Məhkəmə qərarları › İş №2(103)-11364/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11364/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11364/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2775/20 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 04.03.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 13 iyul 2015-ci il və 04 fevral 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-2775/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-476/20 saylı, 10 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı və qeyrisinə qarşı ”kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı və qeyrisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat hazırkı mülki iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən işlər eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan və hər iki mülki iş bir-biri ilə əlaqəli olduğundan birlikdə baxılması üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-11364/21 saylı mülki iş və iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı və qeyrisinə qarşı ”kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(103)-476/20 saylı mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli və Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnamələrindən verilən apellyasiya şikayətlərinə birlikdə baxılmalıdır. Məhkəmə kollegiyasının bu qənaəti Ali Məhkəmənin Mlülki Kollegiyasının hazırkı iş üzrə 11 oktyabr 2021-ci il tarixli qərarının göstərişlərinə də uyğundur. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 169, 43.2, 263, 365-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-11364/21 saylı mülki iş və iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı və qeyrisinə qarşı ”kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(103)-476/20 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli və Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnamələrindən verilən apellyasiya şikayətlərinə birlikdə baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar