Məhkəmə qərarları › İş №2(103)-11302/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11302/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11302/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, cavabdeh Şahin İskəndərlinin, cavabdeh İbrahim İsgəndərlinin vəkili Vəkil2un iştirakı ilə, İddiaçı cavabehlər X1 və Cavabdeh1 qarşı “pul ödənilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbiri barədə” ərizədə xahiş olunub ki, cavabdeh İbrahim İsgəndərlinin mülkiyyətində olan, Qəbələ rayonu, Nic kəndindəki 3,9 ha torpaq sahəsinin və onun üzərində yerləşən 5.789,6 kv.m əmlakın (bundan sonra – daşınmaz əmlak) özgəninkiləşdirilməsi qadağan edilərək üzərinə həbs qoyulsun. Nərimanov RM-nin 08.09.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilsin, daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə rədd olunsun. Məhkəmə baxılan məsələnin həlli ilə bağlı aşağıdakıları qeyd edir İddia ərizəsində əvvəlcə 1 tələb (pul tələbi) irəli sürülüb, daha sonra 2-ci tələb (alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi) irəli sürülüb. 1-ci tələb (pul tələbi) irəli sürülərkən “iddianı təmin etmə tədbiri barədə” ərizə verilib, daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilərək üzərinə həbs qoyulması xahiş olunub. Nərimanov RM-nin 26.08.2021-ci il tarixli qərardadı ilə ərizə rədd olunub. Bundan sonra 2-ci tələb (alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi) irəli sürülüb, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin iddiaçı ilə cavabdeh İbrahim İsgəndərlinin arasında bağlanmış hesab olunması tələb olunub. İddiaçı yenidən “iddianı təmin etmə tədbiri barədə” ərizə verib, bu dəfə də eyni məzmunda xahiş edib: daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilərək üzərinə həbs qoyulsun. Nərimanov RMnin 08.09.2021-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilib, daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan olunub. Pul tələbi ilə bağlı verilən “iddianı təmin etmə tədbiri barədə” ərizə rədd olunub, bu qərardaddan şikayət verilməyib, bununla da iddiaçı həmin nəticə ilə razılaşıb. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi isə uğurlu deyil, çünki iddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə imkan verən faktiki hallara və hüquq normalarına istinad etməyib. İddianı təmin etmə tədbiri tətbiq edilərkən iddianın uğurlulugu məsələsinə qiymət verilməlidir. İddianın verilməsi faktı öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə əsas olmur, iddia həm də uğurlu olmalıdır. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb uğurlu olmadığına görə qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh1 şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4343/2021 nömrəli iş üzrə 08.09.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı verdiyi, Qəbələ rayonu, Nic kəndindəki 3,9 ha torpaq sahəsinin və onun üzərində yerləşən 5.789,6 kv.m əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməklə üzərinə həbs qoyulması barədə ərizə rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar