir. İddiaçı apellyasiya məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadı ilə razılaşmış və öz prosessual hüquqlarından istifadə etməyərək, kassasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq, apellyasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC BOKT-un şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(010)-1328/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11272/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11272/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver