Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1130/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı müəssisəyə dəymiş 48.550 manat dəyərində zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC Cavabdeh qarşı müəssisəyə dəymiş 48550 manat dəyərində zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1977/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
3. Qətnamə ilə razı olmayan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1977/2023 nömrəli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Qərardad belə əsaslandırılmışdır ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Yəni, iddiaçı tərəf Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(011)-1977/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, qətnaməni hansı hissəsini mübahisələndirdiyini göstərməmiş, tələbinin nədən ibarət olduğunu dəqiq qeyd etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən verilən apellyasiya şikayəti Azərbaycan Respublikası qanunvericiliyinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutların da olduğu qeyd edilmişdir. Bunlar iddia tələbini sübuta yetirəcək yeni dəlillər, kassa məxaric orderi və aktıdır. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş sənədləri obyektiv və qərəzsiz olaraq araşdırmamışdır. Obyektiv araşdırıldığı zaman apellyasiya şikayətinin məzmunu, həmçinin tələbin də tam və dolğun şəkildə təqdim edilməsi aydın şəkildə görünür. Təqdim edilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin mübahisələndirildiyini və həmin qətnamənin ləğvi ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməisnə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi Maddə 361.1.4. Apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-ə “Əlavə 2”, bənd 12. Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qərardadı ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilməlidir.
13. Belə ki, iş materiallarından aydın olur ki, hazırki iddia tələbi müəssisəyə dəymiş maddi zərərin ödənilməsi ilə bağlıdır. Mübahisələndirilən qətnamə ilə iddia tələbi rədd edilmişdir.
14. Apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan aydın olur ki, iddiaçı iddiasının təmin edilməsini xahiş edir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı MMC-nin şikayəti təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.