Məhkəmə qərarları › İş №2(103)-11341/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11341/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11341/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5388/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 945,79 manat, faiz borcu üzrə 199,48, cəmi 1145,27 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5388/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Pərviz Zamanlı). İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5388/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini, xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5388/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflər iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qərardadı onunla əsaslandırmışdır ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Xankəndi şəhəridir və cavabdehin faktiki yaşayış ünvanının Xətai rayonu ərazisi olması sübuta yetirilmiş. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddiaçının şikayətində qeyd etdiyi dəlillərə münasibət bildirməmiş, kredit müqaviləsində cavabdehin faktiki ünvanı barədə məlumatın olmasını, bank tərəfindən bildirişin cavabdehin faktiki ünvanına göndərilməsini təsdiq edən poçt qəbzinin olmasını və cavabdehin banka faktiki ünvanı kimi hansı ünvanı təqdim etməsi hallarını araşdırmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin faktiki ünvanının həqiqiətən də ünvan 3sələsini şikayətin dəlillərinə qiymət verməklə araşdırmalı və buna müvafiq olaraq qərar qəbul etməlidir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5388/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5388/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar