Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11287/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nuriyev Aqil Abdul oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 10.000 manat əsas borc və 2032,85 manat faiz borcu olmaqla, cəmi 12032,85 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nuriyev Aqil Abdul oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Nuriyev Aqil Abdul oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixdə qətənamə qəbul edilmiş olsa da, Cavabdeh1 tərəfindən müddətin bərpası barədə ərizə verilmədiyini nəzərə almamış və 6 ildən çox müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən müddətin bərpası barədə ərizə verildiyi halda ərizəyə baxaraq hüquqi qiymət verməli və bundan sonra cavabdehin nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11287/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11287/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver