Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11328/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İlkin iddia üzrə Cavabdeh1 İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 30 000 (otuz min) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin may ayında Cavabdeh1 ilə bir qrup yerli və Türkiyə iş adamları arasında bir kommersiya əməliyyatı təşkil etmək və həyata keçirmək niyyəti ilə razılıq əldə edilmişdir. Bu kommersiya əməliyyatına görə böyük məbləğdə beynəlxalq bank köçürməsi təşkil olunmalı və bunun nəticəsində həmin şəxslər iri həcmli qazanc əldə etməli idilər. Həmin kommersiya əməliyyatı barədə bu şəxslər arasında yazılı saziş bağlanılır və imzalanır. Cavabdeh1 həmin kommersiya əməliyyatının əsas təşkilatçılarından biri kimi digər təşkilatçı Zeynalabdin Əsədov ilə birgə razılaşmanın əldə olunmasında və imzalanmasında iştirak edir. Bildirmək istəyir ki, bu razılaşmada mənim iştirakım olmamış, sazişi imzalamamışdır. Həmin vaxt kommersiya əməliyyatı iştirakçılarından yalnız qohumu olan Məhərrəmov Əlini tanıyırdı. Planlaşdırılmış bank əməliyyatının həyata keçirilməsi üçün razılaşmanın iştirakçıları tərəfindən 200 000 ABŞ dolları məbləğində vəsait qoyulmalı idi. Cavabdeh1 isə pulu olmadığı üçün tələb olunan vəsaiti qoya bilmirdi. Bu zaman qohumum Əli Məhərrəmov vasitəsilə Cavabdeh1la tanış oldu. Cavabdeh1 ona pul qoyaraq bu əməliyyatda iştirak etməyini təklif etmiş, o, isə bu təklifi qəbul etməkdən imtina etdi. Qeyd edir ki, Əli Məhərrəmov da həmin kommersiya əməliyyatına pul qoymamağı məsləhət görmüşdür. O, bu məsləhətini kommersiya əməliyyatının şübhəli olması ilə izah etmişdir. Bu zaman Əli Məhərrəmovun atası Oqtay Məhərrəmov ona zəng vuraraq Cavabdeh1 yaxşı tanıdığını, etibar etdiyini və ona veriləcək vəsaitin qaytaracağından əmin olduğunu bildirmişdir. Bundan sonra o razılaşmış, Cavabdeh1 30 000 ABŞ dolları borc qismində vermişdir. Cavabdeh1 isə həmin pulu onun yanında digər cavabdeh X3 verdi. O, borc pulu bilavasitə Cavabdeh1 verdiyi üçün ondan tələb etdi ki, aralarında notarial qaydada müqavilə bağlansın. Bununla bağlı onunla Cavabdeh1 arasında 20 may 2015-ci il tarixli kredit müqaviləsi bağlandı. Müqaviləyə əsasən borc verən borc alanların mülkiyyətinə, əməli idarəçiliyinə - 200 000 (iki yüz min) ABŞ dolları, kurs üzrə manatla (1 ABŞ=1.0485) 209 700 manat məbləğində borc pul verir, borc alan - həmin pul məbləğini 21.05.2015-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, tərəflərin arzusu ilə 21.05.2015-ci il tarixədək qaytarıla bilər. Lakin Cavabdeh1 həmin məbləğin axrıncı qalığını - 21.05.2015-ci il tarixdən gec olmayaraq qaytarmalıdır. Yuxarıda qeyd etdiyi kimi, o, Cavabdeh1 30 min ABŞ dolları borc versə də o, məbləği 200 min ABŞ dolları göstərmişdir. Daha sonra o, aldadıldığını başa düşdüyü üçün məhkəmədə borcun qaytarılması barədə iddia qaldırdı. İddiasına məhkəmədə baxılarkən Cavabdeh1 da ona qarşı kredit müqaviləsinin ləğvi tələbinə dair iddia qaldırdı və bununla əlaqədar onun borc tələbinə dair iddiasının baxılması dayandırıldı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş No 2(011 )- 4814/19) iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "borc müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilərək iddiaçı Mahmudov Ara/ Ucal oğlu ilə cavabdeh İddiaçı arasında bağlanmış 20 may 2015-ci il tarixli 3-M-4/1İ36 savlı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanovsədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş No 2(103)-2264/19) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş, iddia tələbi yenə də təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 20 may 2015-ci il tarixli 3-M-4/1136 reyestr saylı borc müqaviləsi ləğv olunmuşdur. Cavabdeh İddiaçı kassasıya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X8 ibarət tərkibdə) 18 fevral 2020- ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bu məhkəmə iclası başa çatdıqdan sonra vəkili ərizə ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, borc tələbin dair iş üzrə icraatın təzələnməsini xahiş etdi. Onların məqsədi o idi ki, məhkəmədə iddianın əsasını və məbləğini dəyişək. Lakin Nərimanov rayon məhkəməsi onu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədən, onun iştirakını təmin etmədən 19.10.2020-ci il tarixli qətnamə ilə mənim iddiamı rədd etmişdir. Hazırda o, yenidən iddia ilə məhkəməyə müraciət edir və bildirir ki, yeni iddia əvvəlki iddia ilə eyni deyil, o, əvvəlcə aralarında bağlanmış müqavilə əsasında pulun qaytarılmasını tələb etdiyi halda, hazırki iddiasında cavabdehlərə əlbəəl verdiyi 30 min ABŞ dolları məbləğində pulun qaytarılmasını xahiş edir. Qeyd edir ki, 30 min ABŞ dolları məbləğində pul verməyi indiyədək aralarında olan məhkəmə çəkişmələri zamanı çıxarılmış məhkəmə aktları ilə tam təsdiq olunur. Belə ki, Cavabdeh1 özü kredit müqaviləsinin ləğv olunmasına dair iddia ərizəsində də göstərmişdir ki, mən 30 min ABŞ dolları məbləğində pul vermiş, lakin, o, həmin pulu özünün aldığını deyil, X2 aldığını göstərmişdir. Ona görə də o, hazırki iddiasında onların hər ikisini cavabdeh qismində göstərmişdir. Bir daha qeyd edir ki, 30 min ABŞ dolları məbləğində pulu o, Araza verdi, Araz isə onun yanında Zeynalabdinə verdi. Hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərərk qaydada tutulub ona verilməlidir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada Cavabdeh1 50000 (əlli min) ABŞ Dolları məbləğində pulun və 30(otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 öz yanlış niyyəti və hərəkətini digər cavabdeh İddiaçı ilə bir arada birləşdirib. İddiaçı Cavabdeh1 50000 (əlli min) ABŞ dolları alınmışdır, bu vəsaitin alınmasını cavabdehlər bir yerdə təşkil etmişdirlər və nəticə etibarilə birbaşa X4 pul vəsaitini ondan almışdır və cavabdehlər tərəfindən 20.05.2015-ci il tarixdə onunla “borc müqaviləsinin bağlanmasına nail olunmuşdur, lakin bu müqavilənin predmeti olan 200 000 (iki yüz. min) ABŞ Dolları pul vəsaiti iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməmişdir, bu fakt artıq daha öncə məhkəmə proseslərində öz təsdiqini tapmış və həmin əsassız müqavilə məhkəmə qaydasında ləğv edilmişdir. Belə ki, bu borc müqaviləsi bağlanmazdan öncə həmin gün, yəni 20.05.2015-ci il tarixdə Cavabdeh2 çalışdığı ofisdə yazılı Razılaşma imzalanıb təsdiq edilmişdir ki, "Ukraynanın Unicombankdan SWİ F T X6 göndərilir; X11 S9VİFT-İ almasına dair surət həm iddiaçı Cavabdeh1, həm də Türkiyə Bankasına veriləcək; daha sonra bank təminat məktubunun göndərilməsini sifarişini vermiş “Marjinal Tasarım" Şirkəti bu göndərişin alınmasını M) dəqiqə müddətində təsdiqləyəcəkdir; Həmən təsdiqdən sonra 1 saat ərzində nağd pul 250 000 (iki yüz əlli min) ABŞ X12 veriləcəkdir." Bu Razılaşmanın bağlanmasında cavabdehlər birgə hərəkət etmişlər, öz. aralarında vəkili Uluxan ilə planlaşdırılan məkrli qara plan üzrə X5 imza edərək, çıxış etmiş, İddiaçı isə həmin prosesdə əyani surətdə iştirak etmiş və Osədov Zeynalabdinin təkidi ilə mənim ilə digər cavabdeh İddiaçı arasında borc müqaviləsinin bağlanmasım tələb etmiş və bu Razılaşmanın bilməsinədək təminat olaraq borc müqaviləsinin bağlanması və bu Razılaşma icra olunduqdan sonra Borc müqaviləsinin ləğv olunması şərtləndirilmişdir. İlk öncə işin faktiki hallarını aşağıdakı ardıcıllıqla diqqətinizə təqdim edirəm. Belə ki, 2015-ci ilin aprel ayında çoxdan tanıdığı türk iş adamı X20 müraciət edib bildirib ki, onlara inşaat layihəsi üçün X14 verilməsi tələb olunur, onun Konsalting Şirkəti olduğunu, hüquq və maliyyə xidmətləri verdiyi barədə məlumatlı olduğu üçün X24 İnşaat Layihəsi üçün X14 verilməsində xidmət verilməsini xahiş etmişdir. Onun ofisinə ara-sıra gələn ki, Əli Məhərrəmov tanış şəxsdən X14 Azərbaycan Banklarından təqdim olunması və ya göndərilməsinin mümkün olubolmamasını dəqiqləşdirdi, az sonra X18 müəllimə məxsus Meqa HüquqKonsalting Şirkətinin ofisində cavabdeh X4 ilə Cavabdeh1 və İddiaçı tanış etdi. Özünü maliyyəçi kimi və "Evrobank” ASC-nin əməkdaşı olduğunu qeyd edən Əsədov Zeynalabdin oğlu inşaat layihəsi üçün X6 10 mln ABŞ Dolları məbləğində X15 “Evrobank"dan göndərə biləcəyini söylədi və bu xidmət üzrə bank komissiyanın 2.5% olmaqla, 250 000 (iki yüz əlli min) ABŞ Dolları təşkil etdiyini bildirdi, amma avans olaraq onlardan 80 000 (səksən min) ABŞ Dolları tələb etdi. Türk iş adamlarının üzərində 50 000 (əlli min) ABŞ dolları olduğunu, cavabdehin birmənalı 80 000 (səksən min) ABŞ Dolları tələb etdiyi zaman digər cavabdeh İddiaçı türk iş adamlarının X16 üzrə komissiyanın avansını tamamlamaq üçün 30 000 (otuz, min) ABŞ dollarını Cavabdeh2 ödədi, o isə öz tərəfindən 50 000 (əli min) ABŞ dollarını Cavabdeh2 ödədi, toplamda 80 000 (səksən min) ABŞ Dollar, məbləğində pul vəsaitini cavabdehin dostuna məxsus “Mega Hüquq Şirkətinin ofisində 20.05.2015-ci il tarixdə Cavabdeh2 onlardan aldı və İddiaçı baxmayaraq ki, 30 000 (otuz min) ABŞ Dolları məbləğində Cavabdeh2 vəsait ödəmişdir. İddiaçı Türk iş adamları tərəfindən ödənişin verilməyəcəyi təqdirdə, verdiyi 30 000 (otuz min) ABŞ Dolları məbləğini sığortalamaq düşüncəsini Cavabdeh2 "qalıq 170 000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində qalıq komissiyasını” sığortalamaq düşüncəsi ilə birləşdirib, Cavabdeh2 birbaşa tələbi və təkidi ilə İddiaçı Cavabdeh1 və İddiaçı arasında notarial qaydada təsdiq edilmiş formal “borc müqaviləsi”ni rəsmiləşdirdilər. Bu müqavilənin rəsmiləşdirilməsində İddiaçı öz maraq dairəsini digər Cavabdeh2 ilə birləşdirib. Cavabdeh Əsədov Zeynalabdinə toplam 80 000 (səksən min) ABŞ dolları məbləğində pulun verilməsinə səbəb olmuşdur. Bu prosesdə X24 və Əli Məhərrəmov onların şahidləri olmuşdur. Bağlanılmış borc müqaviləsi ilə əlaqədar onu bildirmək istəyir ki, X24 və onun türk iş adamlarını onu çoxdan tanıyır, çox yaxsı münasibətləri vardır və aidiyyatı bank tərəfindən bank qarantiyası qəbul ediləcəyi təqdirdə bankın komissiyasını türk iş adamlarının tam ödəyəcəyinə əmin olduğu üçün türk iş adamlarının qalıq borcunun ödəyəcəyi üçün bu müqaviləni imzalamışdı, yəni işin taktiki halları üzrə onu tərəfindən fiziki olaraq hər hansı bir məbləğ borc olaraq, götürülməmişdir, sadəcə əmin olduğu türk iş adamları dost və yoldaşlara münasibətdə müqavilə bağlanmışdır. Sonra məhkəmə proseslərində təqdim eldiyi mötəbər sübutlar və şahid ifadələri təsdiq etdi ki, bu əməliyyatda cavabdeh Əsədov Zeynalabdin öz üzərinə düşən öhdəliyi doğru-dürüst icra etməmişdir, bu səbəbdən türk iş adamlarının hər hansı ödəniş öhdəliyi yarana bilməzdi və pul tələbini özündə ehtiva edən qeyd olunan borc müqaviləsi məhkəmə qaydasında ləğv edilmişdir. X13 ilə əlaqə saxladıqda bildirildi ki, Ukraynanın “PrivatBank”ından gəlmiş olan bu qarantiya məktubu şübhəli görünür, bu səbəbdən bu məktub X13 tərəfindən qəbul edilməmişdir. Bu faktı "xxxx" ASC ilə dəqiqləşdirdikdə və araşdırdıqda ümumiyyətlə qeyd olundu ki. Cavabdeh Zeynalabdin Əsədov bankın əməkdaşı deyil, onu tanımadılar və 20.05.2015-ci il tarixində "xxxx" ASC-dən hər hansı bir xaricə swift ilə X16 göndərilməmişdir. Nəticədə Cavabdeh Zeynalabdin Əsədova digər cavadeh İddiaçı dəstəyi ilə ondan 50 000 (əlli min) ABŞ Dolları pul vəsaitini götürərək, hər hansı bir bank qarantiyasının göndərilməsini təşkil etməmişdir. Belə ki, yuxarıda qeyd olunan X17 baş tutmamışdır, Həmin X17 əhəmiyyətsiz əqddir. Bu Saziş çərçivəsində İddiaçı Cavabdeh1 tərəfindən verilmiş 50 000 (əlli min) ABŞ Dolları məbləğində pul vəsaiti Cavabdehlər İddiaçı və X4 tərəfindən ona geri qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, X1 30 000 ABŞ dolları pul ödəniş günü manata məzənnə ilə manatla tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh1 münasibətdə ləğv edərək, 30000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyatorlar digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator qətnaməni ilkin iddianın Cavabdeh1 qarşı təmin olunmamış hissəsində mübahisələndirdiyindən, qətnamənin qanunuliyi və əsaslılığı həmin hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini, apellyasiya şikayətinin təmin olunmaması barədə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4814/2019 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “borc müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddiası təmin edilməsi və iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Bağlanmış 20 may 2015-ci il tarixli 3-M- 4/1136 saylı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12264/2019 saylı, 08.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-4814/2019 saylı mülki iş üzrə qəbul etdiyi 05 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-940/2020 saylı, 18.02.2020ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12264/2019 saylı, 08.10.2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 20.05.2015-ci ildə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ona vurulmuş 50000 ABŞ dolları məbləğində maddi zərərin İddiaçı və X1 tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1070/2018 saylı, 26.04.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı 20.05.2015-ci ildə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ona vurulmuş 50000 ABŞ dolları məbləğində maddi zərərin İddiaçı və X1 tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(102)-8354/2018 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin məhkəmə sorğusuna 12.04.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş Nərimanov RPİ-nin 10.05.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, 2015-ci ilin may ayında Cavabdeh1 ilə bir qrup yerli və Türkiyə iş adamları arasında bir kommersiya əməliyyatı təşkil etmək və həyata keçirmək niyyəti ilə razılıq əldə edilmişdir. Planlaşdırılmış bank əməliyyatının həyata keçirilməsi üçün razılaşmanın iştirakçıları tərəfindən 200 000 ABŞ dolları məbləğində vəsait qoyulmalı idi. Bununla bağlı ilkin iddiaçı ilə Cavabdeh1 arasında 20 may 2015-ci il tarixli kredit müqaviləsi bağlandı. Müqaviləyə əsasən borc verən borc alanların mülkiyyətinə, əməli idarəçiliyinə - 200 000 (iki yüz min) ABŞ dolları məbləğində borc pul verməyi öhdəsinə götürmüşdür. Tərəflər arşında bağlanmış müqavilə üzrə 30 min ABŞ dolları borc verilsə də həmin məbləğ 200 min ABŞ dolları göstərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-4814/19) iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "borc müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış 20 may 2015-ci il tarixli 3- M-4/1136 savlı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-2264/19) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş, iddia tələbi yenə də təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı Oləsgər oğlu arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 20 may 2015-ci il tarixli 3-M-4/1136 reyestr saylı borc müqaviləsi ləğv olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X9 ibarət tərkibdə) 18 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsilə İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsi üzrə 200 000 ABŞ dolları məbləğində pulun onun xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Hazırda o, yenidən iddia ilə məhkəməyə müraciət edir və bildirir ki, yeni iddia əvvəlki iddia ilə eyni deyil, o, əvvəlcə aralarında bağlanmış müqavilə əsasında pulun qaytarılmasını tələb etdiyi halda, hazırki iddiasında cavabdehlərə əlbəəl verdiyi 30 min ABŞ dolları məbləğində pulun qaytarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək, eyni predmet və eyni əsaslar üzrə eyni tərəf üzrə yenidən iddia qaldırıldığına görə mülki işin icraatına xitam verilməli olduğunu bildirir. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia ilə müraciət edərək bildirir ki, 2015-ci ilin aprel ayında çoxdan tanıdığı türk iş adamı X20 müraciət edib bildirib ki, onlara inşaat layihəsi üçün X14 verilməsi tələb olunur, onun Konsalting Şirkəti olduğunu, hüquq və maliyyə xidmətləri verdiyi barədə məlumatlı olduğu üçün X24 İnşaat Layihəsi üçün X14 verilməsində xidmət verilməsini xahiş etmişdir. Özünü maliyyəçi kimi və "Evrobank” ASC-nin əməkdaşı olduğunu qeyd edən Əsədov Zeynalabdin oğlu inşaat layihəsi üçün X6 10 mln ABŞ Dolları məbləğində X15 “Evrobank"dan göndərə biləcəyini söyləmiş və bu xidmət üzrə bank komissiyanın 2.5% olmaqla, 250 000 (iki yüz əlli min) ABŞ dolları təşkil etdiyini bildirmiş, amma avans olaraq onlardan 80 000 (səksən min) ABŞ dolları tələb etmişdir. Türk iş adamlarının üzərində 50 000 (əlli min) ABŞ dolları olduğunu, cavabdehin birmənalı 80000 (səksən min) ABŞ dolları tələb etdiyi zaman digər cavabdeh İddiaçı türk iş adamlarının X16 üzrə komissiyanın avansını tamamlamaq üçün 30 000 (otuz, min) ABŞ dollarını Cavabdeh2 ödəmişdir, o isə öz tərəfindən 50 000 (əli min) ABŞ dollarını Cavabdeh2 ödəmiş, toplamda 80 000 (səksən min) ABŞ dollar məbləğində pul vəsaitini cavabdehin dostuna məxsus “Mega Hüquq Şirkətinin ofisində 20.05.2015-ci il tarixdə Cavabdeh2 onlardan almışdır və İddiaçı baxmayaraq ki, 30 000 (otuz min) ABŞ dolları məbləğində Cavabdeh2 vəsait ödəmişdir. Göründüyü kimi, İddiaçı onun iddia ərizəsi üzrə borcu müştərək qaydada həm də Cavabdeh1 tutulmasını tələb etsə də, apellyasiya icraatı zamanı bunun üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı iddiasını yalnız Cavabdeh2 qarşı təmin etmişdir, həmin nəticə işin faktiki hallarına tam uyğundur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, mübahisələndirilən hissədə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ilkin iddianın Cavabdeh1 qarşı rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11328/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11328/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver