Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-113/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 (üçüncü şəxslər X22, X61, X62, X63, X43, X49, X29, X50, X30, X35, X36, X51, X52, X80, X86, X44, X81, X15, X31, X72, X53, X23, X32, İddiaçı10, X64, X54, X65, X66, X45, X55, X67, X73, X6, X11, X12, X16 və X24) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-113/2023 (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya) Bakı şəhəri 01 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin oğlu və X33 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, həmçinin 3-cü şəxslər Məleykə Güllərova, Vasif Güllərov və Davud Güllərovun nümayəndəsi İddiaçı1, iddiaçı, həmçinin 3-cü şəxslər Aytəkin Kərimova, Mehriban Zairova, Ramiq Zairov, Ramin Zairovun nümayəndəsi İddiaçı4, İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndəsi X56, nümayəndəsi-vəkili Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X46 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 (X22, X61, X62, X63, X43, X49, X29, X50, X30, X35, X36, X51, X52, X80, X86, X44, X81, X15, X31, X72, X53, X23, X32, İddiaçı10, X64, X54, X65, X66, X45, X55, X67, X73, X6, X11, X12, X16 və X24) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(011)-124/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə 01 fevral 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Aqrar islahatı aparılan zaman iddiaçılara və ailə üzvlərinə X42 istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri ayrılmış, torpağa mülkiyyət hüququna dair dövlət aktı və müvafiq çıxarış verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsinə dair müraciət edərək Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə X42 istehsalı məqsədilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi, cavabdehlərdən 3990 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı1, 4799 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı2, 7694 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı3, 4733 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı4, 5542 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı5, 5936 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı6, 2989 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı7, 2802 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı8, 2762 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı9, 6807 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı10, 4065 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı11, 4730 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı12 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçılar tələbini onunla əsaslandırılmışlar ki, onlara və ailə üzvlərinə X42 istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, İddiaçı1 2,61 hektar, İddiaçı2 3,26 hektar, İddiaçı3 4,96 hektar, İddiaçı4 3,35 hektar, İddiaçı5 3,86 hektar, İddiaçı6 4,03 hektar, İddiaçı7 2,03 hektar, İddiaçı8 1,99 hektar, İddiaçı9 1,90 hektar, İddiaçı10 4,59 hektar, İddiaçı11 2,72 hektar, İddiaçı12 4,56 hektar torpaq sahəsi X42 istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin onlara verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onlara torpaq mülkiyyət hüququna dair ******* nömrəli çıxarış İddiaçı1 , ******* nömrəli çıxarış İddiaçı2 adına, 91003018 nömrəli AKT-lar ilə isə qalan 10 nəfər iddiaçı şəxslərin adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Onlar torpaq sahələrini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər X42 istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdikləri maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətlərində olan torpaq sahələrinin üzərindən SOCAR-ın “Qaz İxrac” İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçir. Onlar bununla bağlı olaraq, SOCAR-ın “Qaz İxrac” İdarəsinə ərizə ilə müraciət etmişlər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də onlar, 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı sürətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da onlar mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə bilmirlər, buna görə də torpaq sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Onlara məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı1 mülkiyyətinə verilmiş 2,61 hektar torpaq sahəsinin 6334 kv hissəsi, İddiaçı9 mülkiyyətinə verilmiş 1,90 hektar torpaq sahəsinin 4385 kv hissəsi, İddiaçı8 mülkiyyətinə verilmiş 1,99 hektar torpaq sahəsinin 4449 kv sahəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 2,03 hektar torpaq sahəsinin 4746 sahəsi, İddiaçı6 mülkiyyətinə verilmiş 4,03 hektar torpaq sahəsinin 9423 kv sahəsi, İddiaçı5 mülkiyyətinə verilmiş 3,86 hektar torpaq sahəsinin 8798 kv sahəsi, İddiaçı4 mülkiyyətinə verilmiş 3,35 hektar torpaq sahəsinin 7514 kv sahəsi, İddiaçı3 mülkiyyətinə verilmiş 4,96 hektar torpaq sahəsinin 12213 kv hissəsi, İddiaçı12 mülkiyyətinə verilmiş 4,56 hektar torpaq sahəsinin 7508 kv hissəsi, İddiaçı10 mülkiyyətinə verilmiş 4,59 hektar torpaq sahəsinin 10805 hissəsi, İddiaçı11 mülkiyyətinə verilmiş 2,72 hektar torpaq sahəsinin 6453 kv hissəsi, İddiaçı2 mülkiyyətinə verilmiş 3,26 hektar torpaq sahəsinin 7618 kv hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də, onlar torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. Ekspert rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə 1 hektar sahədən əkilib becərilməsindən 1 il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan Aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilir. Buna görə də, İddiaçı1 zəbt olunmuş torpaq sahəsi 6334 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 3990 manat edir, İddiaçı11 6453 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4065 manat, İddiaçı2 7618 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4799 manat, İddiaçı9 4385 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2762 manat, İddiaçı8 4449 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2802 manat, İddiaçı7 4746 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2989 manat, İddiaçı6 9423 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 5936 manat, İddiaçı5 8798 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 5542 manat, İddiaçı4 7514 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4733 manat, İddiaçı3 12213 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 7694 manat, İddiaçı12 7508 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4730 manat, İddiaçı10 10805 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 6807 manat həcmindədirlər. Digər bir halda isə magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüş torpaq sahələrinin zəbt olunmuş hissəsinə görə kompensasiya kimi, qaz kəmərlərinin istismar müddəti 40 il olduğu üçün, qarşıdakı 40 il üçün, hər il 630 manat olmaqla, 25.200 manat pul ödənilməsini istəyirlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat İddiaçı1, 4799 manat İddiaçı2, 7694 manat İddiaçı3, 4733 manat İddiaçı4, 5542 manat İddiaçı5, 5936 manat İddiaçı6, 2989 manat İddiaçı7, 2802 manat İddiaçı8, 2762 manat İddiaçı9, 6807 manat İddiaçı10, 4065 manat İddiaçı11, 4730 manat İddiaçı12 xeyrinə tutulması, İddia tələbləri “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 140, 152.1, 157.9, 1096.1, 1097.1, 1100-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 53, 70, 84-cü maddələri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2, 54.1-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hisəsi, 6, 20-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə istinad etsə də, yekunda kompensasiya ödəmək öhdəliyini Maliyyə Nazirliyinin üzərinə qoymuşdur. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddənin tələbindən də göründüyü kimi dövlət orqanının qanunsuz hərəkətlərinə görə məsuliyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, Azərbaycan Respublikası daşıyır. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq büdcə təşkilatlarını onların sifarişləri əsasında mütəmadi olaraq maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığıdan, kompensasiyanın ödənilməsi vəzifəsinin birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə Nazirliyə həvalə edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası X106 Komissiyası haqqında Əsasnamə”nin 1,5-ci bəndinə əsasən Dövlət Komissiyası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxsdir. Dövlət Komissiyası bank idarələrində hesablaşma hesabına və digər hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinə və özünün adını əks etdirən möhürə malikdir. X9 dövlət orqanı olması təsbit edilməmişdir. Aqrar İslahat Komissiyasının Əsasnaməsindən göründüyü kimi vaxtilə mövcud olan Aqrar İslahat Komissiyası dövlət orqanı kimi deyil, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərib. Belə olan halda dövlət orqanının, xüsusən də Maliyyə Nazirliyinin həmin Komissiyanın əvəzinə hər hansı bir vəsait ödəmək öhdəliyi ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmçinin, iddiaçılara hər hansı dövlət orqanı tərəfindən zərər vurulması sübut edilsə belə, zərərin əvəzi birbaşa Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasından (dövlət büdcəsindən) tutulmalı idi. İddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adı çəkilmədiyi, onun tərəfindən iddiaçılara qarşı hər hansı hərəkət (və ya hərəkətsizliyə) yol verilmədiyi, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçılar arasında heç bir hüquq münasibətləri olmadığı və Maliyyə Nazirliyi tərəfindən iddiaçılara hər hansı ziyan vurulmadığı halda iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Məhkəmə qətnaməsində də qeyd olunur ki, İddiaçı1 və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin torpaq sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169-cu maddəsinə əsasən mülkiyyət hüququ bu Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən iddiaçılara dəyən ziyan qabaqcadan ödənilmədən torpaq üzərindən yeni kəmər xətlərinin çəkilişi həyata keçirilmişdir. Göründüyü kimi burada hüquq münasibətləri tərəflər arasında, yəni İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, X.Xankişiyevə, İddiaçı2, N. Zaidova, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7, İddiaçı6 və Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi arasında baş verib, lakin buna baxmayaraq məhkəmə iddiaçılara dəymiş ziyanın tutulmasını Maliyyə Nazirliyi tərəfindən ödənilməsini qət etmişdir. Həmçinin məhkəmə Mülki Məcəllənin 140-cı maddəsinə istinad etsə də sözügedən Məcəllənin həmin maddəsi və yuxarıda qeyd edilən 169-cu maddənin tələblərini nəzərə almamışdır. 140-cı maddədə yazılıb: “Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” Qeyd edilən maddələrin məzmunundan və işin hallarından göründüyü kimi torpaq sahəsinin sonradan, yəni 1997-ci ildə ərazidə faktiki olaraq köhnə qaz kəmərinin olduğu vaxtdan (1975 və 1982-ci il) sonra iddiaçıların mülkiyyətinə keçməsinə və reyestrdə qeydiyyata alınmasına baxmayaraq, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən reyestrə etiraz daxil edilməməklə yanaşı, şəxslərin torpaq sahəsinə, yəni onların xüsusi mülkiyyətinə müdaxilə olunaraq, dəyən ziyan qabaqcadan ödəmənildən demontaj işləri aparılaraq, yeni qaz kəmər xətti çəkilmişdir. Qaz İxrac İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq olunmuş 2 nömrəli Əlavəyə uyğun olaraq Dövlət Neft Şirkətinin strukturuna daxildir. Həmin Fərmanla təsdiq olunmuş “Dövlət Neft Şirkətinin Nizamnaməsi” nə əsasən şirkət strukturuna daxil olan qurumlar vasitəsilə neft və qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın, eləcə də neft, neft-kimya və qaz məhsullarının nəql edilməsi, emalı, paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Dövlət Neft Şirkəti kommersiya fəaliyyətini həyata keçirir və bu fəaliyyətdən əldə olunan gəlir mənbəyinə malikdir. İddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adı çəkilmədiyi, onun tərəfindən iddiaçılara qarşı hər hansı hərəkət (və ya hərəkətsizliyə) yol verilmədiyi, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçılar arasında heç bir hüquq münasibətləri olmadığı və Maliyyə Nazirliyi tərəfindən iddiaçılara hər hansı ziyan vurulmadığı halda iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-867/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev, T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 140, 152.1, 157.9, 1096.1, 1097.1, 1100-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 53, 70, 84-cü maddələri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2, 54.1-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hisəsi, 6, 20-ci maddələri ilə əsaslandırmışdır.
ç) Kassasiya instansiya məhkəməsində icraat
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3209/2021 saylı 03 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, V.Həsənov, Ə.Əhmədov) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-867/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur: “...iddiaçılara torpaq sahəsi inzibati orqanın qərarı əsasında verilmişdir. Məhkəmələrin yuxarıda qeyd olunan qənaəti, torpaq sahələrinin mülkiyyətə verilməsi barədə AİK-nin qərarının qanunsuz olmasını ehtiva edir. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin göstərişinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsi belə bir qayda müəyyən edir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçılara torpaq sahəsinin verilməsi barədə qərarın qüvvədən düşməsini (ləğv edilməsi, etibarsız sayılması və s.) təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bu halda torpaq sahəsinin iddiaçılara qanunsuz verilməsi barədə gəlinən nəticə ziddiyyətlidir. Məhkəmənin bu əsaslandırması özlüyündə iddiaçıların torpağa hüquqlarının legitimliyini, ümumiyyətlə hazırki iddia üzrə subyektiv hüququnu şübhə altına alır. Bundan başqa, əgər məhkəmə iddiaçılara inzibati orqanın qanunsuz qərar qəbul etməsi nəticəsində ziyan vurulmasını müəyyən edərsə, bu halda iddianın İPM-nin 2.2.7-ci maddəsinə əsasən (inzibati orqanın qanunsuz qərar çıxarması səbəbindən vurulmuş zərərin tutulması) inzibati məhkəmə icraatına aidiyyəti məsələsinə qiymət verməli idi. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməlidir. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməlidir. Məhkəmələr bu qənaətə gələrkən Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə istinad etmişlər. Həmin bənddə göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu normada Nazirliyin bütün fəaliyyəti ümumi şəkildə ifadə olunmuşdur və məhkəmələr məhz hansı vəzifəsinə və fəaliyyət istiqamətinə əsasən Nazirliyi cavabdeh qismində tanımasını əsaslandırmamışdır. İddia tələbinin hüquqi əsası kimi istinad olunmuş Mülki Məcəllənin 1100-cü maddəsində dövlət orqanının vurduğu zərərin Azərbaycan Respublikası tərəfindən ödənilməsi müəyyən olunur. Bu halda məhkəmə, hazırki işdə Azərbaycan Respublikası adından məhz Maliyyə Nazirliyinin çıxış etməsini (dövləti təmsil etməsini) əsaslandırmalı idi. Qeyd olunan Əsasnamənin yalnız 8.7, 8.51 və 9.15-ci bəndlərində Maliyyə Nazirliyinin dövlətin adından çıxış etmək səlahiyyətləri müəyyən olunmuşdur. Hazırki vəziyyət, bu normalarda nəzərdə tutulan hallara aid deyildir. MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, iddiaçıların torpaq sahəsi ilə boru kəmərinin mühafizə zolağının üst-üstə düşməsi barədə sənədin təsdiqlənməmiş surəti işə əlavə edilmişdir. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. Bundan başqa qeyd olunmalıdır ki, sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsinin göstərişinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmələr boru kəmərinin və mühafizə zolağının iddiaçıların torpaq sahəsinə düşməsi barədə nəticəyə gələrkən yerquruluşu mütəxəssisinin və ya ekspertin rəyinə deyil işə əlavə olunmuş Dövlət Neft şirkətinin X8 və qeyrilərinə ünvanlanmış 12 fevral 2018-ci il tarixli məktubuna istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçıların adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, torpaq sahələri təkcə onların mülkiyyəti olmayıb, ailə üzvlərinin ümumi mülkiyyətindədir. Bu halda ziyanın ödənilməsi hüququ təkcə bir mülkiyyətçiyə deyil, bütün mülkiyyətçilərə məxsusdur. Lakin məhkəmələr bu hala diqqət yetirməmiş, hər bir iddiaçının digər mülkiyyətçilərin adından çıxış etmək səlahiyyətinin olub-olmadığını araşdırmamış, digər şəxslərin işə cəlb olunması məsələsini müzakirə etməmişdir...”
d) Proses iştirakçılarının izahatı
14. Təkrar apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.
15. Təkrar apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndəsi və nümayəndəsi-vəkili şikayətin təmin edilməməsini xahiş etmişlər. 16 Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar və üçüncü şəxslərin nümayəndələri İddiaçı1, İddiaçı4, İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər.
17. İş üzrə digər iddiaçılar və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 1. 2-ci hissəsi. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.
29. Maddə 20. Torpaq islahatını Azərbaycan Respublikası X106 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 30`. Maddə 6. Dövlət mülkiyyətində Dövlət obyektləri magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar saxlanılır. Həmin torpaqlar dövlətin müstəqil mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
38. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq Aqrar Íslahat Komissiyasının qərarı əsasında torpağa mülkiyyət hüququna dair dövlət aktlarında torpaq sahələrinin ümumi mülkiyyətində olduğu şəxslərin işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, bu hal düzgün olmayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
40. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
41. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsi, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll olunmasını, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Hazırki apellyasiya icraatı zamanı X22, X61, X62, X63, X43, X49, X29, X50, X30, X35, X36, X51, X52, X80, X86, X44, X81, X15, X31, X72, X53, X23, X32, İddiaçı10, X64, X54, X65, X66, X45, X55, X67, X73, X6, X11, X12, X16 və X24 üçüncü şəxs qismində işə cəlb olunmuşlar.
43. İddianın mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. (Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunmuş və iddiaçılar qətnamədən şikayət verməmişlər).
45. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı №0911144 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 2.6182 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır.
46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı №0666426 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 3.26 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır.
47. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 və digərlərinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətləri üzrə İcra Hakimiyyətində araşdırma aparılmış və sözügedən magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Torpaq sahələri vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Hüquqlarının bərpası üçün məhkəmə orqanlarına müraciət edilməsi məsləhət görülmüşdür.
48. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 və digərlərinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətlər üzrə İcra Hakimiyyətində araşdırma aparılmış və sözügedən magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Torpaq sahələri vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Hüquqlarının bərpası üçün cavabdeh Aqrar islahatı komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edilməsi məsləhət görülmüşdür.
49. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X85 İnkişaf Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il tarixli 2(011)-4284/19 saylı müraciəti əsasında verilən aqronom (mütəxəssis) rəyinin sürətindən görünür ki, şərti hesablama ilə 1 ha taxıl əkilib becərilmədən il ərzində ehtimal olunan gəlirin məbləği təxminən 850 AZN digər xərclər çıxarılmaqla təxminən 630 AZN kimi müəyyən edilir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Sənaye və ərzaq məhsullarının əmtəəşünaslıq tədqiqi” ekspertizasının xx.xx.2019-cu il tarixli 314991 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan 03 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən istifadə etməklə, 1 ha taxıl əkilib becərilməsindən il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilmişdir.
51. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən X7, X37 və digərlərinə ünvanlanmış müraciətin baxılmasının nəticəsi haqqında 12 fevral 2018-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıların kollektiv ərizəsinə baxılmış, müvafiq araşdırma aparılmışdır. Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən, X42 istehsalı üçün müvafiq dövlət aktları və çıxarışla mülkiyyətlərinə verilmiş ərazilərdə qeyd etdikləri torpaq sahələrinə aid həmin sənədlərdə göstərilən kordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması aparılmışdır. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: X2 daxilində yerləşən 12213 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı11 koordinatlar daxilində yerləşən 6453 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı2 koordinatlar daxilində yerləşən 7618 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı9 koordinatlar daxilində yerləşən 4385 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı8 koordinatlar daxilində yerləşən 4449 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X3 daxilində yerləşən 7514 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X4 daxilində yerləşən 8798 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı6 koordinatlar daxilində yerləşən 9423 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı7 koordinatlar daxilində yerləşən 4746 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X1 daxilində yerləşən 7508 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı1 koordinatlar daxilində yerləşən 6334 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində yerləşir.
52. X85 İnkişaf Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, şərti hesablama ilə 1 ha taxılın əkilib becərilmədən il ərzində ehtimal olunan gəlirin məbləği təxminən 850 AZN olmaqla digər xərclər çıxarılmaqla təxminən 630 AZN müəyyən edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0069 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.96 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X25 və digərlərinə ayrılmışdır.
53. Torpağa mülkiyyət hüququna dair J№-0074 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 3.35 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X26 və digərlərinə ayrılmışdır.
54. Torpağa mülkiyyət hüququna dair J№-0075 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 3.86 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X38 və digərlərinə ayrılmışdır; J№-0077 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.03 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı6 və digərlərinə ayrılmışdır; J№- 0078 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 2.03 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı7 və digərlərinə ayrılmışdır; J№-0073 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 1.99 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı8 və digərlərinə ayrılmışdır; J№-0072 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 1.90 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı9 və digərlərinə ayrılmışdır; J№-0076 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.59 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X39 və digərlərinə ayrılmışdır; J№-0070 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 2.72 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı11 və digərlərinə ayrılmışdır; J№-0079 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.56 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X13 və digərlərinə ayrılmışdır.
55. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, aqrar islahatlarının aparılması çərçivəsində iddiaçılara və ailə üzvlərinə X42 istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar.
56. Həmçinin, müəyyən edilir ki, həmin torpaqlar iddiaçılara verilərkən magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır.
57. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı sorğusuna cavab olaraq 12 yanvar 2021-ci il tarixli, 05/10-08-23-32 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmiş və ləğv edilən komissiyanın müvafiq sənədlərinin Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsinin təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Fərmanın icrası məqsədilə Azərbaycan Respublikası X106 Komissiyasının müvafiq sənədləri təhvil verilərkən müraciətdə qeyd olunan Hacıqabul rayon X106 Komissiyası tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktları Nazirliyə təhvil verilməmişdir.
58. Kollegiya qeyd edir ki, mülki iş üzrə iddiaçılar vaxtı ilə müvəqqəti yaradılmış və sonradan ləğv edilmiş Aqrar İslahat Komissiyası qərarını mübahisələndirmirlər. Onlar yalnız onlara vaxtı ilə ayrılmış və bütün yuxarıda qeyd olunan proseslərin nəticəsi etibarı ilə dövlət orqanlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara ayrılmış torpaq sahələrindən istifadə və ümumilikdə torpaq sahələri ilə bağlı hüquqlarının həyata keçirə bilməmələri ilə bağlı dəymiş ziyan və kompensasiyanın (qarşıdakı 40 il üçün) ödənilməsini xahiş edirlər.
59. Bununla yanaşı, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi ziyan və kompensasiyaya görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımamalıdır.
60. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılara məxsus torpaq sahələri barədə Aqrar islahat keçirilməmişdən (1995-ci il), daha əvvəl (1975-ci il) magistral boru kəmərləri həmin torpadan keçmiş və istismara verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi də qanunvericiliklə uyğun olaraq müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparmış və belə olan təqdirdə sonuncu tərəfindən mülki hüquq pozuntusu (delikt) halı müəyyən olunmur.
61. Həmçinin, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıların iddiasını təmin edərək onlara vurulmuş ziyanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsindən tutmamış, iddiaçılarda bununla razılaşaraq apellyasiya şikayəti verməmişlər.
62. İddia tələbi üzrə vurulmuş ziyanın və kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasına dair apellyasiya şikayətiunin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
63. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
64. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq büdcə təşkilatlarını onların sifarişləri əsasında mütəmadi olaraq maliyyələşdirir.
65. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur.
66. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçılara vurulmuş maddi ziyan və kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması qanunvericiliyə ziddir və həmin məbləğ məhz dövlət büdcəsindən tutulmalıdır.
67. Ziyan və kompensasiya məbləği ilə bağlı isə kollegiya qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1552 nömrəli rəydə qeyd olunmuşur ki, iş materiallarında olan 03 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən istifadə etməklə, 1 ha taxıl əkilib becərilməsindən il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilmişdir.
68. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6892-9/7640 nömrəli rəydə qeyd olunmuşur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, X19, İddiaçı7 və İddiaçı6 mülkiyyətində olan torpaq sahələrinin (İddiaçı1 0.4222 ha, İddiaçı9 0.3115 ha, X18 0.5551 ha, İddiaçı11 Şah oğlunun 0.4413 ha, X5 0.561 ha, İddiaçı8 oğlunun 0.3263 ha, İddiaçı5 0.6556 ha, İddiaçı2 0.5334 ha, İddiaçı10 0.8032 ha, X20 0.7842 ha, İddiaçı7 0.3733 ha və İddiaçı6 0.7269 ha hissəsi) Magistral qaz kəmərlərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərardadda və eləcədə Hacıqabul rayon kənd təsərrüfatı idarəsinin rəyinə əsasən qeyd edilən ayrı-ayrılıqda hər iddiaçı üzrə 1ha ərazinin gəlirin orta bazar qiyməti ilə ümumi dəyəri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizalarının rəyinə əsasən müəyyən edilmiş torpaq sahələrində 1 il ərzində əldə olunması ehtimal edilən (tələb olunan aqrotexniki və digər zəruri xərclər çılmaqla) gəlirin hər iddiaçı üzrə müəyyən olunması üçün mütəxəssis rəyi zəruridir.
69. İddiaçıların birinci instansiya məhkəməsi tərəfindən onların xeyrinə tutulmuş məbləğnən razı olduqlarını, apellyasiya şikayəti vermədiklərini nəzərə alaraq kollegiya hesab edir ki, maddi ziyan və kompensasiya tələblərinə görə iddia tələbləri də məhz həmin həcmdə təmin olunmalıdır.
70. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və istinad edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 manat İddiaçı1, 4799 manat İddiaçı2, 7694 manat İddiaçı3, 4733 manat İddiaçı4, 5542 manat İddiaçı5, 5936 manat İddiaçı6, 2989 manat İddiaçı7, 2802 manat İddiaçı8, 2762 manat İddiaçı9, 6807 manat İddiaçı10, 4065 manat İddiaçı11, 4730 manat İddiaçı12 xeyrinə tutulmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan) manat İddiaçı1, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat İddiaçı2, 7694 (yeddi min altı yüz doxsan dörd) manat İddiaçı3, 4733 (dörd min yeddi yüz otuz üç) manat İddiaçı4, 5542 (beş min beş yüz qırx iki) manat İddiaçı5, 5936 (beş min doqquz yüz otuz altı) manat İddiaçı6, 2989 (iki min doqquz yüz səksən doqquz) manat İddiaçı7, 2802 (iki min səkkiz yüz iki) manat İddiaçı8, 2762 (iki min yüddi yüz altmış iki) manat İddiaçı9, 6807 (altı min səkkiz yüz yeddi) manat İddiaçı10, 4065 (dörd min altmış beş) manat İddiaçı11, 4730 (dörd min yeddi yüz otuz) manat İddiaçı12 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 müştərək qaydada tutularaq, X21, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova