Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1133/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, iddiaçı QSC "Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-566/2013 saylı işi üzrə 22 yanvar 2013-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdehin ərizəsinin rədd edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-566/2013 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2013-cü il tarixli 2(011)-566/2013 saylı qətnaməsi ilə QSC “Bank Standard” Kommersiya Bankının iddiası təmin edilmiş, Cavabdeh 22223,75 manat əsas borc, 1038,59 manat faiz borcu, ümumilikdə 23262,34 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın 16 may 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “Mercedes Benz ML-350” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomobilin ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına 23262,34 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi, həmin məbləğdən artıq hissəsinin isə mülkiyyətçi Cavabdeh qaytarılması qət edilmişdir. Hazırkı iş üzrə Cavabdeh apellyasiya şikayəti və ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-566/2013 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdehin ərizəsinin rədd edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh məhkəmənin qətnaməsini rəsmi qaydada əldə etməsi ilə bağlı iş materiallarında sübutlar mövcud olmasa da, iddiaçı QSC "Bank Standard” KB avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinin təmin edilməməsi barədə 09 aprel 2013-cü il tarixli, 2(011)-566/20l3 saylı qərardadı rəsmi qaydada əldə etmişdir. Həmin qərardadda məhkəmənin 22 yanvar 2013-cü il tarixli qətnaməsinə istinad edilmiş, bununla da cavabdeh qərardadı əldə etdiyindən məhkəmənin qətnaməsindən məlumatlı olmuşdur. Cavabdeh apellyasiya şikayətini məhkəməyə təqdim edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-566/2013 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadını ləğv edərək mülki prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1, 134.1.5, 233.1, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-566/2013 saylı, xx.xx.2022-ci il tarixli qərardadından da göründüyü kimi qətnamənin rəsmi qaydada Cavabdeh verildiyinə dair iş materiallarında sübut mövcud deyil. Bu da bir daha təsdiq edir ki, Cavabdeh qətnaməni rəsmi qaydada almamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli, 2(011)-566/2013 saylı qərardadının Cavabdeh tərəfindən rəsmi qaydada alınması müvafiq qətnamənin alınması mənasına gəlmir. Müvafiq qətnamənin rəsmi qaydada tərəfə təqdim edilməsi məhkəmənin vəzifəsidir. Məhkəmənin qətnaməsi rəsmi qaydada alınmadığı üçün apellyasiya şikayəti vermə müddətini ötürməmişdir. Xüsusilə qeyd edilməlidir ki, tərəflərindən qətnamədən verilmiş apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi Cavabdeh avtomobili 2012-ci il tarixdə, yəni qətnamə çıxarılmazdan əvvəl QSC “Bank Standard” Kommersiya Bankının əməkdaşlarına təqdim etdiyini göstərmişdir. Lakin bank tərəfindən avtomobilin satışa çıxarılması üçün heç bir tədbir görülməmişdir. Əksinə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, onun iştirakı olmadan qətnamə çıxarılmışdır. Hazırda həmin avtomobil Bankın problemli kreditlər əsasında əldə etdiyi avtomobillərin saxlandığı dayanacaqdadır. Mövcud mübahisədən də göründüyü kimi Cavabdeh bütün öhdəliklərini yerinə yetirdiyini, iddiaçı isə bunun əksini iddia edir. Yəni hazırda araşdırılmalı olan mülki mübahisə mövcuddur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-566/2013 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 24 (İİİ), 29, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri işin mahiyyətinə aid edilməklə, kifayət qədər ötmüş müddətin üzrlülük meyarlarına aid olmayaraq, sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cu maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məcəllənin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2. -ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Diqqətə çatdırılmalıdır ki, mülki iş materiallarından cavabdehin qeydiyyatda olduğu ünvana qətnamənin sifarişli məktubla göndərilməsi müəyyən olunur və sonradan cavabdeh qərardadı qəbul edən zaman qətnamədən məlumatlı olmuş, hüquq və vəzifələrdən sui-istifadə etmişdir. Müddətin ötməsinin üzrlülük meyarlarına dair fərqli münasibətin sərgilənməsi yalnız məhkəmə müdafiə hüquqlarından (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi dəyərləndirilməli deyil. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 566/2013 nömrəli işi üzrə xx.xx.2022-ci il il tarixli (müddət bərpaya dair) qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1133/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1133/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver