Məhkəmə qərarları › İş №2(103)-11371/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11371/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11371/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı girov biletinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2171/2020 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X9 Cavabdeh qarşı “girov biletinin etibarsız hesab edilməsi və pul tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 noyabr 2018-ci il tarixli 000774 saylı, 25 aprel 2019-cu il tarixli 000980 saylı, 31 iyul 2019-cu il tarixli 1011 saylı, 16 noyabr 2019-cu il tarixli 1088 saylı və 25 noyabr 2019-cu il tarixli 1101 saylı girov biletlərinin etibarsız hesab edilməsi və qanunsuz əldə edilmiş 69 500 manat pulun geri qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus dövlət reyestrindən qeydiyyatdan keçmiş avtomobillər başqası tərəfindən (girov bileti əsasında) görünüş formasında girov qoyulmuş və bu girovlar barədə qeydiyyat orqanına hər hansı bir məlumat və ya bildiriş göndərilməmişdir. İşi ilə əlaqədar Rusiya Federasiyasında olduğundan X2 11 yanvar 2019-cu il tarixdə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alğı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etməyi ilə bağlı etibarnamə vermişdir. Girov saxlanılan maşınları iş üzrə Cavabdeh tələb etsə də, o, əmlaklarını verməmiş və hər hansı bir sənədləşmənin girov müqaviləsinin olmadığını bildirmişdir. Əmlakları, maşınları ona göstərməkdən imtina etmiş və bildirmişdir ki, ödəniş olunmasa maşınlarını zapçast edib hissə-hissə satacaqdır. Əmlaklarını zədə almadan götürmək üçün iş üzrə cavabdehin təzyiqləri nəticəsində 27 000 manat ödəmişdir. Cavabdeh onu aldadaraq 7 maşından 2-i “Mercedes” markalı, 90UE085 dövlət qeydiyyat nişanlı və “KİA Sportage” markalı, 10HK085 dövlət qeydiyyat nişanlı avtomobilləri özünə qaytarmış, yerdə qalan 5 maşını, yəni “X17” markalı, 2011-ci il buraxılışlı, 90NJ911 dövlət qeydiyyat nişanlı, “BMW 528i” markalı, 2012-ci il buraxılışlı, 99FB084 dövlət qeydiyyat nişanlı, “X18” markalı, 2008-ci il buraxılışlı, 99SK085 dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı, 2013-cü il buraxılışlı, 90UM790 dövlət qeydiyyat nişanlı və “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nişanlı avtomobillərini geri qaytarmaqdan imtina etmişdir. Son zərurət olaraq təzyiq nəticəsində əlavə olaraq Cavabdeh 42 500 manat pul ödəməklə yuxarıda adı çəkilən avtomobilləri qanunsuz sahiblikdən geri götürmüşdür. X2 verdiyi 11 yanvar 2019-cu il tarixli 7E-158 nömrəli etibarnaməni 15 mart 2020-ci il tarixdə ləğv etdirdiyindən iş üzrə cavabdeh ondan adı gedən etibarnamənin bərpa edilməsini tələb edir. Cavabdehə verdiyi 69 500 manat məbləğində pulu geri istəsə də, o, imtina etmişdir. Əsl həqiqətdə o, iş üzrə Cavabdeh tanımır, əvvəllər və sonrakı müddətdə heç bir pul məbləği almamışdır və öhdəlik münasibətlərinə girməmişdir. Əmlaklarını qanunsuz sahiblikdən geri almaq üçün iradəsinin ziddinə olaraq yaranmış təzyiqlər nəticəsində cavabdehə cəmi 69 500 manat pul vermişdir. Həmçinin, Cavabdehlər İddiaçı1 və X6 (üçüncü şəxs X7 olmaqla) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, lakin sonradan Cavabdeh ərizəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı “girov biletinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 nümayəndə-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yəni qətnamə qəbul edilməsi, iş üzrə xəttşünaslıq ekspertizasının təyin olunması və X7 ilə cavabdəh X5 əlbir olaraq törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində xüsusi qərar qəbul edərək Nərimanov Rayon Prokurorluğna göndərilməsi xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 tərəfindən 11 yanvar 2019-cu il tarixdə X2 etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Etibarnamədə lombarda girov qoyulması qeyd olunmayıb, avtonəqliyyat vasitəsi daşınar əşya kimi adlansa da, hesab edirlər lombardda girov predmeti ola bilməz. Etibarnamədə avtonəqliyyat vasitələrini yalnız Banklarda ipoteka qoya bilmək səlahiyyəti olmasına baxmayaraq, İ.Salamov etibarnamədən öz xeyrinə istifadə ətmişdir. Etibarnaməni İ.Salamova verməkdə məqsəd o olmuşdur ki, İntiqam avtonəqliyyat vasitələrini “Rentkar”-lara icarəyə verməklə məşğul olsun və alınan pulları iddiaçılara çatdırsın. Lakin məhkəmə bunu araşdırmadan qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə İ.Salamov tərəfindən avtonəqliyyat vasitələrinin girov qoyularaq götürdüyü pulları hara xərcləməsini, ondan iddiaçının məlumatının olub-olmamasını tam araşdırmadan etibarnamə olmasını əsas götürərək iddianı təmin etməməsi mülkiyyətçi kimi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına və aldadılaraq əlindən alınmış 69.500 manat pulun geri tələb edilməsi hüququndan məhrum edən bir qətnamə qəbul etmişdir. Bundan başqa etibarnaməyə əsasən İ.Salamovun bağladığı razılşamaların hüquqiliyini araşdırmadan qətnamə qəbul etmişdir. Bələ ki, həmin razılaşmaların heç birində nə möhür var nə də ki, həmin razılaşmaya əsasən girovun əvəzində verilmiş mədaxil qəbzlərində möhürün olmaması və qrafaların tam dolğun doldurulmamasıdır. Bu faktlar kifayət qədər əsas verir ki, həmin girov bileti və razılaşmalar saxtadır, qanuni normalara uyğun məzmunda bağlanmamışdır. Bundan başqa tərəflər arasında hər hansı bir müqavilə olmadan belə bir qanunsuz və saxta razılaşma imzalanmışdır, həmin sənədləşmələrin saxta olduğunu sonradan bilmişlər. Bundan başqa 26 noyabr 2018-ci il tarixdə bağlanmış 000774 saylı razılaşmaya nəzər salınsa həmin sənədləşmələrin saxta olması öz təsdiqini tapacaqdır. Bələ ki, ********** VÖEN ilə fəaliyyət göstərən və qanuni təmsilçisi X10 olan "xxxx" MMC 21.12.2018-ci il tarixdə qəydiyyata alınmışdır. İş materiallarında olan 2 ədəd razılaşmanın tarixləri vergidə qeydiyyata alınmamışdan əvvələ düşür. İşin içindəki Təhvil- Təslim aktında Mövsümün adı və imzası keçsə də, Mövsümün bu akt barəsində məlumatı olmayıb. Bu Təhvil-Təslim aktı saxtadır. Lombard işçiləri özləri bu uydurma aktı tərtib ediblər. İmza və əl yazması Mövsümün deyil, hətta aktın tarixi belə yoxdur. Tarixi olmayan sənəd isə öz-özlüyündə etibarsız sayılır. Məhkəmə İ.Salamovun onların iradəsinə zidd olaraq məlumatları olmadan adlarında qeydiyyatda olan avtomobilləri qanunsuz və saxta sənədlərə imza etməklə girov qoyaraq onları ağır maddi duruma salmasına heç bir hüquqi qiymət vərməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1 nümayəndə-vəkili Vəkil3 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4969/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Təkrar apellyasiya baxışında əvvəlki məhkəmə baxışında iştirak edən iddiaçınınn nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır. Həmçinin, təkrar apellyasiya baxışı zamanı elektron informasiya sistemindən üçüncü şəxs X1 vəfat etdiyi məlum olmuş və onun iş üzrə prosessual statusuna xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...işdə olan Nizamnamədən (i.v.146) lombard təşkilatının "xxxx" MMC, MMC-nin qanuni təmsilçisinin isə Cavabdeh olması (i.v.149) görsənir. Belə olan halda, yuxarıda adı çəkilən razılaşmaların girov bileti kimi rəsmiləşməsinin qanuniliyinə qiymət verilməli idi. Lakin işə baxan məhkəmələr buna qiymət verməmişlər. Üstəlik, məxaric qəbzlərində də pulun kimdən məxaric edilməsi məlum deyil. "xxxx" MMC 21.12.2018-ci il tarixdə qeydiyyata alınsa da, girov bileti adlandırılan 000774 saylı razılaşmanın tarixi 26 noyabr 2018-ci il tarixə təsadüf edir ki, məhkəmələr işdəki bu ziddiyyətlərin aradan qaldırılması ilə bağlı hər hansı araşdırma aparmayıblar. İş üzrə ziddiyyətli halların mövcudluğu məhkəmələr tərəfindən maddi hüquq normlarının da səhv tətbiq edilməsinə gətirib çıxarmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) – əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərtin olmasına istinad etsə də, mübahisələndirilən girov biletlərinin həmin əqdin formasına əməl edilib- edilməməsinə qiymət verməmişdir....” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin hüquq və vəzifələrinə dair məsələni həll etmiş olmasına baxmayaraq, həmin MMC-ni işə cəlb etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə görə isə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qanunu səhv təfsir etmiş, bununla nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 42 saylı notariat ofisində 11 yanvar 2019-cu il tarixdə İddiaçı1 tərəfindən verilmiş AR-İ seriyalı 717873 nömrəli və 7E-158 qeydiyyat nömrəli Etibarnamənin surətindən görünür ki, o, həmin etibarnamə ilə X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən 19 mart 2020-ci il tarixdə İddiaçı1 ünvanlanmış 60 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 11 yanvar 2019-cu il tarixdə verilmiş və 7E-158 nömrəli reyestrdə rəsmiləşdirilmiş ümumi etibarnamə İddiaçı1 15 mart 2020-ci il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Təhvil-Təslim Aktının surətindən görünür ki, “X17” markalı, 2011-ci il buraxılışlı, 90NJ911 dövlət qeydiyyat nişanlı, “BMW 528i” markalı, 2012-ci il buraxılışlı, 99FB084 dövlət qeydiyyat nişanlı, “X18” markalı, 2008-ci il buraxılışlı, 99SK085 dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı, 2013-cü il buraxılışlı, 90UM790 dövlət qeydiyyat nişanlı və “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh tərəfindən İddiaçı1 tərəfindən yaxşı vəziyyətdə təhvil verilmişdir. Aktda olan qeyddən görünür ki, gələcəkdə bu maşınlara görə hər iki tərəfdən heç bir narazılıq olmayacaqdır. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli 000774 saylı Razılaşmanın surətindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən X7 lombarda girov qoyduğu “Toyota Prado minik” markalı, 2013-cü il buraxılışlı, 90UM790 dövlət qeydiyyat nömrəli avtomobilə görə aldığı 23 000 ABŞ dolları məbləğində kredit üçün aylıq 3 % hər ayın 26 tarixində ödəməyi öz üzərinə götürür. Əgər bu tarixdən 3 gün müddətində ödəniş gecikərsə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1% cərimənin hesablanmasına razıdır. Razılaşmanın 2-ci bəndindən görünür ki, 26 tarixdə və əlavə edilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, İddiaçı1 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında ona və İddiaçı1 heç bir xəbərdarlıq edilmədən satılmasına etiraz etmir. Həmçinin, razılaşmanın 3-cü bəndindən görünür ki, kredit onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanmasına etiraz etmir. Aylıq 50 manat dayanacaq xidmətinin ödənilməsinə etiraz etmir. Razılaşmanın 4-cü bəndindən görünür ki, İ.S.Salamov avtomobilin sahibinin özü olduğunu qeyd edir, gələcəkdə girov və ya kreditlə bağlı bütün mübahisəli halların onunla həll edilməli olduğunu və lombarda təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirir. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli X11 surətindən görünür ki, X7 774 saylı müqavilə əsasında 23 000 ABŞ dolları məbləğində pulu almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 15 mart 2014- cü il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90UM790 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, “Toyota Prado minik” avtomobili İddiaçı1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 18 may 2019-cu il tarixdə təsdiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən 11 yanvar 2019-cu il tarixdə təsdiqlənmiş 158 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 məxsus 90UM790 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, “Toyota Prado minik” avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş materiallarında olan 25 aprel 2019-cu il tarixli 000980 saylı Razılaşmanın surətindən görünür ki, İddiaçı2 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən X7 lombarda girov qoyduğu “X16 minik” markalı, 2011-ci il buraxılışlı, 90NJ911 dövlət qeydiyyat nömrəli avtomobilə görə aldığı 26 000 ABŞ dolları məbləğində kredit üçün aylıq 3% hər ayın 25 tarixində ödəməyi öz üzərinə götürür. Əgər bu tarixdən 3 gün müddətində ödəniş gecikərsə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1% cərimənin hesablanmasına razıdır. Razılaşmanın 2-ci bəndindən görünür ki, 25 tarixdə və əlavə edilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X6 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında ona və İddiaçı1 heç bir xəbərdarlıq edilmədən satılmasına etiraz etmir. Həmçinin, razılaşmanın 3-cü bəndindən görünür ki, kredit onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanmasına etiraz etmir. Aylıq 50 manat dayanacaq xidmətinin ödənilməsinə etiraz etmir. Razılaşmanın 4-cü bəndindən görünür ki, İ.S.Salamov avtomobilin sahibinin özü olduğunu qeyd edir, gələcəkdə girov və ya kreditlə bağlı bütün mübahisəli halların onunla həll edilməli olduğunu və lombarda təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirir. İş materiallarında olan 25 aprel 2019-cu il tarixli X11 surətindən görünür ki, X7 980 saylı müqavilə əsasında 26 000 ABŞ dolları məbləğində pulu almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 06 may 2016-cı il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90NJ911 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, “X16 minik” avtomobili İddiaçı2 məxsusdur. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 25 aprel 2019-cu il tarixdə təsdiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən 28 fevral 2019-cu il tarixdə təsdiqlənmiş 1445 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 məxsus 90NJ911 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, “X16 minik” avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli 1011 saylı Razılaşmanın surətindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən X7 lombarda girov qoyduğu “Ford Mustang minik” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nömrəli avtomobilə görə aldığı 18 500 ABŞ dolları məbləğində kredit üçün aylıq 3% hər ayın 31 tarixində ödəməyi öz üzərinə götürür. Əgər bu tarixdən 3 gün müddətində ödəniş gecikərsə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1% cərimənin hesablanmasına razıdır. Razılaşmanın 2-ci bəndindən görünür ki, 31 tarixdə və əlavə edilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, İddiaçı1 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında ona və İddiaçı1 heç bir xəbərdarlıq edilmədən satılmasına etiraz etmir. Həmçinin, razılaşmanın 3-cü bəndindən görünür ki, kredit onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanmasına etiraz etmir. Aylıq 50 manat dayanacaq xidmətinin ödənilməsinə etiraz etmir. Razılaşmanın 4-cü bəndindən görünür ki, İ.S.Salamov avtomobilin sahibinin özü olduğunu qeyd edir, gələcəkdə girov və ya kreditlə bağlı bütün mübahisəli halların onunla həll edilməli olduğunu və lombarda təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli X11 surətindən görünür ki, X7 1011 saylı müqavilə əsasında 18.500 ABŞ dolları məbləğində pulu almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 07 iyun 2019- cu il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99TH085 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, “Ford Mustang minik” avtomobili İddiaçı1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 30 iyul 2019-cu il tarixdə təsdiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən 11 yanvar 2019-cu il tarixdə təsdiqlənmiş 158 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 məxsus 99TH085 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, “Ford Mustang minik” avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş materiallarında olan 16 noyabr 2019-cu il tarixli 1088 saylı Razılaşmanın surətindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən X7 lombarda girov qoyduğu “BMW 528i minik” markalı, 2012-ci il buraxılışlı, 99FB084 dövlət qeydiyyat nömrəli avtomobilə görə aldığı 12 000 ABŞ dolları məbləğində kredit üçün aylıq 3 % hər ayın 16 tarixində ödəməyi öz üzərinə götürür. Əgər bu tarixdən 3 gün müddətində ödəniş gecikərsə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1% cərimənin hesablanmasına razıdır. Razılaşmanın 2-ci bəndindən görünür ki, 16 tarixdə və əlavə edilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, İddiaçı1 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında ona və İddiaçı1 heç bir xəbərdarlıq edilmədən satılmasına etiraz etmir. Həmçinin, razılaşmanın 3-cü bəndindən görünür ki, kredit onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanmasına etiraz etmir. Aylıq 50 manat dayanacaq xidmətinin ödənilməsinə etiraz etmir. Razılaşmanın 4-cü bəndindən görünür ki, İ.S.Salamov avtomobilin sahibinin özü olduğunu qeyd edir, gələcəkdə girov və ya kreditlə bağlı bütün mübahisəli halların onunla həll edilməli olduğunu və lombarda təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirir. İş materiallarında olan 16 noyabr 2019-cu il tarixli X11 surətindən görünür ki, X7 1088 saylı müqavilə əsasında 12 000 ABŞ dolları məbləğində pulu almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 26 oktyabr 2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99FB084 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “BMW 528i minik” avtomobili İddiaçı1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 16 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən 11 yanvar 2019-cu il tarixdə təsdiqlənmiş 158 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 məxsus 99FB084 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “BMW 528i minik” avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli 1101 saylı Razılaşmanın surətindən görünür ki, X7 lombarda girov qoyduğu “X18 minik” markalı, 2008-ci il buraxılışlı, 99SK085 dövlət qeydiyyat nömrəli avtomobilə görə aldığı 15 550 ABŞ dolları məbləğində kredit üzrə faizləri hər ayın 25 tarixində ödəməyi öz üzərinə götürür. Əgər bu tarixdən 3 gün müddətində ödəniş gecikərsə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1% cərimənin hesablanmasına razıdır. Razılaşmanın 2-ci bəndindən görünür ki, 25 tarixdə və əlavə edilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, ona məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında ona heç bir xəbərdarlıq edilmədən satılmasına etiraz etmir. Həmçinin, razılaşmanın 3-cü bəndindən görünür ki, kredit onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanmasına etiraz etmir. Aylıq 50 manat dayanacaq xidmətinin ödənilməsinə etiraz etmir. Razılaşmanın 4-cü bəndindən görünür ki, İ.S.Salamov avtomobilin sahibinin özü olduğunu qeyd edir, gələcəkdə girov və ya kreditlə bağlı bütün mübahisəli halların onunla həll edilməli olduğunu və lombarda təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirir. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli X11 surətindən görünür ki, X7 10101 saylı müqavilə əsasında 15 550 ABŞ dolları məbləğində pulu almışdır. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 09 aprel 2019-cu il tarixdə təsdiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən 11 yanvar 2019-cu il tarixdə təsdiqlənmiş 158 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 məxsus 99SK085 dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, “X18 minik” avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli 1011 saylı Razılaşmanın surətindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən X7 lombarda girov qoyduğu “Ford Mustang minik” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nömrəli avtomobilə görə aldığı 18 500 ABŞ dolları məbləğində kredit üçün aylıq 3 % hər ayın 31 tarixində ödəməyi öz üzərinə götürür. Əgər bu tarixdən 3 gün müddətində ödəniş gecikərsə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1% cərimənin hesablanmasına razıdır. Razılaşmanın 2-ci bəndindən görünür ki, 31 tarixdə və əlavə edilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, İddiaçı1 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında ona və İddiaçı1 heç bir xəbərdarlıq edilmədən satılmasına etiraz etmir. Həmçinin, razılaşmanın 3-cü bəndindən görünür ki, kredit onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanmasına etiraz etmir. Aylıq 50 manat dayanacaq xidmətinin ödənilməsinə etiraz etmir. Razılaşmanın 4-cü bəndindən görünür ki, İ.S.Salamov avtomobilin sahibinin özü olduğunu qeyd edir, gələcəkdə girov və ya kreditlə bağlı bütün mübahisəli halların onunla həll edilməli olduğunu və lombarda təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli X11 surətindən görünür ki, X7 1011 saylı müqavilə əsasında 18 500 ABŞ dolları məbləğində pulu almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 07 iyun 2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99TH085 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, “Ford Mustang minik” avtomobili İddiaçı1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 30 iyul 2019-cu il tarixdə təsdiq edilmiş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X7 Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən 11 yanvar 2019-cu il tarixdə təsdiqlənmiş 158 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 məxsus 99TH085 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, “Ford Mustang minik” avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. Müəyyən edilmişdir ki, İddiaçı1 X2 11 yanvar 2019-cu il tarixdə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etməyi ilə bağlı etibarnamə vermişdir. X7 isə həmin etibarnamə əsasında İddiaçı1 və İddiaçı2 məxsus maşınları girov qoyaraq pul götürmüşdür. İddiaçı1 girov saxlanılan maşınları iş üzrə Cavabdeh tələb etmiş, o da maşınları ona qaytarmaqdan imtina etmişdir. İddiaçı1 deməsinə görə ilkin olaraq 27.000 manat ödəmiş, cavabdeh 2 avtomobili özünə qaytarmış, yerdə qalan avtomobilləri isə geri qaytarmaqdan imtina etmişdir. İddiaçının deməsinə görə əlavə olaraq Cavabdeh 42 500 manat pul ödəməklə qalan avtomobilləri geri götürmüşdür. X2 verdiyi 11 yanvar 2019-cu il tarixli etibarnaməni 15 mart 2020-ci il tarixdə ləğv etdirmiş və cavabdehə verdiyi 69 500 manat məbləğində pulu geri istəsə də, o, imtina etmişdir. Beləliklə, iddia girov biletlərinin etibarsızlığı və pul tələbi barədədir. İş materialalrından müəyyən edilmişdir ki, qeyd olunan avtomobillər girov qoyulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə girov biletlərinin etibarsızlığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində qeyd olunan avtomobillər iddiaçılara məxsus olduğundan və məhz həmin avtomobillər “razılaşmalara” (girov biletlərinə) əsasən girov qoyulduğundan iddiaçılar hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdirlər. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. İş materiallarından göründüyü kimi isə qeyd edilən avtomobillər lombarda girov qoyulmuş və “Razılaşma” adlı sənədlər tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, avtomobillər lombarda girov qoyularkən tərtib olunmuş sənədlər “Razılaşma” adı altında tərtib olunsa da, həmin sənədlər faktiki olaraq girov biletləridir, çünki, yuxarıda qeyd olunduğu kimi əşyanın lombarda girovu yalnız girov bileti verilməsi yolu ilə rəsmiləşdirilir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 269.3-cü maddəsinə görə girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 460-cı maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın 2 saylı əlavəsinə görə hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən qanunvericilik normalarından görunur ki, girov əsas öhdəliyin təmini üsuludur. Rəsmi reyestrdə qeydiyyata alınmalı olan əmlaklar, o cümlədən hazırki işdə olduğu kimi nəqliyyat vasitələri girovun deyil, ipotekanın predmeti ola bilər. Öhdəlyin təmini üsulunun mövcud olması üçün əsas öhdəlik mövcud olmalıdır. Hazırki iş üzrə isə yuxarıda göstərilmiş avtomobillər lombarda girov qoyulmaqla qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qanunvericiliyə əsasən lombardın predmeti ola bilməyən avtomobillər girova qəbul edilmişdir. Bundan başqa işdə olan girov bileti adlandırılan və “razılaşmalarda” avtomobillərin lombarda girov qoyulması göstərilsə də, konkret olaraq kimə girov qoyulması məlum deyil, həmin sənəd yalnız girovqoyan tərəfindən imzalmış, lombard fəaliyyətini həyata keçirən tərəfi təmsil edən şəxsin imzası yoxdur. Halbuki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-61 nömrəli, 30 mart 2000-ci il tarixli Əmri təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 06 noyabr 2000-ci ildə 965 nömrə ilə qeydiyyata alınmış “Girov bileti”nin (forma N GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın 6-cı bəndinə görə Girov biletinin üzərində ondan istifadə edən hüquqi şəxsin möhürü olur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin möhürü olmadığı hallarda icraçı tərəfindən “M.Y.” rekvizitində ikinci dəfə imza edilir. Göründüyü kimi, avtomobillərin lombarda qoyulduğunu təsdiq edən razılaşmalar (girov biletləri) yalnız lombarda qoyan şəxs tərəfindən imzalanmışdır. Məxaric qəbzlərində də pulun kimdən məxaric edilməsi məlum deyil. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən razılaşmalar (girov biletləri) imzalanmamış və möhürlə təsdiq olunmamışdır. İlk girov bileti adlandırılan 000774 saylı razılaşmanın tarixi isə 26 noyabr 2018-ci il tarixə təsadüf edir, halbuki işdə olan sənədlərdən "xxxx" MMC 21.12.2018-ci il tarixdə qeydiyyata alındığı məlum olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, mübahisələndirilən razılaşmalar (girov biletləri) qanunvericiliyin tələblərini pozulmaqla tərtib edildiyindən etibarsızdır. Məhkəmə kollegiyası iş materiallarında olan təhvil-təslim aktı barədə İddiaçı1 xəbərinın olmamasına dair dəlilinin araşdırmağa ehtiyac görmür. Çünki, həmin akt üzrə təhvil verildiyi qeyd olunan avtomobillərin İddiaçı1 təhvil verilməsi artıq işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası pul tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianın bu hissəsinin təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pulun verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, avtomobillərin qaytarılması müqabilində ümumilikdə 69500 manat pulun verildiyini cavabdeh özü də təsdiq edir. Lakin cavabdeh məhkəmə araşdırmaları zamanı pulun (ümumilikdə 69500 manatın) ona gah İddiaçı1 tərəfindən verildiyini, gah İddiaçı1 tərəfindən İntiqamın borcuna görə lombarda ödənildiyini, gah da ki, İddiaçı1 tərəfindən verilmədiyi kimi fərqli izahatlar vermişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin verdiyi izahatların məntiqi ardıcıllıqla birbirini tamamlamaması və eyni zamanda ziddiyyətli olması qeyd olunan halların düzgünlüyünə inam yarada bilməmişdir. Digər tərəfdən ümumilikdə 69500 manat pulun İddiaçı1 tərəfindən Cavabdeh verilməsi iş materialları ilə, həmçinin də işdə Cavabdeh tərəfindən verilmiş ərizələrdə də öz təqdiqini tapmışdır. Digər tərəfdən həmin pulların (ümumilikdə 69500 manatın) "xxxx" MMC-yə ödənilməsi də işin müəyyən edilən halları və iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində (i.v. 58-59), təhvil-təslim aktında (i.v.10) və apellyasiya şikayətinə etirazda (i.v.232-233) qeyd etmişdir ki, “...İddiaçı1 həmin gün X1 borcunun 15900 ABŞ dolları hissəsini ödədi...” (manatla 27000), “...Avtomaşınların təhvil-təslim zamanı İddiaçı1 tərəfindən Cavabdeh 42500 manat ödəniş edildi..”, “...Mart ayının 24-də İddiaçı1 tərəfindən bizə 42500 AZN pul verildi...”. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin bu hissədə qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, İddiaçı1 məhz cavabdehlə ümumilikdə 69500 mabat pul verməsi artıq məhkəmə tərəfindən müəyyən olunan halını təşkil edir. Və belə olan halda kollegiya hesab edir ki, İddiaçı1 tərəfindən Cavabdeh ödənilən ümumilikdə 69500 manat pul sonuncu tərəfindən İddiaçı1 qaytarılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçılar iş üzrə 26 noyabr 2018-ci il tarixli 000774 saylı, 25 aprel 2019-cu il tarixli 000980 saylı, 31 iyul 2019-cu il tarixli 1011 saylı, 16 noyabr 2019-cu il tarixli 1088 saylı və 25 noyabr 2019-cu il tarixli 1101 saylı “razılaşmaları” (girov biletlərini) mübahisələndirilmişlər. Həmçinin, iş materiallarından görünür ki, 25 aprel 2019-cu il tarixli 000980 saylı “razılaşma” (girov bileti) iş üzrə digər iddiaçı X6 məxsus avtomobilin girov qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iş üzrə olan iddianı bütövlükdə rədd etmiş, lakin həmin qətnamədən yalnız İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Xaliq Qədirov həmin qətnaməni mübahisələndirməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə baxıldığından və bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsas təşkil etdiyindən (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4, 384.0.2 və 385.1.1-ci maddələrinə əsasən) kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv olunmaqla yeni qətnamə qəbul edilməli İddiaçı1 iddia tələbi təmin edilməli, Xalıq Qədirov isə qətnaməni mübahisələndirmədiyindən ona aid hissədə iddiası təmin edilməməli, ümumilikdə isə iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı “girov biletinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddiası qismən təmin edilməli, 26 noyabr 2018-ci il tarixli 000774 saylı, 31 iyul 2019-cu il tarixli 1011 saylı, 16 noyabr 2019-cu il tarixli 1088 saylı və 25 noyabr 2019-cu il tarixli 1101 saylı “razılaşmalar” (girov biletləri) etibarsız hesab edilməli, Cavabdeh İddiaçı1 xeyrinə 69.500 manat məbləğində pul, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş ümumiikdə 45 manat vəsaiti tutulmalıdır. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətində iş üzrə xüsusi qərardad qəbul edərək prokurorluğa göndərilməsi ilə bağlı xahişini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.1-ci maddəsinə əsasən məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi şərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı “girov biletlərinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddiası qismən təmin edilsin. 26 noyabr 2018-ci il tarixli 000774 saylı, 31 iyul 2019-cu il tarixli 1011 saylı, 16 noyabr 2019-cu il tarixli 1088 saylı və 25 noyabr 2019-cu il tarixli 1101 saylı razılaşmalar (girov biletləri) etibarsız hesab edilsin. Cavabdeh 69.500 (altımış doqquz min beş yüz) manat və iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş ümumiikdə 45 (qırx beş) manat tutularaq İddiaçı1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar