Məhkəmə qərarları › İş №2(103)-11384/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11384/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11384/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı iddianın təmin edilməsi tədbiri olaraq Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 28, 16 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsi 2(011)-5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizəni təmin etməmişdir. Daha sonra iş materiallarından görünür ki, iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardaddan şikayət verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş şikayətə baxan Xətai Rayon Məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə “Xətai Rayon Məhkəməsinin 2(011)-5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadından” verilən şikayəti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı Xətai Rayon Məhkəməsinin «20.10.2021-ci il» tarixli qərardadını mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə “Xətai Rayon Məhkəməsinin 2(011)- 5230/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadından” verilmiş şikayəti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar